• 21.5. Qarşılıqlı induksiya
  • 1. Maddələr maqnit sahəsində. Maddələrin Maqnit Xassələri. Maqnit-mexaniki hadisələr. Atom və molekulların maqnit momentləri




    Download 7.47 Mb.
    bet7/35
    Sana18.01.2023
    Hajmi7.47 Mb.
    #38583
    1   2   3   4   5   6   7   8   9   10   ...   35
    Bog'liq
    C fakepathMühazir 1-15 (1)
    C fakepathautomatic control systems (2)
    23.3. Dəyişən cərəyanın işi və gücü
    Dəyişən cərəyan dövrəsində güc, cərəyanın və gərginliklərin ani qiymətlərin hasilinə bərabərdir:

    Nəzərə alsaq ki,
    Burada dövrədə cərəyan və gərginlik arasındakı fazalar fərqidir. Bu ifadələri güc düsturunda yerinə yazıb çevirmələrdən sonra alarıq:

    Gücün ani qiymətindən istifadə etmək praktiki sərfəli deyil. Gücün orta qiyməti əhəmiyyət daşıyır.
    (23.15)
    alınır. Sonuncu ifadədə və əvəzləmələri aparaq.
    (23.16)
    düsturunu alarıq. və dəyişən cərəyan dövrəsində uyğun olaraq cərəyanın və gərginliyin effektiv qiymətləri adlanır. Qeyd etmək lazımdır ki, dəyişən cərəyan dövrəsində istifadə olunan ölçü cihazları cərəyanın və gərginliyin effektiv qiymətlərinə görə tənzimlənir.
    Güc düsturundan (23.16) göründüyü kimi güc, verilmiş gərginlik, cərəyan şiddəti və onlar arasındakı fazalar fərqindən asılıdır. Məlum olduğu kimi
    (23.17)
    Dövrədə yalnız reaktiv müqavimətlər olduqda R=0 və , nəticədə dövrədə güc ayrılmır: P=0 olur. Dövrə yalnız aktiv müqavimətdən ibarət olarsa , güc maksium olur. Texnikada həmişə .

    21.5. Qarşılıqlı induksiya.
    Qarşılıqlı induksiya hadisəsi ondan ibarətdir ki, bir-birindən müəy­yən məsafədə yerləşmiş qa­pa­lı konturlardan birində cərəyan şiddətinin dəyişməsi ilə ona qonşu olan digər konturda in­duk­siya cərəyanı yaranır və əksinə. Bunun mahiyyətini aydın­laş­dıraq.
    Tutaq ki, bir-birinə yaxın yerləşən iki cərəyanlı qapalı kontur verilmişdir. Bu kon­tur­lardan biri R-reostatı vasitəsi ilə e.h.q-si olan mənbə­yə, digəri qapalı kon­tur isə Q - qalva­no­metrinə birləş­diril­mişdir (şəkil 21.6). K- açarını qapadıqda, ikinci konturda qalvanometr əqrə­bi­nin meyl etdiyini müşahidə et­miş olarıq. Bu onunla əla­qə­dardır ki, birinci konturda ya­ranan J1-cərəyanı öz ətra­fın­da maqnit sahəsini yaradıb və bu se­lin bir hissəsi ikinci kon­turu kəsib keçdiyindən, maqnit selinin dəyişməsi, Faradeyin induksiya qanununa görə ikinci konturda induksiya
    Şəkil 21.6
    e.h.q və buna uyğun induksiya cərəyanını yaradır. J1 -cərəyanın dəyişməsini həmçinin R-reostatı vasitəsilə də aparmaq olar. İkinci konturdan keçən selinin qiyməti:
    Ф2,1=L2,1 J1 (21.21)
    Anoloji olaraq II konturun maqnit sahəsinin 1-ci konturu kəsən maqnit seli:
    Ф1,2=L1,2 J2 (21.22)
    Burada L - mütənasiblik əmsalı olub kon­turların qarşılıqlı induktivliyi adlanır. Hər iki konturun hən­dəsi formasından, ölçülərindən, qarşılıqlı yerləşməsindən və mühitin maqnit nüfuzluğundan asılıdır. L-ə həmçinin statik qarşılıqlı induktivlik də deyilir. (21.21) və (21.22) ifadələrini zamana görə differensial­la­yaq və Faradeyin induksiya qanununu nəzərə alsaq, konturlarda yaranan e.h.q. üçün ifadələr alarıq:
    (21.23)
    Əgər konturlar ferromaqnit mühit­də yerləşmiş olarsa, bu halda L1,2L2,1 -həmçinin bu kontur­larda yaranan cərəyan şiddətinin qiymətindən də asılı olar. Bu halda konturlarda yaranan induksiya e.h.q-nə yenə də (21.21) və ya (21.22) ifadələri tətbiq olunur, lakin bu halda onlar statik deyil, dinamik qarşılıqlı induktivliklər adlanır. Bu kon­turların forma, ölçüləri və qarşılıqlı yerləşməsi sabit olduğu halda L1,2=L2,1=L olar. BS sistemdə konturların qarşılıqlı induktivlik əmsalının vahidi henridir (Hn).
    Ümumi toroidal nüvəyə sarınmış iki sarğının qarşılıqlı indutivlik əmsalını tapaq. Bunun praktiki əhəmiyyəti var. Sarğıların sayı N1 olan və J1 cərəyan keçən birinci sarğının yaratdığı maqnit sahə

    Bu halda ikinci sarğıdan keçən maqnit seli:
    (21.24)
    Eynilə 2-ci sarğının yaratdığı maqnit sahəsinin 1-ci sarğıdan keçən seli
    (21.25) Şəkil 21.7
    alınır. (21.24) və (21.25) ifadələrini (21.21) və (21.22) ilə müqayisəsindən konturların qarşılıqlı induktivliklərinin eyni alındığını görərik:
    (21.26)
    Qarşılıqlı induksiya hadisəsi, çox böyük praktiki əhəmiyyəti olan transformatorların yaradılmasına səbəb olub.

    Download 7.47 Mb.
    1   2   3   4   5   6   7   8   9   10   ...   35




    Download 7.47 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    1. Maddələr maqnit sahəsində. Maddələrin Maqnit Xassələri. Maqnit-mexaniki hadisələr. Atom və molekulların maqnit momentləri

    Download 7.47 Mb.