• 9.2.3.6.
  • 9.2.4. Aerotenklər 9.2.4.1.
  • AZƏrbaycan respublikasi döVLƏT ŞƏHƏrsalma və arxitektura komiTƏSİNİn kollegiyasi




    Download 4.24 Mb.
    bet43/53
    Sana24.03.2017
    Hajmi4.24 Mb.
    1   ...   39   40   41   42   43   44   45   46   ...   53

    9.2.3.4. Bioloji pərdənin yüksək yüklənmiş biosüzgəclərdən çıxarılan artıq miqdarı quru maddəyə görə 28 qr/(nəf.sut), nəmliyi-96% qəbul edilməlidir.

    9.2.3.5. İstehsalat tullantı suları üçün biosüzgəclərin hesabatının 42 və 43-cü cədvəllərdə verilmiş parametrlərə görə, yaxud təcrübə yolu ilə təyin edilmiş oksidləşdirmə gücünə görə aparılmasına yol verilir.

    Plastik kütlədən yükü olan biosüzgəclər

    9.2.3.6. Plastik kütlədən yükü olan biosüzgəclərə verilən tullantı sularının OBTtam 250 mq/l-dən artıq olmamalıdır.

    9.2.3.7. Plastik kütlədən yükü olanbiosüzgəclər üçün qəbul edilməlidir:

    işçi hündürlük Hps- 3-4 m;

    yük materialı kimi - polivinilxlorid, polistirol, polietilen, polipropilen, poliamiddən istehsal edilmiş, diametri 50-100 mm olan hamar, yaxud deşikli borulardan hazırlanmış bloklar və ya uzunluğu 50-150 mm, diametri 30-75 mm olan, deşikli, dalğalı və hamar divarlı boru kəsikləri şəklində doldurma elementləri;

    yük materialının məsaməliyi - 93-96%;

    xüsusi səthi - 90-110 m2/m3;

    təbii aerasiya.

    Tullantı sularının biosüzgəclərə verilməsində fasilə mümkün olan hallarda yük səthində bioloji pərdənin qurumasının qarşısını almaq üçün tullantı sularının resirkulyasiyası nəzərdə tutulmalıdır.

    9.2.3.8. Plastik kütlədən yükü olan biosüzgəclərin hesablanması zamanı təyin edilməlidir:

    hidravlik yük qpsm3/(m3.sut) - tələb olunan təmizlənmə səmərəsi E%,, tullantı sularının

    temperaturu Tw0və qəbul edilmiş hündürlüyə Hpsm, görə cədvəl 44-ə əsasən təyin edilməlidir;

    biosüzgəclərin sahəsi və yükün həcmi - hidravlik yükə və tullantı sularının sərfinə görə.

    Cədvəl 44.

    Təmizləmə səmərəsi E, %

    Yükün aşağıdakı hündürlüyündə Hps,m, hidravlik yük qpsm3/(m3.sut)







    Hps = 3

    Hps = 4







    Tullantı sularının temperaturu Tw0C







    8

    10

    12

    14

    8

    10

    12

    14

    90

    85

    80



    6,3

    8,4


    10,2

    6,8

    9,2


    11,2

    7,5

    10

    12,3



    8,2

    11

    13,3



    8,3

    11,2


    13,7

    9,1

    12,3


    15

    10

    13,5


    16,4

    10,9

    14,7


    17,9

    9.2.4. Aerotenklər

    9.2.4.1. Aerotenklər sərbəst üzən lilli, fasiləsiz işləyən bioloji təmizləmə qurğusu olub şəhər və istehsalat tullantı sularını bioloji təmizləmək üçün ayrılıqda, yaxud lil ayırıcılar və ya digər qurğularla birləşdirilmiş şəkildə (aerotenk-durulducu, aerotenk-biosüzgəc, membranlı bioreaktorlar və s.) tətbiqinə yol verilir.

    Sıxışdırıcı prinsipi ilə işləyən aerotenklərdən toksik maddələrin qəfil daxil olması mümkün olmadıqda, həmçinin iki pilləli sxemlərin ikinci pilləsində istifadə edilməlidir.

    Müvafiq əsaslandırma olduqda aerotenk-durulducu növlü qarışıq qurğuların (aeroakseleratorlar, oksitenklər, flototenklər, aerotenklər-şəffaflandırıcılar və s.) bioloji təmizləmənin istənilən pilləsində tətbiq edilməsinə yol verilir.

    9.2.4.2. Aerotenkə daxil olan suyun OBT200 mq/l-dən çox olduqda, həmçinin suda yüksək qatılığa malik zərərli istehsalat qarışıqları olduqda, əgər bu azot və fosforun bioloji kənar edilməsi texnologiyasının tətbiqinə mane olmursa, aktiv lilin regenerasiyasına yol verilir.

    9.2.4.3. Aerotenk hamısı işləyən olmaqla ən azı iki bölmədən ibarət qəbul edilməlidir. Məhsuldarlığı 100 m3/sut-dan az olan təmizləyici komplekslərdə bir bölməli aerotenkin qəbuluna yol verilir.

    9.2.4.4. Aerotenkin işçi dərinliyinin 3-6 m qəbul edilməsinə yol verilir. Qülləli və şaxtalı aerotenklər də daxil olmaqla daha böyük dərinliyin istifadəsinə yol verilir. Aerotenklərin dəhliz tipli konstruksiyası istifadə edildikdə dəhlizin eni ilə işçi dərinliyi arasında 0,5:1-dən 2:1-ə qədər nisbətin olmasına əməl edilməlidir. Dəhliz tipli olmayan aerotenklərdə enin dərinliyə nisbəti hidrodinamik və konstruktiv mülahizələr əsasında qəbul edilməlidir. Aerotenkin kənar divarı su səviyyəsindən ən azı 0,5 m hündür qəbul edilməlidir.

    9.2.4.5. Aerotenklərin tutumu aerasiya müddətində suyun maksimal axın saatlarında orta saatlıq daxil olma miqdarına təyin edilməlidir.

    Regeneratorları və ikinci pillə durulducuları olmayan aerotenklərin tutumu hesablanan zaman dövriyyədə olan aktiv lilin sərfi nəzərə alınmır.



    9.2.4.6. Qarışdırıcı prinsipi ilə işləyən aerotenklərdə aerasiya müddəti (62) düsturu ilə hesablanmalıdır.

    burada Len- aerotenkə daxil olan suyun OBTtam (birinci pillə durulduculardan sonra OBT-nin azalması nəzərə alınmaqla), mq/l;



    Lex - təmizlənmiş suyun OBTtammq/l;

    a- lilin dozası olub, qr/l, ikinci pillə durulducuların işi nəzərə alınmaqlatexniki-iqtisadı hesablama ilə təyin edlməlidir;

    - lilin küllülüyü olub qiyməti cədvəl 45-ə əsasən qəbul edilməlidir;

    - xüsusi oksidləşdirmə sürəti, mq OBTtam lilin 1 qr külsüz maddəsinə 1 st müddətində; (63) düsturu ilə hesablanmalıdır.

    Cədvəl 45.



    Tullantı suları

    ,

    mqOBTtam/(qr.saat)

    K,

    mqOBTtam/l

    K0 ,

    mqO2/l

    l/qr

    s

    Şəhər

    85

    33

    0,625

    0,07

    0,3

    İstehsalat:

     

     

     

     

     

    a) neft emalı zavodlarının:

     


     

     

     

     

     

    I sistem

    33

    3

    1,81

    0,17

    -

    II sistem

    59

    24

    1,66

    0,158

    -

    b) azot sənayesi

    140

    6

    2,4

    1,11

    -

    c) sintetik kauçuk zavodları

    80

    30

    0,6

    0,06

     

    d) sellüloz-kağız sənayesi:

     


     

     

     

     

     

    sulfat-sellüloz istehsalı

    650

    100

    1,5

    2

    0,16

    sulfit-sellüloz istehsalı

    700

    90

    1,6

    2

    0,17

    e) süni lif (viskoz) zavodları

    90

    35

    0,7

    0,27

    -

    f) yunun ilkin emalı fabriki:

     

     

     

     

     

    I pillə

    32

    156

    -

    0,23

    -

    II pillə

    6

    33

    -

    0,2

    -

    g) maya zavodları

    232

    90

    1,66

    0,16

    0,35

    h) yunun ilkin emalı fabriki:

    83

    200

    1,7

    0,27

    -

    i) Mikrobioloji sənaye:

     

     

     

     

     

    lizin istehsalı

    280

    28

    1,67

    0,17

    0,15

    biovit və vitamitsin istehsalı

    1720

    167

    1,5

    0,98

    0,12

    j) Donuz kökəltmə kompleksləri

     

     

     

     

     

    I pillə

    454

    55

    1,65

    0,176

    0,25

    II pillə

    15

    72

    1,68

    0,171

    0,3

    Q e y d. Göstərilən parametrlər digər istehsal sahələri üçün elmi-tədqiqat institutlarınin apardıqları tədqiqatların nəticələri əsasında qəbul edilməlidir.




    burada- oksidləşmənin maksimal sürəti, mq/(qr.st)(cədvəl 45-ə əsasən qəbul edilməlidir);



    C- həll olmuş oksigenin miqdarı, mq/l;

    Kl -üzvi çirkləndirici maddələrin xassələrini xarakterizə edən əmsal,mqOBTtam/l(cədvəl 45-ə əsasən qəbul edilməlidir);

    K0 - oksigenin təsirini xarakterizə edən əmsal,mqO2/l (cədvəl 45-ə əsasən qəbul edilməlidir);

    - aktiv lilin parçalanma məhsulları ilə ingibitorlaşdırma əmsalı, l/qr(cədvəl 45-ə əsasən qəbul edilməlidir);

    Q e y d:

    1.(62) və (63) düsturları tullantı sularının orta illik temperaturu 150C olan hallar üçün doğrudur. Tullantı sularının orta illik temperaturunun (Tw ) digər qiymətlərində aerasiyanın (62) düsturu ilə hesablanmış davametmə müddəti 15/Tw nisbətinə vurulmalıdır.

     

    2. Aerasiyanın davametmə müddəti büyün hallarda 2 st-dan az olmamalıdır.



    9.2.4.7. Aerotenk-sıxışdırıcılarda aerasiya müddəti (64) düsturu ilə hesablanmalıdır.

    burada Kp- uzununa qarışmanın təsirini nəzərə alan əmsal: Lex= 15 mq/l-ə qədər bioloji təmizləmədə



    Kp=1,5; Lex> 30 mq/l olduqda Kp= 1,25 qəbul edilməlidir;

    Lmix- resirkulyasiya sərfi ilə qarışma hesaba alınmaqla OBTtam:

    burada Ri- aktiv lilin resirkulyasiya dərəcəsi olub (66) düsturu ilə hesablanmalıdır;



    aiC0LenLex,KlK0s izahları (62) və (63) düsturlarında olduğu kimidir.

    Q e y d. Sıxışdırılma rejimi dəhlizlərin uzunluğunun l eninə b nisbəti 30-dan çox olduqda təmin edilir. l/b<30 olduqda dəhlizlərin özəklərinin sayı beş-altı olan bölmələrə ayrılması nəzərdə tutulmalıdır.

    9.2.4.8. Aktiv lilin aerotenklərdə resirkulyasiya dərəcəsi (66) düsturu ilə hesablanmalıdır.

    burada a- aerotenkdə lilin dozası, qr/l;



    Ji - lil indeksidir, sm3/qr.

    Q e y d:

    1. Düstur Ji<175 sm3/qr və ai≤ 5 qr/l şərtləri üçün doğrudur.

    2. Ri-nin qiyməti lilsoranlı durulducular üçün 0,3-dən, lil sıyırıcılı durulducular üçün 0,4-dən, lil öz axımı ilə kənar edildikdə isə 0,6-dan az olmamalıdır

    9.2.4.9. Lil indeksinin qiyməti lil qarışığı 1 qr/l-ə qədər duruldulduqda lil yükündən asılı olaraq təcrübə yolu ilə təyin edilməlidir. Şəhər və əsas növ istehsalat tullantı suları üçün Ji-nin qiymətinin cədvəl 46-a əsasən qəbul edilməsinə yol verilir.

    Lilin sutkada 1 qr külsüz quru maddəsinə lil yükü (67) düsturu ilə hesablanmalıdır.



    burada tat - aerasiya müddətidir, st.



    Cədvəl 46 . Şəhər və əsas növ istehsalat tullantı suları üçün Ji-nin qiyməti

    Tullantı suları

    Lilin qimq/(qr.sut) yükündə lil indeksinin Jism3/qr qiymətləri







    100

    200

    300

    400

    500

    600

    Şəhər

    130

    100

    70

    80

    95

    130

    İstehsalat:

     

     

     

     

     

     

    a)neft emalı zavodları

    -

    120

    70

    80

    120

    160

    b)sintetik kauçuk zavodları

    -

    100

    40

    70

    100

    130

    c)suni lif kombinatları

    -

    300

    200

    250

    280

    400

    d)sellüloz-kağız kombinatları

    -

    220

    150

    170

    200

    220

    e) azot sənayesinin kimya kombinatları

    -

    90

    60

    75

    90

    120

    Q e y d. Oksitenklər üçün Ji –nin qiymətləri 1,3-1,5 dəfə azaldılmalıdır.




    9.2.4.10.Aerotenklər regeneratorlarla layihələndirilən zaman üzvi çirkləndirici maddələrin oksidləşmə müddəti (68) düsturu ilə hesablanmalıdır.

    burada Ri- (66) düsturu ilə hesablanmalıdır;



    ar- regeneratorda aktiv lilin dozası olub (69) düsturu ilə təyin edilir.



    -aerotenk-qarışdırıcılar və sıxışdırıcılar üçün xüsusi oksidləşmə sürəti olub lilin ar doza-sında (63) düsturu ilə hesablanmalıdır.

    Suyun aerotenkdə emalının davametmə müddəti (70) düsturu ilə hesablanmalıdır.



    Regenerasiyanın davametmə müddəti (71) düsturu ilə hesablanmalıdır.



    Aerotenkin tutumu (72) düsturu ilə hesablanmalıdır.



    burada qw- tullantı sularının hesabi sərfidir, m3/st.

    Regeneratorların tutumu (73) düsturu ilə hesablanmalıdır.

     

    9.2.4.11. Aerotenklərdə aktiv lilin artımı (74) düsturu ilə təyin edilməlidir.



    burada Ccdp- aerotenkə daxil olan tullantı suyunda asılı maddələrin miqdarı, mq/l;



    Kg- artım əmsalı: şəhər və tərkibinə görə ona yaxın olan istehsalat tullantı suları üçün Kg=0,3 qəbul edilməlidir (tullantı suları oksitenklərdə təmizləndikdə Kg-nin qiyməti 0,25-ə qədər azaldılmalıdır).

     

     




    Download 4.24 Mb.
    1   ...   39   40   41   42   43   44   45   46   ...   53




    Download 4.24 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    AZƏrbaycan respublikasi döVLƏT ŞƏHƏrsalma və arxitektura komiTƏSİNİn kollegiyasi

    Download 4.24 Mb.