Yeriyən balina nağılının əsassızlığı




Download 1.74 Mb.
bet25/209
Sana24.03.2017
Hajmi1.74 Mb.
#1343
1   ...   21   22   23   24   25   26   27   28   ...   209

Variasiya nədir?


Variasiya genetika elmində işlədilən termindir və “müxtəlifləşmə” mənasını verir. Bu genetik hadisə bir canlı növü daxilindəki fərdlərin və ya qrupların bir-birlərindən fərqli xüsusiyyətlərə malik olmasına səbəb olur. Məsələn, yer üzündəki insanların hamısı, əsasən, eyni genetik məlumata malikdirlər, amma bu genetik məlumatın imkan verdiyi variasiya potensialı sayəsində bəziləri qıyıq gözlüdür, bəziləri sarışındır, bəzilərinin burnu uzun, bəzilərinin boyu qısadır.

Variasiya təkamülə dəlil deyil, çünki variasiya onsuz da mövcud olan genetik məlumatın fərqli cütləşmələrindən ortaya çıxır və genetik məlumata yeni xüsusiyyət qazandırmır. Təkamül nəzəriyyəsi qarşısında duran sual isə budur: tamamilə yeni növə aid yeni məlumat necə üzə çıxır?

Variasiya həmişə genetik məlumatın hüdudları çərçivəsində olur. Genetika elmində sözügedən hüduda “gen hovuzu” deyilir. Bir canlı növünün gen hovuzunda mövcud olan bütün xüsusiyyətlər variasiya sayəsində müxtəlif formalarda üzə çıxa bilir. Məsələn, variasiya nəticəsində bir sürünən növü daxilində digərinə nisbətən daha uzun quyruqlu və ya daha qısa ayaqlı cinslər meydana gələ bilər, çünki qısa ayaq məlumatı da, uzun ayaq məlumatı da sürünənlərin gen hovuzunda var. Amma variasiya sürünənlərə qanad taxıb, tük əlavə edib, maddələr mübadilələrini dəyişdirib onları quşa çevirmir. Çünki bu cür çevrilmə canlının genetik məlumatında əlavələr olmasını tələb edir, lakin variasiyalarda belə vəziyyət baş vermir.

Darvin nəzəriyyəsini irəli sürdükdə bu həqiqəti dərk etməmişdi. Variasiyaların hüdudu olmadığını düşünürdü. 1844-cü ildə yazdığı bir məqaləsində: “Bir çox yazıçı təbiətdəki variasiyanın bir hüdudu olduğunu qəbul edir, amma mən bu düşüncənin əsaslandığı konkret səbəbi görə bilmirəm”, -demişdi.28 “Növlərin mənşəyi”ndə də müxtəlif variasiya nümunələrini nəzəriyyəsinin ən böyük dəlili kimi göstərmişdi. Məsələn, Darvinin fikrincə, daha çox süd verən inək cinsləri yetişdirmək üçün müxtəlif inək variasiyalarını cütləşdirən heyvandarlar nəticədə inəkləri başqa canlı növünə çevirə biləcəkdilər. Darvinin bu “hüdudsuz dəyişiklik” fikrini “Növlərin mənşəyi” kitabında yazdığı bu cümləsi ən yaxşı şəkildə ifadə edir:

Bir ayı cinsinin təbii seçmə yolu ilə getdikcə daha çox suda yaşamağa uyğun quruluş və vərdişlər əldə etməsində, daha böyük ağıza malik olmasında və nəticədə bu canlının nəhəng balinaya çevrilməsində heç bir çətinlik görmürəm.29

Darvinin bu cür iddialı nümunələr verməsinin səbəbi yaşadığı əsrin ibtidai elm anlayışı idi. XX əsrin elmi isə canlılar üzərində aparılan bənzər təcrübələr nəticəsində “genetik dəyişməzlik” (genetic homoestatis) adlandırılan prinsipi aşkar etdi. Bu prinsip bir canlı növünü dəyişdirmək üçün edilən bütün cütləşdirmə (müxtəlif variasiya əmələ gətirmə) səylərinin nəticəsiz qaldığını, canlı növləri arasında keçilməz divarlar olduğunu ortaya qoyurdu. Yəni fərqli inək variasiyalarını cütləşdirən heyvandarların nəticədə inəkləri Darvinin iddia etdiyi kimi, başqa bir növə çevirməsi qətiyyən mümkün deyildi.

“Darvin yenidən mühakimədə” (Darwin retried) kitabının müəllifi Norman Makbet bu mövzuda belə deyir:

Problem canlıların həqiqətən də hüdudsuz şəkildə variasiyaya malik olub-olmamalarıdır... Növlər həmişə sabitdirlər. Heyvandarların yetişdirdiyi fərqli bitki və heyvan cinslərinin müəyyən həddən sonra irəliləmədiyini, hətta daima orijinal formalarına geri qayıtdıqlarını bilirik. Əsrlərlə davam edən yetişdirmə səylərinə baxmayaraq, heç vaxt qara lalə və ya mavi gül əldə etmək mümkün olmamışdır.30

Heyvandarlıq mövzusunda dünyanın ən məşhur mütəxəssislərindən biri hesab edilən Lüter Börbenk bu həqiqəti: “Bir canlıda baş verən inkişafın bir həddi var və bu qanun bütün yaşayan canlıları müəyyən edilmiş bəzi hüdudlar daxilində sabit saxlayır”, -deyərək ifadə edir.31

Ceri Berqman “təbii seçmə nəzəriyyəsi ilə əlaqədar bəzi bioloji problemlər” adlı məqaləsində variasiyanın daima müəyyən genetik hüdudlar daxilində meydana gəldiyini açıqlayan bioloq Edvard Diveydən sitat gətirərək belə şərh edir:

Divey bu nəticəyə gəlmişdir: “Çarpaz cütləşdirmə metodu ilə çox mühüm nəticələr əldə edilmişdir... Amma nəticədə buğda yenə də buğdadır, məsələn, üzüm deyil. Donuzlarda qanad əmələ gətirməyimiz quşların silindirşəkilli yumurtlamaları qədər qeyri-mümkündür. Daha müasir nümunə son əsr ərzində dünyadakı kişilərin boyunda müşahidə edilən artımdır. Daha yaxşı qidalanma və yaşayış şərtləri sayəsində kişilər son əsr ərzində boylarının uzunluğu ilə demək olar ki, rekord qırıblar; amma bu boy uzunluğu artsa da, artıq dayanma həddinə çatmışdır. Çünki artıq genetik hüduda dirənmiş vəziyyətdəyik”.32

Qısa desək, variasiyalar ancaq bir növün genetik məlumatının hüdudları daxilində qalan bəzi dəyişikliklər meydana gətirir, amma heç vaxt növlərə yeni genetik məlumat əlavə etmir. Bu səbəbdən, heç bir variasiya “təkamül” nümunəsi hesab edilə bilməz. Müxtəlif it və ya at cinslərini nə qədər cütləşdirsəniz də, nəticədə ortaya yenə it və ya at çıxacaq, amma yeni növ əmələ gəlməyəcəkdir. Danimarkalı elm adamı V.L.Cohansen bu mövzunu belə xülasə edir:

Darvinin xüsusi vurğuladığı variasiyalar əslində müəyyən həddən irəli gedə bilmirlər və bu səbəbdən variasiyalar “daimi dəyişikliyə (təkamülə) səbəb deyil”.33


Download 1.74 Mb.
1   ...   21   22   23   24   25   26   27   28   ...   209




Download 1.74 Mb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Yeriyən balina nağılının əsassızlığı

Download 1.74 Mb.