|
Azərbaycan Hava Yolları
|
bet | 2/35 | Sana | 06.12.2023 | Hajmi | 2,93 Mb. | | #112648 | Turi | Dərs |
Bog'liq C fakepathKOMPUTER MUHENDISLIYINDE EDEDI USULLAR 01 06 (2) (1)G i r i ş
Bütün dövrlərdə tətbiqi məsələlərin həll praktikası məlum analitik riyazi metodların əksər mürəkkəb məsələlərin həlli üçün kifayət etmədiyini göstərmişdir. Bu da ədədi metodların yaranması zərurətini yaratmışdır. Ədədi metodların inkişafının müasir mərhələsi kompüter texnikasının elmi tədqiqatlarda geniş surətdə istifadə edilməsilə bağlıdır. Kompüterdə riyazi əməliyyatların yüksək sürətlə yerinə yetirilməsi tarixi metodlara nisbətən daha sadə və səmərəli yeni ədədi alqoritmlər yaratmağa imkan vermişdir. Fərdi kompüterlərin geniş yayılması ədədi metodların tətbiqi zamanı onlardan istifadəni zəruri etmişdir.
Qoyulmuş məsələnin həlli üçün üsulun seçilməsində də çətinlik yaranır. Çünki indiki dövrdə işlənmiş ədədi metodlar çoxluq təşkil edir. Onlardan bəziləri ümumi, bəziləri isə tamamilə xüsusi ixtisas sahəsinə aiddir. Ona görə də qoyulmuş məsələnin həlli üçün optimal ədədi üsulun seçilməsi müəyyən informasiyaya zərurət yaratmışdır.
Bu dərs vəsaitinin yazılmasında da əsas məqsəd istifadəçilərin həmin informasiya ilə təmin olunmasına köməklik göstərməkdir.
Vəsaitdə mühəndis məsələlərinin həllində istifadə olunması nəzərdə tutulan müxtəlif ədədi üsullar və həmin üsulların C++ dilində proqram kodları verilmişdir. Bundan başqa həmin ədədi üsulların MATLAB tətbiqi proqram paketində reallaşdırılmasına da baxılmışdır.
Kitabda, həmçinin ədədi üsulların izahı zamanı bəzi riyazi məlumatlar da verilmişdir. Hər bir mövzunun və ədədi üsulların istifadəçilər tərəfindən daha yaxşı mənimsənilməsi üçün tapşırıq variantları da verilmişdir. Dərs vəsaitindən bütün ali məktəblərin tələbələri və müəllimləri istifadə edə bilər.
1. Cəbri və transsendent tənliklərin təqribi həll üsulları
Fərz edək ki,
f(x)=0 (1.1)
qeyri-xətti tənliyi verilmişdir. Bu tip tənliklərin təqribi həllərinin tapılması prosesi aşağıdakı iki mərhədən ibarətdir:
Köklərin ayrılması. Yəni f(x) funksiyasının təyin oblastına daxil olan elə intervallar tapmaq lazımdır ki, həmin intervallarda (1) tənliyinin yeganə kökü olsun.
Köklərin verilmiş dəqiqliklə tapılması.
|
| |