MATLAB mühitində cəbri və transsendent tənliklərin həlli texnologiyaları




Download 2,93 Mb.
bet12/35
Sana06.12.2023
Hajmi2,93 Mb.
#112648
TuriDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   35
Bog'liq
C fakepathKOMPUTER MUHENDISLIYINDE EDEDI USULLAR 01 06 (2) (1)

2. MATLAB mühitində cəbri və transsendent tənliklərin həlli texnologiyaları
Matlab mühitində cəbri və transsendent tənliklərin həlli aşağıdakı funksiyalar vasitəsilə yerinə yetirilir:
solve(), fzero(), roots().
Bu funksiyaların köməyilə tənliklərin həlli çox sadədir. Bunlara aid nümunələrə baxaq.
1. solve() funksiyasının köməyi ilə tənliklərin həlli
solve() funksiyası aşağıdakı şəkildə müraciət olunur:
solve ( 'f(x) ', x )
burada
'f(x) ' - verilən tənlik, x- axtarılan naməlum dəyişəndir.
f(x)=0 tənliyini istənilən şəkildə yaza bilərik. Belə ki, əgər “=” işarəsi buraxılarsa, onda Matlab sistemi tənliyi f(x)=0 şəklində qəbul edəcəkdir.
Tənliyin həlli zamanı x arqumentini yazmamaq da olar.
Bu funksiyanın köməyilə tənliklərin köklərinin təyin olunmasına aid bəzi nümunələrə baxaq:
Nümunə1. tənliyinin həllini tapmalı.
Tənliyin həll proqramı bu şəkildədir:
>> Y = solve('x^2-x-6=0')
düyməsini sıxdıqdan sonra tənliyin həllini alırıq:
Y =
3
-2
Nümunə2. tənliyinin köklərini solve() funksiyasının köməyilə tapmalı.
Tənliyin həll proqramı və nəticə aşağıdakı kimidir:
>> Y = solve('2.^x-4*x+3=0')
Y =
1.418
3.413
solve() funksiyası f(x)=0 tənliyinin yalnız həqiqi kök­lə­rini deyil, kompleks köklərini də tapır. Bunu nümunədə göstərək:
Nümunə3. Tutaq ki, tənli­yi­nin köklərini tapmaq lazımdır.
Bunun üçün həll proqram və nəticə aşağıdakı kimi olacaqdır:
>> Y = solve('sin(x)+log(x)+exp(x)-1=0')
Y =
3.055 – 1.71447 i
solve() funksiyasının əsas üstünlüyü ondan ibarətdir ki, əgər tənliyə parametr daxil olarsa, onda o, tənliyin həllini ana­litik şəkildə təqdim edir.
Nümunə4. tənliyin həllini tapmalı.
>> Y=solve('3^x-4*(a-b)=0')
Y =
log(4*a - 4*b)/log(3)
solve() funksiyasının çatışmayan cəhəti ondan ibarətdir ki, bu funksiya kökün başlanğıc qiyməti və ya onun axtarıl­dığı interval haqqında informasiya tələb etmir. Ona görə də transsendent tənliklər olan hallarda və bir sıra digər hallarda solve() funksiyası vasitəsilə tənliyin bütün köklərini tapmaq mümkün olmur. Bunlara nümunə olaraq aşağıdakı tənlikəri göstərmək olar:
və s.

Download 2,93 Mb.
1   ...   8   9   10   11   12   13   14   15   ...   35




Download 2,93 Mb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



MATLAB mühitində cəbri və transsendent tənliklərin həlli texnologiyaları

Download 2,93 Mb.