Maddə 7. İcazə şərtləri
1. Hazırki Sazişin 4-cü və 5-ci maddələrində nəzərdə tutulan icazələr sərhədyanı ərazidə yerləşən məntəqələrdə digər Razılığa gələn Tərəfin daşıyıcılarına veriləcəkdir.
2. 1-ci bənddə göstərilən icazələr və digər sənədlər bütün yol boyu nəqliyyat vasitəsində saxlanılmalı və hər hansı nəzarət orqanlarının səlahiyyətli nümayəndələrinin tələbi ilə təqdim olunmalıdır.
3. İcazə yalnız onu əldə etmiş daşıyıcı tərəfindən istifadə oluna bilər və digər daşıyıcıya verilə bilməz.
Maddə 8. Çəki və ölçülər
1. Nəqliyyat vasitələrinin çəkiləri, oxlara düşən çəkilər daxil olmaqla və ölçüləri nəqliyyat vasitəsinin rəsmi qeydiyyatına uyğun olmalı və qəbul edən ölkədə qüvvədə olan maksimal həddi aşmamalıdır.
2. Hazırki Sazişin şərtlərinə uyğun olaraq, yüklü və ya yüksüz nəqliyyat vasitəsinin çəki və/və ya ölçüləri qəbul edən ölkədə icazə verilən maksimal həddi aşarsa, qəbul edən ölkənin səlahiyyətli orqanlarının xüsusi icazəsi tələb olunur.
|