• 15 ballı
  • Şəkildən göründüyü kimi, izotermiki qızdırma t – ru artdıqca perlitin anstenitə çevrilməsi qısa müddətdə gedir. Poladı




    Download 293.5 Kb.
    bet6/12
    Sana10.04.2017
    Hajmi293.5 Kb.
    #3796
    1   2   3   4   5   6   7   8   9   ...   12
    Şəkildən göründüyü kimi, izotermiki qızdırma t – ru artdıqca perlitin anstenitə çevrilməsi qısa müddətdə gedir.

    Poladı müxtəlif sürətlərlə qızdırdıqda (fasiləsiz) perlitin anstenitə çevrilməsi deyil, müəyyən temperatur intervalında gedir. Poladın azdırılma [temperaturu] sürəti artdıqca () perlitin anstenitə çevrilməsi daha yüksək t – da və daha az müddətdə sona çatır. Əgər qızdırma aşağı sürətlə olarsa, oxu çevrilmə əyrilərini aşağı t –da və nöqtələrində kəsər. Qızdırma sürəti artdıqca, oxları çevrilmə əyrisini nisbətən yuxarı t –da, uyğun olaraq və nöqtələrində kəsəcək. Qızdırma sürətinin perlitin anstenitə çevrilməsi üçün böyük təcrübi əhəmiyyəti vardır. Qızdırma sürəti artdıqca anstenit dənəsinin ölçüsü kiçilir. Belə ki, qızdırma sürəti 13oC/dəq olduqda dənin ən böyük diametri 11 mkm, 116oC/dəq olduqda 8 mkm, 1000oC/dəqiqə olduqda isə 6 mkm olur.

    Tərkibində karbidəmələgətirici elementlər (Cr, W, Mo, V, Ti, Zrb.) olan poladı qızdırarkən legirli sementitin və ya legirləyici elementlərin karbidlərinin yaranması nəticəsində perlitin anstenitə çevrilməsi ləng gedir. Bu onunla əlaqədardır ki, legirləyici elementlərin anstenitə diffuziyası karbonla müqayisədə xeyli kiçikdir. Yalnız Ni və Mn perlitin anstenitə çevrilməsini sürətləndirir.

    Anstenit dənələrinin ölçüsü qızdırılmış poladın mühüm struktur xüsusiyyətidir.

    Bir sıra termiki və təzyiqlə emal proseslərindən sonra poladın zərbə özlülüyü, plastikliyi və s. xassələri anstenit dənəsinin ölçüsündən asılıdır.

    Anstenit dənəsinin ölçüsü 15 ballı şkalaya bölünür. Dənəvariliyi 1...5 olan iridənəli, 6...15 olan poladlar isə xırdadənəli hesab edilirlər. Şkala üzrə təyin olunmuş polad dənəsinin ölçüsü (balı) N ilə, 1mm2 – də yerləşən dənələrin sayı n arasında n=8x2N asılılığı vardır.

    Bir qayda olaraq sakit poladları irsi xırdadənəli, qaynayan poladları isə irsi iridənəli hazırlayırlar.





    Download 293.5 Kb.
    1   2   3   4   5   6   7   8   9   ...   12




    Download 293.5 Kb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Şəkildən göründüyü kimi, izotermiki qızdırma t – ru artdıqca perlitin anstenitə çevrilməsi qısa müddətdə gedir. Poladı

    Download 293.5 Kb.