Mühazirə 3.
İnsan sağlamlığının mühafizəsi
Plan
Ətraf mühit və sağlamlıq
İnsanın tələbatları
İctimai səhiyyə və onun ictimai rifaha təsiri
Ətraf mühit və sağlamlıq
Bazar münasibətlərinə keçiddə insan amilinin rolu aktuallaşır. Ümumi iş qabiliyyəti insan, köməyi ilə özünü və ətrafındakı dünyanı dəyişdirir, insan kapitalı şəklində həyata keçirilmişdir. İnsan kapitalıdır ilə əlaqəli canlılıq və insan resurslarının cəmidir ilə əlaqəli insan fəaliyyətlər sənaye, sosial və cəmimiyyət sahələr.
Sağlamlıq nədir? İnsanların dünyada normal həyat sürməsi və fəaliyyət göstərməsi üçün bir
çox amillərin yerində olması vacibdir. Bunların ən başlıcası insanların sağlamlığıdır. İnsan bədəni sağlam olmadıqca heç bir normal fəaliyyətdən və inkişafdan söz gedə bilməz. Sağlam insan dedikdə təkcə onun bədəninin sağlamlığı deyil, həm də onun əqli sağlamlığı nəzərdə tutulur.
Sağlamlıq cəmiyyət tərəfindən müəyyən olunmuş dinamik bir anlayış olduğu üçün onun müəyyən və standart tərifi mövcud deyildir. Daha geniş tərkibdə götürsək, sağlamlıq aşağıdakı konseptual modellərin bir çoxunun bir arada olması deməkdir:
- insan orqanizminin xarici və daxili tarazlığının olması
- insan bədənində xəstəliklərin olmaması
- normal yaşamaq və fəaliyyət göstərmək bacarığı
- sosial rifahın olması.
Ümumdünya Səhiyyə Təşkilatına görə insan sağlamlığı – yalnız xəstəlik və fiziki çatışmazlığın olması deyil, o insanın tam fiziki, mənəvi və sosial rifahı ilə təyin olunur.
Tibbi-bioloji tədqiqatlarda sağlamlığın qiymətləndirilməsində fiziki inkişaf göstəricilərdən istifadə edilir. Orqanizmin funksiyası əqli (zehni) və fiziki iş qabiliyyəti göstəriciləri ilə, adaptasiya ehtiyatları isə biokimyəvi, hermonal immunitet statusları göstəriciləri ilə qiymətləndirilir. Xəstəlik göstəricisi xəstəliklərin yayılmasını əks etdirir. Bu, il ərzində xəstəliklərin sayını 1000-ə vuraraq əhalinin orta sayına nisbəti il müəyyən olunur. Məlum olduğu kimi, «ətraf təbii mühit» anlayışı təbii və antropogen faktorların məcmusunu təşkil edir. Təbii faktorlar – ərazinin iqlim, geoloji və bioloji xüsusiyyətlərinin insana təsirini səciyyələndirir. V.P.Protosova (2000) görə məişət-mənzil şəraiti, geyim, qidalanma, su ilə təmin olunma, xidmət sferi strukturunun inkişaf dərəcəsi, istirahətlə təmin olunma və ondan istifadə etmək vasitəsilə insana təsir göstərir. Sosial-iqtisadi sistem (tərz) insana sosial-hüquq vəziyyəti, maddi təmin olunma, mədəniyyət və təhsilin səviyyəsi vasitəsilə təsir göstərir.
Antropogen faktorlar və insanın təsərrüfat fəaliyyəti çox vaxt insanın özünə, onun həyat şəraitinə və sağlamlığına neqativ təsir göstərir.
BMT-nin 1972-ci ildə Stokholmdakı konfransında qəbul etdiyi deklarasiyasında deyilir ki, insan eyni zamanda öz mühitinin məhsulu və yaradıcısı olub, ona həyatı üçün fiziki əsas, ruhən əqli, mənəvi, ictimai inkişafına imkanlar yaradır. Beləliklə, bəşəriyyətin rifahı-firavanlığı və insanların əsas hüququnu həyata keçirmək (o cümlədən yaşamaq hüququ) üçün iki aspekt təbii mühit və insanın özü yaratdığı mühit mühüm əhəmiyyət kəsb edir. İnsan həyata qədəm qoyduğu vaxtdan daima həyat uğrunda, təbiətin əlverişsiz şəraiti ilə, təbii fəlakətli faktorlara qarşı mübarizə aparmaq ehtiyacı ilə qarşılaşmışlar.
Əmək alətlərinin hazırlanması mədəniyyətinə yiyələnməklə, qida ərzaq istehsal etməklə, yurd salmaqla insan özünü mühitin əlverişsiz faktorlarından xeyli dərəcədə təcrid edə bildi. Bu zaman insanın tələbatı getdikcə artaraq istehsalın genişləndirilməsi və intensivləşdirilməsi tələb olunurdu. İnsan özünün əzələ enerjisindən getdikcə az istifadə etməklə təbii materiallardan və enerji mənbələrindən daha çox istifadə etməyə başlayır. Belə vəziyyət, bir tərəfdən insanı xeyli dərəcədə bir çox risk faktorlarından uzaqlaşdırsa da, digər tərəfdən yenilərini törədir.
Ətraf mühit fiziki, kimyəvi, iqlim, bioloji və digər parametrləri ilə bioloji növlərin təkamülü baxımından nisbətən mühafizəkardır. Onun dəyişmə sürəti insan yaranana qədər canlı orqanizmlərin yeni mühitə (şəraitə) uyğunlaşmasına macal tapırdı. İnsan peyda olduqdan sonra isə vəziyyət dəyişirdi. İnsan təbiətə uyğunlaşmaqdan daha çox özü onu dəyişdirməyə başladı. Bununla belə, bu cür dəyişdirilmənin sürəti ilbəil artmaqda davam edir. İnsan fəaliyyətinin ona müsbət effektləri olsa da, mənfi nəticələri daha çox aydın görünməyə başlayır. Bu neqativ nəticələr təbii resursların tükənməsi, təbii komponentlərin çirklənməsi (su, hava, torpaq, biotanın), ozon təbəqəsinin dağılması, iqlimin qlobal istiləşməsi və s. kimi təzahür olunur. Təbiəti dəyişdirmək istiqamətində insan fəaliyyəti onun üçün nisbətən yeni həyat şəraitinin yaranmasına səbəb oldu: yeni «ikinci təbiət» - insan tərəfindən süni yaradılan və onun köməyi ilə saxlanılan süni su hövzələri, əkin sahələri, meşə əkinləri və s. və insan tərəfindən yaradılan təbii həyatla analoqu olmayan süni dünya – şəhərlər, binalar, asfalt, beton, sintetika və s. meydana gəldi. Bunun nəticəsində insanı əhatə edən təbii və süni mühit o qədər tez dəyişməyə başladı ki, insan orqanizmi bu dəyişilmələrin çoxuna adaptasiya olunmağa belə macal tapa bilmir. Bu isə xəstələnmənin strukturunda dəyişmənin yaranmasına və kütləvi şəkildə yeni xəstəlikləin əmələ gəlməsinə səbəb oldu. Bu vəziyyətdən çıxmaq üçün insan və təbiət arasında birgə təkamül yaratmaq, yəni insan fəaliyyətinin ətraf mühiti dəyişdirmə sürəti və miqyasını elə nizamlamaq lazımdır ki, insan (və digər orqanizmlər) məskunlaşdığı yerin dəyişməsinə uyğunlaşmağa macal tapsın.
XX əsrin 70-ci illərində Ümumittifaq Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə müxtəlif ölkələrdə qarışıq kontinentlərdə insanın vəziyyəti 50-60%-i iqtisadi təminolunma və həyat tərzindən, 18-20%-i ətraf mühitin vəziyyətindən, 20-30%-i isə tibbi xidmətin səviyyəsindən asılıdır. L.Q.Melnik və N.S.Vladimirova (1991) xəstəliklərə görə iş yerinin itirilməsi üzrə mövcud statistik materialların təhlili əsasında bu nəticəyə gəlirlər ki, əhalinin sağlamlığının pisləşməsinin 43-45%-nə havanın çirklənməsi səbəbkardır. A.N.Sısin adına RAMN Elmi-Tədqiqat insan və ətraf mühitin gigiyenası İnstitutunun məlumatına görə, Rusiyada şəhər əhalisinin yalnız 15%-i atmosferin yol verilən səviyyədə çirkləndiyi ərazidə yaşayır. Digər faktorlarla yanaşı, bu hal orqanizmin oksigenlə təmin olunma defisitliyinə gətirib çıxarır (ən çox uşaqlarda), bu isə orqanizmin bütün sisteminin, xüsusilə immunitet sisteminin fəaliyyətinə təsir göstərən kəskin və xroniki xəstəliklərin səviyyəsini təyin edir.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) sağlamlığın tərifini belə vermişdir: “Sağlamlıq fiziki, əqli və sosial rifahın bütöv bir şəkildə mövcud olması, xəstəliklərin və bəlanın insan bədənindən uzaq olmasıdır.” İnsan sağlamlığı həmçinin yaşam şəraiti və resursların mövcudluq dərəcəsindən asılı olaraq dəyişir, bunlara yaşamaq üçün yer, müvafiq təhsil, ərzaq təminatı, maddi gəlir sülh və əmin-amanlıq, sosial ədalət, bərabərlik və səmərəli ətraf mühit daxildir. Sağlamlığı xarakterizə edən əsas amillərdən biri də, insanın öz daxili səhhəti ilə onu müəyyən edən kənar amillərin qarşılıqlı əlaqəsidir. Bu kənar amillərin təsirindən asılı olmayaraq əsas məsuliyyət hər bir fərdin öz üzərinə düşür və hər bir şəxs öz sağlamlığını özü təmin etməlidir. İnsanlar öz iqtisadi və siyasi güclərindən asılı olmayaraq sosial mühitlərini fərdi şəkildə özləri idarə edir və tənzimləyirlər.
İnsan sağlamlığını müəyyənləşdirən əsas amillər üç hissəyə bölünmüşdür:
həyat tərzi,
ətraf mühit
və bio-tibbi amillər.
Həyat tərzinə yaşamaqla bağlı fərd şəkildə verilmiş qərarlar daxildir. Bu qərarlar normal həyat yaşamaq məqsədilə verilsə də, bəzən xəsətliklərə və ya ölümə yol aça bilər. Ətraf mühit amillərinə
insanların bədənlərinə təsir edən kənar ünsürlər daxildir. Bu ünsürləri insanlar fərdi şəkildə idarə edə bilmirlər. Bunlara hava, su, iqlim və digər ətraf mühit amilləri daxildir. Bio-tibbi amillərə isə insanların bədənlərində genetik olaraq yaranan həmçinin fiziki və əqli sağlamlıq da daxil olmaqla insanlarda mövcud olan tibbi amillər daxildir. Bunlara anadangəlmə və ya sonradan formalaşan müxtəlif xəstəliklər, viruslar və ya bədənin fəaliyyət göstərməsi üçün lazım olan həyati ünsürlər daxildir. Sağlamlığın təmin edilməsi adətən üç amilin -- fiziki, əqli və sosial rifahın müxtəlif kombinasiyası şəklində həyata keçirilir və bunların hamısı birlikdə “sağlamlıq üçbucağı” adlanır. Fiziki sağlamlıq insanların sağlam bədənə malik olması deməkdir. Fiziki sağlamlığı qorumaq üçün müntəzəm fiziki fəaliyyətlə məşğul olmaq (idman), düzgün qidalanmaq və normal istirahət etmək lazımdır. Əgər insanlar normal qidalanarsa, həyat səviyyələri artarsa, və keyfiyyətli səhiyyə xidməti ilə təmin olunarlarsa onların bədənləri fiziki cəhətdən sağlam olacaqdır. Əqli sağlamlıq insanların koqnitiv və emosional rifahı və əqli pozğunluqlarının olmaması anlamına gəlir. ÜST-ün tərifinə görə, əqli sağlamlıq “insanların öz bacarıqlarını dərk etməsi, həyatda baş verən streslərə müqavimət göstərməsi, məhsuldar olaraq fəaliyyət göstərməsi və öz cəmiyyətinə tövhə vermək bacarığının olması” kimi xarakterizə edilir. Sosial rifah insanların normal şəkildə yaşaması üçün tələb olunan şəraitin və vasitələrin lazımı şəkildə mövcud olmasıdır. Sosial ünsürlərə insanların yoxsulluq dərəcəsi, keyfiyyətli təhsil alması, səmərəli və təmiz ətraf mühitdə yaşaması və insanlarla münasibəti daxildir. Qeyd etdiyimiz hər üç amil birlikdə mövcud olduqda insanların sağlam yaşaması mümkündür. Bunlardan əgər hər hansı biri çatışmırsa, tam şəkildə sağlam olmaq qeyri-mümkündür.
Yaşadığımız dövrdə ətraf mühit amili və ətraf mühitin insan həyatına geniş təsiri danılmaz bir faktdir. Ölkənin yerləşdiyi landşafdan və iqlimdən asılı olaraq bəzi insanlar təbiətin gözəlliklərindən və faydasından səmərəli şəkildə istifadə edə bilirlər. Dünyanın bir çox ölkələri və böyük şəhərləri isə çirklənmiş ətraf mühitin zərərindən qaça bilmirlər. Qlobal istiləşmə getdiyi bir dövrdə bu proses daha da pisləşməkdədir. Çirklənmiş və ya əlverişsiz ətraf mühit insanların sağlamlığına birbaşa mənfi təsirini göstərməkdədir. Bu da öz növbəsində insan inkişafına mane olan əsas maneələrdən biridir.
Ətraf mühitin amillərinin mənfi təsiri nəticəsində insanların səhhətlərində müxtəlif problemlər yaranır. Bu təsirlər əsasən çirklənmiş su, ərzaq və atmosfer, karbon qazı, yüksək radiasiya və digər vasitələrlə baş verir. Ətraf mühit amilləri insan sağlamlığında problemləri sonradan büruzə verir. Davamlı olaraq çirkli su ilə yaşamaq və ya radiasiyaya məruz qalmaq sonradan bədəndə xəstəliklərin yaranmasına şərait yaradır.
Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, dünyada baş verən xəstəliklərin 24%-i və ölüm hallarının (erkən ölümlərin) 23%-i ətraf mühit amillərinin təsiri nəticəsində baş verir. Uşaq ölümlərində isə bu rəqəm daha çox, 36% səviyyəsindədir. Dünyada geniş yayılmış 102 xəstəliyin 85-nin yaranmasında ətraf mühit amillərinin təsiri vardır. Ətraf mühitin daha geniş təsiri ilə yayılan xəstəliklərə mədə-bağırsaq pozulmaları (diarrea), aşağı tənəffüs yolu infeksiyası, malyariya və digər ətraf mühitlə təmasda yaranan xəstəliklər daxildir.
Dünyada ətraf mühit amillərinin təsiri riski uşaqlarda böyüklərə nisbətən 5 dəfə artıqdır. Bu vəziyyət inkişaf etməkdə olan ölkələrdə və zəif inkişaf etmiş ölkələrdə daha da acınacaqlıdır. Belə ölkələrdə uşaqlar arasında erkən ölüm dəfələrlə çoxdur. Ətraf mühit təsirlərinin azaldılması və dünyanı yaşamaq üçün əlverişli etmək bir çox Avropa və Amerika ölkələrinin, eləcə də beynəlxalq təşkilatların diqqət mərkəzindədir. Ətraf mühitin çirklənməsinin qarşısının alınması bir çox
yollarla həyata keçirilir. Bunlara qlobal istiləşmənin qarşısının alınması, dünya əhalisinin təmiz su və qida ilə təmin olunmasının artırılması, atmosferə buraxılan zərərli qazların azaldılması, yaşayış yerlərinin şəraitinin yaxşılaşdırılması və sair tədbirlər daxildir. Hesablamalara görə, ətraf mühiti daha təmiz saxlamaqla hər il 13 milyon ölümün qarşısı alına bilər. Minilliyin Inkişaf Məqsədlərindən biri 2015-ci ilə qədər təmiz sudan yararlana bilməyən və normal sanitariyası olmayan insanların probleminin aradan qaldırılmasıdır. Hesablamalara görə bu məqsədlə xərclənən vəsait sonradan 8 dəfəyədək artıq xeyir gətirəcəkdir. Bu faydalara əsasən iqtisadi məhsuldarlıqda artım, səhiyyəyə xərclənəcək vəsaitdə azalma, xəstəliklərin azalması nəticəsində insanların həyatında artım müşahidə olunması daxildir.
|