• Əks pyezoelektrik effekt
  • Defektoskopiya Hidrolokasiya
  • 1. Maddələr maqnit sahəsində. Maddələrin Maqnit Xassələri. Maqnit-mexaniki hadisələr. Atom və molekulların maqnit momentləri




    Download 7.47 Mb.
    bet5/35
    Sana18.01.2023
    Hajmi7.47 Mb.
    #38583
    1   2   3   4   5   6   7   8   9   ...   35
    Bog'liq
    C fakepathMühazir 1-15 (1)
    C fakepathautomatic control systems (2)
    Ultrasəs və onun tətbiqləri
    Ultrasəs öz təbiətinə ğörə, elastiki dalğalara uyğun gəldiyindən, bu mənada o, səsdən fərqlənmir.
    Ultrasəs yüksək tezlikli (ν > 20 kHs), buradan da kiçik dalğa uzunluqlu olduğundan, müəyyən xüsusiyyətlərə malikdir. Kiçik dalğa uzunluqlu olduğuna görə, ultrasəs dalğaları, işıq dalğaları kimi müəyyən istiqamətlənmiş dəstə şəklində alına bilir.
    Ultrasəsin alınmasında əsasən iki üsuldan istifadə olunur.
    Əks pyezoelektrik effekt – bu elektrik sahəsində yerləşdirilmiş kvars lövhənin
    (son zamanlar kvars əvəzinə barium titanatdan istifadə olunur) deformasiyaya
    uğramasıdır. Əgər bu lövhəni yüksək tezlikli dəyişən elektrik sahəsinə yerləşdirmiş olsaq, onun məcburi rəqsi hərəkətə gəldiyini görərik. Lövhənin məxsusi tezliyi ilə
    xarici sahənin rezonans halında rəqs böyük amplitudla baş veməsi nəticəsində böyük
    intensivlikdə ultrasəs dalğalarının şüalanması baş verir.
    Tezdəyişən maqnit sahəsinə ferromaqnit çubuq ( məs., nikel və ya dəmir)
    yerləşdirilərkən, onda mexaniki rəqslər baş verir və rezonans halında bu rəqsin
    amplitudu maksimum olur.
    Ultrasəsdən texnikada geniş istifadə olunur məs., sualtı cisimlərin və dənizin
    dərinliyini (hidrolakator) müəyyən etmək üçün su altında istiqamətlənmiş siqnalların göndərilməsində istifadə olunur.
    Müəyyən cisimləri tədqiq etmək üçün onları ultrasəsin qarşısında yerləşdirməklə, səpilmənin xarakterinə və ultrasəsin alınan kölgəsinə görə cisimlərdəki
    defektlər müyyən edilir. Bu prinsipə əsasən texnikada böyük bir sahə - ultrasəs
    defektoskopu yaradılmışdır.
    Ultrasəsdən müxtəlif proseslərə təsir etmək üçün (kristallaşmada), diffuziyada,
    metalurgiyada (istilik və kütlə mübadiləsi zamanı və s.) bioobyektlərin (mübadilə
    proseslərinin intensivliyinin artırılmasında və s.) maddələrin fiziki xassələrinin
    ( udulma, maddə quruluşu və s.) öyrənilməsində geniş istifadə olunur.
    Ultrasəsdən çox bərk və kövrək cisimlərin mexaniki emal edilməsində, təbabətdə
    ( diaqnostikada, ultrasəs cərrahiyəsində və s.) istifadə olunur.

    Qanın damarlardakı axın sürətinin Dopler effekti əsasında təyin etməyə imkan verən metoddur.
    Qan damarlarında ultrasəs qəbuledicisi və əksetdiricisi hərəkətdəki eritrositlərdir.
    Buraxılan və əks olunan ultrasəsin tezlikləri fərqi müəyyən edilir və bu fərq əsasında da qanın sürəti müəyyən edilir.
    Adətən bu fərq qanın sürətindən asılı olaraq 2000 – 4000 Hs təşkil edir.


    Defektoskopiya Hidrolokasiya

    MÜHAZİRƏ 8


    Dəyişən elektrik cərəyanı


    Elektromaqnit induksiya hadisəsi mexaniki enercinin elektrik enercisinə çevrilməsində istifadə olunur. Bu məqsədlə istifadə olunan qurğu generator adlanır. Mahiyyətini müəyyən etmək üçün bircinsli maqnit sahəsində (B=const) düzbucaqlı çərçivənin bərabərsürətlə ( ) fırlanmasına baxaq. Sahəsi S olan çərçivədən istənilən anda keçən maqnit seli



    kimi təyin olunur. Burada , t müddətində çərçivənin dönmə bucağıdır.
    Çərçivənin fırlanması nəticəsində onda induksiya e.h.q. yaranır.
    (23.1)
    Burada induksiya e.h.q.-nin maksimal qiymətidir.
    Göründüyü kimi, induksiya e.h.q-nin qiyməti də periodik olaraq dəyişilir. İnduksiya e.h.q-nin periodik olaraq dəyişməsi, çərçivədə həm qiymət, həm də istiqamətcə dəyişən cərəyan yaradacaqdır (Şək.23.1). Dəyişən cərəyana kvazistasionar cərəyaan kimi baxmaq olar. Buna səbəb cərəyan şiddətinin zamandan asılı olaraq dəyişməsinin elektromaqnit sahəsinin naqildə yayılıma sürətinə nəzərən çox kiçik olmasıdır. Cərəyan şiddətinin ani qiyməti konturun bütün bütün kəsiklərində eyni hesab etmək olar. Bu səbəbdən dövrə hissəsi üçün Om qanununu və Kirxhoff qaydaları ödənilir.
    Ardıcıl RLC qoşulmuş cərəyan dövrəsində gərginlik və cərəyanın dəyişilməsinə baxaq.
    a) dövrəyə omik müqavimət (rezistor) qoşulub. (L=0, C=0)
    (23.2)
    olar. Bu halda cərəyan şiddəti və gərginlik eyni fazada olur.
    Şəkil 23.1
    b) dövrəyə induktivlik qoşulub. (R=0, C=0)
    Dövrədən dəyişən cərəyan keçdikdə öz-özünə induksiya e.h.q. yaranır yəni:
    ,
    Sonuncu ifadəni inteqrallasaq alarıq:
    (23.3)
    -induktiv müqavimət adlanır. Cərəyan şiddəti gərginlikdən fazaca qədər geri qalır.
    c) dövrəyə kondensator qoşulub. (R=0. L=0)
    (23.4)
    - tutum müqaviməti adlanır. Cərəyan şiddəti gərginliyi fazaca qədər qabaqlayır.



    Download 7.47 Mb.
    1   2   3   4   5   6   7   8   9   ...   35




    Download 7.47 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    1. Maddələr maqnit sahəsində. Maddələrin Maqnit Xassələri. Maqnit-mexaniki hadisələr. Atom və molekulların maqnit momentləri

    Download 7.47 Mb.