Typical error – siqnalı yaradan prosesin orta qiyməti təyin edilərkən əldə edilən statistik səhvdir;
N – hesablanmış siqnalların sayıdır.
Bu düstur göstərir ki, N-nin kiçik qiymətləri üçün səhv böyükdür və artan N ilə səhv azalır. Bu qanunauyğunluq ehtimal nəzəriyyəsində səhvlərin N sonsuzluğa yaxınlaşdıqca sıfıra doğru getdiyini bildirən böyük ədədlər qanunu adlanır.
Alınan siqnalın standart sapmasını hesablayarkən, orta qiymət standart sapmanı azaldan statistik səs-küyə malikdir. Bu təhrifi kompensasiya etmək üçün standart sapma hesablandıqda, N sayının əvəzinə N-1 sayı siqnalın orta səviyyəsinə alınır. Başqa sözlə, standart sapma hesablamaq üçün düsturda ortalama N-1 üzərində olarsa, əmələ gələn proses üçün standart sapma əldə edirik; ortalama N-dən yuxarı olarsa, təhlil olunan siqnal üçün standart sapma əldə edirik.
Çox sayda hesablamalardan ibarət siqnalların statik işlənməsi üçün histoqramlardan geniş istifadə olunur. Histoqram, hər hesablanmış siqnalın mümkün qiymətləri üçün x oxu boyunca çəkildiyi bir qrafikdir (məsələn, 8 bitlik rəqəmlər üçün bu qiymətlər 0 ilə 255 arasındadır) və y oxu bu qiymətləri olan hesablanmış siqnalların sayını göstərir. Bütün histoqram qiymətlərinin cəmi hesablanmış siqnalların sayına uyğun olmalıdır:
N = Hi
N – siqnalın hesablanmış sayı;
Hi - histoqramda göstərilən qiymətdir.
22
Şəkil 1.8 Histoqramma misal
23
II FƏSİL. SİQNALLARIN RABİTƏ KANALINA ÖTÜRÜLMƏSİ 2.1 Telekommunikasiya sistemində siqnallar
Elektrik rabitəsi yaranan gündən əsas məqsəd elektromaqnit siqnallarını ötürücü sistemlə 1 məntəqədən digər məntəqəyə ötürmək olmuşdur. Ötürücü sistem dedikdə,o nərdə tutulur ki, dayaqlardan asılmış məftilli xətlər, cərəyankeçirici damarlara malik müxtəlif markalı və tipli kabellər, lazer optik siqnal keçirici optik şəffaf liflərindən hazırlanmış optik kabellər və nəhayət açıq mühitdə efirlə təşkil edilən radiokanallar ola bilər.
Elektromaqnit siqnalları ilə müxtəlif növlü informasiya sellərinin verilməsi mümkündür. Bunlar əsas etibarilə danışıq(nitqin), diskret DATA verilənlərin ötürülməsi və videotəsvirlərdir. Hal-hazırda onların kombinə edilmiş forması yaranmışdır və bu multimedia informasiya adlanır.
Adları sadalanan bu 3 mənbə və ötürücü sistemlər telekommunikasiya xidmətlərini təşkil edən operator üçün əsas tərkib hissə olaraq müasir
telekommunikasiyanın səviyyəsini xarakterizə edir. Adları sadalanan informasiya növləri on illərlə birgə fəaliyyət göstərir, ancaq hər bir sahə digərinə nəzərən müəyyən nisbətdə inkişaf etmişdir.
Şəkil 2.1.
Hələ 1996-cı ildə ABŞ-da məlum olmuşdur ki, DATA verilənlərin ötürülməsi növündə yaranan trafikin həcmi danışıq informasiya selinin yaratdığı trafiki üstələyir, onun artım tempi durmadan yüksəlir. Analoji hadisə 1999-cu ildə Avropa ölkələrində baş vermişdir. Bununla da, telekommunikasiya sektorunda yeni inkişaf erası başlanmışdır. Buna inteqrasiya edilmiş qərarlar
24
erası və elektrik rabitəsi növlərinin konvergensiyası deyilir, həmçinin İP protokolu dünya tərəfindən tanınmış və “defakto” olaraq multimedia informasiya sellərinin verilməsi üçün standart funksiyası yerinə yetirir. Əgər bura internet şəbəkə fenomenini də əlavə etmiş olsaq, aydın olar ki, telekommunikasiya sahəsində baş vermiş inqilabi dəyişikliklər informasiya şəbəkələrinin qurulmasına ciddi surətdə yeni yanaşma prinsipləri tələb edir. Artıq danışıq informasiyası telefon şəbəkələri ilə diskret məlimat verilişi şəbəkələri öz yerlərini dəyişib, yəni birincilik 1-cidən 2-ciyə keçib.
Ənənəvi diskret məlumat şəbəkələri kanal kommutasiya prinsipinə əsaslanır. Bu telefon rabitə şəbəkəsinə xas olan bir prinsipdir, lakin İP şəbəkəsində paket kommutasiya prinsipinin tətbiqində hər şey yerini dəyişir, yəni klassik telefon rabitəsi istər-istəməz diskret məlumat verilişi şəbəkəsinin tərkibinə uyğunlaşmalıdır.
Son illər telekommunikasiya texnologiyalarında transmissiya sitemləri geniş tətbiq edilir. Bu sinxron rəqəm ierarxiyalı konteyner sistemlərinin –SDH və spektral multipleksorlama texnologiyasının tətbiqidir. Baxılan bütün hallarda operatorlar üçün ən vacib şərt trafikin idarə edilməsidir. Bu məqsədlə RTP, RTSP, Differensial servis və s. protokolları hazırlanaraq tətbiq edilmişdir. TCP/İP protokolları ilə səs və danışıq informasiyalarının verilişində əsas şərtlərdən biri bu məqsəd üçün standartların və texnologiyaların hazırlanmasıdır. Müxtəlif istehsalçıların hazırladıqları avadanlıqlar bir-biri ilə asanlıqla uzlaşmalı və bununla da telefon aparatına daxil olan analoq formalı siqnalların marşrutlayıcıların portundan keçməklə fərdi komputerə daxil edilməsivə əksinə, fərdi komputerdən klassik şəbəkə abunəçisinə ötürülməsi üçün şərait yaratmalıdır.
|