• ELEKTRON DÖVLƏTİN ÇEVRƏSƏL VƏ SOSİAL TƏSİRLƏRİ: AZƏRBAYCAN NÜMUNƏSİNDƏ
  • ELECTRONIC GOVERNMENT, ITS ENVIRONMENTAL AND SOCIAL EFFETS: CASE OF AZERBAIJAN ABSTRACT
  • Key words
  • Dünyada mövcud vəziyyət.
  • V. Uluslararası turkcess eğitim ve Sosyal Bilimler Kongresi Tam Metin Kitapçığı




    Download 407.47 Kb.
    bet1/2
    Sana03.07.2020
    Hajmi407.47 Kb.
    #10898
      1   2


    V. Uluslararası TURKCESS Eğitim ve Sosyal Bilimler Kongresi

    Tam Metin Kitapçığı



    V. International Congress on Education and Social Sciences

    Proceeding Book



    Bildiri No:

    ELEKTRON DÖVLƏTİN ÇEVRƏSƏL VƏ SOSİAL TƏSİRLƏRİ: AZƏRBAYCAN NÜMUNƏSİNDƏ

    Nurməmmədov Elmin

    Azərbaycan Universiteti

    elmin-nurmemmedov@mail.ru

    elmin.nurmammadov@phd.student.au.edu.az

    TƏQDİMAT
    İnformasiya və Komunikasiya Texnologiyaları (İKT) cəmiyyətin idarəetmə sistemlərini dəyişdirməkdə davam etməkdədir. Texnologiyanın qızıl çağında; kiber aləm (xüsusiylə internet) dövlətlərin idarəetmə sistemlərini böyük ölçüdə dəyişmişdir. Elektron hökumət (e-hökumət) insanların yaşayış yeri,yaş həddi, sosial durumu və cinsindən asılı olmayaraq onların sosyal və gündəlik problemlərinin həlli halına gəlmişdir.

    Bu məqalədə Azərbaycanda elektron hökumətin tətbiqi dövrünü nəzərə alaraq baş verən dəyişiklikləri dəyərləndirəcəyik. Əsas məqsəd Sovet İmperiyası dövrünün təsirindən qurtularaq və inkişaf etməkdə olan bir ölkədə, elektron dövlətin və İnformasiya Komunikasiya Texnologiyalarının regional, çevrəsəl və sosial təsirlərini dəyərləndirməkdir.





    Açar sözlər: Elektron hökumət, Azərbaycan, e-xidmət, İnformasiya Komunikasiya texnologiyaları, çevrəsəl dəyişmə


    ELECTRONIC GOVERNMENT, ITS ENVIRONMENTAL AND SOCIAL EFFETS: CASE OF AZERBAIJAN
    ABSTRACT
    Information and Communication Technology (ICT) has changed and continues to change the managing systems of societies. In this new Golden Age of technology, cyberspace, especially the Internet, has changed governments’ management systems in large scales. E-government has become a path toward a solution for the government to meet people’s needs, which are independent of their gender, their living place and social situation. In this article, the aim is to assess electronic government and its effect on management and planning organizations or other institutions to evaluate the range of development and Sociocultural changes in a country with a critical political situation. This article prepares a view over the concepts related to the e-government phenomenon and reviews the e-government being used in Azerbaijan.
    Key words: Electronic government; Azerbaijan; sociocultural changes; e-services.

    Giriş

    Texnologiyanın əhəmiyyətli ölçüdə varlığını hiss etdirdiyi dövrümüzdə, informasiya texnologiyalarının istər dövlətlər arasında beynəlxalq rəqabətin təmin edilməsində, istərsə də göstərilən ictimai xidmətlərin məhsuldarlığının artırılmasında və həmçinin bu xidmətlərin göstərilməsində istifadə edilməsi zəruri hala gəlmişdir. Bu cür bir mühitdə də, informasiya texnologiyalarının inkişafı nəticə etibarı ilə cəmiyyəti keyfiyyətcə yeni bir mərhələyə - informasiya cəmiyyətinə çevirir, eyni zamanda dövlətlər ənənəvi dövlət anlayışlarını tərk edib, e-dövlət anlayışına keçmək məcburiyyətindədirlər.

    Müasir qloballaşma dövründə informasiya cəmiyyətinə keçid bu cəmiyyətə xas olan dövlət idarəçiliyinin formalaşmasını – elektron dövlətin yaradılmasını tələb edir. E-dövlət informasika komunikasiya texnologiyalarına və vətəndaş cəmiyyəti prinsiplərinə əsaslanaraq dövlət idarəetməsinin effektivliyini artırır, vətəndaşlara bilavasitə müxtəlif xidmətlər göstərir və dövlət orqanlarının fəaliyyəti barədə ictimaiyətə müntəzəm olaraq məlumatlar verir.

    Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra XXI əsrdə davamlı iqtisadi inkişaf mərhələsinə qədəm qoymuşdur. Azərbaycan iqtisadiyyatının dünya təsərrüfat sisteminə daxil olması müasir dövrdə dövlət idarəçiliyində mükəmməl texnologiyalardan istifadə edilməsini obyektiv zərurətə çevirir. Siyasi və sosial-iqtisadi proseslərin idarə olunmasının Sovet dövründən miras qalmış üsulları və vasitələrinin cəmiyyətdə ictimai münasibətlərin müasir inkişafı meyilləri ilə uyğun gəlməməsi dövlət idarəçiliyində müasir dövrün reallıqlarının nəzərə alınmasını tələb edir. Məhz bu səbəblərdən də dövlət idarəçiliyinin həyata keçirilməsində elmi cəhətdən əsaslandırılmış yeni siyasi yanaşmaların axtarışları və işlənib hazırlanmasının hakimiyyət və cəmiyyət arasında qarşılıqlı münasibətlərin yeni modelinin yaradılmasının ölkəmiz üçün mühüm praktik əhəmiyyəti vardır.


    Dünyada mövcud vəziyyət.

    BMT-nin Elektron Hökumətlə bağlı 2018-ci ilin yekunlarına dair hesabatına nəzər yetirsək görərik ki, müasir dövürdə ölkələr dövlət xidmətlərinin tətbiqi sahəsində yeni bir trendə girmişlər. Bu ölkələrin dövlət orqanlarının təqdim etdiyi xidmətlərin yaxşılaşdırılması ilə yanaşı həmçinin ölkənin beynəlxalq arenada da nüfuzunu müəyyənləşdirməkdə yardımçı olur.



    XX əsrin əvvələrindən bu günədək dünyanın inkişaf etmiş ölkələri ilə yanaşı daha zəif inkişaf etmiş və inkişafda olan ölkələrdə İKT-nin tətbiqi sahəsində yüksək irəliləyişlər əldə olunmuşdur. BMT-nin müvafiq hesabatıntında illər üzrə ölkə vətəndaşlarının internetdən istifadəsinin inkişaf qrafiki təsfir olunmuşdur. Qrafikə nəzər yetirsək görərik ki, 2005-ci ildə dünya əhalisinin təqribi hesabla 15%-i intenrnetdən istifadə edirdisə keçən 12 il ərzində bu rəqəm təqribi olaraq 40%-dək yüksəlmişdir. Azərbaycanın da daxil olduğu MDB (Müstəqil Dövlətlər Birliyi) ölkələrində bu göstərici üzrə dəyişmə daha çox nəzərə çarpır. Belə ki, əgər 2005-ci ildə ölkə vətəndaşlarının internetdən istifadə səviyyəsi 10% həcmində olduğu halda 2017-ci ildə bu rəqəm təqribi olaraq 65% -ədək yüksəlmişdir. [5]


    Mənbə: United Nations E-government Survey 2018, page 28, [6]
    Hesabatın 2018-cı il nəşrində “Elektron Hökumətin İnkişaf İndeksi (EGDİ)” və “Elektron-İştirak İndeksi” üzrə BMT – nin 193 üzv ölkəsinin reytinqi müəyyənləşdirilib. Hesabatda “Elektron Hökumətin İnkişaf İndeksi” üzrə ölkələr ümumilikdə topladığı xala görə 4 qrup üzrə təsnifləşdirilib.

    1. Çox yüksək (Very High)

    2. Yüksək (High)

    3. Orta (Medium)

    4. Zəif (Low)

    Müvafiq hesabatda 2018-ci ildə 40 ölkə Çox Yüksək ( Very High) inkişaf indeksi göstəricisi olan ölkələr sırasına daxil edilmişdir. Qeyd edək ki, bu göstərici maksimal olaraq 1 (vahid) əmsalla qiymətləndirilir və həmin ölkələrin göstəriciləri 0,75 – 1 arasında müəyyən olunmuşdur. Onu da qeyd edək ki, e-hökumətin inkişaf indeksində müvafiq göstərici üzrə 193 ölkə arasında 2003 –cü ildə 10 ölkə, 2016-cı ildə 29 ölkə yer almışdır.

    Elektron Hökumətin İnkişaf İndksi üzrə dünya sıralamsında bir sıra dəyişikliklər olmuş. Beləki Birləşmiş Krallıq öz 2016-cı ilin hesabatında müvafiq göstərici üzrə 1-ci yerdə qərarlaşmışdısa, sonuncu hesabatda öz mövqeyini itirərək 4-cü pilləyədək geriləmişdir. 2018-ci ilin hesabatında 1-ci yeri 0,9150 göstərici ilə Danimarka tutumuşdur. Onu da qeyd edək ki, Danimarka 2016-cı ilin hesabatında 9-cu pillədə qərarlaşmışdır.

    Xüsusi ilə 2018-ci ildə daha çox ölkə müvafiq indeks üzrə 0,50 – 1.00 aralığında nəticə göstərmişdir və Yüksək (High) və Çox Yüksək (Very High) inkişaf indeks qrupları müfaqi olaraq 3 və 6 faiz həddəində artmışdır. Nəticədə BMT – yə üzv olan 193 ölkə arasında Yüksək (High) və Çox Yüksək (Very High) e-hökumət inkişaf indeksə malik olan ölkələrin sayı kumulyativ olaraq 2/3 –ə, yəni 58% -ə yüksəldi.

    Eyni zamanda müvafiq hesabatda qeyd olunur ki, Orta (Medium) EGDİ-yə malik olan 71 ölkədən 17-i Yüksək (High) EGDİ-yə, Yüksək (High) EGDİ-yə malik olan 40 ölkədən isə 11-i Çox Yüksək (Very High) EGDİ-yə malik olan ölkələr sırasına daxil olmuşdur. Qeyd olunan müvafiq müqaisə aşağıdakı diaqramda öz əksini tapmışdır. [5]




    Mənbə: United Nations E-government Survey 2018, page 84, [6]
    Əgər biz Elektron Hökumətin İnkişaf İndeksi üzrə müqaisəni regional səviyyədə aparsaq müvafiq göstəricilər aşağıdakı kimi bölünəcəkdir.



    Mənbə: United Nations E-government Survey 2018, page 93, [6]

    Elektron hökumətin çevrəsəl və sosial təsirləri nöqteyi nəzərdən incələmə aparsaq görərik ki, dövlətin təqdim etdiyi e-xidmətlər sosial sifernaın tələblərini qrşılamaqla yanaşı ekosistemə də, müsbət təsirini göstərməkdədir.




    Mənbə: United Nations E-government Survey 2018, page 93, [6]


    Download 407.47 Kb.
      1   2




    Download 407.47 Kb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    V. Uluslararası turkcess eğitim ve Sosyal Bilimler Kongresi Tam Metin Kitapçığı

    Download 407.47 Kb.