Təsərrüfat uçotu haqqinda anlayiş, onun inkişafı və bazar iqdisadiyyatı şəraitində mahiyyəti və əhəmiyyati




Download 0.52 Mb.
bet17/27
Sana24.03.2017
Hajmi0.52 Mb.
#1586
1   ...   13   14   15   16   17   18   19   20   ...   27
xərc ( məsrəf ) yanaşması

  • müqayisə yanaşması

  • gəlir yanaşması

    Qiymətləndiricilərin əksər hissəsinin fikrincə NV-nin qiymətləndirilməsi zamanı elə bu 3 klassik yanaşma metodundan istifadə edilir.

    Qiymətləndirmə yanaşmaları sırasında xərc (məsrəf) yanaş­ması mühüm əhəmiyyətə malikdir. Bu yanaşmadan obyektlərin sığorta, vergitutma məqsədləri üçün qiymətləndirilməsi, habelə ixtisaslaşdırılmış obyektlərin, yeni və uzun müddət aparılan tikililərin qiymətləndirilməsi, torpaqdan istifadənin ən yaxşı və ən səmərəli variantlarının müəyyənləşdirilməsi, bina və qurğuların dəyərinin torpağın dəyərindən ayrı hesablanması tələb olunan hallarda, eləcə də passiv əmlak bazarı zamanı istifadə olunur. Xərc yanaşmasının çatışmazlığı ondan ibarətdir ki, heç də bütün xərclər cari vaxt anlarında qiymətdə ifadə edilmir. Keçmiş sovetlər ittifaqında o , cümlədən Azərbaycan Respublikasında bazar islahatlarına qədər bütün qiymətlər ancaq xərc yanaşması metodu ilə müəyyənləşdirilirdi. Dəyərin xərc yanaşması metodu ilə qiymətləndirilməsi zamanı , bazar dəyəri ilk növbədə onun istehsalına və reallaşdırılmasına çekilən xərclərlə müəyyən edilir. Başqa sözlə , qiymətləndirilən NV-nin dəyəri kimi onun istehsalına və satışına çekilən xərclər qəbul edilir. ANV seriyalarla istehsal olunduğundan əksər hallarda xərc yanaşması əlverişsizdir. Dəyərə həmçinin ANV-nin keyfiyyeti , yararlılığı və rəqabət qabiliyyətliliyi də təsir edir. Elə hallar olur ki , xərc yanaşması metodunun tətbiqi nəinki özünü doğruldur , hətta yeganə metod sayılır. ANV –nə YNH və digər səbələr nəticəsində dəyən zərərin qiymətləndirilməsi , onların təmirinin dəyərinin və ya istismar prosesində nəqliyyat vasitəsinin konstruksiyasında edilən dəyişikliklərin dəyərinin qiymətləndirilməsində xərc yanaşması metodundan istifadə daha məqsədəuyğundur



    Qiymətləndirmə fəaliyyətində müqayisə yanaşmasının özü­nə­məxsus rolu və yeri vardır. Bəzən bu yanaşmaya «bazar satışlarının müqayisəsi» və yaxud da, «müqayisəli yanaşma» da deyirlər. Müqayisə yanaşması normal bazar şəraitində oxşar ob­yekt­lər haqqındakı sövdələşmələrə və satışa aid məlumatlara isti­nad edərək, qiymətləndirmə obyektinin dəyərini müəyyən etməyə imkan verir. Qiymətləndirmə obyektinin dəyərinin müəyyən edilməsinə müqayisə mövqeyindən yanaşmaya qiymətləndirilən obyektin analoqları ilə aparılmış alqı-satqı əməliyyatları barədə kifayət qədər bazar məlumatları olduğu hallarda istinad olunur. Yəni satışların müqayisə olunması yolu ilə qiymətləndirmə zamanı qiymətləndirilən obyektlə müqayisə oluna bilən analoji obyektlərin satışları barədə məlumatlardan istifadə edilir. Qiymətləndirmə obyektinin satışları barədə bazar məlumatları qiymətləndirilən obyektin analoji obyektlərdən fərqli xüsusiyyətlərini dəqiq müəyyən etməyə və nəzərdən keçirilən obyektin bazar dəyərini qiymətləndirməyə imkan verir. Müqayisə yanaşması hər bir qiymətləndirmə obyektinin dəyərinin onun qiymətləndirilməsi tarixinə qədər dövriyyədə olan (bu zaman yalnız bazar dövriyyəsi nəzərdə tutulur) müvafiq analoji obyektlərin kəmiyyət və keyfiyyətlərini, onların mühüm fiziki və iqtisadi xassələrini, aparıcı dəyər amillərini özündə əks etdirən göstəricilərə əsasən müəyyən edilməsi deməkdir. Müqayisə yanaşması metodu inkişaf etmiş təkrar bazarı olan nəqliyyat vasitələri , maşın və avadanlıqların dəyərinin qiymətləndirilməsi zamanı daha çox istifadə edilir. Bu metod NV-nin cari vəziyyətdə qiymətini adekvat əks etdirən bazar qiymətinə əsaslanır. Onun əsas prinsipi aşağıdakı ardıcıllıqla müqyisə etməkdir :

    • təkrar bazarda satılan analoqu ilə ;

    • eyni analoqu olmadığına görə təshihedici düzəlişlər aparmaqla təkrar bazarda satılan təxmini analoqu ilə ;

    • təkrar bazarı olmadıqda aşınmaya görə düzəlişlər aparmaqla təzə analoji NV ilə

    Müqayisə metodu qiymətləndirilən NV-ni oxşar və ya analoji NV ilə müqayisə etməklə dəyərinin kəmiyyətini müəyyənləşdirir. ANV –nə müqayisə yanaşmasının tətbiqi zamanı əsas məsələ müqayisə obyektinin düzgün seçilməsidir. Qiymətləndirmənin aparilması üçün seçilən ANV-nin qiyməti və həmçinin texniki istismar xarakteristikaları haqqında informasiya tələb olunur. Hal – hazırda ANV –nin qiyməti haqqında daha çox informasiya mənbələrini avtomobil zavodlarından , qəzet və jurnallarda çap olunan qiymət cədvəllərindən və internet saytlarından əldə etmək olar. Xüsusi olaraq nəzərə çatdırmaq lazım gəlir ki, həm dünya miqyaslı qloballaşma və həm də bazar münasibətlərinin genişlənməsi, habelə ölkəmizdə iqtisadi demok­ra­tiyaya, müstəqil intellektual sahibkarlıq fəaliyyətinə geniş mey­dan verilməsi əmlak bazarında da sistemli yanaşmaların istifa­dəsinə üstün şərait yaradır. Qiymətləndirmənin gəlir yanaşması isə bu tələblərin tam təmin edilməsi baxımından daha önəmlidir. Çünki müasir qiymətləndirmə təcrübəsində qiymətləndirmə obyektinin dəyəri onun sahibkarına fayda gətirmək xassəsi ilə müəyyənləşdirilir. Deməli, gəlirlilik mövqeyindən yanaşma, bir qayda olaraq, gəlir gətirən əmlakın qiymətləndirilməsi prosesində tətbiq olunur. Bu zaman aparılan iqtisadi təhlilin və ya gəlirin təhlilinin əsas məqsədi qiymətləndirmə obyektindən gözlənilən faktiki mənfəətin müəyyənləşdirilməsindən ibarətdir. Gəlir yanaşması həmin obyektdən gəlirlərin proqnozlaşdırılması və kapitallaşdırılmasının nəzərə alınması ilə şərtlənir. Gəlir yanaşması qiymətləndirmə obyektindən gözlənilən gəlirin müəyyən edilməsinə əsaslanmaqla, obeyktin qiymətlən­diril­məsi üzrə mövcud olan metodların məcmusunu özündə əks etdirir. Bəzi hallarda ANV –nin qiymətləndirilməsi zamanı glir yanaşmasından istifadə edilir. Ancaq nadir , xüsusi təyinatlı nəqlyyat vasitələrinin qiymətləndirilməsi zamanı , qiymətləndirilən ANV sahibinə gəlir gətirdiyi halda xərc və gəlir yanaşması metodları ilə birlikdə gəlir yanaşma metodundan istifadə etmək mümkündür. Anv-nə dəyən zərərin qiymətləndirilməsində gəlir yanaşmasını tətbiq etdikdə NV –yə əmtəə kimi dəyən zərərdən başqa onun sahibinin təmir və ya bərpa dövründə itirdiyi gəlirinəzərə almaq lazımdır. Gəlir yanaşması özündə aşağıdakı metodları birləşdirir :



    1. Download 0.52 Mb.
  • 1   ...   13   14   15   16   17   18   19   20   ...   27




    Download 0.52 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Təsərrüfat uçotu haqqinda anlayiş, onun inkişafı və bazar iqdisadiyyatı şəraitində mahiyyəti və əhəmiyyati

    Download 0.52 Mb.