• İstifadə edilmiş ədəbiyyat
  • AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ Əlyazması hüququnda




    Download 289.95 Kb.
    bet3/25
    Sana02.07.2021
    Hajmi289.95 Kb.
    #15345
    1   2   3   4   5   6   7   8   9   ...   25
    Nəticə və təkliflər...........................................................................................

    74-78







    İstifadə edilmiş ədəbiyyat ..........................................................................

    78-80

    Giriş
    Mövzunun aktuallığı. İnovasiya fəaliyyəti iqtisadi inkişafı və rəqabətliliyi təmin etmək üçün yeni ideyaların, elmi biliklərin, texnologiya və məhsulların müxtəlif istehsal və idarəetmə sahələrinə tətbiq edilməsidir. İnnovasiya-yüksək səmərələliyə malik yeniliyin tədbiqi, insanın intellektual fəaliyyətinin, kəşfinin, ixtirasının son nəticəsi. İnnovasiya fəaliyyətinin nəticəsi yeni vəya təkmilləşdirilmiş məhsul (iş, xidmət), texnoloji proses, həmçinin ictimai münasibətlərin müxtəlif sahələrində təşkilati-texniki, maliyyə-iqtisadi vədigər hallar hesab edilir.

    «İnnovasiya» termini latın dilində «innovato» sözündən olub, «yenilənmə» və «yaxşılaşma» deməkdir.Termin elmi tədqiqatlarda XIX əsrlərdə meydana gəlib. «Iqtisadi innovasiya» anlayışı XX əsrin əvvəllərində Avstriya iqtisadçısı Yozef Şumpeterin «The Theory of Economic Development» (1934) əsərindən geniş ictimaiyyətə daxil oldu.

    Son on il ərzində Azərbaycan dünyada ənsürətli templərlə inkişaf edən dövlət kimi tanınır. Bunun başlıca səbəbi elmi əsaslara söykənən iqtisadi islahatların siyasi islahatlarla tamamlanması, uzlaşdırılmasıdır. Azərbaycanın bu təcrübəsi dünyada maraqla qarşılanır və öyrənilir. Dövlətimizin başçısının qarşıya qoyduğu ən mühüm vəzifələr sırasında sosial-iqtisadi inkişafın innovativ və kreativ vasitələrlə sürətləndirilməsi mühüm yer tutur. İnnovasiya hadisələrinin intensivliyinin artması hazırda qlobal iqtisadi sistemdə baş verən dəyişikliklərin mühüm istiqamətlərindəndir. İnkişaf etmiş ölkələrdəÜDM-in artımının 75-90 faizi, MDB ölkələrində isə 10 faizi innovasiya sektoru hesabına təmin olunur. Mövcud qiymətləndirmələrə əsasən, MDB-ölkələri innovasiya sahəsindəki gerilik nəticəsində ildə orta hesabla 1,214 milyard dollar vəsait itirir.

    Əgər ölkə yeni dünya bazarlarına çıxışı planlaşdırırsa, onda məhz innovativ iqtisadi artım ona belə imkanı təmin edə bilər, çünki innovasiyalar yeni malların yaradılmasını təklif edir, buhalda sərt rəqabətlə artıq mövcud olan bazarlarda möhkəmlənməyə calışmaqdansa yeni bazarların yaradılması və onlarda lider mövqeləri tutmaq daha məqsədəuyğundur. Milli muəssisələrin və iqtisadiyyatın rəqabətə davamlılığının artırılması məqsədi ilə ölkəmizin istehsal və innovasiya texnologiyalarının tətbiqi sahəsində başqa aparıcı ölkələrdən geriliyini minimuma endirmək əsas hədəflərdən biridir. Bununla əlaqədar olaraq-innovasiya fəaliyyətinin inkişafının stimullaşdırılmasına yönəldilmiş müxtəlif tədbirlər işlənməli və tətbiq edilməlidir.

    İnnovasiya muhiti üçün əlverişli şəraitin yaradılması prosesi olduqca mürəkkəb və resurs həcmlidir və burada tənzimləyici rol dovlətə məxsusdur.Buna görə innovasiya fəaliyyətinin stimullaşdırılması üsullarından biri əlverişlivergi mühitinin yaradılmasıdır.

    İnnovasiya fəaliyyətinin subyektləri aşağıdakılardır:


    • innovasiya fəaliyyəti ilə məşğul olan huquqi və fiziki şəxslər;

    • müxtəlif mülkiyyət formalarına malik olan innovasiyanı həyata keçirən innovasiya müəssisələri;

    • innovasiya prosesində reallaşdırılan intellektual mülkiyyət sahibləri: ixtira, kəşf, sənaye istehsalın nümunəsi, layihə, qurğu, texnoloji hadisələr,“nou-hau”, dizayn müəllifləri;

    • innovasiyanın həyata keçirilməsinə investisiya yonəldən investorlar: banklar, fondlar, lizinq firmaları,vencurlar və s.;

    • innovasiya prosesinə xidmət gostərən və onun infrastrukturunu təmin edən vasitəcilər: konsaltinq və injinirinq firmaları, texnoparklar, texnopolislər, texnoloji inkubatorlar, texnoloji mərkəzlər, məlumat mərkəzləri və s.;

    • innovasiya fəaliyyətinin idarə edilməsində, koordinasiya edilməsində, tənzimlənməsində iştirak edən dövlət və yerli özünüidarəetmə təşkilatları.

    İnnovasiya fəaliyyəti məhsulları aşağıdakılardır:

    • innovasiya layihələri;

    • müəyyən sosial-iqtisadi, ekoloji səmərəni təmin edən istehsalda mənimsənilmiş texnoloji hadisələr;

    • elmi-texniki nailiyyətləri, nəticələri olan – prinsipcə, yeni və ya yaxşılaşdırılmış məhsullar (xidmətlər) və s.



    Download 289.95 Kb.
    1   2   3   4   5   6   7   8   9   ...   25




    Download 289.95 Kb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ Əlyazması hüququnda

    Download 289.95 Kb.