1.3 Siqnalların rəqəmsal siqnallara çevrilməsi. Rəqəmsal siqnalların
yaradılması.
Telekommunikasiya sistemləri sahəsində işləyən mütəxəsislərin siqnalları
rabitə xəttinə ötürmək üçün bir sıra tenologiyaları biləlidirlər. Bunlardan biri
10
onların rəqəmsal məlumatlara çevrilməsi texnologiyasıdır. İnformasiyanın rəqəmsal formada emal edilməsi telekommunikasiya sistemlərin inkişafına səbəb oldu. Bu emalın mahiyyəti odur ki, fiziki siqnallar ədədlər ardıcıllığına çevrilir və bunadan sonra hesablama qurğusunda riyazi dəyişikliyə məruz qalır. İlkin fiziki siqnallar zaman baxımından kəsilməz funksiyadır.
Analoji siqnallar- istənilən vaxt ərzində müəyyən olunan siqnallardır. Diskret sıra- ədədi ardıcıllığa deyilir ki, bu siqnalların rəqəmsal emalını göstərir.
Diskret sıra hesablamalardan təşkil olunmuşdur. Hesablama-siqnalın ayrıca vaxt anındakı qiymətidir. Belə ki, hesablamalar arasındakı zaman müddəti adətən bərabər götürülür.
Hesablamalar arasındakı zaman intervalı diskretləşmə dövrü (T) yaxud diskret addım adlandırılır. Diskretləşmə dövrünün tərsi olan kəmiyyət, diskretləşmə tezliyi adlandırılır:
Analoji siqnalların hesablamalar ardıcıllığına çevrilməsi hadisəsi
diskretləşmə adlanır. Belə çevirmənin nəticəsi - diskret siqnallardır.
Diskretləşmə tezliyini fD seçən zaman Kotelnikov teoreminin şərtlərinin fD 2
fB yerinə yetirilməsi gərəklidir, burada fB siqnalı rəqəmsal formaya çevirən
spektrin tezliyinin yuxarı həddidir. Diskretləşmə nəticəsində diskret siqnallar
alınır. Əhəmiyyəti ondan ibarətdir ki, interpolyasiya əməliyyatının köməyi ilə
ilkin siqnalları bərpa etməyə imkan verir.
|