• Bakı-2023 Mündəricat
  • Azərbaycan Respublikası Konstitusiyasınınnın funksiyalarının təsnifatı
  • A zərbaycan Respublikası Elm və Təhsil Nazirliyi western caspian university sərbəst iş




    Download 92.62 Kb.
    bet1/3
    Sana18.05.2023
    Hajmi92.62 Kb.
    #61349
      1   2   3
    Bog'liq
    alişah


    A
    zərbaycan Respublikası Elm və Təhsil Nazirliyi

    WESTERN CASPİAN UNİVERSİTY

    Sərbəst iş
    Fakültə: Tətbiqi və təbiət elmləri məktəbi
    Kafedra: Tarix və fəlsəfə
    Tələbə: Əliyev Əlişah
    İxtisas: Meşəçilik
    Tədris ili: 2023
    Qrup: 232M
    Fənn: ARK və hüququn əsasları
    Mövzu: Azərbaycan Respublikasının Konstitusiyasının funksiyaları
    Müəllim: dos., Ağa Mirələm


    Bakı-2023

    Mündəricat


    1. Azərbaycan Respublikası Konstitusiyasının funksiyalarının təsnifatı

    2. Hüquqi funksiya

    3. Siyasi funksiya

    4. Sosial funksiya

    5. Tərbiyəvi funksiya



    1. Azərbaycan Respublikası Konstitusiyasınınnın funksiyalarının təsnifatı

    “Konstitusiya” latınca “constitutio” sözündən olub mənası “quruluş”, “təsisat” deməkdir.
    Konstitusiya və ya Anayasa— dövlətin ali qanunudur. Ali hüquqi qüvvəyə malikdir. Dövlətin siyasi, hüquqi və iqtisadi sistemlərin əsaslarını təsbit edir. Vətəndaşlarının hüquq və azadlıqlarını elan edir və zəmanət verir.
    Ümummilli lider Heydər Əliyevin 1 noyabr 1996-cı il tarixli fərmanına əsasən hər il noyabrın 12-si ölkəmizdə Konstitusiya Günü kimi qeyd olunur.
    Azərbaycan Respublikasının Konstitusiyası — Azərbaycan Respublikasının əsas qanunu. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə qəbul olunmuşdur.
    Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında əks olunan prinsipləri əsas götürərək, bütün cəmiyyətin və hər kəsin firavanlığının təmin edilməsini arzulayaraq, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsini istəyərək, keçmiş, indiki və gələcək nəsillər qarşısında öz məsuliyyətini anlayaraq, suveren hüququndan istifadə edərək, təntənəli surətdə aşağıdakı niyyətlərini bəyan edir:


      • Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq;

      • Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək;

      • Vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq;

      • Xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq;

      • ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin etmək;

    ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstəedili


    Yuxarıda sadalanan ülvi niyyətlərlə ümumxalq sәsvermәsi – referendum yolu ilə bu Konstitusiya qəbul edilir.
    Qanunvericilik üçün mühüm rol oynayan konstitusiya digər hüquqi normativlərə nisbətən müəyyən stabilliyə malikdir və onda hər hansı bir dəyişiklik həyata keçirmək üçün xüsusi qaydalar mövcuddur.
    Azərbaycan Respublikasmın Konstitusiyası yalnız dövlətin təşkilini deyil, həm də qeyri-dövlət sahələrini – sosial-iqtisadi quruluşun əsaslarını, cəmiyyətin mədəni həyatını, insan və vətəndaşın hüquq, azadlıq və vəzifələrini əhatə edir. Onun tənzimləyici rolu bütün dövlət orqanizminə aiddir. Odur ki, Azərbaycan Respublikasmın Konstitusiyası onun Konstitusiya quruluşunun əsaslarını, insan və vətəndaşın hüquqi statusunu, vətəndaş cəmiyyətinin əsas cəhətlərini, unitar dövlət quruluşunu, Azərbaycan Respublikasında qanunverici, icra və məhkəmə hakimiyyəti orqanlannın təşkili və fəaliyyəti prinsiplərini, yerli özünüidarəetmənin əsaslarını təsbit edir.
    Konstitusiya hüquq sisteminin təməlini təşkil edir. Hüquq sisteminin nüvəsini, bünövrəsini təşkil etməklə, konstitusiya bu sistemdən təcrid olunmuş şəkildə deyil, həmin sistem daxilində fəaliyyət göstərir. Konstitusiya hüquq sisteminin üzvi tərkib hissəsi və mərkəzi həlqəsi, başlıca tərkib yaradıcı elementi, onun əsas hüquqi mənbəyidir. Konstitusiyanın əhəmiyyəti həm də onda ifadə olunur ki, o, bütün hüquq sisteminin fəaliyyətinin ilkin başlanğıclarını müəyyən edir və eyni zamanda, baza mənbə kimi hər bir hüquq və qanunvericilik sahəsinin sisteminə daxıl olur.
    Bütün hüquq sahələrinin Konstitusiya əsasında kompleks inkişafı demokratik hüquqi dövlətin formalaşması, insan və vətəndaş hüquq və azadlıqlarının təminatlılıq səviyyəsinin artması, qanunçuluq və hüquq qaydasının möhkəmlənməsi üçün əlverişli zəmin yaradır.
    Konstitusion tənzimetmə təsiri heç bir digər normativ hüquqi aktın malik olmadığı hərtərəflilik xarakterinə malikdır. Konstitusiya cəmiyyətın həyatının bütün sahələrınə - siyasi, iqtisadi, sosial, ınənəvi və digər sahələrinə toxunur və bu sahələrdə ictimai münasibətlərin fundamental əsaslarını tənzim edir.
    Konstitusiyanın cəmiyyətdəki əhəmiyyəti onun daşıdığı funksiyalar vasitəsilə reallaşır. Funksiyalar konstitusiyanın mahiyyətini, sosial təyinatını, konstitusion normaların və institutlann spesifik cəhətlərini özündə əks etdirir.
    Konstitusiyanın funksiyaları hüquqi, sosial, siyasi və tərbiyəvi olaraq dörd əsas hissəyə bölünür.
    Konstitusiyanın funksiyalarının həcmi tarixi inkişaf gedişində dəyişməz qalmır. Onlar başlıca olaraq iki səbəbdən dəyişir. Birincisi, demokratik hüquq və azadlıqlann təsbitinə gətirib çıxaran siyasi mübarizə nəticəsində. Məlum olduğu kimi, cəmiyyət hüquq və azadlıqlann müəyyən minimumu olmadan inkişaf edə bilməz. İnqilabdan sonrakı dövrün aktlarında bu minimum kafı səviyyədə idi. Sonrakı onillikdə vətəndaşların öz hüquqları uğrunda inqilabi mübarizəsi nəticəsində bu minimum genişləndi. Bu faktorun təsiri ilə parlament və hökumət arasında münasibətlərdə transformasiya baş verir. Konstitusiya funksiyalarının mürəkkəbləşməsinə səbəb olan ikinci amil yeni beynəlxalq reallıqların tələbləri milli və beynəlxalq əhəmiyyət kəsb edən məsələlərin həllidir.
    Konstitusiya bütövlükdə çoxsaylı funksiyalar yerinə yetirsə də, onlardan ən mühümləri aşağıdakılar hesab olunur:

    1. Hüquqi funksiya;

    2. Siyasi funksiya;

    3. Sosial funksiya;

    4. Tərbiyəvi-ideoloji funksiya.

    5. İqtisadi funksiya




    1. Download 92.62 Kb.
      1   2   3




    Download 92.62 Kb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    A zərbaycan Respublikası Elm və Təhsil Nazirliyi western caspian university sərbəst iş

    Download 92.62 Kb.