• 11.3. Konveksiya bölməsinin hesabı
  • Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1537 saylı




    Download 2.02 Mb.
    bet24/25
    Sana28.04.2022
    Hajmi2.02 Mb.
    #20390
    TuriDərs
    1   ...   17   18   19   20   21   22   23   24   25
    Bog'liq
    C fakepathk.s -1 K TAB (2)

    11.2. Radiant bölməsinin hesabı
    Qeyd etdiyimiz kimi sobanın radiant kamerasında istilikvermənin hesablanması mürəkkəb məsələdir. Çünki burada alovun közərmiş hissəciklərinin şüalanması, tüstü qazının üçatomlu komponentlərinini şüalanması, sərbəst konveksiya, divarın şüalanması, radiant kamerasının forma və ölçülərinin nisbəti, ekranlaşdırma dərəcəsi, yanacağın növü və yanma üsulu və s. bir çox amillər nəzərə alınır.
    Bununla əlaqədar olaraq radiant seksiyasının hesablanmasında müxtəlif empirik düsturlardan geniş istifadə edilir. Hazırda radiant seksiyasının hesablanması N.İ.Belokonun nəzəri əsaslandırılmış analitik metoduna əsasən aparılır [59-61]. Bu metodda ekvivalent mütləq qara səth (HS, m2) anlayışından istifadə edilir.
    Həqiqi ekranın şüalanma ilə aldağı istilik Q səthi arasındakı asılılıq belə ifadə olunur:
    (11.6)
    burada Q – həqiqi ekranın (səthi Fr, m2 olan) yalnız şüalanma hesabına aldığı istilik, Vt; CS = 5,67 Vt/(m2·K4) – mütləq qara cismin şüaburaxma əmsalı; Ta – aşırımda tüstü qazının temperaturu, K; θ – radiant borularının xarici səthinin orta temperaturudur, K.
    Həqiqi ekran, Q-dən başqa tüstü qazlarının sərbəst konveksiyası hesabına da müəyyən miqdarda Qrk istilik alır:
    (11.7)
    burada αk-sərbəst konveksiya ilə istilikvermə əmsalı, Vt/(m2·K); Fr-sobanın radiant seksiyası borularının səthinin sahəsi, m2.


    11.3. Konveksiya bölməsinin hesabı
    Koeveksiya seksiyasının xammal qızdırılan borularının səthi (Fk) adi istilikötürmə tənliyi ilə hesablanır:
    (11.8)
    İstilikötürmə əmsalı K verilən tənliyə əsasən tapılır:
    (11.9)
    Tüstü qazının temperaturu xeyli yüksək olduğundan onun istilikvermə əmsalının (αi) şualanmanın nəzərə almaqla belə bir düstur təyin edirlər:
    αi ≈ 1,1 (αk + αş) (11.10)
    burada αk-xammal-konveksiya boru dəstinə tüstü qazından konveksiya ilə istilikvermə əmsalı; αş-tüstü qazının şüalanma ilə istilikvermə əmsalı; 1,1-divarın şüalanma təsirini nəzərə alan istilikvermə əmsalıdır.
    İstilikvermə əmsallarının (αk və αş) hesablamaq üçün xüsusi düsturlar mövcuddur [1, 3]. Praktiki verilənlərə əsasən tüstu qazı üçün αi=23 – 52 Vt(m2·K); maye xammal üçün K≈αi götürülə bilər.
    Boruların seçilmiş diametrində, xammal verilən paralel axınların sayı axının daxil olduğu ilk borunun girişində sürətin tövsiyyə olunan qiymətinə görə seçilir; maye neft xammalı üçün ωk=0,8 – 2,5 m/san və qaz üçün ωk=8 – 15 m/san.



    Download 2.02 Mb.
    1   ...   17   18   19   20   21   22   23   24   25




    Download 2.02 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1537 saylı

    Download 2.02 Mb.