İzolyasiya yağının keyfiyyətinə nəzarət elektrik avadanlıqlarının sınaq həcmi və normalarına müvafiq təşkil edilməlidir. 14.4




Download 425.5 Kb.
bet26/27
Sana15.03.2017
Hajmi425.5 Kb.
#80
TuriQaydalar
1   ...   19   20   21   22   23   24   25   26   27
14.3. İzolyasiya yağının keyfiyyətinə nəzarət elektrik avadanlıqlarının sınaq həcmi və normalarına müvafiq təşkil edilməlidir.

14.4. Tipindən və gərginlik sinfindən asılı olaraq elektrik avadanlığı yağın boşaldılması ilə yerinə yetirilən təmirdən sonra hazırlanmış izolyasiya yağı ilə doldurulmalıdır. İzolyasiya yağının keyfiyyəti regenerasiya olunmuş və ya təmizlənmiş istismar yağların keyfiyyətini müəyyən edən, elektrik avadanlıqlarının sınaq həcmi və normalarına uyğun olmalıdır.

Elektrik avadanlığı (aktiv hissəsi, yağ çəni və s.) izolyasiya yağının tökülməsindən əvvəl yuyulmalı, yaxud qalıq çirklənmələrdən təmizlənməlidir.

Yağ boşaldılmadan təmiri yerinə yetirilən elektrik avadanlığındakı izolyasiya yağının keyfiyyəti “normal vəziyyət” sahəsində istismar yağların keyfiyyətini müəyyən edən elektrik avadanlıqlarının sınaq həcmi və normalarına uyğun olmalıdır.

14.5. Təzə transformator yağının markası avadanlığın tipindən və gərginlik sinfindən asılı olaraq seçilməlidir. Lazım gəldikdə tətbiq sahələri eyni və ya yaxın olan təzə yağların qarışdırılmasına icazə verilir. Müxtəlif sinif gərginlikli avadanlıqlar üçün tətbiq edilən yağ qarışıqları yalnız aşağı sinif gərginlikli avadanlıqlara doldurulmalıdır.

14.6. 630kV∙A-dan yuxarı güclü transformatorların termosifon və adsorbsiya süzgəclərindəki sorbentlər, yağda turşuluq ədədi hər 1 q-a 0,1 mq KON-dan artıq olduqda, həmçinin yağda həll olunmuş şlanq, suda həll olunan turşular yaranan hallarda və ya dielektrik itkilərin tangens bucağının qiyməti istismar normalarından yuxarı olduqda dəyişdirilməlidir.

630kV∙A daxil olmaqla, aşağı güclü transformatorlarda təmir və ya bərk izolyasiyasının xassələri qeyri-kafi olduqda istismar zamanı süzgəclərdə sorbentlər dəyişdirilir.

Süzgəcə doldurulan sorbentin tərkibində suyun miqdarı kütlənin 0,5%-indən artıq olmamalıdır.

14.7. Qəbul və saxlanılma zamanı transformator yağının keyfiyyətinə nəzarət elektrik avadanlıqlarının sınaq həcmi və normalarına uyğun həyata keçirilir. Tərkibində mexaniki qarışıqların təyin edilməsinin əvəzinə sənaye təmizlik sinfinin təyin edilməsinə icazə verilir.

14.8. Yağın saxlanılması üçün çənlər havaqurudan süzgəclərlə təchiz edilməlidir. Yağın tökülməsindən əvvəl çənlər təmizliyə görə yoxlanılır və zəruri hallarda çirklənmədən təmizlənir.

14.9. Elektrik stansiyalarında, ən böyük tutumlu yağ açarının tutumuna bərabər (yaxud bundan artıq) və avadanlığa tökülmüş ümumi yağın 1%-indən az olmayan miqdarda əlavə transformator yağı daim ehtiyatda saxlanılmalıdır. Yalnız hava açarları və ya kiçik tutumlu yağ açarları olan elektrik stansiyalarında isə ən böyük tutumlu transformatora tökülmüş yağın 10%-dən az olmayan miqdarında ehtiyat saxlanılmalıdır.

Elektrik şəbəkələrini istismar edən müəssisələrdə avadanlığa tökülmüş transformator yağının 2%-dən az olmayan miqdarda yağ daimi ehtiyatda saxlanılmalıdır.



14.10. Sisternlərdən yağlar boşaldılanadək neft-turbin və odadavamlı yağlar aşağıdakı laboratoriya sınaqlarından keçirilməlidir:

  1. neft yağı-turşuluq ədədinə, alışma temperaturuna və kinematik özlülüyünə, suyun sorulması reaksiyasına, emulsiyasızlaşdırma vaxtına, tərkibində mexaniki qarışıqların və suyun olmasına görə;

  2. odadavamlı yağlar-turşuluq ədədinə, suda həll olunmuş turşu və qələvilərə, alışma temperaturuna, özlülüyünə, sıxlığa, rənginə görə; mexaniki qarışıqların miqdarı ekspress üsulla müəyyənləşdirilməlidir.

Sisternlərdən təmiz, quru çənə tökülmüş neft turbin yağının emulsiyasızlaşma vaxtı, turşulaşmaya qarşı sabitliyi, əks korroziya xüsusiyyətləri yoxlanmalıdır. Bu göstəricilər üzrə yağın keyfiyyəti dövlət standartı tələblərinə uyğun gəlmədiyi hallarda sisternlərdən götürülən nümunənin analizi aparılmalıdır. Yağ avadanlığa tökülməzdən əvvəl hazırlanmalı və avadanlığa tökülən yağın keyfiyyətini müəyyən edən, turbin yağlarının istismarı üzrə təlimatlara uyğun olmalıdır.

14.11. Buxar turbinlərdə, bəsləyici elektrik – və turbonasoslardakı istismar turbin yağı aşağıdakı normaları ödəməlidir:

a) neft yağları;



  1. turşuluq ədədi – 1 q-da 0,3 mq KON-dan artıq olmamalıdır;

  2. su, şlam, mexaniki qarışıqlar olmamalıdır (vizual müəyyən edilir);

  3. həll olunmuş şlam olmamalıdır (yağın turşuluq ədədi 1q-da 0,1 mq KON və ondan artıq olduqda müəyyənləşdirilir);

  4. Tп-22C və ya Tп-22Б yağları və onların qarışığı üçün termoturşulanma sabitliyi (turşuluq ədədi – 1 qramda 0,8 mq KON-dan artıq olmamalıdır; çöküntünün kütlə payı 0,15%-dən artıq olmamalıdır).

Yağın turşulanmasının yoxlanılma şərtləri: sınaq temperaturu – 120,50C, müddət – 14 saat; oksigenin verilməsi sürəti – 220 sm3/dəq.

Yağın termoturşulanma sabitlik keyfiyyəti ildə 1 dəfə payız-qış maksimumu girməzdən qabaq, hər 1 qramında 0,1 mq KON turşuluq ədədi olan yağlar, ya da onların qarışığı üçün müəyyənləşdirilir. Bəsləyici elektrik – və turbonasos yağ sistemlərindəki yağlar üçün bu göstərici müəyyən edilmir;

b) odadavamlı (sintetik) yağlar:


    1. turşuluq ədədi 1-qramda 1mq KON-dan artıq olmamalıdır;

    2. suda həll olan turşuların miqdarı – 1 qramda 0,4 mq KON-dan artıq olmamalıdır;

    3. mexaniki qarışıqların kütlə payı-0,01%-dən çox olmamalıdır;

    4. özlülüyün ölçülməsi – gətirilən yağın başlanğıc qiymətinin 10%-indən artıq olmamalıdır;

    5. həll olunmuş şlamın miqdarı-optik sıxlığın dəyişilməsi 25%-dən az olmamalıdır (yağın 1 q-da 0,7 mq KON və ondan artıq turşuluq ədədində müəyyənləşdirilir).

14.12. Turşuluq ədədinə görə ən son istismar normaları həddinə çatmış odadavamlı turbin yağları, keyfiyyətinin bərpa edilməsi üçün istehsalçı zavoda göndərilməlidir. Odadavamlı turbin yağlarının istismarı xüsusi təlimat üzrə aparılmalıdır.

14.13. Hidroturbinlərdəki Tп-30 istismar yağları aşağıdakı normaları ödəməlidr:

    1. turşuluq ədədi - 1 qr-da 0,6 mq KON-dan artıq olmamalıdır;

    2. su, şlam, mexaniki qarışıqlar olmamalıdır (vizual olaraq müəyyənləşdirilir);

    3. həll olunmuş şlamın kütlə payı - 0,01%-dən artıq olmamalıdır.

Tərkibində mexaniki qarışıqların təyin edilməsinin əvəzinə sənaye təmizlik sinfinin (13-cü sinifdən yuxarı olmamaqla) təyin edilməsinə icazə verilir.

14.14. Turbin yağı istismar və saxlanma prosesində vaxtaşırı olaraq vizual nəzarətdən və sadə analizdən keçirilməlidir.

Neft yağının sadə analizinin həcminə: turşuluq ədədinin, mexaniki qarışıqların, şlamın və suyun olmasının müəyyən edilməsi; odadavamlı yağ üçün isə turşuluq ədədinin, suda həll olunan turşuların miqdarının, suyun olmamasının təyin edilməsi və mexaniki qarışıqların miqdarının ekspres üsulla müəyyənləşdirilməsi daxildir.

Yağa vizual nəzarət- yağın xarici görünüşünə görə yoxlanılmasından və onun təmizlənməsinin lazım olub-olmadığını öyrənmək üçün tərkibində suyun, şlamın və mexaniki qarışıqların olmasını müəyyən etməkdən ibarətdir.

Əlavə olaraq, sənaye təmizlik sinfinin təyin edilməsi tövsiyə olunur.



14.15. Turbin yağının sadə analizinin aparılması dövriliyi aşağıdakı kimidir:

    1. Tп-22C və ya Tп-22Б yağları-yağ sistemlərinə töküldükdən sonra 1 aydan gec olmayaraq və sonrakı istismar müddətlərində turşuluq ədədi 1 q-da 0,1 mq KON-dək olduqda – 2 ayda 1 dəfədən az olmayaraq və turşuluq ədədi 1 q-da 0,1 mq KON-dan artıq olduqda – ayda 1 dəfədən az olmayaraq;

    2. odadavamlı yağlar-istismara başlandıqdan sonra 1 həftədən gec olmayaraq və sonralar turşuluq ədədi 1 q-da 0,5 mq KON-dan artıq olmadıqda 2 ayda 1 dəfədən az olmayaraq və turşuluq ədədi 1 q-da 0,5 mq KON-dan artıq olduqda 3 həftədə 1 dəfədən az olmayaraq;

    3. sinxron kompensatorların yağlama sisteminə tökülmüş turbin yağı – 6 ayda 1 dəfədən az olmayaraq;

    4. hidroturbinlərdə tətbiq olunan Tп-30 yağları-yağ sisteminə töküləndən sonra 1 aydan gec olmayaraq və sonralar yağın tam şəffaflığında və həll olunmuş şlamın kütlə payı 0,005%-dən artıq olmadıqda ildə 1 dəfədən az olmayaraq;

    5. həll olunmuş şlamın kütlə payı 0,005%-dən artıq olduqda 6 ayda 1 dəfədən az olmayaraq. Yağ bulanıqlaşdıqda növbədənkənar sadə analiz aparılmalıdır.

Vizual nəzarət zamanı yağda şlam və ya mexaniki qarışıqlar aşkar edildikdə sadə analiz aparılmalıdır.

Ehtiyatda saxlanılan neft turbin yağı 3 ildə 1 dəfədən az olmayaraq və avadanlığa tökülməzdən qabaq; odadavamlı yağ isə, ildə 1 dəfədən az olmayaraq və avadanlığa tökülməzdən qabaq sadə analizdən keçirilməlidir.



14.16. Buxar turbinlərində və turbonasoslarda istifadə olunan yağa vizual nəzarət sutkada 1 dəfə aparılmalıdır.

Hidroturbinlərdə tətbiq olunan yağa vizual nəzarət, daimi növbətçisi olan elektrik stansiyalarında həftədə 1 dəfə, avtomatlaşdırılmış elektrik stansiyalarında isə, avadanlığa növbəti baxış zamanı, lakin ayda 1 dəfədən az olmayaraq aparılmalıdır.



14.17. Elektrik stansiyalarında ən böyük aqreqatın yağ sisteminin tutumuna bərabər (ya da artıq) miqdarda neft-turbin yağının daimi ehtiyatı və əlavə tökülmək üçün 45 günlük tələbatdan az olmayan ehtiyat; elektrik şəbəkələrini istismar edən müəssisələrdə - bir sinxron kompensatorun yağ sisteminin tutumuna bərabər (ya da artıq) miqdarda yağın daimi ehtiyatı və əlavə tökülmək üçün 45 günlük tələbatdan az olmayan ehtiyat saxlanılmalıdır.

Odadavamlı turbin yağının daimi ehtiyatı, onun bir turbinə əlavə tökülmək üçün bir illik tələbatından az olmamalıdır.



14.18. Alınan sənaye yağları və plastik yağlar onlarda mexaniki qarışıqların və suyun aşkar edilməsi məqsədilə vizual nəzarətdən keçirilməlidir. Bundan başqa, sənaye yağının dövlət standartına və texniki şərtlərin göstəricilərinə uyğunluğunu yoxlamaq üçün onun özlülüyü əlavə olaraq yoxlanılmalıdır.

14.19. Elektrik stansiyalarında və elektrik şəbəkələrini istismar edən müəssisələrdə köməkçi avadanlıq və mexanizmlər üçün sürtkü materiallarının sərfiyyat normaları, onların keyfiyyətinə nəzarət və dəyişdirilməsinin dövriliyi müəyyən edilməlidir. Bu məqsədlər üçün istifadə edilən sürtkü materiallarının markası baxılan avadanlıqda tətbiq olunmasına icazə verilən sürtkü materialları çeşidlərinin istismarı üzrə zavod təlimatlarının tələblərinə uyğun olmalıdır. Sürtkü materiallarının əvəz olunması mümkünlüyü avadanlığın istehsalçı müəssisələri ilə razılaşdırılmalıdır.

Məcburi yağ dövranı olan köməkçi avadanlıqların yağlama sistemlərində yağ ayda 1 dəfədən az olmayaraq tərkibində mexaniki qarışıqların, şlamın və suyun olmasına görə vizual nəzarətdən keçirilməlidir. Çirklənmə aşkar edildikdə, yağ təmizlənməli və ya dəyişdirilməlidir.

Hər bir elektrik stansiyasında və elektrik şəbəkələrini istismar edən müəssisələrdə köməkçi avadanlıq üçün sürtkü materiallarının 45 günlük tələbatından az olmayan ehtiyatı saxlanılmalıdır.

14.20. Enerji obyektlərində təzə və istismarda olan energetik yağların keyfiyyətinə nəzarəti və yağların tətbiqi üzrə tövsiyələr verilməsini, o cümlədən bunlara nəzarət cədvəlinin tərtibini, həmçinin emalın texnologiyasına texniki rəhbərliyi kimya sexi (kimya laboratoriyası və ya onun müvafiq bölmələri) yerinə yetirməlidir. Elektrik şəbəkələrini istismar edən müəssisələrin yağ təsərrüfatı izolyasiya və ildırımdan mühafizə xidmətinin və ya texniki rəhbərin əmri ilə digər istehsalat bölməsinin tabeliyində olmalıdır.

Elektrik stansiyalarında izolyasiya və turbin yağlarının emal edilməsi üçün avadanlıqlara xidmət müvafiq olaraq elektrik və qazan-turbin sexinin heyəti tərəfindən həyata keçirilir.

Elektrik stansiyaların birləşdirilmiş mərkəzi yağ təsərrüfatı texniki rəhbərin əmri ilə təyin edilən istehsalat bölməsinin tabeliyində olmalıdır.

14.21. Avadanlığa tökülmüş turbin, transformator və sənaye yağlarına aid kimya laboratoriyasında jurnal olmalı və orada: dövlət standartının və ya texniki şərtlərin nömrəsi, istehsalçı zavodun adı, yağın sınaq nəticələri, avadanlığın tipi və stansiya nömrəsi, qarışıqların əlavə edilməsi, əlavə tökülən yağın miqdarı və keyfiyyəti barədə məlumatlar qeyd edilməlidir.


Download 425.5 Kb.
1   ...   19   20   21   22   23   24   25   26   27




Download 425.5 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



İzolyasiya yağının keyfiyyətinə nəzarət elektrik avadanlıqlarının sınaq həcmi və normalarına müvafiq təşkil edilməlidir. 14.4

Download 425.5 Kb.