• KANALİZASİYA. XARİCİ ŞƏBƏKƏ VƏ QURĞULAR
  • 4. Şəhər tullantı sularının hesabi sərfləri. Kanalizasiya şəbəkələrinin hidravlik hesablanması. Xüsusi sərflər və qeyri-müntəzəmlik əmsalları 4.1. Ümumi müddəalar
  • Kanalizasiya qurğularından yaşayış binaları, ictimai və yeyinti sənayesi sahələrinə qədər sanitariya mühafizə zonası
  • AZƏrbaycan respublikasi döVLƏT ŞƏHƏrsalma və arxitektura komiTƏSİNİn kollegiyasi




    Download 4.24 Mb.
    bet31/53
    Sana24.03.2017
    Hajmi4.24 Mb.
    1   ...   27   28   29   30   31   32   33   34   ...   53

     

     


     

    Azərbaycan Respublikası

    Dövlət Şəhərsalma və Arxitektura

    Komitəsinin Kollegiyasının

    13 avqust 2015-ci il tarixli 04 №-li

    qərarı ilə təsdiq edilmişdir.


     

    KANALİZASİYA. XARİCİ ŞƏBƏKƏ VƏ QURĞULAR

     

    1. Ümumi müddəalar



    1.1. Yaşayış məntəqələri və ayrı-ayrı obyektlərin daimi fəaliyyət göstərəcək yeni inşa edilən və yenidən qurulan xarici kanalizasiya sistemlərinin layihələndirilməsində bu normalar əsas götürülməlidir.

    1.2. Kanalizasiya layihələri işlənərkən “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanunu, “Azərbaycan Respublikasının Su Məcəlləsi”, eləcə də ölkədə bu sahədə qüvvədə olan digər qanunlar və normativ sənədlərin tələbləri nəzərə alınmalıdır.

    1.3. Obyektlərin kanalizasiyasının sistem və sxemlərinin seçilməsi tullantı sularının təmizlən-məsinə olan tələblərdən, iqlim şəraitindən, ərazinin relyefindən, geoloji və hidroloji şərtlərdən, tullantı sularının kənarlaşdırılmasının mövcud vəziyyətindən və digər amillərdən asılı olaraq həyata keçirilir.

    1.4. Layihələndirmə zamanı obyektlərin kanalizasiya sistemlərinin bu obyektlərin mənsubiyyətindən asılı olmayaraq bir sistemdə birləşdirilməsinin məqsədə uyğunluluğuna diqqət yetirilməli, həmçinin mövcud qurğuların texniki, iqtisadi və sanitariya qiymətləndirilməsi, onlardan istifadə edilə bilməsinin və işlərinin intensivləşdirilməsinin mümkünlüyü nəzərə alınmalıdır.

    1.5. Obyektlərin kanalizasiya layihələri bir qayda olaraq su tələbatı və yaranmış tullantı sularının balansı təhlil edilərək bu obyektlərin su təchizatı layihələri ilə eyni zamanda işlənməli, təmizlənmiş tullantı və yağış sularından istehsalat su təchizatı və suvarmada istifadə olunmasının mümkünlüyü nəzərə alınmalıdır.

    1.6. İstehsalat və şəhər tullantı sularının, onların xarakterindən asılı olaraq, təmizlənmiş sudan mümkün qədər maksimum təkrar istifadə etmək şərtilə birlikdə və ya ayrılıqda təmizlənməsinə yol verilir.

    1.7. Sənaye müəssisələrinin kanalizasiya sxemi seçilərkən aşağıdakılar nəzərə alınmalıdır:

    tullantısız və susuz texnologiyaların tətbiqi, qapalı su təsərrüfatı sisteminin yaradılması, hava ilə soyutma sistemlərindən istifadə edilməsi və s. hesabına texnoloji proseslərdə yaranan tullantı sularının həcminin azaldılmasının mümkünlüyü;

    istehsalat tullantı sularının onlardan ayrı-ayrı komponentləri çıxartmaq üçün yerli qurğularda təmizlənməsinin mümkünlüyü;

    sudan onun keyfiyyətinə müxtəlif tələblər irəli sürən texnoloji proseslərdə ardıcıl istifadə edilməsinin mümkünlüyü;

    istehsalat tullantı sularının su obyektlərinə və ya yaşayış məntəqələrinin və ya digər su işlədicilərin kanalizasiya sistemlərinə axıdılma şərtləri;

    tullantı sularının təmizlənməsi prosesində yaranan çöküntülərin kənar edilməsi və onlardan istifadə şərtləri.



    1.8. Müxtəlif çirkləndiricilərə malik istehsalat tullantı sularını bir yerdə təmizləmək məqsədəuyğun olduqda onları bir axında birləşdirməyə yol verilir. Belə hallarda kommunikasiyalarda müxtəlif qazların və ya bərk maddələrin yaranması ilə kimyəvi proseslərin getməsinin mümkünlüyü nəzərə alınmalıdır.

    1.9. Sənaye müəssisələrinin kanalizasiya şəbəkələrini yaşayış məntəqələrinin küçə, yaxud məhəllədaxili şəbəkəsinə birləşdirdikdə, sənaye müəssisəsi ərazisindən kənarda nəzarət quyuları ilə təchiz olunmuş buraxıcılar nəzərdə tutulmalıdır.

    Müəssisələrdən axıdılan tullantı suyunun sərfini ölçmək üçün müvafiq qurğular nəzərdə tutulmalıdır.

    Bir neçə sənaye müəssisəsinin istehsalat tullantı sularının bir axında birləşdirilməsinə bu müəssisələrin nəzarət quyularından sonra yol verilir.

    1.10. Yaşayış məntəqəsinin məişət tullantı suları ilə birlikdə kənar ediləcək və təmizlənəcək istehsalat tullantı suları tərkibi və xassələrinə görə yaşayış məntəqəsinin kanalizasiya sisteminə qəbul edilən tullantı sularının tərkibinə irəli sürülən tələblərə cavab verməlidir. Bu tələblərə cavab verməyən istehsalat tullantı suları ilkin təmizlənməlidir. İlkin təmizlənmə dərəcəsi yaşayış məntəqəsinin kanalizasiya sistemini və təmizləyici qurğularını istismar edən təşkilatla (təşkilatlarla) razılaşdırılmalıdır. Belə təşkilatlar olmadıqda razılaşma bu kanalizasiya sistemini layihələndirən təşkilatla aparılmalıdır.

    1.11. Tikinti üçün ayrılmış ərazilərdə, eləcə də müəssisə ərazilərində yaranan yerüstü axım suları daxil olmaqla bütün növlərdən olan tullantı sularını təmizlənməyə nəql edən ümumi axımlı və yarım ayrılmış kanalizasiya sistemlərini layihələndirən zaman bu normalar, həmçinin bu sistemlərin işini nizama salan digər normativ sənədlər rəhbər tutulmalıdır.

    1.12. Layihələrdə qəbul edilən əsas texniki həllər və onların reallaşdırılmasının növbəliliyi mümkün variantların göstəricilərinin müqayisəsinə əsaslanmalıdır. Texniki-iqtisadi hesablamalar müsbət və mənfi cəhətləri hesabatsız təyin edilə bilməyən variantlar üçün yerinə yetirilir.

    Optimal variant kimi sanitariya-epidemioloji xidmət və balıqçılıq təsərrüfatının tələbləri nəzərə alınmaqla material ehtiyatları, əmək, enerji və yanacaq sərflərinin azalması nəzərdə tutularaq ən az xərc tələb olunanı seçilir.



    1.13. Kanalizasiya sistemləri layihələndirildikdə bu sahədə mövcud olan mütərəqqi texnoloji sxemlər, qurğu və avadanlıqlardan istifadə olunması, əmək tutumlu işlərin mexanikləşdirilməsi, texnoloji proseslərin avtomatlaşdırılması və tikinti-quraşdırma işlərinin yığma konstruksiyalardan, zavodlarda və ixtisaslaşmış emalatxanalarda istehsal olunan standart məmulat və detallardan istifadə etməklə maksimum sənayeləşdirilməsi nəzərə alınmalıdır.

    1.14. İstehsalat və yağış kanalizasiyasının təmizləyici qurğuları, bir qayda olaraq, sənaye müəssisələrinin ərazisində yerləşdirilməlidir.

    1.15. Təmizlənmiş tullantı və səth sularının su obyektlərinə buraxılma yerləri və şərtləri “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanunu, “Azərbaycan Respublikasının Su Məcəlləsi” əsas götürülərək, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Dövlət Sanitariya-Epidemioloji Xidməti, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları və ölkə qanunvericiliyində nəzərdə tutulmuş digər orqanlarla, gəmiçilik olan sututarlar, suaxarlar və dənizlərə axıdılma yerləri ölkənin müvafiq nazirlik və orqanları ilə razılaşdırılmalıdır.

    1.16. Kanalizasiya sisteminin fəaliyyətinin etibarlılığı tullantı sularının sərfinin və tərkibindəki çirkləndiricilərin miqdarının təyin olunmuş hədlərdə dəyişməsindən, onların su obyektlərinə axıdılma şərtlərindən, elektrik enerjisi ilə təminatda fasilə baş verdikdə, kommunikasiyalarda, qurğularda və avadanlıqda baş verə biləcək mümkün qəzalarda, plan üzrə təmir işləri aparıldıqda, xüsusi təbii şəraitdən (zəlzələ, çökən qruntlar və s.) asılı olan vəziyyətlərdə tələb olunan hesabi keçiricilik qabiliyyətinin və tullantı sularının təmizlənmə dərəcəsinin saxlanılması ilə təyin edilir.

    Kanalizasiya sisteminin və onun ayrı-ayrı elementlərinin fəaliyyətinin etibarlılığı təyin edilərkən texnoloji, sanitariya-epidemioloji və su mühafizə tələbləri nəzərə alınmalıdır.



    1.17. Kanalizasiya sistemi, yaxud onun ayrı-ayrı elementlərinin işində fasiləyə yol verilməyən hallarda, onların fasiləsiz işləməsini təmin etmək üçün aşağıdakı tədbirlər nəzərdə tutulmalıdır:

    kanalizasiya obyektlərinin elektrik enerjisi ilə etibarlı təchizatı (iki müstəqil qidalanma mənbəyi, ehtiyat avtonom elektrik stansiyası, akkumulyator batareyaları və s.);

    əvəz edilən kommunikasiyalar, keçid xətlərinin (baypas) qurulması, axının başqa xətlərə yönəldilməsi, paralel işləyən boru kəmərlərində bağlantılar və s.;

    sonradan suyu normal rejimdə onlardan götürmək şərtilə qəza tutumlarının (bufer) qurulması;

    paralel işləyən qurğuların biri profilaktik baxışa və ya təmirə dayandıqda səmərəli işləməsini təmin edən sayda bölmələrə ayrılması;

    eyni təyinatlı işçi avadanlığın ehtiyat avadanlıqla təmin edilməsi;

    avadanlıq və qurğuların ehtiyat keçiricilik qabiliyyəti, tutum, möhkəmlik və s. ilə təmin edilməsi (texniki-iqtisadi hesablama ilə təyin edilir);

    qəza hallarında sistemin keçiricilik qabiliyyətinin və ya tullantı sularının təmizlənmə səmərəsinin yol verilən azaldılma həddinin təyin edilməsi (nəzarət orqanları ilə razılaşdırmaqla);

    Yuxarıda göstərilən tədbirlərin tətbiqinin vacibliyi layihələndirmə zamanı obyektin məsuliyyət dərəcəsindən asılı olaraq nəzərdən keçirilməlidir.

    1.18. Bir qurğu qəzaya uğradıqda, yaxud təmirə dayandırıldıqda eyni təyinatlı digər qurğulara düşən əlavə yüklənmə onların hesabi məhsuldarlığının 8-17%-dən çox olmamalı və tullantı sularının təmizlənmə səmərəsini azaltmamalıdır.

    1.19. Kanalizasiya qurğularından yaşayış binaları, ictimai və yeyinti sənayesi sahələrinə qədər sanitariya-mühafizə zonası onların gələcəkdə genişləndirilməsi də nəzərə alınmaqla aşağıdakı qaydada qəbul edilməlidir:

    yaşayış məntəqələrinin kanalizasiya qurğuları və nasos stansiyalarından-cədvəl 1 üzrə;

    sənaye müəssisələri ərazisində yerləşməyən, istehsalat tullantı sularını müstəqil təmizləyib nəql edən, yaxud istehsalat və məişət tullantı sularını bir yerdə təmizləyən və nəql edən təmizləyici qurğular və nasos stansiyalarından, tullantı sularının yarandığı sənaye müəssisələrində olduğu kimi (SN 245 üzrə), lakin cədvəl 1-də göstəriləndən az olmayaraq.

    2. Normativ istinadlar

    Bu normalarda aşağıda göstərilən normativ sənədlərə istinad edilib:



    Azərbaycan Respublikasının ərazisində tətbiq olunan ölçü vahidləri haqqında

    Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 fevral 2011-ci il tarixli № 23 Qərarı






    Azərbaycan Respublikasının Su Məcəlləsi




    Azərbaycan Respublikasının Qanunu “Su təchizatı və tullantı suları haqqında”




    AzDTN 2.6-1

    Dövlət Şəhərsalma Norma və Qaydaları. Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması

    AzDTN 2.3-1

    Seysmik rayonlarda tikinti

    MSN 2.02.01-97

    Bina və qurğuların yanğın təhlükəsizliyi

    TNvəQ 2.01.01-82

    İnşaat klimatologiyası və geofizikası

    TNvəQ 2.01.09-91

    İşlənilən ərazilərdə və çökən qruntlarda olan bina və qurğular

    TNvəQ 2.04.01-85*

    Binaların daxili su kəməri və kanalizasiyası

    TNvəQ 2.04.02-84*

    Su təchizatı. Xarici şəbəkə və qurğular

    TNvəQ 2.04.03-85*

    Kanalizasiya. Xarici şəbəkə və qurğular

    TNvəQ 2.04.09-84

    Bina və qurğuların yanğından avtomatik müdafiəsi

    TNvəQ 2.06.15-85

    Ərazilərin su basmadan mühəndis müdafiəsi

    TNvəQ 3.04.03-85

    Tikinti konstruksiya və qurğularının korroziyadan müdafiəsi

    SN 245-71

    Sənaye müəssisələrinin layihələndirilməsinin sanitariya normaları

    SN 322-74

    Şəhərlərdə və sənaye müəssisələrində lövhəli keçid üsulu ilə qurulan kollektor tunellərinin tikintisi üçün işlərin yerinə yetirilməsi və qəbulu üzrə göstərişlər

    DÜİST 12.1.011-78*

    Partlama təhlükəsi olan qarışıqlar. Təsnifatlaşdırma və üsullar

    DÜİST 12.2.020-76

    Əmək mühafizəsinin standartları sistemi. Partlayışdan müdafiə olunan elektrik avadanlığı. Təsnifatlaşdırma. Markalanma

    DÜİST 17.1.1.01-77

    Təbiətin mühafizəsi. Hidrosfera. Suyun müdafiəsi və istifadə edilməsi. Əsas termin və təyinlər

    DÜİST 25150-82

    Kanalizasiya. Terminlər və təyinlər

    DÜİST 25298-82

    Məişət tullantı sularının təmizlənməsi üçün yığcam qurğular

    PUE-76

    Elektrik qurğuların qurulma qaydaları

     

    3. Əsas anlayışlar

    Bu Tikinti Norma və Qaydalarında aşağıdakı terminlərdən və ixtisarlardan istifadə edilmişdir:



    asılı maddələr

    sudan götürülmüş nümunə süzüldükdə kağız süzgəc səthində qalan çirkləndiricilərin miqdarını xarakterizə edən göstərici;

    axım modulu

    vahid zamanda su toplanan vahid sahədən axan su miqdarı;

    ayrılmış kanalizasiya sistemi

    iki və daha çox müstəqil kanalizasiya şəbəkəsindən ibarət kanalizasiya sistemi: təsərrüfat-məişət və şəhər kanalizasiya sisteminə qəbul edilə bilən istehsalat tullantı sularının bir hissəsini kənarlaşdıran şəbəkə; təsərrüfat-məişət tullantı suları ilə birlikdə axıdılmasına və təmizlənməsinə yol verilməyən, çirkli istehsalat tullantı sularını kənarlaşdıran şəbəkəyaşayış və sənaye ərazilərindən sututarlara axıdılmazdan əvvəl təmizlənən yağış, ərimiş qar və küçə-meydanların suvarılması-yuyulmasından yaranan tullantı sularını kənarlaşdıran şəbəkə;

    bioloji süzgəc

    tullantı sularını təmizləmək üçün bioloji pərdəsi olan yükdən keçirmək prinsipi ilə işləyən qurğu;

    iki yaruslu durulducu

    tullantı sularının durulması və çökmüş lilin qıcqırmasının iki konstruktiv həcmdə getməsini bir qurğuda təmin edən durulducu;

    hidravlik yük

    təmizləyici qurğuların vahid səthindən, yaxud vahid həcmindən müəyyən zaman kəsiyində keçən tullantı sularının həcmi;

    kanalizasiya sistemi

    müxtəlif mənşəli tullantı sularını toplayan, nəql edən, təmizləyən və təmizlənmiş tullantı sularını sututarlara-suqəbuledicilərə tullayan və ya təkrar istifadəyə yönəldən biri-biri ilə bağlı qurğuların cəmi;

    metantenk

    tullantı suları çöküntüsünü yüksək temperaturda anaerob qıcqırtmaq üçün qurğu;

    sututar

     


    quruda yerləşən, tam hərəkətsiz, yaxud çox yavaş hərəkətli axına malik su obyekti;

    suyu çirkləndirən maddə

    suyun keyfiyyət normalarını korlayan maddə;

    suyun aerasiya edilməsi

    suyun havanın oksigeni ilə zənginləşdirilməsi;

    şəhər tullantı suları

    şəhər kanalizasiyasına qəbul edilən məişət və sənaye tullantı sularının qarışığı;

    tullantı suları

    insanın məişət və istehsalat fəaliyyətində istifadə olunaraq kənarlaşdırılan sular;

    tullantı sularının təmizlənməsi

    tullantı sularının onlarda olan müəyyən maddələrin parçalanması, yaxud kənarlaşdırılması məqsədilə emalı;

    tullantı sularının zərərsizləşdirilməsi

    tullantı sularından patogen və sanitariya cəhətdən təhlükəli olan digər mikroorqanizmlərin kənarlaşdırılması məqsədilə emalı;

    tullantı sularının kənarlaşdırılma norması

    bir sakin, yaxud istehsalat üçün xarakterik olan bir şərti vahid üçün təyin edilmiş tullantı su miqdarı;

    ümumiaxımlı kanalizasiya sistemi

    şəhər və yerüstü tullantı suları daxil olmaqla bütün növlərdən olan tullantı sularını birlikdə kənarlaşdıran və təmizləyən kanalizasiya sistemi;

    yağış axımı

    yağış düşməsi nəticəsində yer səthində yaranan axım;

    yağışın davametmə müddəti

    kanalizasiya şəbəkəsini hesablamaq üçün müəyyən intensivliyə və tezliyə malik yağışın davametmə müddəti;

    yağışqəbuledici

    kanalizasiya şəbəkəsinin yağış sularını qəbul edərək kənarlaşdıran qurğusu;

    yarımayrılmış kanalizasiya sistemi

    İki müstəqil küçə boru şəbəkəsindən ibarət kommunal kanalizasiya sistemi: sistemlərdən biri şəhər tullantı sularını, digəri yağış, ərimiş qar və küçə-meydanların suvarılması-yuyulmasından yaranan tullantı sularını kənarlaşdırır; yaşayış məntəqəsinin bütün tullantı sularını təmizləyici qurğulara nəql etdirən baş kollektorları ümumi axımlı qəbul edilir və kənarlaşdırılan su miqdarı hesabi sərfdən artıq olduqda yağış sularının bir qismi ayırıcı kameralar vasitəsilə təmizlənmədən sututara axıdılır;

    yerüstü tullantı suları (yağış və ərimiş qar suları)

    yağış yağdıqdan və qar əridikdən sonra yaranan su axımları;

    SSAM

    sintetik səthi-aktiv maddələr;

    SAM

    səthi-aktiv maddələr

    SOK

    sirkulyasiyalı oksidləşdirici kanallar;

    NÖC

    nəzarət ölçü cihazları;

    OKT

    oksigenə kimyəvi tələbat;

    OBT

    oksigenə bioloji tələbat;

    QTS

    qarışıq təsirli süzgəclər;

    ƏES

    əhalinin ekvivalent sayı (üzvi çirkləndiricilərin əhalinin sayına ekvivalent miqdarını göstərir).

    4. Şəhər tullantı sularının hesabi sərfləri. Kanalizasiya şəbəkələrinin hidravlik hesablanması. Xüsusi sərflər və qeyri-müntəzəmlik əmsalları

    4.1. Ümumi müddəalar

    4.1.1. Yaşayış məntəqələrinin kanalizasiya sistemləri layihələndirilərkən yaşayış binalarından kənarlaşdırılan məişət tullantı sularının il ərzində orta sutkalıq xüsusi hesabi sərfi ərazinin və yaşıllıq zonalarının suvarılması nəzərə alınmadan TN və Q 2.04.02-ə əsasən il ərzində orta sutkalıq xüsusi hesabi su sərfinə bərabər qəbul edilməlidir.

    Kanalizasiya qurğularından yaşayış binaları, ictimai və yeyinti sənayesi sahələrinə qədər sanitariya-mühafizə zonalarının layihələndirilməsində cədvəl 1-də verilmiş normalar əsas götürülməlidir.

    Cədvəl 1. Kanalizasiya qurğularından yaşayış binaları, ictimai və yeyinti sənayesi sahələrinə qədər sanitariya mühafizə zonası

     

    Qurğular


    Təmizləyici qurğuların aşağıdakı hesabi məhsuldarlığında (min.m3/sut) sanitariya-mühafizə zonası, m







    0,2-ə qədər

    0,2-dən çox,5-ə qədər

    5-dən çox, 50-ə qədər

    50-dən çox, 280-ə qədər




    Çöküntünü qıcqırtmaq üçün lil sahələri olan mexaniki və bioloji təmizləmə qurğuları, həmçinin ayrılıqda yerləşmiş lil sahələri

    150

    200

    400

    500




    Çöküntüləri bağlı otaqlarda termomexaniki emal edilən mexaniki və bioloji təmizləmə qurğuları

    100

    150

    300

    400




    Süzmə sahələri

    200

    300

    500

    -




    Cədvəl 1-in davamı




    Becərilən suvarılan torpaq sahələri

    150

    200

    400

    -




    Bioloji nohurlar

    200

    200

    300

     




    Dövretdirici oksidləşdirici kanalları olan qurğular

    150

    -

    -

    -




    Nasos stansiyaları

    15

    20

    20

    30




    Q e y d: 1. Məhsuldarlığı 280 min.m3/ sut-dan böyük olan, həmçinin tullantı sularının təmizlənməsinin və çöküntünün emal edilməsinin qəbul edilmiş texnologiyasından kənara çıxmalar olduqda kanalizasiya qurğularının sanitariya-mühafizə zonaları Səhiyyə Nazirliyinin sanitariya-epidemioloji xidməti ilə razılaşdırıldıqdan sonra təyin edilir.

    2. Cədvəl 1-də göstərilən sanitariya-mühafizə zonalarının, yaşayış binaları küləyin təmizləyici qurğular tərəfdən əsdiyi ərazidə yerləşdiyi hallar üçün 2 dəfəyə qədər artırılmasına, yaxud əlverişli küləklər qrafiki olduqda 25%-ə qədər azaldılmasına yol verilir.

    3. Məhsuldarlığı 0,2 min.m3/ sut-dan çox olan təmizləyici qurğuların ərazisində lil sahələri olmadıqda sanitariya-mühafizə zonasının ölçüsü 30% azaldılmalıdır.

    4. Sahəsi 0,5 ha-ya qədər olan süzmə sahələrindən və məhsuldarlığı 50 m3/sut-ya qədər olan mexaniki və bioloji (biofiltrlərdə) təmizləmə qurğularından sanitariya-mühafizə zonası 100 m qəbul edilməlidir.

    5. Məhsuldarlığı 15 m3/sut-dan az olan yeraltı süzmə sahələrindən sanitariya-mühafizə zonası 15 m qəbul edilməlidir.

    6. Süzmə xəndəkləri və qum-çınqıl filtrlərindən sanitariya-mühafizə zonası 25 m, septiklərdən və süzmə quyularından müvafiq olaraq 5 və 8 m, məhsuldarlığı 700 m3/sut-ya qədər olan aerob stabilləşmə ilə tam oksidləşdirən aerasiya qurğularından 50 m qəbul edilməlidir.

    7. Boşaltma stansiyalarından sanitariya-mühafizə zonası 300 m qəbul edilməlidir.

    8. Yaşayış ərazilərinin səth axım sularını təmizləyən qurğulardan sanitariya-mühafizə zonası 100 m,nasos stansiyalarından 15 m, sənaye müəssisələrinin təmizləyici qurğularından sanitariya-epidemioloji xidmət ilə razılaşdırmaya əsasən qəbul edilməlidir.

    9 .Şlamtoplayıcılardan sanitariya-mühafizə zonası şlamın tərkibi və xüsusiyyətlərindən asılı olaraq sanitariya-epidemioloji xidmət ilə razılaşdırmaya əsasən qəbul edilməlidir.


























    Download 4.24 Mb.
    1   ...   27   28   29   30   31   32   33   34   ...   53




    Download 4.24 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    AZƏrbaycan respublikasi döVLƏT ŞƏHƏrsalma və arxitektura komiTƏSİNİn kollegiyasi

    Download 4.24 Mb.