• Reverberasiya müddəti
  • Səsin reverberasiyası – qapalı məkanda səs mənbəyi söndürüldükdən sonra səsin çoxsaylı əks olunma nəticəsində tədricən sönməsi prosesidir




    Download 7.47 Mb.
    bet4/35
    Sana18.01.2023
    Hajmi7.47 Mb.
    #38583
    1   2   3   4   5   6   7   8   9   ...   35
    Bog'liq
    C fakepathMühazir 1-15 (1)
    C fakepathautomatic control systems (2)
    Səsin reverberasiyası – qapalı məkanda səs mənbəyi söndürüldükdən sonra səsin çoxsaylı əks olunma nəticəsində tədricən sönməsi prosesidir.
    Əgər bu məkan boşdursa, onda səsin sönməsi tədricən baş verir və məkanda “ugultu” yaranacaq. Əgər səs tez sönərsə (səsuducu materiallar olan mühitdə), onda səs boğuq eşidilir. Reverberasiya müddəti - məkan daxilində səsin intensivliyinin 106 dəfə, səviyyəsinin isə 60 dB azalmasına sərf olunan zamandır. Reverberasiya müddəti 0,5 san olan məkanlar akustikası yaxşı olan məkan sayılır.
    Dopler effekti
    Əgər səs mənbəi və ya qəbuledicisi bir-birinə nəzərən υmənb sürəti ilə hərəkət edərlərsə, onda qəbul olunan səsin ν tezliyi, tərpənməz mənbəin ν0 tezliyindən fərqlənəcəkdir.
    Dopler effekti, rəqs mənbəyinin və qəbuledicinin bir-birinə nəzərən hərəkəti zamanı qəbuledicinin qəbul etdiyi rəqslərin tezliyinin dəyişməsidir.
    Məs., platformaya yaxınlaşan qatarın fitinin səsinin tonu yüksələcək və ondan
    uzaqlaşanda isə kiçiləcəkdir. Bu effektin yaranmasına səbəb odur ki, bizim qulağımıza və ölçü cihazlarına bir saniyədə çatan səs rəqslərinin sayı dəyişir.
    Əgər səs mənbəi və qəbuledici onları birləşdirən düz xətt boyunca hərəkət edirlərsə - υmənb və υq.e mənbəin və qəbuledicinin sürətləri (onlar yaxınlaşarkən müsbət, uzaqlaşarkən isə mənfi olacaqlar) ν0 – mənbəin rəqs tezliyi; υ – həmin mühitdə səsin yayılma sürətidir.

    1. Mənbə və qəbuledici mühitə nəzərən sükunətdədir - υm = υq = 0.


    Dalğa uzunluğu olan dalğa, mühitdə yayılarkən qəbulediciyə çataraq onda = tezlikli rəqslər yaradacaq.
    2. Qəbuledici sükunətdəki mənbəyə yaxınlaşır – υm = 0, υq >0. Dalğanın mühitdə yayılma sürəti dəyişmədiyindən,

    Qəbuledicinin qəbul etdiyi rəqsin tezliyi artır.


    3. Mənbə sükunətdəki qəbulediciyə
    yaxınlaşır: υq.e =0, υmənb >0 . Rəqsin υ
    yayılma sürəti yalnız mühitin
    xüsusiyyətlərindən asılı olduğundan,
    ona görə də mənbəin rəqs perioduna
    bərabər zamanda, onun şüalandırdığı
    dalğa qəbulediciyə qədər υT = λ
    məsafəsini gedəcək.
    Bu zaman mənbə υmənb T məsafəsini qət etdiyindən, şüalanmanın son anında hərəkət istiqamətində dalğa uzunluğu qısalacaq və λ = λ0 - υm T. Qəbuledicinin qəbul etdiyi rəqsin tezliyi, böyüyəcək:
     





    4. Mənbə və qəbuledici bir-birinə nəzərən hərəkətdədirlər.
    Bu hal əvvəlki iki halın ümumiləşməsidir. Qəbuledicini qəbul etdiyi rəqsin tezliyi:
    Üst işarə mənbə və ya qəbuledici hərəkət edərkən yaxınlaşırlar, aşağı işarə - onların bir-birindən uzaqlaşdığı halda.
    Əgər sürətlərin istiqaməti mənbə və qəbuledicidən keçən düz xətt boyunca
    olmazsa, onda düsturlarda onların sürətləri əvəzinə onların bu xətt istiqamətindki proyeksiyalarını götürmək lazımdır.
    Dopler effekti texnikada hərəkətdə olan obyektlərin sürətlərinin ölçülməsində geniş istifadə olunur («dopler lokasiyası» -akustikada, optikada və radioda).

    Download 7.47 Mb.
    1   2   3   4   5   6   7   8   9   ...   35




    Download 7.47 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Səsin reverberasiyası – qapalı məkanda səs mənbəyi söndürüldükdən sonra səsin çoxsaylı əks olunma nəticəsində tədricən sönməsi prosesidir

    Download 7.47 Mb.