8. Birinci pillə anionit süzgəclərinin regenerasiyasını susuzlaşdırılmış sodanın 4%-li məhlulu ilə aparmaq lazımdır; sodanın xüsusi sərfi 1 qr-ekv udulan anionlara 100 qr Na2CO3 olmaqla qəbul edilməlidir.
Güclü əsaslı anionitlə yüklənmiş ikinci pillə anionit süzgəcləri olan qurğularda birinci pillə anionit süzgəclərinin regenerasiyasını ikinci pillə anionit süzgəclərinin regenerasiyasından alınan NaOH məhlulu ilə aparmağa yol verilir.
Soda və natrium hidroksidin regenerasiya məhlulları hidrogen-kationit süzgəcindən keçirilmiş su ilə hazırlanmalıdır.
Birinci pillə anionit süzgəclərinin regenerasiyadan sonra yuyulması hidrogen-kationit süzgəcindən keçirilmiş su ilə 1 m3 anionitə 10 m3olmaqla yerinə yetirilməlidir.
9. İkinci pillə anionit süzgəcləri 1,5 m hündürlükdə güclü əsaslı anionitlə yüklənməlidir. Bu süzgəclərdə süzmə sürəti 15-25 m/st həddində qəbul edilməlidir.
Güclü əsaslı anionitin silisium tutumu pasport göstəricilərinə görə, yaxud aşağıdakı cədvəldən götürülməlidir.
-
Güclü əsaslı anionit
|
Anionitin filtrata -ün (mq/l) keçməsinə qədərki silisium tutumu, qr-ekv/m3
|
Filtratda -ün minimal qalıq miqdarı,mq/l
|
|
|
0,1
|
0,5
|
1
|
|
AB-17
|
420
|
530
|
560
|
0,05
|
Güclü əsaslı anionitlə yüklənmiş ikinci pillə süzgəclərin regenerasiyası natrium hidroksidin 4%-li məhlulu ilə aparılmalıdır. 100%-li natrium hidroksidin xüsusi sərfi 1 m3anionit hesabına 120-140 kq qəbul edilməlidir.
10. Yüksək əsaslı anionitdən ibarət qarışıq yüklü süzgəclər üçün aşağıdakı parametrlər qəbul edilməlidir: süzmə sürəti -40-50 m/st, kationit və anionit laylarının hər birinin hündürlüyü - 0,6 m.
Süzgəclərin sayı üçdən az olmamalıdır: iki işçi və üçüncü yuyulmada, yaxud ehtiyatda.
Qarışıq yüklü süzgəclərin regenerasiyası onlardan 1 m3 ionit hesabına 10-12 min m3 su keçir-dikdən sonra aparılmalıdır.
1 m3 kationitin regenerasiyasına 100%-li sulfat turşusunun sərfi 70 kq, 1 m3 anionitin regenerasiyasına 100%-li natrium hidroksidin sərfi 100 kq qəbul edilməlidir.
11. Suyun ionəvəzetmə ilə duzsuzlaşdırılma qurğusunun tərkibində süzgəclərin regenerasiyasından alınan turş və qələvi tullantı sularının qarşılıqlı neytrallaşdırılması və ehtiyac olduqda onları qarışdırdıqdan sonra əhənglə əlavə neytrallaşdırma nəzərdə tutulmalıdır.
Belə hallarda hər birinin tutumu tullantı sularının sutkalıq sərfinə bərabər olan ən azı iki neytrallaşdırıcıçən nəzərdə tutulmalıdır. İonitlərin yumşaldılması və yuyulmasından alınan sulardan təkrar istifadə edilməsinin mümkünlüyü nəzərdə tutulmalıdır.
İonit süzgəclərin regenerasiyasından alınan neytrallaşdırılmış tullantı suları məişət, yaxud istehsalat kanalizasiyasına, yaxud toplayıcılara axıdılmalıdır.
Elektrodializ
12. Elektrodializ (elektrokimyəvi) üsulu tərkibində 1500-7000 mq/l duz olan yeraltı və yerüstü suların şirinləşdirilməsində tətbiq edilməlidir. Bu üsulla alınan suda duzların miqdarı 500 mq/l-dən az olmur. Tərkibində daha az duz olan su almağa ehtiyac olduqda elektrodializ qurğusundan sonra suyun ionəvəzetmə ilə duzsuzlaşdırılması nəzərdə tutulmalıdır. Bəzi hallarda müvafiq əsaslandırma olduqda elektrodializdən tərkibində 10000-15000 mq/l duz olan suların şirinləşdirilməsində istifadəyə yol verilir.
13. Elektrodializ şirinləşdirici qurğulara verilən su aşağıdakı tələblərə cavab verməlidir: asılı maddələrin miqdarı - ≤ 1,5 mq/l; rənglilik - ≤ 200; permanqanat oksidləşməsi - ≤ 5 mqO/l; dəmir - ≤ 0,05 mq/l; manqan - ≤ 0,05 mq/l; BO2 hesabı ilə boratlar - ≤ 3 mq/l; brom - ≤ 0,4 mq/l.
Bu tələblərə cavab verməyən su yetərincə təmizlənməlidir.
Ümumi codluğu 20 mq-ekv/l-dən çox olan şirinləşdirilmiş suyun əlavə yumşaldılmasına ehtiyacın olması əsaslandırılmalıdır.
Elektrodializlə şirinləşdirilmiş su təsərrüfat-içməli su təchizatı sisteminə verilməzdən əvvəl aktivləşdirilmiş kömürlə yüklənmiş süzgəclərdə xoşagəlməz qoxu və daddan azad edilməli və zərərsizləşdirilməlidir.
14. Elektrodializ aparatının növü istehsalçı zavodun tərtib etdiyi pasport göstəricilərinə əsasən seçilməlidir. Şirinləşdirilən suyun sərfi və xam sudakı duzun miqdarından asılı olaraq şirinləşdirmə pillələrinin və hər pillədə paralel işləyən aparatların sayı, resirkulyasiya sayı və tullanan qatı duzlu məhlulun sərfi, həmçinin bütün pillələrdəki aparatlarda cərəyan dəyişdiricinin növünün seçilməsi üçün sabit cərəyanın gərginliyi və gücü təyin edilir.
Şirinləşdirmə kameralarında, aparat daxili paylaşdırma və toplama sistemlərində, su verici və dializat, eləcə də qatı duzlu məhlulu aparan boru kəmərlərində basqı itkiləri hidravlik hesablama ilə təyin edilir.
Şirinləşdirilmiş suyun sərfi 250-400 m3/sut olan hallarda zavod istehsalı olan elektrodializ aparatları, çənləri olan axınlı-resirkulyasiyalı dializat və duz məhlulu konturları, elektrik qidalandırma, nəzarət və avtomatika blokundan ibarət kompleks elektrodializ qurğularından istifadə edilməlidir.
15. Düzaxınlı çoxpilləli duz məhlulunun resirkulyasiyası ilə su şirinləşdirici sxemdən istifadə olunması tövsiyə edilir. Şirinləşdirilmiş suda duzun miqdarından asılı olaraq düzaxınlı çoxpilləli qurğu sxemində dializatın resirkulyasiyası və dializatla xam suyun qarışması üçün həcmin nəzərdə tutulmasına yol verilir.
16. Düzaxınlı qurğularda şirinləşdirmə pillələrinin sayı hesablama ilə təyin edilməlidir
burada Ct- təbii suda duzun miqdarı, mq-ekv/l;
Cş- şirinləşdirilmiş suda duzunmiqdarı, mq-ekv/l;
- şirinləşdirmənin hər bir pilləsində dializatda duzun həddi azalma əmsalı
burada Sc- şirinləşdirici aparatdan bir dəfə keçməsi zamanı sudan çıxarılan duzun faizlə miqdarı olub aparatın pasportuna əsasən qəbul edilir.
17. Hər bir pillədə paralel işləyən aparatların sayı (6) düsturu ilə hesablanır.
burada q- qurğunun məhsuldarlığı, m3/st;
Cg- hər pillədə aparata daxil olan dializatın qatılığı (birinci pillə üçün xam suda olan duzun miqdarı), mq-ekv/l;
Cç- həmən pillədən çıxan dializatın qatılığı (axırıncı pillə üçün şirinləşdirilmiş suda olan duzun miqdarı),mq-ekv/l;
is- cərəyanın işçi sıxlığı, A/sm2;
Fm- hər bir membranın işçi (netto) sahəsi, sm2;
- cərəyana görə çıxış əmsalı, MA-40və MK-40 aparatları üçün 0,85 qəbul edilir;
Nö-aparatda özəklərin sayıdır (200-250 ədəddən artıq qəbul edilmir).
18. Aparatların hər bir pilləsində cərəyanın işçi sıxlığı texniki-iqtisadi hesabatla təyin edilmiş optimal cərəyan sıxlığına () bərabər qəbul edilməlidir. Belə hallarda aparatların hər bir pilləsində cərəyanın işçi sıxlığının qiyməti cərəyanın (7) düsturu ilə hesablanan həddi sıxlığından çox olmamalıdır.
burada Cd- şirinləşmə kamerasında dializatın hesabi qatılığı olub (8) düsturu ilə təyin edilir.
burada - şirinləşdirmə kamerasında sürət(sərbəst kəsiyə görə orta), sm/s.;
- baxılan tipli aparatda istifadə edilən separator-turbulizatorun depolyarizasiya xassələrini xarakterizə edən əmsallardır.
Düzaxınlı çoxpilləli qurğuların pillələrində cərəyanın işçi sıxlığı (9) düsturu ilə təyin edilir.
burada və s. - cərəyanın birinci, 2, 3, 4 və digər pillələrdə işçi sıxlığıdır.
19. Bütün pillələrin aparatlarının elektrodlarında gərginlik təyin edilərkən (cərəyan dəyişdiricisinin tipini seçmək üçün) aşağıdakı parametrləri təyin etmək lazımdır: elektrod sistemində gərginliyin düşməsi, məhlul və membranların omik müqaviməti (elektrik ötürücülüyünün əks qiyməti) hesabına membran paketlərdə gərginliyin düşməsi, qatılıq polyarizasiyası nəzərə alınmaqla membran potensialın cəmi. Hesablama məhlulların verilmiş temperaturuna aparılmalıdır.
Dializatın və duz məhlulunun elektrik ötürücülüyü sulfatların miqdarının anionların ümumi miqdarına nisbəti, temperatura tc və duzun qatılığından Cdasılı olaraq nomoqramdan təyin edilməlidir (şəkil).
20. Axırıncı pillədən çıxan duz məhlulunun qatılığı kalsium sulfatın çökməsinə səbəb olan həddi qatılıqdan çox olmamalıdır (sulfatların və kasiumun duz məhlulunda fəal qatılığının hasili aparatda duz məhlulunun temperaturunda kalsium sulfatın həll olmasından artıq olmamalıdır).
Duz məhlulunun hər bir pillədəki hesabi qatılığı dializatın qatılığı kimi təyin edilir. Duz məhlulunun aparatın girişində və çıxışında qatılığı, həmçinin duz məhlulunun resirkulyasiya sayı balans hesablamaları əsasında təyin edilir.
21. Membranların səthində duz məhlulu traktı tərəfdən və katod kamerasında duzların çökməsinin qarşısını almaq üçün elektrodların yüklərinin dəyişdirilməsi ilə eyni zamanda duz məhlulu dializatının traktının da dəyişdirilməsi, həmçinin duz məhlulu və katolitin turşu ilə emalı nəzərdə tutulmalıdır.
Turşunun dozası xam suyun qələviliyinə bərabər qəbul edilməlidir.
Müvafiq əsaslandırma olduqda traktların yüksək turşu dozaları ilə yuyulmasına yol verilir.
22. Şirinləşdirici qurğuların boru kəmərləri polietilen borulardan, armatur polietilen, yaxud emalla örtülmüş materialdan olmalıdır.
23. Düzaxınlı qurğunun hər bir traktında sərf, temperatura, minerallıq və pH kimi parametrlərə nəzarət nəzərdə tutulmalıdır.
24. Məhsuldarlığı 400 m3/sut-dan çox olan qurğular üçün elektrik güc avadanlığı və nəzarət ölçü cihazları (NÖC) elektrodializ aparatları yerləşən otaqlardan ayrı otaqda quraşdırılmalıdır.
Əlavə 9
(Tövsiyə edilən)
Yuma suyu və təmizləyici qurğularda tutulan çöküntülərin emalı
Yuma suyu rezervuarları
1.Yuma suyunu toplayan rezervuarlar texnoloji sxemlərinə durulducular və süzgəclər daxil olan sutəmizləyici komplekslərdə süzgəclərin yuyulmasından alınan tullantı sularını toplamaq və müntəzəm olaraq, duruldulmadan, qarışdırıcılardan əvvəl boru kəmərinə, yaxud birbaşa qarışdırıcıya nəql etdirmək üçün nəzərdə tutulurlar.
Q e y d. Durulducular boşaldılan zaman onlardakı çöküntünün üstündə olan suyun bu rezervuarlara axıdılmasının mümkünlüyü də nəzərdən keçirilməlidir.
2. Rezervuarların sayı ikidən az olmamalıdır. Hər bir rezervuarın həcmi yuma suyunun daxil olma qrafiki və müntəzəm olaraq ondan götürülməsinə hesablanmalıdır, bu şərtlə ki, bu həcm süz-gəcin bir yuyulmasından daxil olan suyun həcmindən az olmasın.
3. Yuma suyunu nəql etdirən nasoslar və boru kəmərləri süzgəclərin gücləndirilmiş iş rejiminə yoxlanılmalıdır.
Yuma suyu durulducuları
4. Yuma suyu durulducuları bir pilləli süzmə (süzgəclər, təmas şəffaflandırıcılar) və sudakı artıq dəmirin çıxarıldığı texnoloji sxemlərdə nəzərdə tutulmalıdır.
5. Yuma suyu durulducuları, nasoslar və boru kəmərləri yuma suyunun fasilələrlə daxil olmasına, duruldulmasına və durulmuş suyun müntəzəm olaraq qarışdırıcılardan əvvəl boru kəmərinə, yaxud maddə 3-ün tələbləri nəzərə alınmaqla birbaşa qarışdırıcıya nəql etdirməyə hesablanmalıdırlar.
Durulducuda toplanmış çöküntü əlavə sıxlaşdırılmaq üçün qatılaşdırıcılara, yaxud çöküntü susuzlaşdırıcı qurğulara yönəldilməlidir.
6. Yuma suyunun duruldulma müddəti sudakı artıq dəmirin reagentsiz çıxarıldığı komplekslərdə 4 st, suyu şəffaflandıran və ondakı artıq dəmirin reagentlə çıxarıldığı komplekslərdə 2 st qəbul edilməlidir.
Q e y d. Flokulyantdan istifadə edildikdə çökmə müddətini azaltmaq olar və bu müddət istifadə edilən flokulyantın növündən asılı olaraq texnoloji tədqiqatlarla təyin edilməlidir.
7. Durulducularda çöküntünün toplanma zonasının həcmi təyin edilərkən çöküntünün nəmliyi suyu şəffaflandıran və ondakı artıq dəmirin reagentlə çıxarıldığı komplekslərdə 99%, sudakı artıq dəmirin reagentsiz çıxarıldığı komplekslərdə 96,5% qəbul edilməlidir.
Durulducular fasilələrlə bir neçə dəfə çöküntü ilə doldurulduqda toplanmanın ümumi davam etmə müddəti 8 st-dan az olmamalıdır.
Qatılaşdırıcılar
8. Asta sürətli mexaniki qarışdırıcıları olan qatılaşdırıcılar üfüqi və şaquli durulducularda, şəffaflandırıcılarda, reagent təsərrüfatında və yuma suyu durulducularında toplanaraq kənar edilən çöküntülərin sıxlaşdırılmasını sürətləndirmək üçün orta illik bulanıqlığı 300 mq/l-ə qədər olan suların emal edildiyi sutəmizləyici komplekslərdə tətbiq edilməlidir.
Q e y d. Əsaslandırma olduqda çöküntünün qatılaşdırıcılardan keçirilmədən birbaşa susuzlaşdırıcı qurğulara yönəldilməsinə yol verilir.
9. Qatılaşdırıcılar üçün aşağıdakı parametrlər qəbul edilməlidir: diametr – 18 m-ə qədər; orta işçi dərinlik – 3,5 m-dən az olmayaraq; mərkəzi çökəklik istiqamətində dibinin mailliyi – 80; üçbucaq, yaxud dairəvi en kəsikli şaquli pərləri və sıxlaşmış çöküntünü mərkəzi çökəkliyə sürüşdürən sıyırıcı mexanizmi olan fırlanan ferma; pərlərin sahəsi qarışdırılan çöküntü həcminin en kəsik sahəsinin 25-30%-i qədər olmalıdır; pərlərin yuxarısı fırlanan fermanın ortasında su layının hündürlüyünün yarısına bərabər səviyyədə olmalıdır; qatılaşdırıcıya çöküntünün verilməsi fasilələrlə, qurğulardan kənar edilmə qrafikinə uyğun olmalıdır; çöküntü qatılaşdırıcının mərkəzində dibinin səviyyəsindən 1 m yuxarıda daxil edilməlidır; şəffaflanmış suyun götürülməsi qatılaşdırıcıda suyun səviyyəsindən asılı olmayan tərtibatlarla (məsələn, üzən şlanq və s.) yerinə yetirilməlidir.
10. Çöküntünün qatılaşdırılmasının davam etmə müddəti əməliyyatların ayrılıqda davam etmə müddətlərin min cəminə əsasən təyin edilir: qatılaşdırıcının doldurulması - qurğulardan çöküntünün kənar edilmə müddətindən asılı olaraq 10-30 dəq-ə; qatılaşdırma müddəti - texnoloji axtarışların nəticələri, yaxud oxşar sutəmizləyici komplekslərin təcrübəsi əsasında, onlar olmadıqda cədvələ əsasən; şəffaflanmış su və qatılaşdırılmış çöküntünün qurğudan nəql etdirilməsi – 30-40 dəq-ə. Çöküntünün bir neçə qatılaşdırma əməliyyatından sonra qurğudan çıxarılmasına yol verilir.
11. Fırlanan fermanın ən böyük hərəkət sürəti və çöküntü qatılaşdırıldıqdan sonra orta nəmliyi texnoloji axtarışlat nəticəsində, onlar olmadıqda cədvəldən təyin edilir.
12. Qatılaşdırıcının həcmi (1) düsturu ilə hesablanmalıdır.
burada Kç.d- su hazırlığı qurğularından çıxarılan çöküntünün durulaşdırılma əmsalı olub maddə 9.2.8.8-ə əsasən qəbul edilir;
Wç.h- su hazırlığı qurğusunun çökmə hissəsinin həcmidir, m3.
Emal edilən suyun xarakteristikası və emal üsulu
|
Fırlanan fermanın sonunun ən böyük hərəkət sürəti, m/s
|
Qatılaşdırmanın davam etmə müddəti, st
|
Qatılaşdırıcıdan çıxarılan çöküntünün orta nəmliyi, %
|
Koaqulyantla emal edilən az bulanıqlı sular
|
0,015
|
10
|
97,7-98,2
|
Koaqulyantla emal edilən orta bulanıqlı sular
|
0,025
|
8
|
96,8-97,3
|
Koaqulyantla emal edilən bulanıq sular
|
0,03
|
6
|
85,5-91,8
|
Maqnezium codluğu 25%-ə qədər olan suların yumşaldılması
|
0,025
|
5
|
80,0-82,7
|
Maqnezium codluğu 25%-dən çox olan suların yumşaldılması
|
0,015
|
8
|
87,3-90,9
|
Artıq dəmirin sudan reagentsiz çıxarılması
|
0,015
|
8
|
91,4-93,2
|
Artıq dəmirin sudan reagentlə çıxarılması (koaqulyant, əhəng, kalium permanqanat və s.)
|
0,025
|
10
|
96,8-97,7
|
13. Qatılaşdırıcıların sayı çöküntünün qurğulardan çıxarılma qrafikinə əsasən fasilə ilə qəbul edilməsinin təmin olunmasına və qatılaşdırma üçün tələb olunan müddətə əsasən qəbul edilməlidir.
14. Bir pilləli süzmə və sudan artıq dəmirin kənar edildiyi sutəmizləyici komplekslərdə qatılaşdırıcılardan yuma suyu durulducuları kimi istifadəyə yol verilir.
15. Çöküntünün qatılaçdırıcılara verilməsi, bir qayda olaraq, özüaxımlı təmin edilməlidir. Qatılaşdırılmış çöküntünü mexaniki susuzlaşdırma qurğularına nəql etdirmək üçün monjuslar, yaxud plunjer tipli nasoslardan istifadə tövsiyə olunur.
16. Boru kəmərlərinin hidravlik hesabatı nəql etdirilən çöküntünün xassələri nəzərə alınmaqla yerinə yetirilməlidir.
Toplayıcılar
17. Toplayıcılar, şəffaflanmış və çöküntünün sıxlaşmasından ayrılan suyu kənarlaşdırmaqla çöküntünü susuzlaşdırmaq və yığmaq üçün layihələndirilir. Çöküntünün toplayıcıya verilməsinin hesabi müddəti beş ildən az qəbul edilməməlidir.
Toplayıcı kimi yarğanlardan, istismar olunmayan kayerlərdən, yaxud dərinliyi 2 m-dən az olmayan və ətrafı torpaq bəndlə hasarlanmış planlaşdırılmış təbii meydançalardan istifadə etmək lazımdır. Çöküntüdə toksik maddələr aşkar edildikdə toplayıcılarda süzülməyə qarşı ekran yaradılmalıdır.
18. Toplayıcının həcmi (2) düsturu ilə hesablanmalıdır.
burada q- sutəmizləyici kompleksin hesabi su sərfi, m3/st;
Ca.m- emal edilən suda asılı maddələrin orta illik qatılığı, qr/m3 (maddə 9.2.7.3-ün (11) düsturu ilə hesablanır);
Pç1,Pç2,Pç3n- nəmliyin orta miqdarı,%;
1, 2, n- birinci, ikinci və n-ci ildənsonra çöküntünün sıxlığı, ton/m3 (oxşar şəraitdə işləyən toplayıcıların istismar göstəricilərindən, onlar olmadıqda isə şək.1 və şək.2-dən təyin edilir.
19. Toplayıcı illər üzrə növbə ilə işləyən ən azı iki bölmədən ibarət qəbul edilməlidir. Belə halda çöküntü şəffaflanmış suyun kənar edilməsiylə bir bölməyə axıdılmalıdır. Bu zaman qalan bölmələrdə əvvəl axıdılmış çöküntünün qış aylarında dondurulmaqla, yay aylarında isə qurudulmaqla susuzlaşdırılması və sıxlaşması prosesi gedəcəkdir.
20. Çöküntünü verən və suyu kənarlaşdıran tərtibatlar toplayıcıların əks tərəflərində yerləş-dirilməlidir.
Çöküntü verən tərtibatlar arasındakı məsafə 60 m-dən çox olmamalıdır.
Suyu kənar edən tərtibatların konstruksiyası toplayıcıların dərinliyi boyu istənilən səviyyədən suyun kənarlaşdırıla bilməsini təmin etməlidir.
Dondurma meydançaları
21. Çöküntünü susuzlaşdırmaq üçün dondurulma meydançaları ildə iki aydan az olmayan dayanıqlı şaxtalar olan rayonlarda qəbul edilməlidir. Dondurulmuş çöküntü 1-3 ildən sonra toplama yerlərinə daşınır.
Şək.1. Suyun şəffaflanması və rəngsizləşdirilməsindən yaranan çöküntülərin çoxillik sıxlaşmasından
sonra nəmlik və sıxlığının orta qiymətləri (Pç- çöküntünün nəmliyi, %; -sıxlıq, t/m3)
Təmizlənən suda asılı maddələrin miqdarı – B, mq/l; reagentlər – R;1-B<50; R- Al2(SO4)3; 2-B<50; R-Al2(SO4)3+PAA; 3-B<50; R-Al2(SO4)3+PAA+Ca(OH)2; 4-B=50-250; R- Al2(SO4)3; 5-B=250-1000;R- Al2(SO4)3; 6-B=1000-1500; R- Al2(SO4)3; 7-B>1500; R-PAA, yaxud reagentsiz təmizləmə
Q e y d. Nəmlik bütöv, sıxlıq qırıq xətlə verilmişdir.
|