Reaktiv gücün kompensasiyası üsulu və vasitələri




Download 1.07 Mb.
Pdf ko'rish
bet4/18
Sana30.05.2022
Hajmi1.07 Mb.
#22310
TuriMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   18
Bog'liq
elektrik-təc.-əsasları-tam

 
Reaktiv gücün kompensasiyası üsulu və vasitələri 
 
Sənaye müəssisələrinin layihəsi və istismarı zamanı xüsusi kompensasiya qurğularının tətbiqi 
tələb olunmayan tədbirlərə böyük üstünlük verilir. Bu tədbirlərə aşağıdakıları misal göstərmək 
olar: 
-güc əmsalını artırmaq üçün texnoloji prosesin nizama salınması; 


-bütün mümkün olan hallarda sinxron mühərriklərdən istifadə olunması; -transformator və 
mühərriklərin gücünün düzgün seçilməsi; 
-işlədicilərin (asinxron mühərrik və transformatorların) yüksüz 
iş rejimini məhdudlaşdıran qurğuların tətbiqi; 
-az yüklənmiş transformatorların açılması və dəyişdirilməsi. 
Elektrik qurğularının funksional iş xüsusiyyətlərinə və reaktiv gücün kompensasiya 
vasitələrinə görə müəssisələrin elektrik şəbəkələri ümumi təyinatlı və xüsusi (qeyri-xətti, qeyri-
simmetrik və kəskin dəyişən) yüklü şəbəkələrə ayrılır. 
Ümumi təyinatlı şəbəkələrdə reaktiv gücün R kompensasiyasının texniki vasitələri aşağıda 
göstərilmişdir. 
1. Kondensatorlar batareyası. Bunlar sənaye müəssisələrində reaktiv gücün əsas 
kompensasiya vasitəsi olub şəbəkəyə paralel (eninə) qoşulur. Sadəliyi, qiymətinin ucuzluğu, aktiv 
güc itkilərinin az olması onların üstünlüyü, yanğın təhlükəsinin olması və qalıq yüklərinin 
toplanması isə mənfi cəhətləri hesab olunur. 
2 Sinxron mühərriklər. Bu mühərriklər həm şəbəkəyə reaktiv güc verə bilir, həm də 
şəbəkədən reaktiv güc ala bilir. 
3. Hava və kabel xətlərində hasil olunan reaktiv güc. Bu güc kompensasiya qurğularının 
seçilməsi zamanı nəzərə alınmalıdır. Həmin güc xəttin uzunluğu və gərginliyin kvadratı ilə 
mütənasibdir. 
Xüsusi yüklü şəbəkələrdə isə reaktiv gücün kompensasiyası üçün yuxarıda sadalanan texniki 
vasitələrdən başqa süzgəcli kompensasiya qurğuları, simmetrikləşdirici və süzgəcli-
siımmetrikləşdirici qurğular, dinamiki və statiki kompensasiya qurğuları və xüsusi tez təsir edən 
sinxron kompensatorlar istifadə olunur.Şəkil 6.2-də kəskindəyişən yüklü (qövs sobaları, 
poladəritmə dəzgahlarmm intiqalları və s.) şəbəkələrdə quraşdırılan reaktiv güc mənbəyinin sxemi 
göstərilmişdir. Sxemdə tənzimlənilən 2 induktivlikləri və tənzimlənilməyən 2 tutumları vardır. 
İnduktivliklərin tənzimi bipolyar qoşulan 3 tiristorları ilə həyata keçirilir. Yüksək hannonikalarm 
yaranması bu sxemin mənfi cəhətidir. 

Download 1.07 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   18




Download 1.07 Mb.
Pdf ko'rish

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Reaktiv gücün kompensasiyası üsulu və vasitələri

Download 1.07 Mb.
Pdf ko'rish