Sivilizasiya və texniki-iqtisadi inkişaf




Download 186 Kb.
bet2/3
Sana10.04.2017
Hajmi186 Kb.
#4318
1   2   3

Sivilizasiya və texniki-iqtisadi inkişaf

Elmi və texniki nailiyéətlər, onların istehsalata tət­biqi cəmiyyətdə iqtisadi tərəqqinin başlıca amilləri sıra­sına dixildir. Əslində kapitalizm cəmiyéəti özü texniki tərəqqi sayəsində, istehsal vasitələrinin işçi qüvvəsinə nisbətən daha həlledici rol oynaması sayəsində meydana gəl­mişdir. Bütün sonrakı dövrdə də sahibkarların gəli­rinin artmasının mühüm vasitələrindən biri məhz texniêi rekon­struksiya, yeni, daha səmərəli texniki vasitələrdən isti­fadə edilməsi olmuşdur. Nə qədər ki, yeni texnikanın qu­raşdı­rıl­ma­sı əsasən praktik biliklər hesabına həyata ke­çirilirdi və böyük miqyaslı fəaliyyət tələb etmirdi, ölkə miqyasında vahid texniki siyasətə də ehtiyac yox idi. Ona görə də texniki tərəqqi ayrı-ayrı sahibkarların imkan və səylərinə müvafiq olaraq, pərakəndə su­rətdə həyata keçirè­ëèðdi. Belə şəraitdə texniki yenidənqurmanın sosial nəti­cələri də tənzim olunmur və kortəbii xarakter daşıyûrdı. Texniki tərÿqqi sahəsində vahid dövlət siyasətinin olma­ìàsı, sahibkarların istənilən texniki yeniliyi tətbiq et­məkdə azad olması, bir tərəfdən texniki yaradıcılığın in­kişafına meydan açırdısa, digər tərəfdən, onun doğurdu­ğu kütləvi işsizliyin, ekoloji problemlərin və s. qarşısını almaq məqsədi ilə hər bir sistemli tədbir görülməsini is­tisna edirdi.

Özlüyündə müsbət hadisə olan texniki tərəqqinin sosial tə­nəz­zülə, kütlələrin daha çox təbəqələşməsinə, işsizliyə və mənəvi deq­radasiyaya səbəb olması kapita­lizm cəmiyyəti­nin başlıca zid­diy­yətlərindən biri idi. Mən­tiqi olaraq belə çıxır ki, cəmiyyət inkişaf etdikcə bu zid­diyyət də kəskinləşməli idi.

Texniki tərəqqinin böyük vüsət aldığı və klassik ka­pitalizm cəmiyyətinin daxili zidäiyyətlərinin üzə çıxdığı bir dövrdə texniki naèliyyətlərin sənayeyə və ümumiyyətlə ictimai-iqtisadi həyata təsirè zəhmətkeşlərin həyat şə­raitini daha da pisləşdirir, mənəvi tənəzzül doğururdu. Texniki tərəqqinin insanın maddi və mənəvi həyatına bu cür mənfi təsir imkanları çox vaxt texnikanın öz tə­biətindən irəli gələn zəruri nəticələr kimi qələmə veri­lir. Texniki tərəqqiyə belə bədbin münasibət elm və texni­kanı xoşbəxt gələcəyin açarı kimi qiymətləndirən sientist və texnisist baxışların əksinə çıxır. Halbuki istər texnoloji determinizm, itərsə də tex­noloji pessimizm texniki tərəq­qinin doğurduğu nəticələrin əslində onun hansı ictimai-iqtisadi şəraitdə həyata keçməsindən asılı olduğunu nə­zərə almır. Texniki tərəqqinin insana mənfi təsir imkan­larını aradan qaldırmaq üçün özlüyündə mütə­rəqqi olan bu hadisənin qarşısını almaq, məhdudlaşdırmaq deyil, onu elə istiqamətləndirmək, elə tətbiq etmək lazım­dır ki, bütün mənfi təsir imkanları minimuna endiril­sin. Bunun üçün isə elmin, texnikanın inkişafı yalnız iqtisadi səmə­rəyə deyil, həm də sosial-mənəvi mə­na­feyə uyğunlaş­dırûëmalı, mümkün ola biləcək demoqrafik, eko­loji, so­sial və mənəvi nəticələr nəzərə alınmalıdır. La­kin texniki tərəq­qinin sosial nəticələrinin bu və ya digər istiqamətə yönəldə bilmək üçün əvvəlcÿ bu tərəqqiyə nail ol­maq lazımdır. Hansı ictimai-iqtisadi quruluşda texniki tərəq­qinin nə kimi nəticələr doğurması probleminə toxun­mazdan əvvəl hansı qóruluşun texniki tərəqqi üçün daha yaxşı imkan açmasına diqqət yetirèëməlidir.

İdeoloji konfrantasiya şəraitində sovet tədqiqatçı­ları kapita­list dünyasında elmi-texnikè tərəqqinin ancaq sosial, mənəvi və ekoloji nəticələrèídən bəhs etmiş, mövcud siyasi, ictimai-iqtisadi sist­emin, dövlət proqramla­rının elmi-texniki tÿrəqqinin özü üçün, onun intensivli­yinin yüksəldilməsi və səmərəli təşkili üçün nə dərəcədə əlverişli olması məsələsi isə kölgədə qalmışdır.

Məsələ burasındadır ki, kapitalizm dünyasında məhz xüsusi müəssisələr arasındakı rəqabət texniki tə­rəq­qinin başlıca hərəkət­ve­rici qüvvələrindən biri olmuş­dur. De­məli, yeni bir amil neqativ so­sial nəticələri şərtlən­dir­məklə yanaşı texniki tərəqqinin intensiv­li­yiíè də şərt­ləndirir. Burada həm vahid mərkəzdən planlaşdırılan, həm də daxili rəqabətə və müəssisələrin nisbi müstəqil­liyinə əsasla­nan təsərrüfat sistemlərinin üstün və zəif cəhətləri ortaya çıxır. Belə güman etmək olardı ki, planlı iqtisa­diyyat eyni zamanda tex­niki tərəqqinin də planlaş­dırılma­sına imkan açdığından onun so­sial nəticələrini də qabaq­cadan nəzərə almaq mümkündür. Lakin texniki tərəqqinin həmin dövrdə proqnozlaşdırıla bilməyən və yalnız tətbiq olunduqdan xeyli sonra özünü büruzə verən neqativ nəticələri də vardır ki, bunlardan yaxa qurtarmaq planëı təsərrüfat sistemi şəraitində də mümkün deyil. Belə neqativ halların qarşı­sının alınması ancaq elmi və texniki biliklərin daha yüksək inkişaf səviyyəsində həyata keçirilə bilər. Çünki texniki tərəqqinin sosial, demoqrafik, ekoloji və mənəvi nəticələrinin proqnozlaşdırılması işi yüksək elmi əsaslar üzərində qurulmasà və ən mükəm­məl texnolo­ýi­­yaya istinad edilməsə, problem ictimai-iqtisadi sistemin xarakte­rin­dən asılı olaraq öz-özünə həll edilə bilməz.

Klassik kapitalizm cəmiyyəti şəraitində texniki tə­rəqqi ilə onun müxtəlif ictimai həyat sahələrindəki nəti­cələri arasındakı qarşılıqlı əlaqə hələ nəzərə alına bilmir­di. Sonrakı mərhələdə isteh­salın təmərküzləşməsi, iri inhisarların əmələ gəlməsi bir tərəfdən kapitalizì cəmiy­yətinin ziddiyyətələrini daha da kəskinləşdirsə də, digər tərəfdən daha böyük texniki yenidÿnqurma planları­nın həya­ta keçirilməsinə imkan açdı. İri burúuaziyanın təzyiqi ilə xırda is­teh­sal müəssisələrinin inteqrasiyası texniki tərəqqinin naliyyət­lə­rin­dən daha məqsədyönlü şə­kildə istifadə etməyə imkan verirdi. Lakin ilk vaxtlarda iri burúuaziya bu imkanlardan yalnız öz məna­feyi naminə istifadə etməyə çalışırdı. Bu isÿ zəùmətkeş kütlələrin texniki tərəqqini öz mənafelərinə zidd bir hadisə kimi mənimsənil­mə­sinə səbəb olurdu. Nəticÿdə texnikadan bila­vasitə istifadə edən âə onun əyərəksiyini yaxşı bilən us­talar, fəhlələr nəinki texniki tərəqqinin iştirakçısı olmadılar, əksinə, yeni texnikaya, maşınlara düş­mən kə­sildilər. İmperializm mərhələsində kapitalizm cəmiyyəti “olóm ya ölüm” dilemması ilə üzləşir. Bir tərəfdən tex­niki tərəq­qini məhdudlaşdırmaq olmazdı, çünki bu, bütöv­lükdə məhsuldar qüv­vələrin inkişafının qarşısını kəsmək olardı. Digər tərəfdən də tex­nikanın sürətli in­kişafı idarə oluna bilèíməyən, hər cür qarşısı alın­mayan neqativ nəticələr törədərdi. İmperializm mərhələsində ka­pi­talizm cəmiyyətinin böhranı, çürüməsi, süqutu haqqında müla­hi­zələri şərtləndirən ən ciddi ziddiyyətlərdən biri məhz bundan èbarət idi.

Lakin bundan sonra baş verən hadisələr yaranmış və­ziyyətií xeyli dəyişməsinə səbəb oldu. Bu hadisələrdən biri sosialist təli­mi­nin və sosialist sisteminin yaranması idi. Sosialist ölkələrinin təc­rü­bəsindən istifadə olun­ması və daha çox dərəcədə onunla rəqabət zə­rurəti kapita­list ölkələrində daxili rəqabətin arxa plana keçmə­sinə, bütün ölkənin mənafeyini nəzərə alan proqramların həyata ke­çiril­məsinə səbəb oldu.

Digər hadisə texniki tərəqqidən elmi-texniki tərəqqiyə keçid idi. Əgər texniki tərəqqi texnikanın yalnız əməli biliklər hesabına nisbi müstəqil inkişafı ilə məh-dudla­şırsa, elmi-texniki tərəqqi həm də elmi biliklərin texni­kanın yenidən qurulması işinə tətbiqini nəzərdə tutur. Yeni elmi biliklərin əldə edilməsi və tətbiqi isə bir sı­ra spesifik cəhətlərə malikdir və elmin iqtisadè həyatda rolu art­dıq­ca bu cəhətlər özünü daha çox biruzə verməyə başlayır. XX əsrdə nəinki təkcə məhsóldar qüvvələr, həm də istehsal münasibətləri, cəmiyyətin sosial strukturu və s. elmin get­dikcə artan təsirinə məruz qalır.

Elmin spesifik cəhətlərindən biri də budur ki, ayrıca bir müəs­si­sə, şirkət, firma miqyasında onun inkişafıíû təmin etmək mümkün de­yil. Əgər müəssisələrin rəqabəti xırda texniki yeniliklərin həyata keçirilməsinə imkan ve­rirdisə, elmin inkişafı üçün, əksinə, buxova çevrilirdi. Texnikanı yeni keyfiyyət mərhələsinə qaldırmağın yeganə çarəsini éeni biliklərin tətbiqində görən işgözar dairə­lər istər-istəməz elmin inkişafına şərait yaratmağa ça­lışır­dılar. Onlar elmin mənafeyi naminə, bötövlökdə öl­kənin elmi-texniki potensia­lını inkişaf etdirmək na­minə bəzən öz aralarındakı rəqabətdən geri çəkilərək bir­gə tədbirlərdə iştirak etməli olurdular.

Vahid, bütöv elm sisteminin iqtisadiyyat, təsərrüfat meyda­nı­na daxil îlması vahid iqtisadi siyasət üçün də mey­dan açdı. Be­lə­lik­lə, bir tÿrəfdən sosialist dünyası ilə rəqabət digər tərÿfdən də el­min sürətli inkişafı və so­sial-iqtisadi siyasətə təsiri kapitalizm cə­miy­yətinin im­perializm mərhələsi kimi qiymətləndirilən yeni key­fiyyət halını tədricən dəyişdirdi. XIX əsrin axırları və XX əsrin əv­vəl­lərində getdikcə şiddətlənən və labüd olaraq süquta aparmalı olan ziddiyyətlər iki sistemin qarşıdur­ması və elmin bilavasitə məh­sul­­dar qüvvəyə çevrilməsi şə­raitində tədricən öz xarakterini də­yiş­məyə başladı. Elmin məhsul­dar qüvvələrin inkişafına təsiri XIX əsrdə nəzərə çarpacaq bir hadisə idi. XX əsrdə bu prosesin sü­rət­lən­­məsi nəinki elm ilə istehsalat arasın­dakı əlaqənin xarak­terində və ya məhsuldar qüvvələrin in­kèşafında, həm də bütöv­lük­də elmi-texniki və sosial-iqti­sadi siyasətin xarak­terində ciddi key­fiy­yət də­yi­şikliklə­rinə səbəb oldu. Məhz bu dəyişik­liklərin nəticə­si­dir ki, XIX əsrin axırlarında və XX əsrin əvvəllərində dünya im­peria­lizmini təmsil edən ölkələr indi inkişaf etmiş ka­pitalist ölkələri adlandırılırlar.

XX əsrin ortalarında daha yalnız təbiətşünaslıq deyil, həm də bir sıra ictimai elmlər tətbiqi funksiya kəsb etməklə inkişaf etmiş kapitalist ölkələrinin sosial-iq­tisadi həyatında mühüm rol oynama­ğa başladılar. İstehsal tex­nikasının təkminləşdirilməsi və elmi tutu­mu böyük olan yeni texnika nþvlərinin yaradılması ilə yanaşı bü­töv­lükdə təsərðüfatın elmi əsaslàrla idarə olunması üçün şərait ya­ran­dı. Dövlətin yeritdiyi iqtisadi, sosial və elmi-texniki siyasətdə elmi ida­rəetmə prinsipləri get­dikcə daha çox nəzərə alınmağa başlaídı. Sa­hibkarların sinfi məna­feyi ilə ziddiyyət yaranmadıqda işin elmi təş­­kili rəhbər tutuldu. İstər təsərrüfatın, istərsə də xidmət sahələ­ri­nin elmi təşkili cəmiyyətin obyektiv inkişaf qa­nunauyğun­luqları ilə daha çox səsləşdiyindən heç də yalnız burúu­aziyanın deyil, bütöv­lök­də əhalinin mənafeyinə uyğun gəlirdi. Əməyin elmi təşkili sahə­sin­dəki tədqiqatlar və sosial-iqtisadi həyatın elmi təhlili göstərdi ki, izafi qazan­cın artırılması üçün işçi qüvvəsinin özünə başlıca sərvət kimi baxmaq və onu inkişaf etdirmək lazımdır. Çünki zəh­mət­keş­lə­rin həyat tərzi yaxşılaşdıqca, ümumi mədəni səviyyəsi yük­səl­dik­cə, onların peşəkar işçi kimi formalaşması asanlaşır. Tə­sər­rüfatın və əməyin elmi zə­mində, kompleks proqramlar əsasında təşkil olun­ması, yüksək texnoloji və iqtisadi təfəkkür mədəniy­yə­ti­nin təmin edil­məsi əmək məhsuldarlığının və nəticə etibarilə sahib­ka­rın qazancının da àrtmasına səbəb olur.

Nə qədər ki, istehsalın texniki təchizat səviyyəsi aşağı idi və məhsuldarlığın artırılması əsasən fəhlənin ağır fiziki əməyi hesa­bı­na başa gəlirdi, onda bir fəhlə­nin başqasından heç bir xüsusi fərqi yox idi və lazım gəl­dikdə onu başqaları ilə əvəz etmək çətinlik törət­mirdi. Onda sahibkarın öz fəhlələrinin sağlamlığı, həyat şə­raiti, təhsil və mədəni səviyyəsi ilə maraqlanmasına da xüsusi ehtiyac yox idi. Lakin elə ki, sahibkar fəhlənin mütəxəs­sis kimi, texniki avadanlığın xüsusiyyətlərini bi­lən və peşəkar əməli vərdiş­lə­rə malik olan usta kimi ye­tişməsi üçün xərc çəkir, onda ən qiymətli sər­vət texnika yox, mü­təxəssis-fəhlə olur. Beləliklə elmi-texniki tərəq­qi­nin təsiri ilə müasir kapitalizm cəmiyyətində dəyərlər dəyi­şir. Sinfi mənafelər arasında ziddiyyət saxlansa da, elmi-texniki tərəqqi bu ziddiyyətin kəskinləøməsini zəiflədir.

Beləliklə, inkişaf etmiş kapitalizm mərhələsi bir sıra özünə­məxsus cəhətlər kəsb edir. Bu yeni mərhələ-nin klassik kapitalizm və imperializm mərhələlərindən key­fiyyətcə fərqləndiyini nəzərə çarp­dır­maq üçün D.Bell onu “sənayedən sonrakı cəmiyyət” (“post­­industrial cəmiy­yət”), C.Qelbreyt isə “yeni sənaye cəmiy­yəti” adlandırır.

D.Bell hesab edir ki, cəmiyyətin marksist sxem əsasında icti­mai-iqtisadi formasiyalara bölünməsi mül-kiyyət müna­sibətlərinin yeganə meyar kimi götürülmə­sinə əsaslanır. Lakin da­ha bir meyar da var ki, bu da istifadə olunan bi­lik növlərinin də­yiş­­məsi, isteh­sa­lın bir texnikè səviyyə­dən yeni texniki səviyyəéə keç­­məsidir. Bu ba­xım­dan D.Bell cəmiyyətin inkişafını üç mərhə­lə­yə ayırır: “sə­na­ye­dən əv­vəlki cəmiyyət”, “sənaye cəmiyyəti”, “sə­na­­­­ye­dən sonrakı cə­miyyət”. O, “sənayedən sonrakı cəmiyyətin” 5 əla­­­mətini qeyd edir:



Download 186 Kb.
1   2   3




Download 186 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Sivilizasiya və texniki-iqtisadi inkişaf

Download 186 Kb.