• Elektron emissiyasının fiziki təbiəti.
  •  Elektron - idarə olunan lampalar




    Download 482.88 Kb.
    Pdf ko'rish
    bet2/8
    Sana08.04.2022
    Hajmi482.88 Kb.
    #19510
    1   2   3   4   5   6   7   8
    Bog'liq
    8.Elektro vakuum cihaz

    8.2. Elektron - idarə olunan lampalar 
     
    Elektron-idarə olunan lampalar dedikdə, işi elektrodlar arasındakı potensiallar 
    fərqi vasitəsi ilə fəza yükünün idarə olunmasına əsaslanan elektrovakuum cihazları 
    başa düşülür. Funksional təyinatına və tətbiq sahələrinə görə elektron-idarə olunan 
    lampaları generator, modulyator, tənzimləyici, gücləndirici, düzləndirici lampalara 
    bölürlər. Bundan əlavə adi lampalardan bir çox xüsusiyyətləri ilə fərqlənən böyük 
    güclü gücləndirici və ifrat yüksək tezlik diapazonlu lampalar da mövcuddur.
    Elektrodlarının sayına görə elektron-idarə olunan lampaları diodlara, triodlara, 
    tetrodlara, pentodlara, heksodlara, heptodlara, oktodlara, ennodlara və dekodlara 
    bölürlər.



    Elektron emissiyasının fiziki təbiəti. Elektron emissiyası, maddənin 
    səthindən ətraf fəzaya elektronların buraxılmasına deyilir. Katodların hazırlandığı 
    metallarda sərbəst elektronlar fasiləsiz xaotik istilik hərəkətində olurlar və katodun 
    temperaturundan asılı olan kinetik enerjiyə malikdirlər. Adi temperaturlarda elektro-
    nun öz enerjisi onun metaldan çıxmasına kifayət etmir. 
    Elektronun metaldan vakuuma çıxması üçün yerinə yetirilən işə çıxış işi 
    deyirlər. Bu iş metalların və onlardan hazırlanan katodların emissiya qabiliyyətini 
    xarakterizə edir. Elektronların məcburi emissiyasının yerinə yetirilməsi üçün verilən 
    əlavə enerjinin növündən asılı olaraq termoelektron, avtoelektron, fotoelektron və 
    ikinci elektron emissiyası olur. 
    Yalnız metalın (elektrodun) qızdırılması hesabına baş verən emissiya termo-
    elektron emissiyası adlanır. Metalın qızdırılması hesabına elektronların kinetik ener-
    jisi və sürəti artır. Müəyyən temperaturda elektronun enerjisi metaldan çıxmağa 
    kifayət edir və elektron metalın səthini tərk edir. Elektron-idarə olunan lampalarda 
    geniş istifadə olunan termokatodların işi termoelektron emissiyası hadisəsinə əsaslan-
    mışdır. 
    Elektronların, optik diapazonlu elektromaqnit şüalanmaların (fotonların) təsiri 
    ilə baş verən emissiyası fotoelektron emissiyası adlanır. Elektrovakuum 
    fotoelementlərinin iş prinsipi fotoelektron emissiyası hadisəsinə əsaslanmışdır. 
    Avtoelektron emissiya, güclü elektrik sahəsinin təsiri altında metaldan elektron-
    ların emissiyasına deyilir. Bu növ emissiya civəli ventillərdə və bəzi qazboşalma 
    cihazlarında tətbiq tapır. 
    İkinci elektron emissiyası, metalın səthinin bombardman edilməsi zamanı onun 
    səthindən elektronların emissiya edilməsini adlandırırlar. İlkin adlanan elektronlar 
    metalın səthinə dəydikdə öz enerjisini səthdəki elektronlara verir. Bu halda səthdəki 
    elektronlar əlavə enerjinin hesabına bombalanan səthi tərk edirlər. Bu hadisə hesabına 
    emissiya olunan elektronlar ikinci elektronlar adlanırlar. 

    Download 482.88 Kb.
    1   2   3   4   5   6   7   8




    Download 482.88 Kb.
    Pdf ko'rish