Güclü elektron lampalarının xüsusiyyətləri




Download 482.88 Kb.
Pdf ko'rish
bet4/8
Sana08.04.2022
Hajmi482.88 Kb.
#19510
1   2   3   4   5   6   7   8
Bog'liq
8.Elektro vakuum cihaz

Güclü elektron lampalarının xüsusiyyətləri. Hal-hazırda elektron 
lampalarını əsasən, yüzlərlə kilovat gücünə çatan böyük güclü elektrik rəqslərinin 
generasiyası və gücləndirilməsi üçün tətbiq edirlər. Lakin bununla yanaşı bir çox 
çatışmazlıqlarına (böyük kütləsi, ölçüləri və sərf etdiyi güc) baxmayaraq miniatür 
elektron lampalar məxsusi küylərinin az olması və statik xarakteristikalarının geniş 
diapazonda yüksək xəttiliyə malik olması, xarakteristikalarının dikliyinin böyük 
olması nəzərə alınaraq bəzi xüsusi təyinatlı aparaturada yenə də tətbiq 
olunmaqdadırlar. Güclü elektron lampaları böyük anod gərginliklərində (10 kV- lara 
qədər) və böyük anod cərəyanlarında (100- lərlə amperlərə qədər) işləyirlər. 
Şək.8.2. Elektrovakuum diodu: 
1- katod, 2 – anod, 3 – şüşə balon, 4 – katodun qızdırıcısının ucları 



Təyinatına görə güclü lampaları generatormodulyator lampalara bölürlər. 
Generator lampaları yüksəktezlikli rəqslərin gücləndirilməsi və generasiya edilməsi 
üçün nəzərdə tutulublar. Rəqs generatorlarının yükü, sinusoidal gərginliyi anod 
cərəyanının impulsunun birinci harmonikası və rəqs konturunun rezonans 
müqaviməti ilə təyin olunan rəqs konturudur. Bir qayda olaraq belə lampalar 
idarəedici 
elektrodunda 
gərginlikləri 
müsbət oblasta sürüşmüş anod-tor 
xarakteristikalarına malik olurlar. Modulyator lampalar yüksəktezlikli rəqsləri 
modulyasiya edən aşağı tezlikli rəqslərin gücləndirilməsi üçün nəzərdə tutulublar. Bu 
lampalar siqnalların təhrifsiz gücləndirilməsini təmin etməlidirlər, ona görə də mənfi 
torda mənfi gərginlik qiymətləri oblastında işləyirlər. 
Güclü lampaların işi onların elektrodlarının qızdırılması və onların məcburi 
soyudulması zərurəti ilə əlaqəlidir. İstiliyin ötürülməsi üsulundan asılı olaraq hava 
ilə, su ilə və buxarlı soyudulma var. 
Hava ilə soyudulmanı gücü 100 kVt - a qədər lampalarda tətbiq edirlər. Belə 
lampalarda anod misdən hazırlanır və konstruktiv olaraq şüşə balonla, yaxud, 
keramik balonla birləşir. İstilik ötürməni artırmaq üçün anodun xarici səthini tilli 
düzəldirlər. Hava ilə soyutma anodun temperaturunu 250C-yə qədər azaltmağa 
imkan verir. 
Su və buxarlı soyudulmanı gücü 100 kVt - dan çox olan lampalarda tətbiq edir-
lər. Su ilə soyudulma anodun temperaturunu 120C-yə qədər azaltmağa imkan verir.
Metrlik və desimetrlik radio dalğalar diapazonunda işləmək üçün minimal 
məxsusi induktivliyə malik olan diskli koaksial çıxışları olan güclü lampalar işlənib 
hazırlanıbdır. Güclü radiovericilərdə ayrı-ayrı detallarının dəyişdirilməsinə və eyni 
zamanda bahalı güclü lampaların xidmət müddətini artırmağa imkan verən sökülüb 
quraşdırılan lampalar tətbiq tapırlar. 

Download 482.88 Kb.
1   2   3   4   5   6   7   8




Download 482.88 Kb.
Pdf ko'rish

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Güclü elektron lampalarının xüsusiyyətləri

Download 482.88 Kb.
Pdf ko'rish