• 8.2.10. Deqazatorlar 8.2.10.1.
  • 8.2.10.7.
  • 9. Tullantı sularını bioloji təmizləyən qurğular 9.1. Preaeratorlar və biokoaqulyatorlar 9.1.1.
  • 9.2. Bioloji süzgəclər 9.2.1. Ümumi müddəalar 9.2.1.1.
  • Q e y d.
  • 9.2.1.8.
  • 9.2.2. Damcılı bioloji süzgəclər 9.2.2.1.
  • 9.2.3. Yüksək yüklənmiş bioloji süzgəclər Aerosüzgəclər 9.2.3.1.
  • AZƏrbaycan respublikasi döVLƏT ŞƏHƏrsalma və arxitektura komiTƏSİNİn kollegiyasi




    Download 4.24 Mb.
    bet42/53
    Sana24.03.2017
    Hajmi4.24 Mb.
    1   ...   38   39   40   41   42   43   44   45   ...   53

    8.2.9.7. İmpeller, pnevmatik və məsaməli materialla hava qabarcıqlarının parcalanması ilə işləyən qurğular layihələndirilən zaman aşağıdakı parametrlər qəbul edilməlidir:

    flotasiyanın davam etmə müddəti - 20-30 dəq-ə;

    flotasiya rejimində işlədikdə hava sərfi - 0,1-0,5 m3/m3;

    köpüklü ayırma rejimində işlədikdə hava sərfi - 3-4 m3/m3 (50-200 l 1 qr çıxarılan SFM), yaxud 30-50 m3/(m2.st);

    flotasiya kamerasında suyun dərinliyi - 1,5-3 m;

    impellerin dairəvi sürəti - 10-15 m/s.;

    impeller flotasiyası üçün kamera - tərəfi 6D olan kvadrat tərəfli (D impellerin diametri, 200-750 mm həddində dəyişir);

    pnevmatik flotasiyada havanın ucluqlardan çıxma sürəti - 100-200 m/s.;

    ucluğun diametri - 1-1,2 mm;

    məsaməli lövhələrin deşiklərinin diametri - 4-20 mkm;

    lövhələr altında havanın təzyiqi - 1-2 bar.

    8.2.9.8. Basqılı flotasiya qurğuları layihələndirilərkən qəbul edilməlidir:

    flotasiyanın davam etmə müddəti - 20-30 dəq-ə;

    kq çıxarılan çirkləndirici maddələr hesabına verilən havanın litrlə miqdarı: 40 - çirkləndiricilərin ilkin miqdarı Cen<200 mq/l,28 - Cen=500 mq/l, 20 - Cen=1000 mq/l, 15 -Cen=3-4 qr/l;

    flotasiya sxemi - birbaşa flotasiya lazımi miqdarda havanın verilməsini təmin etmədikdə işçi maye ilə;

    su üfüqi hərəkət edən flotokameralar - məhsuldarlıq 100 m3/st-a qədər, su şaquli hərəkət edən flotokameralar - məhsuldarlıq 200 m3/st-a qədər, su radial hərəkət edən flotokameralar - məhsuldarlıq 1000 m3/st-a qədər olduqda;

    düzbucaq və radial flotokameralarda suyun üfüqi hərəkət sürəti - ≤ 5 mm/s;

    havanın ejektorla nasosun sorma borusuna verilməsi - kiçik sorma hündürlüyündə (2 m-ə qədər) və qəbuledici rezervuarda su səviyyəsinin çox az dəyişdiyi hallarda (0,5-1 m), kompressorla basqılı çənə - digər hallarda.

    8.2.10. Deqazatorlar

    8.2.10.1. Tullantı sularında sərbəst şəkildə həll olmuş qazları kənar etmək üçün barbotaj maye laylı, müxtəlif formalı taxmalar və içiboş tozlandırıcı (səpələyici) aparatlarla təchiz edilmiş deqazatorlardan istifadə edilməlidir.

    8.2.10.2. Deqazatorların atmosfer təzyiqi, yaxud vakuum altında işləməsinə yol verilir. Deqazatorda gedən prosesi sürətləndirmək üçün ona hava, yaxud inert qaz daxil edilməlidir.

    8.2.10.3. Qurğu atmosfer təzyiqi, yaxud vakuum altında işlədikdə bir həcm emal edilən suya taxmalı deqazatorlara 3 və 5 həcm, barbotajlılara 5 və 12-15 həcm, tozlandırıcılara isə 10 və 20 həcm hava daxil edilməlidir.

    8.2.10.4. Taxmaların işçi layının hündürlüyü 2 m-dən 3 m-ə qədər, barbotaj layının - 3 m-dən çox olmayaraq, tozlandırıcı aparatlarda isə 5 m qəbul edilməlidir. Taxma kimi ölçüsü 25x25x4 mm olan turşuya davamlı saxsı həlqələrdən, yaxud ağacdan hazırlanmış fəqərə şəkilli taxmalardan istifadə olunmasına yol verilir.

    8.2.10.5. Sütunlu deqazatorlarda işçi layın hündürlüyünün aparatın diametrinə olan nisbəti vakuum altında işlədikdə 3-dən çox, atmosfer təzyiqi altında işlədikdə isə 7-dən çox olmamalıdır;

    barbotaj aparatları üçün uzunluğun enə olan nisbəti 4-dən çox olmamalıdır.



    8.2.10.6. Taxmalı aparatlar qazsızlaşdırılan suda asılı maddələrin miqdarı 500 mq/l-dən çox olmayan hallarda tətbiq edilməlidirlər. Asılı maddələrin miqdarı bundan çox olan hallarda barbotajlı və tozlandırıcılı aparatlardan istifadə edilməlidir.

    8.2.10.7. Mayeni aparatlarda paylaşdırmaq üçün çıxış deşiyi 10x20 mm olan mərkəzdənqaçma taxmalardan istifadə edilməlidir.

    8.2.10.8. Sudan kənar edilən qazın miqdarı (59) düsturu ilə hesablanmalıdır.

    burada F-fazaların təmasının ümumi səthi, m2;



    Kx-vahid faza təmas səthinə, yaxud aparatın en kəsiyinə düşən kütlə ötürmə əmsalı olub, elmi-tədqiqat təşkilatlarının aldığı nəticələr əsasında qəbul edilir.

    9. Tullantı sularını bioloji təmizləyən qurğular

    9.1. Preaeratorlar və biokoaqulyatorlar

    9.1.1. Preaeratorlar vəbiokoaqulyatorlar qəbul edilməlidir:

    duruldulmuş tullantı sularında çirkləndirici maddələrin, birinci pillə durulducuların təmin etdiyindən artıq, azaldılması üçün;

    bioloji təmizləmə prosesinə mənfi təsir göstərən ağır metalların ionlarının (sorbsiya hesabına) və digər çirkləndirici maddələrin sudan çıxarılması üçün.

    9.1.2. Preaeratorları birinci pillə durulduculardan əvvəl onlara birləşdirilmiş, yaxud söykənmiş şəkildə, biokoaqulyatorları isə şaquli durulducularla birləşmiş şəkildə layihələndirmək lazımdır.

    9.1.3. Preaeratorlar aerotenklər olan, biokoaqulyatorlar isə istər aerotenklər, istərsədə bioloji süzgəclər olan təmizləyici komplekslərdə tətbiq edilməlidir.

    9.1.4. Preaeratorlar və biokoaqulyatorlar layihələndiriləndə qəbul edilməlidir:

    ayrıca dayanan preaeratorlarda bölmələrin sayı - hamısı işləyən olmaqla ikidən az olmayaraq;

    tullantı sularının əlavə aktiv lillə aerasiyasının davam etmə müddəti - 20 dəqiqə;

    verilən lilin miqdarı - artıq lilin 50-100%-i, bioloji pərdənin 100%-i qədər;

    havanın xüsusi sərfi - 1 mtullantı suyuna 5 m3;

    birinci pillə durulducularda çirkləndirici maddələrin (OBTtam və asılı maddələrə görə) tutulma səmərəsinin artması - 20-25%;

    biokoaqulyatorların çökmə zonasına hidravliki yük - ≤ 3 m3/(m2.st).

    Q e y d:

    1. Lil preaeratora regeneratorlardan sonra verilməlidir. Regeneratorlar olmadıqda aktiv lilin preaeratorlarda regenerasiya edilə bilməsinin mümkünlüyü nəzərdə tutulmalıdır; regenerasiya üçün bölmələrin tutumu onların ümumi həcminin 0,25-0,3-nə bərabər qəbul edilməlidir.

    2. Biokoaqulyatorlara verilən bioloji pərdə üçün aerasiya müddəti 24 st olan xüsusi regeneratorlar nəzərdə tutulmalıdır.

    9.2. Bioloji süzgəclər

    9.2.1. Ümumi müddəalar

    9.2.1.1. Bioloji süzgəclər (damcılı və yüksək yüklənmiş) tullantı sularını bioloji təmizləmək üçün tətbiq edilməlidir.

    9.2.1.2. İstehsalat tullantı sularını təmizləmək üçün bioloji süzgəclərdən əsas qurğu kimi bir pilləli təmizləmə sxemində, yaxud birinci və ya ikinci pillə qurğu kimi iki pilləli bioloji təmizləmə sxemində istifadə olunmasına yol verilir.

    9.2.1.3. Bioloji süzgəclər bütöv divarlı və ikiqat dibi olan rezervuarlar şəklində layihələndirilməlidir: aşağı dib - bütöv, yuxarı dib yükü saxlamaq üçün barmaqlıqlı. Qurğunun dibarası fəzasının hündürlüyü - ≥ 0,6 m; aşağı dibin yığıcı novlar istiqamətində mailliyi ≥ 0,01; yığıcı novların uzununa mailliyi - konstruktiv olaraq, lakin 0,005-dən az olmamaq şərtilə qəbul edilməlidir.

    9.2.1.4. Damcılı biosüzgəclər təbii aerasiya ilə, yüksək yüklənmişlər təbii və ya süni aerasiyalı (aerosüzgəclər) layihələndirilməlidir.

    Biosüzgəclərin təbii aerasiyası onların perimetri boyu dibarası fəzada müntəzəm yerləşdirilmiş və onları tam bağlaya bilən qurğularla təchiz edilmiş pəncərələr vasitəsilə təmin edilməlidir.

    Pəncərələrin sahəsi biosüzgəclərin sahəsinin 1-5%-ni təşkil etməlidir.

    Aerosüzgəclərdə havanın dibarası fəzaya girişdə təzyiqi 0,01bar təmin edən ventilyatorlar ilə verilməsi nəzərdə tutulmalıdır. Aerosüzgəclərin kənaredici boru kəmərlərində hündürlüyü 200 mm olan hidravlik bağlayıcılar qoyulmalıdır.



    9.2.1.5. Biosüzgəclər üçün yük materialı kimi möhkəm dağ süxurlarından yaranmış çınqıl, xırda çay daşı, keramzit, həmçinin 6-400C temperatur həddində möhkəmliyini itirməyən plastmas materiallar istifadə edilə bilər. Plastmas materiallar istisna olmaqla qalan bütün təbii və süni materiallar aşağıda göstərilən təsirlərə davam gətirməlidir:

    tökmə sıxlığı 1000 kq/m3-a qədər olduqda ən azı 1 bar təzyiqə;

    natrium sulfatın doymuş məhlulu ilə 5 dəfədən az olmayan hopdurmaya;

    şaxtaya davamlılığa görə 10 silsilədən az olmayan sınağa;

    kütləsi sınaqdan çıxarılan materialın kütləsindən 3 dəfə çox olan 5%-li sulfat turşusu məhlulunda 1 st müddətində qaynatmağa.

    Sınaqdan çıxmış yükləmə materialında nəzərə çarpacaq zədələnmələr olmamalı və kütləsi ilkin miqdara nisbətən 10%-dən çox azalmamalıdır.



    9.2.1.6. Süzgəclər iriliyi 70-100 mm, hündürlüyü 0,2 m olan alt saxlayıcı layın üstündə bircinsli iriliyə malik materialla yüklənməlidir.

    Biosüzgəclər üçün yük materialının iriliyi cədvəl 41-ə əsasən qəbul edilməlidir.

    Biosüzgəclərin plastmas yük materialına olan tələblər 9.2.3.7. maddəsinə əsasən qəbul edilməlidir.

    Cədvəl 41. Müxtəlif biosüzgəclər üçün yük materialının iriliyi

     

    Biosüzgəclər

    (yüklənən material)



    Yük materialının iriliyi, mm

    Aşağıdakı diametrli (mm) deşikləri olan nəzarət ələklərində qalan materialın miqdarı, çəkiyə görə faizlə










    70

    55

    40

    30

    25

    20

    Yüksək yüklənmiş (çınqıl)

     


    40 – 70

    0 – 5

    40 – 70

     


    95 – 100

     


    -

    -

    -

    Damcılı (çınqıl)

    25 – 40

    -

    -

    0 – 5

    40 – 70

     


    90 – 100

     


    -

    Damcılı (keramzit)

    20 – 40

    -

    -

    0 – 8

    norma-lanmır

    -

    90 – 100

    Q e y d. Yükdə lövhə şəkilli parçaların miqdarı 5%-dən çox olmamalıdır.




    9.2.1.7. Tullantı sularını biosüzgəclərin səthində paylamaq üçün müxtəlif konstruksiyalardan istifadə etmək olar.

    Səpələyicilər layihələndirildikdə aşağıda verilmiş parametrlər qəbul edilməlidir:

    başlanğıc sərbəst basqı - 1,5 m-ə yaxın, son - ≥ 0,5 m;

    deşiklərin diametri - 13-40 mm;

    başlıqların yük materialının səthindən yerləşmə hündürlüyü - 0,15-0,2 m;

    suyun maksimum axınında damcılı biosüzgəclərdə suvarmanın davam etmə müddəti-5-6 dəq-ə.

    Reaktiv suvarıcılar layihələndiriləndə qəbul edilməlidir:

    paylaşdırıcı boruların sayı və diametri - mayenin borunun əvvəlində 0,5-1 m/s sürətlə hərəkət etməsi nəzərə alınmaqla hesabatla təyin edilməlidir;

    paylaşdırıcı borulardakı deşiklərin diametri və sayı - mayenin deşiklərdən axma sürətini ən azı 0,5 m/s, deşiklərin diametrini 10 mm-dən az olmayaraq qəbul etməklə hesablama ilə təyin edilməlidir;

    suvarıcının qarşısında basqı - 0,5 m-dən az olmamaq şərtilə hesablama ilə təyin edilməlidir;

    paylaşdırıcı boruların yerləşməsi - yük materialının səthindən 0,2 m yuxarı.

    9.2.1.8. Biosüzgəclərin, yaxud bölmələrin sayı ikidən az, 8-dən çox olmamalı, onların hamısı işləyən qəbul edilməlidir.

    9.2.1.9. Biosüzgəclərin paylaşdırıcı və kənaredici şəbəkələri yenidən geri qaytarılmış sərf (maddə 9.2.3.1-ə əsasən) nəzərə alınmaqla maksimum su sərfinə hesablanmalıdır.

    9.2.1.10. Süzgəclərin avadanlıqlarının konstruksiyalarında qış aylarında tullantı sularının verilməsi qısa müddətə kəsilən zaman süzgəci boşaltmaq, həmçinin dibini yumaq üçün müvafiq qurğular nəzərdə tutulmalıdır.

    9.2.1.11. Tikinti rayonunun iqlim şəraitindən, təmizləyici qurğuların məhsuldarlığından, tullantı sularının axma rejimindən və temperaturundan asılı olaraq biosüzgəclərin otaqlarda (isidilən və ya isidilməyən) və ya açıq havada yerləşdirilməsinə yol verilir.

    Biosüzgəclərin otaqdan kənar, yaxud isidilməyən otaqlarda yerləşdirilməsi istilik texnikası hesablamaları ilə əsaslandırılmalıdır. Belə hallarda oxşar şəraitdə işləyən qurğuların istismar təcrübəsi nəzərə alınmalıdır.



    9.2.2. Damcılı bioloji süzgəclər

    9.2.2.1. Damcılı biosüzgəclərə verilən tullantı sularının OBTtamLen>220 mq/l olduqda təmizlənmiş tullantı sularının yenidən dövrəyə qaytarılması nəzərdə tutulmalıdır; OBTtam220 mq/l və az olduqda yenidən dövrəyə qaytarılmanın vacibliyi hesabatla təyin edilməlidir.

    9.2.2.2. Damcılı biosüzgəclər üçün qəbul edilməlidir:

    işçi hündürlük Hbs=1,5-2 m;

    hidravlik yük qbs=1-3 m3/(m2.sut);

    təmizlənmiş suyun OBTtamLex= 15 mq/l.



    9.2.2.3. Damcılı biosüzgəclər hesablanan zaman qbs-in qiyməti verilmiş Len və Lex , mq/l, və suyun temperaturundan Tw asılı olaraq cədvəl 42-ə əsasən təyin edilməlidir.

    9.2.2.4. Damcılı biosüzgəclərdən çıxarılan artıq bioloji pərdənin miqdarı quru maddəyə görə 8 qr/(nəf.-sut), pərdənin nəmliyi 96% qəbul edilməlidir.

    Cədvəl 42.



    Hidravlik yük qbs,m3/(m2.sut)

    Temperatur Tw0Cvə hündürlük Hbsm asılı olaraq Kbs qiymətləri







    Tw= 8

    Tw= 10

    Tw= 12

    Tw= 14







    Hbs=1,5

    Hbs= 2

    Hbs=1,5

    Hbs= 2

    Hbs=1,5

    Hbs= 2

    Hbs=1,5

    Hbs= 2

    1

    1,5


    2

    2,5


    3

    8

    5,9


    4,9

    4,3


    3,8

    11,6

    10,2


    8,2

    6,9


    6

    9,8

    7

    5,7



    4,9

    4,4


    12,6

    10,9


    10

    8,3


    7,1

    10,7

    8,2


    6,6

    5,6


    6

    13,8

    11,7


    10,7

    10,1


    8,6

    11,4

    10

    8



    6,7

    5,9


    15,1

    12,8


    11,5

    10,7


    10,2

    Q e y d:

    1. Kbs- in qiymətləri cədvəldə verilənlərdən artıq olduqda resirkulyasiya nəzərdə tutulmalıdır.

    2. Cədvəldə Kbs=Len/Lex.




    9.2.3. Yüksək yüklənmiş bioloji süzgəclər

    Aerosüzgəclər

    9.2.3.1. Aerosüzgəclərə verilən tullantı sularının OBTtam = 300 mq/l-dən çox olmamalıdır. OBTtam

    bundan çox olduqda təmizlənmiş tullantı sularının yenidən dövriyyəyə qaytarılması (resirkulyasiyası) təmin edilməlidir. Resirkulyasiya əmsalı (60) düsturu ilə təyin edilməlidir.



    burada Lmix- dövriyyəyə qaytarılan təmizlənmiş və ilkin suyun qarışığının oksigenə tam bioloji tələbatıdır (OBTtam) və 300 mq/l-dən çox olmamalıdır;



    Len,Lex- müvafiq olaraq ilkin və təmizlənmiş tullantı sularının OBTtam-dır.

    9.2.3.2.Aerosüzgəclər üçün qəbul edilməlidir:

    işçi hündürlük Has=2-4 m;

    hidravlik yük qas=10-30 m3/(m2.sut);

    yenidən dövriyyəyə qaytarılan sərf nəzərə alınmaqla havanın xüsusi sərfi qa=8-12 m3/m3.



    9.2.3.3.Aerosüzgəclər hesablanan zaman qavə Has-in verilmiş qiymətlərində qas-in (m3/m2.sut) yol verilən qiyməti cədvəl 43-ə əsasən təyin edilməlidir. CədvəldəKrs=Len/Lex.

    Cədvəl 43.



    qa,m3/m3

     

    Has,m

    Temperatur Tw0C, hündürlük Hasm və qas,m3/(m2.sut) asılı olaraq Krs qiymətləri










    Tw = 8

    Tw = 10

    Tw = 12

    Tw = 14










    qas=10

    qas=20

    qas=30

    qas=10

    qas=20

    qas=30

    qas=10

    qas=20

    qas=30

    qas=10

    qas=20

    qas=30

    8

    2

    3

    4



    3,02

    5,25


    9,05

    2,32

    3,53


    5,37

    2,04

    2,89


    4,14

    3,38

    6,2


    10,4

    2,50

    3,96


    6,25

    2,18

    3,22


    4,73

    3,76

    7,32


    11,2

    2,74

    4,64


    7,54

    2,36

    3,62


    5,56

    4,3

    8,95


    12,1

    3,02

    5,25


    9,05

    2,56

    4,09


    6,54

    10

    2

    3

    4



    3,69

    6,1


    10,1

    2,89

    4,24


    6,23

    2,58

    3,56


    4,9

    4,08

    7,08


    12,3

    3,11

    4,74


    7,18

    2,76

    3,94


    5,68

    4,5

    8,23


    15,1

    3,36

    5,31


    8,45

    2,93

    4,36


    6,88

    5,09

    9,9


    16,4

    3,67

    6,04


    10

    3,16

    4,84


    7,42

    12

    2

    3

    4



    4,32

    7,25


    12

    3,88

    5,01


    7,35

    3,01

    4,18


    5,83

    4,76

    8,35


    14,8

    3,72

    5,55


    8,5

    3,28

    4,78


    6,2

    5,31

    9,9


    18,4

    3,98

    6,35


    10,4

    3,44

    5,14


    7,69

    5,97

    11,7


    23,1

    4,31

    7,2


    12

    3,7

    5,72


    8,83

    Q e y d. qa , Has və Tw- ninaralıqqiymətləri üçün Kas interpolyasiya ilə təyin edilməsinə yol verilir.




    Təmizlənmiş tullantı sularını yenidən dövriyyəyə qaytarmadan işləyən aerosüzgəclərin sahəsi Fasm2, qəbul edilmiş hidravlik yük qas, m3/(m2.sut) və tullantı sularının sutkalıq sərfinə Qm3/sut hesablanmalıdır.

    Tullantı suları resirkulyasiya ilə təmizləndikdə aerosüzgəcin sahəsi (61) düsturu ilə hesablan-malıdır.






    Download 4.24 Mb.
    1   ...   38   39   40   41   42   43   44   45   ...   53




    Download 4.24 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    AZƏrbaycan respublikasi döVLƏT ŞƏHƏrsalma və arxitektura komiTƏSİNİn kollegiyasi

    Download 4.24 Mb.