• İstiliyin ötürülməsi üsulları və anlayışlar
  • İstilik və kütlə ötürülməsi İsayev Urhan Xəlil oğlu p L a n




    Download 24 Kb.
    bet1/4
    Sana31.07.2023
    Hajmi24 Kb.
    #77772
      1   2   3   4
    Bog'liq
    İstilik və kütlə ötürülməsi
    Milli Aviasiya Akademiyas (qsc) S rb st -№2

    İstilik və kütlə ötürülməsi

    İsayev Urhan Xəlil oğlu




    P L A N
    1.İstiliyin ötürülməsi üsulları və anlayışlar
    2.İstilikkeçirmə.Furye qanunu
    3.İstilikvermə.Nyuton qanunu
    4.Şüalanma ilə istiliyin ötürülməsi


    İstiliyin ötürülməsi üsulları və anlayışlar
    İstiliyin qaynar mühitdən soyuq mühitə divar vasitəsilə keçirilməsi istilikötürmə adlanır. İstilikötürmədə iştirak edən axınlara istilikdaşıyıcılar deyilir. İstiliyin ötürülməsinin zəruri şərti verilmiş cismin və ya fəzanın müxtəlif nöqtələrində temperaturların fərqli olmasıdır. Temperatur əksər kimyəvi istehsalın ən mühüm texnoloji və iqtisadi faktorlarındandır. Aparatlarda tələb olunan temperaturun saxlanması demək olar ki, həmişə emal olunan maddələri qızdırmaq və ya soyutmaq məqsədilə istiliyin verilməsi və ya alınması zərurətilə bağlıdır. Deməli, bütün bu hallarda, fəzanın bir yerindən digər yerinə, istilikdaşıyıcılardan qızdırılan maddələrə, soyudulan maddələrdən soyuducu agentlərə, cismin bir hissəsindən digər hissəsinə istiliyin ötürülməsini həyata keçirmək lazımdır. İstiliyin ötürülməsi prosesi istilik mübadiləsi adlanır, onun hərəkətverici qüvvəsi temperaturlar fərqidir. İstiliyin ötürülməsi üç müxtəlif üsulla: istilikkeçirmə, konveksiya (istilikvermə) və şüalanma (şüaburaxma, radiasiya) ilə həyata keçirilə bilir. Cisimlərin bilavasitə sıx toxunması zamanı və ya bir cismin müxtəlif temperaturlu hissələri arasında mikrohissəciklərin: molekul, ion, elektronların yerlərini dəyişmədən rəqsi hərəkəti yolu ilə istiliyin yayılması prosesi istilikkeçirmə adlanır. Təmiz halda istilikkeçirmə bərk cisimlərdə, maye və qazlarda isə konveksiya axınları olmadıqda müşahidə edilir.
    İstiliyin fəzanın bir nöqtəsindən digər nöqtəsinə, mühitin tutduğu həcmin bir temperaturlu sahəsindən digər temperaturlu sahəsinə maye və ya qazın hərəkəti hesabına ötürülməsi konveksiya adlanır. Bu halda istiliyin ötürülməsi sanki mexaniki − istilikdaşıyıcı axının makrohəcmli hissəciklərilə baş verir. Real şəraitlərdə konveksiya həmişə istilikkeçirmə ilə müşayiət edilir. Divar səthindəki nazik sərhəd qatında 10 konveksiyanın sönməsi səbəbindən, istilikdəyişdirici aparatlarda konveksiya xeyli mürəkkəbləşir. Ona görə də, konveksiya termini altında istilikdaşıyıcı axınla, ancaq istiliyin aparılma üsulunun özü başa düşülür. Konveksiya, özünün də iştirak etdiyi real və daha mürəkkəb istiliyin divara verilməsi prosesindən fərqlənir.

    Download 24 Kb.
      1   2   3   4




    Download 24 Kb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    İstilik və kütlə ötürülməsi İsayev Urhan Xəlil oğlu p L a n

    Download 24 Kb.