Bərk ciSİm elektronikasi, radioelektron komponentləRİ, Mİkro və nanoelektronika ixtisası üzrə doktorluq imtahanının proqrami




Download 240,5 Kb.
bet10/15
Sana02.03.2022
Hajmi240,5 Kb.
#7648
1   ...   7   8   9   10   11   12   13   14   15
MİKROSXEMOTEXNİKA
4.1.Mikrosxemotexnikanın məsələləri. Mikro­sxem­lərin aktiv və passiv elementləri. Mikro­sxem­lərin topoloji strukturları.
4.2. Rəqəmsal texnikanın əsasları. Rəqəmlərin göstərilməsi və hesab əməliyyatlarının icrası. Cəbri-məntiqin əsasları və məntiq əməliyyatlarının icrası. Rəqəmsal sistemlərin quruluşu və iş prinsipləri. Sistemlərin alqo­rit­mik, funksional-struktur, məntıq və sxem layiləndirməsinin anlayışları.
4.3.Rəqəmsal mikrosxemlərin elementləri. Məntiq elementləri, onların statik parametr­lə­ri, iş rejim­ləri, keçid xarakteristikaları, maneə­dayanıqlığı, dinamik parametrləri. İş rejim­lə­ri­nin hesablan­ma­sı. Diod-transistor məntiqinin və tranzis­tor-tranzis­tor məntiqinin (TTM) elementləri. Emitter əlaqəli məntiqin element­lə­ri. Cərəyan çeviricisi: statik iş rejimi, maneə­­dayanıqlığı, dinamik xarakteris­ti­ka­la­rı. MDY tranzistorları üzərində açarlar, statik parametrləri, iş rejimi, keçid xarakteristikaları, maneə­dayanıqlığı, dinamik parametrləri. Qallium arsenidi üzərində olan mikrosxem­lərin məntiq elementləri. Məntiq element­ləri­nin müqayisəsi.
4.4.Kombinasiya edilmiş rəqəmli mikrosxemlər. Kombinasiyalı sxemlərin sintez metodikası. Kod çeviriciləri, şifratorlar və deşifratorlar, multip­lek­sor­lar və demultipleksorlar, cəmləyicilər və yarı­cəmləyicilər, hesab-məntiq qurğuları (HMQ).
4.5.Ardıcıl növlü rəqəmsal mikrosxemlər. Triggerlərin əsas növləri. Triggerlərin işinin sintezi ve analizi. Ardıcıl sxemlərin əsas sinifləri. Registrlər. Sayğaclar. Kod generatorları. Onların sintezi və analizi.
4.6. Y/k yaddaş mikrosxemləri: təsnifatı və əsas parametrləri. Statik OYQ (RAM), strukturu və parametrləri. Statik OYQ-nin xidmət proqramları. Dinamik OYQ. OYQ mikrosxemləri. Proqramlaşdırılan və təkrar proqramlaşdırılan OYQ. Saxlama elementlərinin tipik sxemləri.
4.7. Mikroprosessorlar və mikroEHM. Mikroprosessorun tipik strukturları. Mikroprosessorun registrləri. Analoq-məntiq qurğuları (AMQ) və registrlərin qarşılıqlı əlaqəsi.
4.8. Analoq strukturlar. Analoq funksiyaları, siq­nalları, sxemləri. Əsas analoq funksiyaları. AIS nomenklaturası. AIS sxemotexnikasının prinsipləri. Diferensial gücləndirici. Emitter təkrarlayıcıları.
4.9.Əməliyyat gücləndiriciləri (ƏG) və onların tətbiq­ləri. ƏG-nin parametrləri və xarakteris­ti­ka­ları. ƏG-də əks əlaqə. ƏG-nin əsas qoşulma üsulları. Cəmləyici gücləndiricilər. Loqarifmik çeviricilər. İnteqrator. Diferensiator. Avtogeneratorlar. Aktiv süzgəclər. ƏG-nin tezlik-faza xarak­teris­ti­ka­la­­rının korreksiyası üsulları. İnteqral komparatorlar. Səviyyə detektorları. Şmitt triggerləri, gözləyici multivibratorlar, taymerlər.
4.10.İnteqral gərginlik və cərəyan tənzimləyiciləri (İT). Ümumi təyinatlı İT-nin sxemotexnikası. İkincili qida mənbələri. İmpuls qida mənbələri.
4.11.Rəqəm-analoq və analoq-rəqəm İS və onların tətbiqləri. Rəqəm-analoq və analoq-rəqəm çeviriciləri; onların mikroelektron aparaturada istifadəsi. RAÇ-ın qurulma metodları və iş prinsipi. RAÇ-ın sxemotexnikası və parametrləri. Rezistor matrisləri, onların analizi. Analoq rəqəm çeviriciləri (ARÇ). Analoq komutatorları. ARÇ-nin sxemo­tex­nikası və parametrləri. ARÇ və RAÇ-ın analoq mikroprosessorlarda və giriş-çıxış qurğularında tətbiqi. Siqnalların analoq və rəqəmsal emal üsullarının müqayisəsi.



Download 240,5 Kb.
1   ...   7   8   9   10   11   12   13   14   15




Download 240,5 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Bərk ciSİm elektronikasi, radioelektron komponentləRİ, Mİkro və nanoelektronika ixtisası üzrə doktorluq imtahanının proqrami

Download 240,5 Kb.