• Model anlayışı. Modelləşdirmənin mahiyyəti.
  • Modellərin yaradılmasına və öyrənilməsinə yönələn insan fəaliyyətinə modelləşdirmə deyilir.
  • Modelləşdirmənin formaları. Modellərin təsnifatı.Modellərin dayanıqlığı.
  • Statik model
  • Tədris modelləri
  • Verbal model
  • Modelləşdirmənin əsas mərhələləri
  • Kompüter modelləşdirməsi
  • Kompüterdə modellərin hazırlanmasının əsas mərhələləri
  • Model anlayışı. Modelləşdirmənin mahiyyəti




    Download 0.66 Mb.
    bet1/6
    Sana24.11.2020
    Hajmi0.66 Mb.
    #12778
      1   2   3   4   5   6

    NAXÇIVAN MÜƏLLİMLƏR İNSTİTUTU

    Fakültə: Təbiət və incəsənət

    Kafedra: Ali riyaziyyat və informatika

    İxtisas: RİM-718,719,720.

    Kurs : III

    Fənn: Kompüter modelləşməsi.

    Müəllim: Əzizova Fidan

    MÜHAZİRƏ MƏTNLƏRİ

    MÜHAZİRƏ №1

    Model  anlayışı. Modelləşdirmənin  mahiyyəti.

    Model  maddi  və  ya  xəyali  göstərilə  bilən  elə obyektdir ki,tədqiqat  prosesində  obyekt  orijinalı  əvəz  edir  və  onun  bilavasitə  öyrənilməsi obyekt.orijinalı.haqqında.yeni.biliklər.verir.Model  özünəməxsus  bir  idrak  vasitəsidir.Tədqiqatçı  onu  maraqlandıran  obyekti  məhz  onun  köməyi  ilə öyrənir. “Model” termini  insan fəaliyyətinin  müxtəlif  sahələrində  geniş istifadə  olunur.Hətta  o dərəcədə  çox  istifadə  olunur  ki, modellər  “dünyasının”  harada  qurtardığını  müəyyənləşdirmək  və  idrak proseslərində nəyin modelləşditmə  olmadığını demək o qədər  də  asan olmur.Model  və  modelləşdirmə  anlayışlarının  geniş  yayılmasına  baxmayaraq  elmi  ədəbiyyatda  onların  birmənalı  izahı  yoxdur.Model  sözü ”(fr. – modele,lat.-modulus – ölçü,nümunə)geniş  mənada  hər  hansı  obyektin,prosesin,hadisənin əvəzləyicisi.kimi.istifadə.olunan  obrazdır.Təsvir,sxem,çertyoj,qrafik,plan,riyazi  ifadə  və s.başqa  sözlə  model- real obyektin  sadələşdirilmiş  oxşarıdır.



    Modellərin yaradılmasına və öyrənilməsinə yönələn insan fəaliyyətinə modelləşdirmə deyilir.

          Modelləşdirmə üsulu  bir tədqiqat aləti kimi insanın təbiət və cəmiyyətin inkişaf qanuna uyğunluqlarını dərk etməsi prosesində,ətraf aləmin praktiki dəyişdirilməsi yollarının axtarılmasında mühüm yer tutur.Son illlər computer texnologiyasının sürətli inkişafı nəticəsində bu üsula təkcə fiziklərin,mexaniklərin deyil,iqtisadçıların,sosioloqların,demoqrafların və digər elmlərin nümayəndələrinin marağı daha da artmışdır.Yeni elmi biliklər alınması  üsullarının,o cümlədən modelləşdirmənin tətbiqi istənilən elmi istiqamətin inkişafı üçün zəruri şərtlərdəndir.

          Modelləşdirmə üsulu və vasitələri həm yeni faktların ixahında,həm də idarə etmə qərarlarının qəbul edilməsində səmərəli surətdə müvəffəqiyyətlə tətbiq olunur.Modelləşdirmə həm ayı-ayrı elmi istiqamətlərin ümumi cəhətlərini,həm də onların məzmun spesifikasını nəzərə almağa imkan verdiyindən,bu üsulun köməyi ilə elmin mühüm sahəsini-müasir elmi biliklərin sintezi məsələsini həll etmək mümkün olmuşdur.Mahiyyət etibarı ilə modelləşdirmə anlayışı elmi idrakla eyniləşdirilir,obyekti dərk etmək-onu modelləşdirmək kimi qəbul edilir.

          Modelləşdirmə prosesi üç elementi özündə birləşdirir: Orijinal  (tədqiqat obyekti) – qnoseoloji  subyekt  (tədqiqatçı) – model (öyrənilənlə  öyrənən  arasında  vasitə) 

    . Biz  real   aləmdə  tamamilə.başqa  bir  M  obyektini  (o.obyektinin  modelini)  ya

    radırıq.Modelin  qurulması  mərhələsi  ( I )  obyekt — orijinala  dair müəyyən  biliklərin  olmasını.nəzərdə  tutur.Model  obyektin  ən  mühüm  cəhətlərini  əks  etdirir  və  onun  orijinala  nə.dərəcədə  uyğun  olmağı  məsələsi  konkret 

    təhlil  tələb  edir. Modelləşdirilən  obyektin  bir  cəhətinin  dərindən  öyrənilməsi, digər  tərəflərin  tədqiqindən  imtina  etmək  hesabına  başa  gəlir.Odur  ki,istənilən  model  orijinalı  yalnız  ciddi  məhdud  mənada  əvəz edir. Modelləşdirmənin   sonrakı (II) mərhələsində  model  müstəqil  tədqiqat  obyektinə  çevrilir.Bu  zaman  model  üzərində  eksprimentlər (sınaqlar)  aparırılır,modeli  təyin edən  əsas  parametrlər  dəyişdirilir  və modelin   müvafiq  vəziyyətlərinə  dair  biliklər  sistemləşdirilir. Bu  mərhələnin  yekunu  model  haqqında  bitkin  biliklər  yığını  (MB) olur.

          Daha  sonra  (III)  biliklərin  modeldən  original  üzərinə  köçürülməsi  həyata  keçirilir.Yeni  biliklər  sistemi  (OB) formalaşdırılır.Eyni  zamanda  model  dilindən  orijinalın  dilinə  keçir. Nəhayət  son  mərhələdə  (IV )  modelin  köməyilə  alınan  biliklər  praktikada  yoxlanılır,obyektin  ümumiləşmiş  nəzəriyyəsini qurmaq  və  obyekti  idarə  etmək üçün  istifadə edilir.Yekunda  yenə  də  real  obyekt  problematikasına  qayıdır.Modelləşdirmə  dövri  xarakterli  prosesdir.Başqa  sözlə  ilk  dörd  mərhələli  dövrdən  sonra  ikincisi,üçüncüsü  və s.  gələ  bilər.Bu  halda  tədqiq olunan  obyekt  haqqında  biliklər  genişləndirilir  və dəqiqləşdirilir,başlanğıc  model  isə  tədricən   təkmilləşir.Obyekt  haqqında  ilkin 

    biliklərin  nisbətən  az  olması  və  modelin  qurulmasında  buraxılan səhvlər  nəticəsində  modelləşdirmənin  birinci  dövründən sonra  aşkarlanan  çatışmazlıqları  sonrakı  dövrlərdə aradan  qaldırmaq  olar.Odur  ki, modelləşdirmə  metodologiyasında  kifayət  qədər  özünü  təkmillləşdirmə  imkan

    ları  nəzərdə  tutulmuşdur.

    Mühazirə № 2

    Modelləşdirmənin   formaları.  Modellərin təsnifatı.Modellərin dayanıqlığı.  

    Modellərin formalarına görə  dəqiqlik dərəcələrini  nəzərə  almaqla,zaman  faktoruna  görə, həyata  keçirilmə  üsulu  baxımından  və s. əlamətlərə  görə  təsnifatını  vermək  mümkündür.

         Modelləşdirmə  üsullarını  şərti  olaraq  2  böyük  qrupda  birləşdirmək olar: maddi və ideal  modelləşdirmə. Maddi  modellər  təbii  və  ya  süni  mənşəli hər  hansı  maddi  obyektlərdə  təzahür  olunur.İdeal  modellər  isə  insan  təfəkkürünün  məhsuludur,belə  modellərlə  əmliyyatlar  insanın  şüurunda  həyata  keçirilir.

         Maddi modelləşdimə  üsullarında  tədqiqatlar   öyrənilən  obyektin   əsas  həndəsi, fiziki,dinamik  və  funksional  xarakteristikalarını  əks  etdirən model əsasında  aparılır.Maddi  modelləşdirmə  üsulları  2 əsas  qrupa ayrılır: fiziki  modelləşdirmə və  analoq  modelleşdirmə.

        Fiziki  modelləşdirmədə  real obyekt  onun  böyüdülmüş  və ya  kiçildilmiş  surətil

    ə.əvəz.olunur.və.tədqiqat  da  onun  üzərində  aparılır.Öyrənilən  proses  və  hadisələrin  xassələri  sonradan  oxşarlıq nəzərriyəsi  əsaslında  modeldən obyektə  köçürürlür.Fiziki  modellərlə  obyekt – orijinal  eyni  təbiətli  maddi obyektlərdi  və  eyni  qanunlara tabedir. Belə  modellər  texniki  elmlərdə  güniş  yayılmışdır: astronomiyada, hidrotexnikada, arxitekrurada,təyyarəqayırmada  və s. Fiziki  model adətən  bir  və ya  bir  neçə  obuektə  aid  olur.Ona  görə  də  universal  xarakter  daşımır.

    Analoq modelləşdirmə   fiziki  təbiətlətləri müxtəlif  olan,lakin  formal  cəhətdən  eyni  cür  ifadə olunan (eyni  riyazi  tənliklərlə,məntiqi  sxemlərlə  və s.) proseslər  və  hadisələrin  analogiyasına  əsaslanır. Ən sadə  misal,  mexaniki   rəqsərin  eyni  diferensial  tənliklərlə  təsvir  edilən  elektrik  sxemlərinin  köməyi  ilə   öyrənilməsidir.Belə  modelləşdirmədə  müxtəlif  hadisərə  aid  olan  tənliklərin  oxşarlığı  əsas  təşkil  edir.

          Əgər  müxtəlif  təbiətli  iki  obyektin   riyazi  oxşarlığı  faktı  müəyyən  olunmuşdursa,onda bir  obyektin  (modelin)  uyğun  fiziki  xüsusiyyətlərindən  digər  obyektin  (orijanalın)  tədqiqatı  üçün  istfadə  edilə  bilər.

           Qeyd  edək  ki,  maddi  modelləşdirmənin  hər  iki  tipindən  modellər  ilkin  obyektin maddi  inikaslarıdırlar  və  modekllə  orijinal öz  həndəsi, fiziki  və başqa  xarakterisikaları ilə  bir-birinə  bağlıdırlar.Belə ki, tədqiqat  prosesi təbii  eksperimentdən  ibarət olub,modelə  maddi  təsirlərlə  sıx  bağlıdır.

           İdeal modelləşdirmə  maddi  modelləşdirmədən  prinsipial  fərqlənir.Belə  modelləşdir

    mə  obyektlə modelin  analogiyasına  deyil, idealın (fikrinin)  analogiyasına  əsaslanır  və  nəzəri  xarakter  daşıyır.İdeal  modellər  sinfi  hər  şeydən  əvvəl  real  həqiqəti  formalaşdırmaq  dərəəsinə görə  fərqlənən  kifayət  qədər müxtəlif  modelləri  birləşdirir.Elmi  idrakda  ideal modelləşdirmənin  əsas  iki  tipini  fərqləndirirlər: intuitiv  modelləşdirmə  və  işarə  modelləşdirməsi.

          İntuitiv  modelləşdirmə dedikdə  obyekt  haqqında  formalizə edilə  bilməyən  və  ya  ona  ehtiyacı  olmayan   intuitiv  təsəvvürlərə  əsaslanan  modelləşdirmə  başa  düşülür.Bu  mənada  məsələn,  hər  bir  insanın  həyat  təcrübəsi  ətraf  aləmin  intuitiv  modeli  sayıla  bilər.

         İşarə  modelləşdirməsi  müəyyən  növ  işarələrdən  (sxemlər,qrafiklər,çertyojlar,düsturlar,simvollar  yığımı  və  s.)  və  işarə  çevirmələrindən  model  kimi  istifadə  edilməsinə  əsaslanır.İçarə  modelləşdirməsinin  mühüm  növlərindən  biri  riyazi  modelləşdirmə  sayılır.

        Riyazi  modelləşdirmədə  obyektin  tədqiqi  riyaziyyat dilində formulə  edilmiş  model  vasitəsilə   bu  və  ya  digər  riyazi  üsullardan  istifadə  etməklə  həyata  keçirilir.Riyazi  modelləşdirməyə  klassik  misal   mexanikanın  əsas  qanunlarının  riyazi  vasitələrlə  təsviri  və  tədqiqidir.

           Baxılan  növ modellərlə  yanaşı  dinamik  və  statik,makrotip  və mikrotip,diskret  və  kəsilməz,determinə  olunmuş  və  stoxastik,tam  və tam  olmayan  və  s. modellərdən  də  danışmaq  olar. Əsas olan budur ki,  bir  tədqiqat  üsulu  kimi  modelləşdirmə  özündə  iki  ardıcıl  mərhələni  birləşdirir: modelin  qurulması  prosesi  və  modelin  köməyi  ilə  obyekt — orujinalın  öyrənilməsi  prosesi. Bu  mərhələlər   qarşılıqlıdırlar  və  modelin  qnoseoloji   əhəmiyyətini  şərtləndirir. Onlar  müxtəlif  tip  modellərdə  müxtəlif  dərəcədə  təmsil  olunmuşlar.

    Моделлярин тяснифаты.



    1. Zaman faktorunun nəzərə alinmasına görə təsnifat

    Statik model-obyektin qərarlaşmış rejimdə (sükunıtdə) olan modeli. Bəzi hallarda qeyd olunmuş zaman kəsiyindəki model də statik model kimi təqdim olunur.

    Dinamik model-obyektin vəziyyətinin (xarakteristikalarının) zaman üzrə necə dəyişdiyini izləməyə imkan verir. Məsələn, xəstəlik tarixi qeyd olunan sənəd. Texniki obyektlərin dinamik modelləri adətən diferensial tənliklərlə ifadə edilir.

    Bundan başqa, modelləri aid olduğu elim sahəsinə əsasən də təsnif etmək olar. Məsələn, bioloji, tarixi, ekoloji və s. modellər.



    1. İstifadə olunma sahəsinə görə təsnifat Tədris modelləri-əyani vasitələr, trenajorlar, öyrədən (tədris) proqramları və s. Oyun modelləri-iqtisadi,idman, işgüzar oyunlar və s. Elmi-tədqiqat- sinxrofazatron, aparatları yoxlamaq və kolibrovka etmək üçün stendlər və s. Təcrübi modellər- real obyektlərin kicildilmiş surəti (qlobus). İmitasiya modelləri-rellığı əks etdirməkdən başqa, onu imitasiya edir (dərimanların siçovulların üzərində yoxlanılması, kosmonaftların çəkisizliyi yer şəraitində imitasiya etməsi).

    2. Təqdim olunma üsuluma əsasən təsnifat Material modelləri-və ya əşya (cisimi) modelləri.Bu modellər originalın həndəsi və fiziki xassələrini əks etdirir və reallığın təcəssümüdür (воплощение). -bu modellərə toxunmaq və görmək mümkün deyil.Onlar yalnız obyekt (proses, hadisə) haqqında səhih və dürüst informasiyaya əsasən qurulur. İnformasiya modelləri obyektin xassələrini və vəziyyətini, eyni zamanda bunlar və xarici aləm arasındakı əlaqələri də xarakterizə edən sistemli informasiya toplusundan ibarətdir. Verbal model-fikir və ya danışıq formasında olan informasiya modeli. Simvollu modellər-istənilən formal dillərin simvolları (proqram əmirləri, cəbri, münasibət, məntiqi əməliyyatlar və s. simvolları) ilə ifadə olunan informasiya modelləri. Kompyüter modeli-proqram vasitələri ilə realizasiya olunan model.

    Modellərə təqdim olunan tələblər

    1.Universallıq- real obyektin öyrənilən xassələrinin model tərəfindən əks etdirilməsinin dolğunluğu.

    2. Adekvatlıq- obyektin lazımi xassələrinin verilən dəqiqlikliklə əks etdirmək xüsusiyyəti. Prosesə uyğunluq.

    3. Dəqiqlik – real obyektin xarakteristikalarının model vasitəsi ilə alınmış xarakteristikalara uyğun gəlmə dərəcəsi ilə qiymətləndirilir.

    4. Qənaətlilik-modelləşməyə sərf olunan xərclərlə təyin olunur.


    Mühazirə №3



    Modelləşdirmənin əsas mərhələləri

    1. Məsələnin qoyuluşu.

    2. Nəzəri əsasların öyrənilməsi və real obyekt haqqında informasiyanın toplanılması.Obyektin identifikasiyası.

    3.Formallaşdırma. Modelin tipinin secilməsi. Bu etapda bəzi parametrlərin qiymətləri konkretləşməyə bilər.

    4.Qiymətləndirmə üsulunun seçilməsi. Bu etapda statistikk verilənlər əsasında parametrlərin qiymətlədirmə üsulu seçilir və təyin olunur.

    5. Modelin realizasiyası. Alqoritm və proqram tərtib olunur. Modelin verdiyi xarakteristikalar kompyüterdə yoxlanılır.

    6. Alınmış informasiyanın təhlili. Modelin xətası təyin olunur.

    7. Modelin real obyektə adekvatlığının yoxlanılması. Müxtəlif modelləşdirmə üsüllarında müxtəlif yanaşmalar mövcuddur. Məsələn, reqresiya analizi əsasında qurulmuş modellərdə əmsalların həqiqiliyi Styüdent kriterisi, adekvatlıq isə Fişer kriterisi əsasıda təyin olunur. Əgər dəyişənlər nortmal (Qaus) paylanma qanununa tabe olarsa.

    8. Alımış modelin təhlili. Bu etapda modelin izafi əmsalları nəzərdən atılır, yəni model sadələşdirilir. Əgər adekvatlıq şərti ödənilmirsə, ilk növbədə təcrübələrin sayını artırmaq lazımdır.

    MÜHAZİRƏ №4

    RİYAZİ MODELLƏŞDİRMƏ

    Riyazi modelləşdirmə bütün mümkün proseslərin və hadisələrin riyazi vasitələrin köməyi ilə təsviri ,əks etdirilməsi,öyrənilməsi və proqnozlaşdırılmasıdır.Riyazi modelin,daha doğrusu funksiyaların,tənliklərin,bərabərsizliklərin və digər münasibətlərin köməyi ilə inikas edilən istənilən təbiətli obyekt(fiziki,kimyəvi,iqtisadi,sosial vəs.)müvafiq riyazi məsələləri tədqiq etmək və həll etmək yolu ilə anlaşıla bilər.

         Demək olar ki,riyazi modelləşdirmə bir tərəfdən fundamental araşdırmaların nəticələrinin xalq təsərrüfatı praktikasında tətbiqi vasitəsidir,digər tərəfdən ən fundamental işləmələrin intensivləşdirilməsi üçün alətdir.

          İstənilən  obyektin,hadisənin  və  ya  prosesin  riyazi modeli  üç  əsas  elementi  özündə birləşdirir:a) obyektin  axtarılan  xarakteristikaları  (məchul  kəmiyyətlər)  -  vektor:  Y= (yi);  b)  modelləşdirilən obyektə nəzərən xarici şərtlərin xarakteistikası: X=(xj); c) obyektin daxili parametrlərinin toplusu –  D. Modeldən kənarda təyin olunan X şərtləri və D parametirlər toplusu ekzogen     kəmiyyətlər, modelin köməyi ilə təyin olunan Y vektoruna daxil olan kəmiyyətlər endogen kəmiyyətlər adlanır.     

      Riyazi modelin obyektin X xarici şərtlərini(“giriş”) obyektin axtarılan Y xarakteristikasına (“çıxış”) çevirən xüsusi qurğu kimi interpretasya etmək olar.Xarici şərtlər,daxili parametrlər və axtarılan xarakteristikalar arasındakı münasibətlərin ifadə üsuluna görə riyazi modellər iki əsas tipə -struktur və funksional modellərə bölünür.

            Struktur modellər obyektin daxili qurluşunu(onun tərkib hissələrini,daxili parametrlərini,onların”giriş” və “ çıxış” arasında əlaqələrini və s. əks etdirir.Bu tip modellərin üç növünü ayırmaq mümkündur

       -Bütün məhcullar obyektin daxili parametrlərinin və xarici şərtlərin aşkar funksiyaları şəklində ifadə olunurlar

                                          Yı=Fi (D,X);            (1.1)

        -məchullar məlum munasibətlər (tənliklər,bərabərsizliklər və s. sistemindən birgə təyin olunurlar:

                             Fİ(D ,X,Y)=0;   (1.2)

       -Model (1.2)tipli münasübətlərdən ibarətdir ,lakin bu münasibətlərin konkiret şəkili məlum deyil(model müəyyən mənada “yarımçıqdır”);rahztlıq namimə bu tip modelləri(1.3) ilə işarə edəcəyik.

          İlk iki(1.1) və (1.2) modelləri tamamilə müəyyən riyazi məsələrdir və analitik ifadələr yaxud ədədi alqoritimlər vasitəsi ilə həll edilə bilər.(1.1) modeli analitik həll verir.Şübhəsiz ki,həllin bu formada alınması həm praktiki nöqteyi nəzərdən və həm də əyanilik baxımından çox cəlb edicidir lakin belə həllərin alınması imkanları xeyli məhdudur.Hətta, ilk baxışda sadə görünən riyazi məsələlərin həllini həmişə analitik düstur şəklində ifadə etmək mümükünsüzdür.

    (1.1)   Məsələsinə gətirilə bilməyən (1.2) tipli məsələləri həll etmək üçün müvafiq alqoritm tapılmalıdır.

     Modelləşdirmə prosesində ,o cümlədən ,modellərin qurulmasında EHM böyük rol oynayır. Təsadüfü deyildir ki, bu gün əksər elm sahələrində  aparılan mükəmməl tədqiqatların  əsasını kompüter modelləşdirilməsi,EHM-də riyazi modelləşdirmə və hesablama sınağı təşkil edir.

          Mürəkkəb sistemlərin fəaliyyət prosesi EHM-də realizə olunan müəyyən alqoritm şəkilində göstərilir ki, bu da imitasiya modelləşdirilməsinin mahiyyətini təşkil edir.İmitasiya modelləşdirilməsi kifayət qədər  çevik modelləşdirmə üsuludur. Onun əsas ideyasını sistem haqqında bütün mövcud informasiyadan maksimum  istifadə etmık əsasında  analtik çətinlikləri dəf etmək imkanı qazanmaq  və sistemin  fəaliyyətinə dair  qoyulan bütün suallaracavab tapmaq təşkil edir.Araşdırılan  proses üçün obyektin elementlərinin qarşılıqlı əlaqəsini initasiya edən və verilən D və X parametirlərinə  görə Y məhçulunu  təyin etməyə imkan verən  müəyyən modelləyici alqoritim ( EHM üçün )qurulur. Bu zaman  bütün prosesin  ayrı –ayrı  hissələrinin və onların  əlaqələrinin  təsviri üçün  “adi “riyazi modellərdən  istifadə oluna bilər.İmitasiya  sistemləri ilə iş EHM-də həyata keçirilən ekisperimentdən ibarətdir.Ekisperimentin gedişində modelin ekzogen dəyişənləri ,parametirləri variyasiya edilir,onun strukturu təkmilləşdirilir,qəbul dilmiş fərziyyələr dəqiqləşdirilir.

    Funksional modellərdə obyektin daxili strukturu öyrənilmir və təbii ki,struktura dair  informasiyadan  da istifadə olunmur.Başqa  sözlə, funksional  modellərin  köməyi ilə  öyrənilən obyekt  daxili strukturu tamamilə  görünməyən abstrakt bir  obyekdir ( “qara qutu”prensipi).Funksional model  obyektin fəaliyyətini elə ifadə edir ki,”girişdə” X qiymətini verməklə,”çıxışda”Y qiymətinə almaq mümkün olsun:

     Y=Z(X)                   (1.3)

    Burada D informasiyası iştirak etmir.Belə tip modelləri qurmaq,X və Y dəyişənləri arasında əlaqə formasını( Z funksiyasını ) tapmaq deməkdir.

    MÜHAZİRƏ №5



    Məntiqi modelləşdirmə

    Məlum olduğu kimi, klassik riyaziyyat gerçək aləmin fəza formaları və kəmiyyət münasibətləri haqqında elmdir. Riyazi modellər isə obyektlər arasındakı müəyyən əlaqə və asılılıqları formal cəhətdən təsvir edir. Bu isə bir riyazi nəzəriyyəyə bəzən başqa bir nəzəriyyənin modeli kimi baxmağa əsas verir. Model özlüyündə yeni nəzəriyyə ilə köhnə nəzəriyyə arasında əlaqə forması olmaqla, bir nəzəriyyədən başqa nəzəriyyəyə keçid vasitəsi kimi çıxış edə bilir. Riyazi nəzəriyyələrin özü də riyazi model kimi başa düşülə bilər. Hər hansı bir riyazi nəzəriyyədən o zaman istifadə oluna bilər ki, bu nəzəriyyə müəyyən obyektlər sisteminin öyrənilməsində həmin sistemin riyazi modeli olsun. Əgər riyazi nəzəriyyə verilmiş sistem üçün riyazi model ola bilməzsə, onda o, həmin sistemi öyrənməkdə istifadə oluna bilməz. Məsələn, müasir riyazi nəzəriyyələr bir çox bioloji hadisələrin modelləşdirilməsi üçün yararsızdır. Ona görə də bioloji hadisələrin modelləşdirilməsi üçün yeni riyazi nəzəriyyələr yaradılmalıdır. İxtiyari prosesin riyazi modelləşdirmə metodu ilə öyrənilməsi üçün onun riyazi təsvirini vermək vacib və ilkin şərtdir. Bu təsvir məhz riyazi modeldir. Bəzi tədqiqatçıların fikrincə, riyazi model anlayışı daha geniş mənada başa düşülməlidir, çünki həm maddi obyektlərin kəmiyyət təsviri kimi çıxış edən riyazi nəzəriyyələr, həm də müəyyən riyazi nəzəriyyə ilə izomorf olan formal məntiqi sistemlər riyazi model hesab oluna bilərlər. Riyaziyyatın mücərrəd təbiəti gerçəkliyin müxtəlif sahələrinin kəmiyyət xarakteristikalarının aşkar edilməsində onun əvəzsiz idraki vasitə kimi çıxış etməsinə səbəb olur. Kəmiyyət baxımından riyazi nəzəriyyələr riyazi strukturlar, müxtəlif elm sahələrində öyrənilən hadisə və proseslərin ideal mücərrəd model kimi çıxış etməsinə imkan verir. İndiki zamanda müxtəlif elm sahələrinin riyaziləşdirilməsi, riyazi modellərin elmi idrakda rolunun daha da artmasına səbəb olmuşdur. Digər tərəfdən riyazi nəzəriyyələrin deduktiv quruluşu, onlarda aksiomatik metodun geniş tətbiq tapması riyaziyyatın digər formal məntiqi deduktiv sistemlərlə sıx əlaqəsini sübut edir. Bu xüsusiyyət riyazi nəzəriyyələrin formal məntiqi sistemlərə nəzərən model formasında çıxış etməsinə əsas verir. Məhz bu baxımdan riyazi strukturlar elmin ən müxtəlif sahələrində model rolunu ifa etmək iqtidarındadırlar. Riyazi nəzəriyyənin özünün model kimi çıxış etməsi bir tərəfdən riyaziyyatın tədqiqat obyektinin-gerçəkliyin kəmiyyət münasibətlərinin universallığı, mücərrədliyi ilə digər tərəfdən onun deduktiv məntiqi quruluşunun xüsusiyyətləri ilə bağlıdır. Riyazi nəzəriyyələr formal məntiqi struktura yaxınlığı sayəsində, məntiqi-qnoseoloji təhlildə, əyani bir model kimi çıxış edirlər. Məsələn, müəyyən şərtlər daxilində Evklid həndəsəsinə qeyri-Evklid həndəsəsinin, hesaba çoxluqlar nəzəriyyəsinin çoxluqlar nəzəriyyəsinin özünə isə riyazi analizin təxmini modeli kimi və s. baxmaq olar. Belə hallarda riyazi modellər adətən nəzəriyyənin interpretasiyası (izahı) kimi çıxış edirlər. Bu nəzəriyyələrin həqiqiliyi ictimai praktika vasitəsilə yoxlanılır. Sırf məntiqi yolla inkişaf etdirilmiş mücərrəd riyazi nəzəriyyələr sonralar heç də gözlənilmədən özlərinə bilavasitə əməli tətbiq sahələri tapa bilirlər. Bunu qeyri-Evklid həndəsəsinin və riyazi məntiqin timsalında aşkar etmək olar. Belə ki, qeyri-Evklid hən-dəsəsi nisbilik nəzəriyyəsinin, riyazi məntiq isə müasir kibernetikanın nəzəri əsasını təşkil et-mişdir. İdeal modelin növlərindən olan məntiqi-riyazi modellər, daha geniş imkanlara malikdir.Məntiqi-riyazi modelləri aşağıdakı növlərə ayırmaq olar.a)riyazi təsvir modeli. Riyazi modelin bu növü maddi obyektlərin və ya proseslərin kəmiyyət xarakteristikasının müəyyən riyazi aparatlar vasitəsilə verilməsi ilə əlaqədardır. Riyazi təsvir modelinin evristik gücü model şəklində tətbiq olunan riyazi aparatın nəticələrinin şərhinin öyrənilən obyektin mə’lum olmayan əlamətlərinin müəyyən edilməsinə səbəb olmasındadır. Qeyd etməliyik ki, bu halda belə bir obyekt formasında digər bir riyazi struktura, aparat da çıxış edə bilər. Belə modelləşdirmə faktiki olaraq iki nəzəriyyənin izomorfluğunun müəyyən edilməsinə istinad edir.b)riyazi şərh modelləri. Bu növ riyazi modellər formalizə olunmuş sistemlərin riyazi nəzəriyyənin şərhi kimi çıxış etməsi ilə əlaqədardır.Formallaşdırılmış sistemlərin riyazi nəzəriyyələrin model-şərhi kimi çıxış etməsi modellər nəzəriyyəsi tərəfindən tədqiq edilir. v) riyazi-model analoqlar. Bu növ modellərə gəldikdə göstərmək lazımdır ki, burada müəyyən elmi – idraki məqsədlərə görə iki elmi nəzəriyyənin bir-birini qarşılıqlı surətdə əvəzetmə xüsusiyyətləri nəzərdə tutulur. Riyazi modellər haqqında irəli sürülən mülahizələr, əldə edilən elmi təsəvvürlər elmi idrakda, ideal riyazi modellərin çıxış etdiyi üç situasiyanı təhlil etməyə imkan verir. Alınan nəticələr elmi idrakda ideal model ilə nəzəriyyənin münasibətinin məntiqi-qnoseoloji təhlili baxımından ümumiləşdirilə bilər. Belə ki, burada ideal model öyrənilən maddi obyektin riyazi təsviri kimi çıxış edən, riyazi nəzəriyyəyə, riyazi struktura və maddi sistemə uyğun gəlir. Bu üç situasiyadan üçüncüsü baxılan tədqiqat sxemi çərçivəsindən kənarda qalır.İdeal modelin nəzəriyyə şəklində çıxış etməsində ən xarakterik hal birinci situasiya ilə-elmi nəzəriyyələrin izomorfluğu ilə sıx bağlıdır. Məhz bu halın tədqiqi ideal, o cümlədən də riyazi model ilə nəzəriyyənin münasibətinin məntiqi qnoseoloji təhlilinə zəmin yaratmış olar.Riyazi modelin əsas əlamətlərinin müəyyən edilməsi, formalizə etmənin, formal sistemlərin təbiətinin araşdırılmasını nəzərdə tutur.Riyazi nəzəriyyələrin təhlili göstərir ki, əslində riyaziyyatda formalizə etmə təmayülü mücərrədləşdirmə səviyyəsinin artmasından başqa bir şey deyildir. Belə ki, qrup nəzəriyyəsi daha yüksək mücərrədləşdirmə səviyyəsinə malik olduğu halda, həqiqi ədədlər nəzəriyyəsi daha konkret və əyanidir. Belə olan surətdə aydındır ki, həqiqi ədədlər nəzəriyyəsi qrup nəzəriyyəsinin şərhi olub, daha konkretdir və əyani xarakter daşıyır və nəticə e’tibarilə qrup nəzəriyyəsinə nəzərən riyazi model formasında çıxış edir. Bu baxımdan qrup nəzəriyyəsinin, həqiqi ədədlər nəzəriyyəsinə nisbəti, nəzəriyyənin modelə olan nisbəti kimidir. Qrup nəzəriyyəsi ilə həqiqi ədədlər nəzəriyyəsinin münasibətinin belə anlaşılmasına əsaslanaraq bu münasibətin məntiqi-qnoseoloji təhlilindən aldığımız nəticələri ümumən ideal model və nəzəriyyənin münasibətinə şamil etmiş olarıq.Modelin mühüm əlamətlərindən biri onun öyrənilən obyektlə nəzəriyyə arasında aralıq mövqe tutmasıdır. Həm nəzəri, həm praktik halında model gerçəkliyin bu və ya digər dərəcədə əyani, obrazlı, konkret ifadəsi olduğu halda, nəzəriyyə tədqiq obyektinin nisbətən mücərrəd, ümumi in’ikasıdır. Bu fikirləri baxdığımız hala tətbiq etsək görərik ki, burada tədqiq obyekti-gerçəkliyin kəmiyyət xarakteristikası müəyyənliyi, bu obyekti əks etdirən nəzəriyyə-qrup nəzəriyyəsi, model isə həqiqi ədədlər nəzəriyyəsi şəklində çıxış edir. Bu üçlüyün münasibətində həqiqi ədədlər nəzəriyyəsi, mücərrəd qrup nəzəriyyəsinə nisbətən daha konkret, daha əyani və obrazlıdır. Tədqiq obyekti-gerçəkliyin kəmiyyət müəyyənlikləri ilə onun mücərrəd in’ikası qrup nəzəriyyəsi arasında yerləşdirilən modelin-həqiqi ədədlər nəzəriyyəsinin tədqiqi məhz nəzəriyyənin qrup nəzəriyyəsinin mükəmməlliyini, elmi-nəzəri dərinliyini müəyyənləşdirir. Nəzəriyyənin məntiqi-qnoseoloji təhlilinin verilməsi isə müxtəlif təfəkkür formalarının-analiz və sintezinin, induksiya və deduksiyanın (nəzəri-idrakın ümumi yolu olan mücərrədlikdən konkretliyə yüksəliş prosesi çərçivəsində) qarşılıqlı əlaqəsinin tədqiqi deməkdir. Bu proses nəzəri analiz əsasında aparılır. Nəzəri analizdə induksiyanın və deduksiyanın qarşılıqlı surətdə bir-birinə keçməsi, tədqiqat predmetinin vəhdətini ifadə edə bilən mürəkkəb bir formada vasitələnir. Mücərrədlikdən konkretliyə yüksəlişin əsas xüsusiyyəti onun genetik çıxarılış kimi çıxış etməsidir.Nəzəriyyə o, cümlədən riyazi nəzəriyyə mücərrədlikdən konkretə yüksəliş üçün xarakterik olan təfəkkürün analiz və sintez, induksiya və deduksiya kimi məntiqi formalarının dialektik tərzdə bir-birinə qarşılıqlı keçidi və çulğaşmasıdır. Baxdığımız konkret halda riyazi nəzəriyyə kimi qrup nəzəriyyəsi məhz analiz və sintezin, induksiya və deduksiyanın, qarşılıqlı dialektik vəhdəti əsasında nəzəri fikrin mücərrədlikdən konkretliyə yüksəlişini təcəssüm etdirir.Nəzəri fikrin bu hərəkəti həqiqi ədədlər nəzəriyyəsindən qrup nəzəriyyəsinə keçidi tə’min etdiyi kimi, gerçəkliyin kəmiyyət müəyyənliklərini öyrənmək sayəsində həqiqi ədədlər nəzəriyyəsinə keçid də eyni qanunauyğunluqlar əsasında mümkündür. Doğrudanda həqiqi ədədlər nəzəriyyəsinin ilkin obyekt və əməliyyatlarını qrup nəzəriyyəsinin müvafiq obyekt və əməliyyatları ilə müqayisə etsək, ikinci nəzəriyyənin birincidən abstraktdan konkretə yüksəlmə vasitəsilə alındığını görərik. Öz növbəsində həqiqi ədədlər nəzəriyyəsinin özü induksiya və deduksiyanın, analiz və sintezin abstraktdan konkretə yüksəlmə əsasında həyata keçən dialektik prosesin nəticəsidir. Burada prinsipial fərq ondan ibarətdir ki, hər iki hal üçün eyni olan abstraktdan konkretə yüksəliş müxtəlif vasitələrlə həyata keçirilir. Həqiqi ədədlər nəzəriyyəsinin yaranmasında induksiya və deduksiya, analiz və sintezin qarşılıqlı dialektik hərəkəti hissi-əyani konkretdən mücərrədləşmə yolu ilə fikri konkretliyə yüksəlişi tə’min etdiyi halda, həqiqi ədədlər nəzəriyyəsindən qrup nəzəriyyəsinə keçid zamanı bu yüksəlmə çoxcəhətliliyin dar vəhdəti kimi çıxış edən hissi-əyani konkretlikdən çoxcəhətliliyin daha geniş vəhdəti olan fikri konkretliyə keçid kimi xarakterizə olunur. Bu fərq əsasında qrup nəzəriyyəsi və həqiqi ədədlər nəzəriyyəsi müvafiq olaraq nəzəriyyə və riyazi model halında çıxış edirlər. Riyazi model ilə riyazi nəzəriyyənin münasibətinin məntiqi-qnoseoloji təhlili göstərir ki, ideal modellə nəzəriyyə arasında mühüm keyfiyyət fərqi onların hər ikisində istifadə olunan ideallaşdırma, formalaşdırma və abstraktlaşdırmanın müxtəlif üsullarla həyata keçirilməsindədir. Burada həqiqi ədədlər nəzəriyyəsi riyazi model növü kimi riyazi təsvir modelini təmsil edir: formal məntiqi sistem olmaq e’tibarilə ideal modelin riyazi nəzəriyyənin şərhi kimi çıxış etməsinə gəldikdə göstərmək lazımdır ki, burada formal məntiqi sistem riyazi şərh modeli kimi çıxış edir. İdeal modelin bir növü kimi çıxış edən riyazi model ilə nəzəriyyənin münasibəti barədə aşağıdakı xülasəni vermək olar:1)Modelləşdirmədə ideal model formasında çıxış edən nəzəriyyə ilə buna izomorf olan nəzəriyyə arasındakı fərq onların hər ikisi üçün səciyyəvi olan abstraktdan konkretə yüksəlmədə abstraktlaşdırmanın müxtəlif vasitələrlə və müxtəlif tərzdə realizə edilməsindən ibarətdir.2)İzomorf iki nəzəriyyədən hansının ideal model, hansının isə nəzəriyyə kimi çıxış etməsi tədqiqatın məqsədindən asılıdır. Belə ki, idrakın konkretdən abstrakta hərəkətində daha mücərrəd elmi nəzəriyyə, abstraktdan konkretliyə keçiddə isə daha əyani, daha konkret nəzəriyyə model rolunu oynayır. Məsələn, məqsəd riyazi nəzəriyyələrin məntiqi strukturunun tədqiqidirsə, onda ideal model kimi daha mücərrəd olan formal məntiqi nəzəri sistem çıxış edir. Qrup nəzəriyyəsi ilə həqiqi ədədlər nəzəriyyəsinin yuxarıda təhlil etdiyimiz münasibətində məqsəd riyazi nəzəriyyənin real şərhi idi; bu isə daha konkret və məzmunlu həqiqi ədədlər nəzəriyyəsinin ideal model formasında çıxış etməsini şərtləndirir. 3) Müasir riyaziyyatda işlədilən riyazi model anlayışı aksiomatik nəzəriyyələrin araşdırılmasında tətbiq edilən interpretasiya metodu ilə sıx bağlıdır. Aksiomatik nəzəriyyələrdə formal və məzmunlu təkliflər arasındakı uyğunluq kimi təzahür edən interpretasiya bu nəzəriyyələrin birinin digəri üçün model kimi qəbul edilməsində mühüm əhəmiyyətə malikdir. Xüsusi halda məzmunlu aksiomatikaya malik olan nəzəriyyənin modeli olan formal aksiomatik nəzəriyyənin ziddiyyətsizliyi məhz interpretasiya zəminində yoxlanılır.


    MÜHAZİRƏ №6

    İnformasiya modellərinin hazırlanması və təqdim olunması

    İnformasiya modelləri obyekt və prosesləri yalnız informasiya əsasında təsvir edir. Başqa sözlə, informasiya modellərinə əl ilə toxunmaq və ya gözlə görmək olmur. İnformasiya modellərinin özlərini də bir neçə növə ayırmaq olar. Adətən, təsviri informasiya modellərinin yaradılmasında təbii dillərdən və şəkillərdən istifadə olunur. Elm tarixində çoxlu sayda təsviri informasiya modelləri məlumdur; məsələn, vaxtilə Kopernikin irəli sürdüyü dünyanın heliosentrik modeli aşağıdakı kimi ifadə olunur:

    • Yer öz oxu ətrafında fırlanır;

    • Yer və bütün digər planetlər Günəşin ətrafında fırlanır.

    İnsanlar öz fəaliyyətlərində təbii dillərlə yanaşı, formal dillərdən də istifadə edirlər. Formal dillər insanın müxtəlif fəaliyyət sahələri üçün yaradılmış və öz əlifbası, qrammatik qaydaları, sintaksisi olan xüsusi dillərdir. Formal dillərə örnək olaraq musiqi dilini (notları), riyazi dili (rəqəmlər, riyazi işarələr), proqramlaşdırma dillərini göstərmək olar.

    CH4 + 2O2 → C02 + 2H2O

    Formal dillərin köməyi ilə formal informasiya modelləri (riyazi, məntiqi və s.) qurulur. Geniş istifadə olunan formal dillərdən biri riyazi dildir. Riyazi işarələr və düsturlar vasitəsilə qurulan modellər riyazi modellər adlanır. Riyazi dil formal dillərin toplusudur; onlardan bəziləri ilə (cəbr, həndəsə, triqonometriya) siz riyaziyyat dərslərində tanış olursunuz, başqaları haqda isə (çoxluqlar nəzəriyyəsi, kompleks dəyişənli funksiyalar nəzəriyyəsi və s.) ali təhsil pilləsində məlumat verilir.

    Cəbri dil kəmiyyətlər arasındakı asılılıqları formallaşdırmağa imkan verir. Belə ki, Nyuton mexanika qanunlarını, ümumdünya cazibə qanununu kəşf etməklə və onları cəbri asılılıq şəklində yazmaqla dünyanın heliosentrik sistemini formallaşdırdı. Fizika kursunda cəbri dildə ifadə olunmuş müxtəlif funksional asılılıqlar verilir ki, onlar öyrənilən hadisə, yaxud proseslərin riyazi modelidir.

    Məntiq cəbri formal məntiqi modelləri qurmağa imkan verir. Mühakimələr cəbrinin köməyi ilə təbii dildə verilmiş sadə və mürəkkəb mühakimələri formallaşdırmaq, yəni onları məntiqi ifadələr şəklində yazmaq olar. Məntiqi modellərin qurulması məntiqi məsələləri həll etməyə, kompüter qurğularının məntiqi modellərini qurmağa imkan verir.

    Formal dillər vasitəsilə informasiya modellərinin qurulması prosesinə formallaşdırma deyilir.

    Ətraf aləmin dərk olunması prosesində insanlar daim modelləşdirmədən və for- mallaşdırmadan istifadə edirlər. Yeni obyekti öyrənərkən, adətən, əvvəlcə təbii dildə onun təsviri informasiya modeli qurulur, sonra isə o formallaşdırılır, yəni formal dillərlə (riyazi, məntiqi və s.) ifadə olunur.

    Formal modelləri tədqiq edərkən çox zaman onları vizuallaşdırırlar; məsələn, obyektlərin fəzada bir-birinə nəzərən yerləşmələrini vizuallaşdırmaq üçün sxemlərdən, qurğuların məntiqi modellərini vizuallaşdırmaq üçün məntiqi sxemlərdən istifadə olunur. Formal fiziki modellər animasiya vasitəsilə vizuallaşdırıla bilər. Vizual modellər, adətən, interaktiv olur, yəni tədqiqatçı proseslərin ilkin şərtlərini və parametrlərini dəyişə və bundan asılı olaraq nəticənin də dəyişməsini müşahidə edə bilər.

    Alqoritmlər müasir informasiya texnologiyalarının əsasını təşkil edir. Əslində, alqoritm məsələnin həllinin informasiya modelidir. Alqoritmin icraçısı qoyulan məsələnin mahiyyətinə varmadan alqoritmi formal olaraq yerinə yetirir.

    Alqoritmlərin hazırlanması və icra olunması zamanı insan blok-sxemlərdən istifadə edir. Blok-sxem alqoritmi daha əyani təsvir etməyə və onda əsas alqoritmik strukturları (xətti, budaqlanma, dövr) müəyyənləşdirməyə imkan verir. İnsan blok-sxem əsasında alqoritmin yerinə yetirilməsini izləyə bilər, çünki blok-sxemin elementlərini birləşdirən oxlar əməllər ardıcıllığını göstərir.

    Obyektin informasiya modelində verilənlər müəyyən qayda ilə nizamlanır, başqa sözlə, müəyyən struktura salınır. Hər hansı gerçək obyekt araşdırılarkən ilkin olaraq onun nəzəri modeli qurulur və verilənlərin strukturu təsvir edilir. Siz ən çox istifadə olunan verilənlər strukturları ilə artıq tanışsınız. Bunlara qraflar, ağaclar və cədvəllər aiddir.

    Gerçək obyekt haqqında informasiya müxtəlif cür təqdim oluna bilər. Danışan zaman biz informasiyanı sözlərlə təqdim edirik. Əgər bir obyektin hissələri (elementləri) arasında əlaqəni göstərmək lazım gəlirsə, qraf strukturundan istifadə etmək daha məqsədəuyğundur.

    Qrafın təpələri obyektin elementlərini, tilləri isə onlar arasındakı əlaqələri göstərir..

    İnformasiya modellərini qurarkən bəzən tabelilik münasibətlərini göstərmək lazım gəlir, məsələn: nazir - nazir müavini - şöbə müdiri. Bu halda obyektin informasiya modeli iyerarxik struktur olan ağac vasitəsilə təqdim olunur. Ağacın əsas xüsusiyyəti odur ki, onun ixtiyari iki təpəsi arasında yalnız bir yol var. Elmdə müxtəlif təsnifat sistemləri də iyerarxikdir.



    İnformasiya modellərinin təqdimolunma formalarından biri də cədvəldir. Verilənlərin təqdimolunmasının cədvəl forması universal sayılır, çünki ixtiyari verilənlər strukturunu cədvəl formasında göstərmək olar. İnsanlar üçün sadalanan formalar anlaşıqlı olsa da, kompüterdə emal etmək üçün cədvəl forması daha əlverişlidir. Kompüter proqramlarının əksəriyyəti cədvəllərlə işləyir və universal proqramlaşdırma dillərində cədvəllərin emalını təsvir etmək rahatdır. Ona görə də mürəkkəb obyektlər qraf formasında nəzəri modellərdə təqdim edilir, kompüter modelləşdirməsində isə daha çox cədvəl modellərindən istifadə olunur.
    MÜHAZİRƏ №7

    İnteraktiv kompüter modelləri

    Bildiyiniz kimi, müasir informatikanın əsas aləti kompüterdir. Ona görə də informatikada informasiya modelləşdirməsi dedikdə müxtəlif sahələrdə tətbiq olunan kompüter modelləşdirməsi nəzərdə tutulur.

    Kompüter modelləşdirməsi kompüter texnikası vasitəsilə modellərin yaradılmasıdır.

    Kompüter modelləşdirməsi üçün müəyyən proqram təminatının olması vacibdir. Belə proqram təminatı universal (məsələn: mətn və qrafik redaktorlar) və xüsusiləşmiş ola bilər.

    Bu gün elmin müxtəlif sahələrində kompüter modelləşdirməsi böyük əhəmiyyətə malikdir: mürəkkəb sistemlərin tədqiqində, nəsli kəsilmiş canlıların və itmiş tikililərin obrazlarının yaradılmasında kompüter modelləşdirməsi vasitəsilə daha dəqiq nəticələr alınır. Demək olar ki, bütün müasir kinofilmlərdə kompüter effektlərindən istifadə edilir.

    Kompüter modelləşdirməsi və hesablama eksperimenti elmi tədqiqatın yeni metodu kimi nəhəng elmi-texniki və sosial-iqtisadi problemlərin həllində istifadə edilir; məsələn, atom-elektrik stansiyalarında reaktorların layihələndirilməsi, su-elektrik stansiyaları və böyük bəndlərin layihələrinin hazırlanması, hər hansı bir sahə, region və ölkənin balanslaşdırılmış iqtisadi inkişaf planının tərtib edilməsi və başqa məsələlərin həllində bu metodun əhəmiyyəti böyükdür. Həyat və sağlamlıq üçün təhlükəli proseslərdə isə hesablama eksperimenti yeganə mümkün həll variantı kimi istifadə edilir; məsələn, istilik nüvə sintezi, kosmik fəzanın öyrənilməsi, kimya sənayesinin müxtəlif sahələrində istehsal proseslərinin layihələndirilməsində kompüter modelləşdirilməsinin rolu əvəzedilməzdir.



    Kompüterdə informasiya modellərinin hazırlanması və tədqiq olunması prosesini bir neçə mərhələyə bölmək olar:

    1. Tədqiqatın birinci mərhələsində, adətən, obyektin, yaxud prosesin təsviri informasiya modeli qurulur. Belə model aparılan araşdırmanın (modelləşdirmənin) məqsədi baxımından obyektin önəmli olan xassələrini seçdirir, əhəmiyyətsiz xassələri isə nəzərə almır.

    2. İkinci mərhələdə formallaşdırılmış model qurulur, yəni təsviri informasiya modeli hər hansı formal dildə yazılır. Formallaşdırılmış modeldə düsturların, tənliklərin, bərabərsizliklərin və başqa riyazi ifadələrin köməyi ilə obyektlərin parametrləri arasında formal münasibətlər təsvir olunur. Ancaq axtarılan kəmiyyətləri ilkin verilənlər vasitəsilə ifadə edən düsturları tapmaq həmişə mümkün olmur. Belə hallarda nəticələri verilmiş dəqiqliklə almağa imkan verən təqribi üsullardan istifadə olunur.

    3. Üçüncü mərhələdə formallaşdırılmış informasiya modeli kompüter modelinə çevrilir. Kompüter modellərini, adətən, proqramçılar hazırlayır, istifadəçilər isə həmin modellərin köməyi ilə eksperimentlər aparırlar.

    4. Dördüncü mərhələ kompüter eksperimentinin aparılmasından ibarətdir. Əgər kompüter modeli hər hansı proqramlaşdırma dilində hazırlanmış proqramdan ibarətdirsə, onu başlatmaq və müəyyən nəticələr almaq lazımdır. Əgər kompüter modeli elektron cədvəl kimi tətbiqi proqramlarda tədqiq olunursa, bu zaman verilənlərin çeşidlənməsini və ya axtarışını aparmaq, diaqram və ya qrafik qurmaq və digər əməliyyatlar da aparmaq olar.

    5. Beşinci mərhələdə alınmış nəticələr təhlil olunur və tədqiqat modeli təkmilləşdirilir. Əgər informasiya modelinin təhlili zamanı alınmış nəticələr gerçək obyektin dəqiq ölçülən uyğun parametrlərindən fərqlənirsə, deməli, modelin qurulmasının əvvəlki mərhələlərində yanlışlığa, yaxud qeyri-dəqiqliyə yol verilib. Bu halda həmin yanlışlıqlar və ya qeyri-dəqiqliklər axtarılıb tapılmalı və düzəldilməlidir.

    Kompüterdə modellərin hazırlanmasının əsas mərhələləri

    Bildiyiniz kimi, kompüter interaktiv qurğudur, yəni iki istiqamətdə iş rejiminə malik qurğudur: istifadəçi kompüterə sual və ya komanda verdikdə sistem dərhal cavablandırır. Ona görə də kompüter modellərinin əksəriyyəti interaktiv modellər olur. Belə modellərdə tədqiqatçı (istifadəçi) prosesin ilkin şərtlərini və gedişinin parametrlərini dəyişə və modelin fəaliyyətindəki dəyişiklikləri müşahidə edə bilər.

    İnteraktiv kompüter modellərinə kompüter oyunlarını, öyrədici proqramları, kompüterdə elmi tədqiqatlar aparmaq və nəticələri yoxlamaq üçün hazırlanmış modelləri aid etmək olar.

    MÜHAZİRƏ №8




    Download 0.66 Mb.
      1   2   3   4   5   6




    Download 0.66 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Model anlayışı. Modelləşdirmənin mahiyyəti

    Download 0.66 Mb.