• Mikrodalğalar üçün
  • İnfraqırmızı dalğaların
  • UB şüalanmanın
  • Elektromaqnit dalğalarının təcrübi alınması və tətdiqləri




    Download 7.47 Mb.
    bet9/35
    Sana18.01.2023
    Hajmi7.47 Mb.
    #38583
    1   ...   5   6   7   8   9   10   11   12   ...   35
    Bog'liq
    C fakepathMühazir 1-15 (1)
    C fakepathautomatic control systems (2)
    Elektromaqnit dalğalarının təcrübi alınması və tətdiqləri
    Radiodalğalar naqillərdən dəyişən cərəyan axan zaman yüklü zərrəciklərin təcilli hərəkətinin nəticəsidir. Bu dalğalarda 0.1m m intervalında dəyişir. Bu dalğalar adətən LC tipli elektronika cihazları vasitəsilə şüalandırılır və radio-televiziya kommunikasiya sistemlərində istifadə olunurlar.

    Bir cüt metal çubuq batareyaya birləşdirək. (a) Açar açıq olduqda cərəyan yoxdur və elektrik və maqnit sahələri də yoxdur. (b) Dərhal açarı qapasaq çubuqlar yüklənər və bu zaman cərəyan da dəyişdiyindən çubuqlar dəyişən elektrik və maqnit sahələri şüalandırar (c) çubuqlar tam yüklənəndən sonra cərəyan kəsilir elektrik sahəsi maxsimum, maqnit sahəsi isə sıfır olur.


    İndi də antenna vasitəsi ilə e-m dalğasının şüalanmasına baxaq. Bu qurğuda iki çubuq dəyişən cərəyan mənbəyinə birləşdirilir. Mənbəyin təsiri ilə yüklər çubuqlar arasında irəli və geri hərəkət edərək təcil alır və antenna şüalandırır.
    Mikrodalğalar üçün intervalında dəyişir. Bu tip dalğalar da elektronika qurğuları vasitəsi ilə şüalandırıla bilər. Dalğa uzunluğunun kiçik olması səbəbindən onlar radar sistemləri və maddələrin atom və molekulyar xassələrini öyrənmək üçün tətbiq edilir. Mikrodalğalı sobalar da bu tip dalğaların ev şəraitindəki maraqlı tətbiqlərindən biridir.

    İnfraqırmızı dalğaların dalğa uzunluğu m dəyişir. (ən böyük dalğa uzunluqlu görünən işıq). Bu tip dalğalar molekullar və otaq temperaturuna malik cisimlər tərəfindən buraxılır və əksər maddələr tərəfindən asanlıqla udulur. Cisimlər tərəfindən udulan bu enerji atomları həyəcanlandıraraq onların rəqsi və irəliləmə hərəkətlərini intensivləşdirir və onların daxili enerjisini (temperaturrunu) artırır. İQ şüalanma bir çox sahələrdə elmi və praktiki tətbiq sahələrinə malikdir –məs. fiziki terapiya, İQ fotoqrafiya, rəqsi spektroskopiya, gecə görmə cihazları, teplovizorlar.
    Səthin qeyri – bircins qızması nəticəsində onun müxtəlif hissələrinin istilik şüalanması da fərqlənir və nəticədə temperaturun paylanması mənzərəsini qeyd etmək imkanı yaranır. Displeydə hər bir temperatura uyğun rəng seçməklə bu mənzərəni görünən etmək mümkündür. Temperatur ayırdetməsi 0,05 -0,1 dərəcəyə çatır.
    Yerətrafı atmosfer 8-14 мкм və 3-5,5 мкм diapozon üçün daha şəffaf olduğu üçün teplovizorlar bu diapozonda işləyir və temperaturu -50 - 500 dərəcə olan obyektləri daha uzaq məsafələrdən müşahidə etmək imkanı yaranır. Bu diapozonda duman, yağış, qar, tüstü kimi faktorların müşahidəyə təsiri minimal olur.

    İnsanın görünən işıqda və teplovizorda alınan xəyalı
    Görünən işıq elektromaqnit dalğaları şkalasında bizə ən çox tanış olan şüalanma növüdür. Məhz şüalanmanın bu növünü insan gözü qəbul edir. Görünən işıq atom və molekullarda elektronların yerdəyişmə zamanı şüalandırılır. Müxtəlf rənglərə uyğun dalğa uzunluqları qırmızı rəngdən ( ) bənövşəyi rəngə qədər dəyişir ( ). İnsan gözünün həssaslığı dalğa uzunluğundan asılıdır və ən çox həssasləğa dalğa uzunluğunda malikdir (sarı-yaşıl oblast)
    3000 dərəcəyə qədər qızdırılan bərk cisimlərin şüalanmasının əhəmiyyətli hissəsi (məsələn güclü elektrik lampasının spiralı) UB şüalanmanın payına düşür və temperatur artdıqca da artır. Qaz boşalmasında cərəyanın acdığı işıqlanan iz,: məsələn şimşəkdə, qövs boşalmasında güclu UB şüalanma mənbəyidir. Günəş, ulduzlar da UB şüalanma mənbəyidir. Onların UB şüalanmasının yalnız uzundalğalı hissəsi Yer səthinə çatır. Qısadalğalı UB şüalanma Yer səthindən 30-200 km hissədə udulur və havanı ionlaşdırır.





    Download 7.47 Mb.
    1   ...   5   6   7   8   9   10   11   12   ...   35




    Download 7.47 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Elektromaqnit dalğalarının təcrübi alınması və tətdiqləri

    Download 7.47 Mb.