Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1537 saylı




Download 2.02 Mb.
bet22/25
Sana28.04.2022
Hajmi2.02 Mb.
#20390
TuriDərs
1   ...   17   18   19   20   21   22   23   24   25
Bog'liq
C fakepathk.s -1 K TAB (2)

XI. Sobalar, onların quruluşu
Müasir kimya sənayesində bir çox fiziki-kimyəvi proseslər müxtəlif quruluşlu sobalarda yüksək temperaturlarda həyata keçirilir [56-58]. Kimya istehsalının texnoloji xətlərinin əksəriyyətində sobalar əsas avadanlıqlar hesab edilir. Bundan başqa kimya sənayesində sobalar termoreaktorlardır.
Sobalar xammal və materialların yüksək temperaturda emalı yolu ilə tələb olunan keyfiyyətdə alınması və qızdırılması üçün tətbiq olunan tərtibatlardır.
Sobalar istehsal sahəsinə, texnoloji və teplotexniki xüsusiyyətlərinə, həmçinin konstruktiv xüsusiyyətlərinə görə təsnif olunurlar.
Texnoloji, teplotexniki və konstruktiv xüsusiyyətlərinə görə sobaların tipi aşağıdakılardır:
1) Şaxtalı sobalar – reaksiya kamerası şaquli şaxta şəklindədir, material yuxarıdan yüklənir, aşağıdan ağırlıq qüvvəsinin təsiri ilə tökülür;
2) Retort sobaları – reaksiya zonası retort şəklində olur, hava daxil olur, istilik materiala divar vasitəsi ilə verilir;
3) Kameralı sobalar – material reaksiya kamerasına forsunka və ya digər tərtibatla daxil olur;
4) Rəfli sobalar –reaksiya kamerası üzərində material olan bir və ya bir neçə rəfdən ibarətdir;
5) Soyucu və mufel sobaları –alov kamerasında soyuducu və ya mufel qurulur;
6) Borulu sobalar –alov kamerasında daxilindən emal olunan maye və ya qaz axan borular yerləşir;
7) Karusel sobalar – reaksiya kamerasında bərk materialla birlikdə dib fırlanır;
8) Fırlanan sobalar – reaksiya kamerası üfqi və ya azacıq maili baraban şəklindədir, o fırlandıqda material hərəkət edir;
9) Tunel sobaları – reaksiya kamerası böyük uzunluğa malik üfqi kanal şəklindədir, material kanal boyunca lentlərdə, vaqoncuqlarda hərəkət edir;
10) Vanna şəkilli sobalar – reaksiya kamerasının dibi vanna şəklindədir, orada məhsul ərinmiş halda olur;
11) «qaynar»” laylı sobalar – reaksiya zonasında bərk faza –səpələnən material (toz şəkilli, doğranmış, dənəvər) layı qaz axını ilə asılı vəziyyətdə olur, birlikdə hərəkət etmirlər;
12) Asılı hissəcikli sobalar –reaksiya kamerasında olan asılı halda bərk və maye hissəciklər qaz axını ilə birlikdə hərəkət edirlər.
Soba qurğusu mürəkkəb bir aqreqatdır. Burada soba qurğusunun bütün elementləri qarşılıqlı əlaqəlidirlər. Bu elementlərə: soba özü –reaksiya fəzası; yanacağın yandırılması üçün qurğular (ocaq, odluq və s.) və ya elektrik enerjisini istilik enerjisinə çevirən aqreqatlar; birləşdirici hissələr (tüstü boruları, boru kəmərləri); sobanın hidravlik rejimini idarə etmək üçün cihazlar (şiber, siyirtmə və s.) aiddir. Sobanın elementlərinə, həmçinin köməkçi tərtibatlar: hava və qaz qızdırıcıları, utilizasiya qazanları, üfürücü ventilyatorlar; yüklənmə və boşaltma mexanizmləri, materialı sobaya daşıyan mexanizmlər; nəzarət ölçü və tənzimləyici aparatlar; tüstü soranlar və s. aiddir.
Maye, yaxud qaz halında olan xammala çoxlu miqdarda istilik vermək və onları yüksək temperatura qədər qızdırmaq üçün müxtəlif tip borulu sobalardan istifadə edilir. Sənayedə istismar edilən borulu sobaların əksəriyyəti radiant-konveksiya tipli sobalardır. Bu sobalarda xammal istiliyin əsas hissəsini (70-80%) soba boruları vasitəsilə radiasiya bölməsindən alır, konveksiya bölməsi isə köməkçi rol oynayır.
Sobanın tip-ölçü xüsusiyyəti onun şifrində göstərilir (məsələn, HaÜB4 946/15). Bu şifrin birinci rəqəmi yandırılma üsulunu göstərir və s.

Download 2.02 Mb.
1   ...   17   18   19   20   21   22   23   24   25




Download 2.02 Mb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1537 saylı

Download 2.02 Mb.