) xidmət iqtisadiy­ya­tının üstünlük təşkil et­mə­si; 2)




Download 186 Kb.
bet3/3
Sana10.04.2017
Hajmi186 Kb.
#4318
1   2   3
1) xidmət iqtisadiy­ya­tının üstünlük təşkil et­mə­si; 2) “mütəxəssislər və tex­niklər sinfinin” roulunun getdikcə art­­ması; 3) texnikanın yenidən qurulması və siyasətin for­malaş­ma­sın­­da nəzəri biliyin həlledici rolu; 4) texnolo­giyaya nəzarət edil­mə­si; 5) qərarların yeni “intellektual texnologiya” bazasında qəbul edilməsi.

Göründüyü kimi, bu əlamətlərin əksəriyyəti məhz elmi bilik­lə­rin yeni texnika və texnologiya vasitəsilə istehsal və xidmət sahə­lə­ri­nə sirayət etməsi ilə bağlıdır. Təsadüfi deyil ki, C.Furastye kapita­lizmin bu yeni inkişaf mərhə­ləsini “bilik sivilizasiyası” adlandırır.

Fransız iqtisadçısı C.Elqozi istehsalın avtomatlaş­dırılmasının və ümumiyyətlə elmi-texniki tərəqqinin do­ğur­duğu nəticələri təhlil edərək ”inqiëabçılarsız inqi­lab”ın mümkünlüyü qənaətinə gəlir.

Lakin elmi-texniki inqilabın guya sosial inqilabı əvəz etməsi haq­qında fikirlər müəyyən faktiki əsasa malik olsa da, real vəziy­yə­­ti heç də tam düzgün əks etdirmir. Mə­sələ burasındadır ki, sinfi zid­diyyətin aradan qalxması və həyat səviyyəsinií yüksəlməsi əsa­sən mühəndis – texniki iş­çilərə aiddir. Kvalifikasiya dərəcəsi aşağı olan və yalnız əl əməyinə arxalanan fəhlə kütləsi yenə də hər cür qay­ğı və təminatdan məhrum olaraq qalır. Bu, xüsusən üçüncü dün­ya ölkələrindən iş axtarmaq üçün gələn “ucuz işçi qüvvəsinə” aiddir.

Digər tərəfdən də inkişaf etmiş kapitalist ölkələri imperializm mərhələsi üçün səciyyəvi olan bir sıra köklü ziddiyyətlərdən hələ də azad îëà bilməmişdir. Obyektiv təh­lil göstərir ki, müasir dövrdə kapitalist ölkələrinin elmi-texniiki tərəqqi sahəsində yeritdiyi ñèéà­ñÿò heç də yalnız daxili problemlərin həll olunmasına yönəldil­mə­­mişdir. Müharibədən sonrakı dövrdə imperializm mərhə­lə­sinə xas olan militarizm əhval-ruhiyyəsi yenidən üstünlük təşkil etmişdir və bu, daha çox dərəcədə kütləvi qırğın silahlarının kəşfi ilə əlaqədar­dır. İnkişaf etmiş böyük ölkələr, ilk növbədə ABŞ və SSRİ, öz texnoloji nailiyyətlərindən hərbi texnikanın modernləşdi­rilməsi, ən yeni elmi-texniki kəşflərin məhz hərbi sahəyə tətbiq olun­ması üçün istifadə etmişlər. ABŞ-ın Xirosima və Naqasa­kiyə atom bombası atması ilə başlanan iki dünya sistemi arasındakı soyuq müharibə əslində elmi-texniki rəqa­bətin ağırlıq mərkəzinin hərbi sənayeyə keçməsi ilə nəticələndi.

Son illərin təcrübəsi sübut edir ki, hazırlanmış si­lah istifadə­siz qalmır. İnkişaf etmiş ölkələr məhz hərbi texnika üstünlüyünə arxa­lanaraq öz siyasi mövqelərini başqa ölkələrə də qəbul etdir­məyə çalışırlar. Ən səciyyəvi olan isə budur ki, inkişaf etmiş ölkələr hərbi texnikanı təkmilləşdirdikcə “köhnəlmiş texnikanı” üçüncü dün­ya ölkələrinə ixrac edir və bununla əslində onları müharibəyə təhrik edirlər. İmperialist ölkələrin “sülhsevər siyasə­tini” nümayiş etdirən müxtəlif beynəlxalq forumların qə­rarları onların hərbi texnika sahəsində yeritdikləri si­lahlanma siyasəti ilə üzləşir və yeni dövrün daha bir zid­diyyəti ortaya çıxır. Hərbi texnikanın səviyyəsi xariæi siyasətə tə­sir edir və texnokratiya ideyası yaranır. Bəzi ideoloqların müa­sir kapitalizm cəmiyyətini texnokratik cəmiyyət kimi səciyyə­lən­­dirmək cəhdləri, əlbəttə, əsassız deyil. Onlar yük­sək texniki inkişaf sə­viyyəsinin təkcə iq­tisadi amil kimi deyil, həm də siyasi amil kimi çı­xış et­məsinə istiíad edirlər. Doğrudan da, texniki səviyyə dövlə­tin sosial-iqtisadi siyasətinin müəyyənləşməsinə xeyli təsir göstərir. Xü­susən xarici siyasət hərbi texnikanın inkişafından çox asılıdır. La­kin bununla belə, texnika­nın siyasəti müəy­yən etməsi fikri ilə ra­zılaşmaq olmaz. Texnika siyasətin həyata keçirilməsində yalnız vasitədir.

Bəs texnokratik təlimlərin meydana gəlməsinə səbəb nədir? Bunu yalnız ideoloji baxımdan, keçmiş sovet tədqi­qatlarında qə­bul edildiyi kimi sinfi ziddiy­yətlərini ört-bastır etmək cəhdi ola­raq izah etmək düzgün olmazdı. Tex­nokratik təlimlərin ideoloji kök­ləri ilə yanaşı müəyyən qnoseoloji kökləri də vardır. Elm və tex­nikanın yüksək inkişaf səviyyəsi son onilliklərdə kapitalist öl­kə­lərində yeridilən sosial siyasətə getdikcə daha çox təsir göstərir.

İqtisadi və elmi-texniki siyasətäÿ elmi prinsipləri daha çox nə­zÿrə alan bir sıra kapitalist ölkələrində so­sial təminat və mədəni sə­viyyənin artması imkanı getdikcə daha geniş fəhlə kütlələrini əha­tə edir. Belə ki, istehsa­lın genişləndirilməsi, yeni sənaye müəssi­sə­­lərinin açıl­ması mühəndis-texniki kadrların və mütəxəssis fəh­lə­lə­rin la­zım gəldikcə asanlıqla əvəz oluna bilməsi üçün ehtiyat qüv­və­lərin, işñizlər ordusunun da müəyyən ilkin hazırlıq səviyyəsinə ma­lik olması lazımdır. Tədqiqat göstərir ki, istehsalata cəlb olu­nan fəhlələrin heç olmasa təhsili varsa, onların müasir òåõíèêàíû idarə etməsi, müasir ixti­saslara yiyələnməsi daha tez və asan başa gəlir, işin key­fiyyəti yüksəlir və əmək məhsuldarlığı artıq olur.

70-80-ci illərdə istehsalın avtomatlaşäûðûëması şə­rai­tində mikro­elek­tro­nika, hesablama texnikası, roboto­tex­nika, biotexnologiya kimi müasir sənaye sahələrinin ya­­ran­ması, xüsusən hərbi səna­ye­nin sürətli inkişafı ilə əla­qədar olaraq elmin ən yeni nailiyyətlərinə əsaslanan mü­rəkkəb texniki qurğuların, raket texnikasının, nüvə re­aktorlarının və s. geniş təşəkkül tapması yüksək kvali­fi­kasiyalı elmi-texniki kadrlara olan ehtiyacı daha da ar­tırdı.

Böyük mütəxəssislər ordusunun hazırlanması işi yalnız ümu­mən elm və maarifin inkişafı şəraitində, iste­dadlı adamların üzə çı­xa­rılması və onların intellektual poten­sialından maksimum səmə­rəli istifadə edilməsi sayəsində mümkün ola bilərdi. Yalnız varlı­ların, sahibkar uşaqla­rının təhsil alması mütəxəssis kadrlara olan böyük ehti­yacı ödəmək üçün kifayət deyildi. Yüksək intellektual po­­ten­sialı olan adamların üzə çıxarılması üçün daha geniş küt­lə­lərin təhsil almasına şərait yaradılmalı idi. XX əsrin ikinci yarı­sın­da ilk növbədə ABŞ-da və digər in­kişaf etmiş kapitalist ölkələrində bu tələbin ödənil­məsi dövlət siyasəti səviyyəsində həll olundu. Bütün ölkə vətəndaş­larının intellektual potensialınıí səfərbər olun­ması ilə yanaşı, imkan daxilində xarici ölkələrií (ilk növbədə üçün­cü dünya ölkələrinin) elm adamlarını və yuksək kvali­fi­ka­siyalı mütəxəssislərini işə cəlb etməyin müxtəlif üsullarından istifa­də edilməsinə başlandı.

İstehsal sahəsində əl əməyinin texnika ilə ñıxûş-dırılması və bu­ra daha çox mühəndis və texniki iş­çilərin cəlb olunması, təsər­rü­fa­tın elmi yolla idarə edilməsi, əməyin elmi təşkili sahəsində mütə­xəs­sislərin – menecer­lərin rolunun artması əhalinin sosial tərki­bi­nin də tədricən dəyişilməsinə, öz yaşayış səviyyəsinə görə iri sahibkarlarla ixtisassız fəhlələr arasında orta mövqe tu­tan xüsusi təbəqənin formalaşmasına gətirib çıxarır. Burjua ideoloqlarının fikrincə bu yeni təbəqə dövlət siya­sətinin formalaşmasında aparıcı rol oynamağa başlayır. Bu, texnokratiya mərhələsinə keçidin əsas arqument­lərindən biri kimi qiymÿtləndirilir.

Geniş kütlələrin savadlanması xüsusi ixtisaslaşma tələb etməyən fiziki əməyin icrası üçün ucuz işçi qüvvəsi­nÿ ehtiyacı artırır. “Üçüncü dünya” ölkələri ucuz xammalla yanaşı ucuz işçi qüvvəsi­nin də məskəninə çevrilir.

İndustrial cəmiyyətdə mühəndis-texniki işçilərií bir qismi, kadr çatışmayan yeni sahələrdə yaxşı mütəxəssis olan adamlar onlarla müqayisədə daha ağır işdə çalışan adamlara nisbətən qat-qat artıq maaş alırlar ki, bu da fəhlə sinfinin daxilində texniki tə­bə­qə­ləşmə ilə paralel surətdə sosial-iqtisadi təbəqələşmənin yaran­ma­sına səbəb olur. “Hər şey insan naminə” prinsipi əsas tutulma­dıqda aşağı­dakı mülahizələr hakim kəsilir: õüsusi ixtisaslaşma tə­ləb etməyən ağır işi görməyə adam çoxdur, yeni texni­kanı işə salan, onun fÿaliyyətinə nəzarət edən adamlara isə eh­tiyaæ vardır. Deməli, ikincilərə müvəqqəti də olsa, yaxşı şərait yaratmaq, birin­ci­ləri isə bacardıqca daha çox və daha ağır vəziyyətdə işlətmək və on­lar gücdən düşdük­də ye­niləri ilə əvəz etmək lazımdır. Bu mü­la­hizə xüsusi ixti­saslaşma kursu keçməyən, yalnız “qara əməklə” məş­ğul olan fəhlələrin maddi şəraitini daha da pisləşdirir, onların bir insan kimi inkişafını hər cür məhdud­laşdırmış olur.

XX əsrin son rübündə kompüterləşmənin sürətli inkişafı, iqtisadiyyatın və ictimai həyatın bütün sahələrinə nüfuz etməsi, xüsusən internet şəbəkəsinin geniş yayılması qloballaşma üçün texnoloji bazis hazırlamış olur. Bu sahədə yüksək texniki inkişaf səviyyəsində olan dövlətlər öz yüksək ixtisaslı mütəxəssislərinin köməyi ilə dünyada gedən proseslərə daha operativ və effektli təsir etmək imkanı qazandılar.

İndi elektron poçtu və internet nəinki kommunikasiyanın ən səmərəli və sürətli vasitələrinə çevrilmişdir. Nəinki beynəlxalq iqti­sa­di əlaqələrin gediş-gəlişsiz qat-qat operativ olan üsullarını yarat­mışdır, həm də millətlərin mədəni-mənəvi inkişaf istiqa­mətlərinə təsir göstərmək imkanına malikdir. Bu sonuncu amil, yəni in­ter­ne­tin maarifləndirmək funksiyası ilə yanaşı, ideoloji, mədəni-mənəvi tə­sir (habelə diversiya) funksiyası qloballaşma prosesində çox önəm­li yer tutur.

Azərbaycan da elə müstəqilliyinin ilk illərindən bu problem­lərlə rastlaşmış, Heydər Əliyevin uzaqgörən si­yasəti sayəsində qlo­bal­laşmanın iqtisadi inteqrasiya istiqamətində açdığı imkanlar­dan uğurla istifadə etməyə çalışmış, “Əsrin kontraktı”, “Böyük İpək yo­lu­nun bər­pası” kimi planetar miqyaslı iqtisadi hadisələrin mər­kə­­zində dayanmağa nail olmuşdur. Bununla belə, iqtisadi inteq­ra­si­ya proseslərində bundan sonra da yaxşı ölçülüb-biçilmiş, incə siya­sət aparılmasına böyük ehtiyac vardır. Bundan əlavə, qlobal­laşmanın ideoloji və mədəni-mənəvi təxribat aspektləri neytral-laşdırılmalı, əksinə, möhtərəm Heydər Əliyevin dediyi kimi, qərb dünyasından məhz tərəqqiyə xidmət edən müsbət mədəni amillər əxz olun­malı, Şərq və Qərb dəyərləri arasında optimal nisbət gözlənilməli, pozitiv balans yaradılmalıdır.



1 Heydər Əliyev. Müstəqillik yolu, B. , 1997. səh 48.

1 И.И.Лукашук. Глобализация, государство, право, XXI век. М., 2000, стр. 78.




Download 186 Kb.
1   2   3




Download 186 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



) xidmət iqtisadiy­ya­tının üstünlük təşkil et­mə­si; 2)

Download 186 Kb.