• Kütləvi cəmiyyət nəzəriyyəsinin xüsusiyyətləri
  • Yoxlama suallar
  • Ədəbiyyat siyahısı
  • Fikir liderləri və innovasiyalar diffuziyası konsepsiyaları




    Download 324,66 Kb.
    bet9/133
    Sana24.03.2017
    Hajmi324,66 Kb.
    #1647
    1   ...   5   6   7   8   9   10   11   12   ...   133

    3. Fikir liderləri və innovasiyalar diffuziyası konsepsiyaları 


    1920-ci illərdə kütləvi kommunikasiya effektləri öyrənilməyə başladıqdan sonra kütləvi kommunikasiyanın auditoriyaya bilavasitə, eyni ilə və birbaşa təsir göstərməsi haqqında təsəvvürlər qüvvədən düşmüş oldu.

    1920-ci illər – məhz bu dövrdə Peyn Fondunun sifarişi ilə kinofilmlərin uşaqlara təsirinin tədqiqi aparıldı, belə ki, kinomotoqraf kütləvi kommunikasiyanın yeni vasitəsi kimi geniş məşhurluq qazanırdı və ailə əyləncələrinin əsas formasına çevrilirdi. Tədqiqatın nəticələri geniş rezonans doğurdu: belə ki, onlar kinofilmlərin tamaşaçılara güclü təsirini təsdiq etdi. Lakin bu nəticələr digər KKV-nin tədqiqi zamanı təsdiq edilmədi ki, bu da “sehrli güllə” nəzəriyyəsini şübhə altında qoydu.

    1930-cu illərdə kütləvi kommunikasiyaların qısamüddətli effektlərinin tədqiqi aparıldı. Pol Lazarsfeld KK-ın effektlərinin tipologiyasını verdi – dərhal, qısamüddətli, uzunmüddətli və institutlular. Eləcə də o, bu effektlərin mümkün səbəblərini də göstərdi: mətnlərin ayrı-ayrı blokları – radioverilişləri, janr – sabun köpüyü, kütləvi kommunikasiya vasitələrinin iqtisadi və sosial strukturu (xüsusi və ya ictimai), kommunikasiya kanalının texnoloji təbiəti.

    Janr (fransuzcha genre - „koʻrinish“) - shakliy va tarkibiy xususiyatlar majmui bilan tavsiflanuvchi asar turi.

    Kütləvi kommunikasiya effektləri çərçivəsində bəzi nəzəriyyələr – Stivenson oyunu nəzəriyyəsi (auditoriya nəinki özünü bu və ya digər kommunikasiya vasitələri ilə eyniləşdiridi, hətta onlarla mübahisə edirdi) inkişaf edirdi. Kütləvi kommunikasiya effektlərinin öyrənilməsi gedişində kütləvi kommunikasiya nəzəriyyəsinin düzgün olmadığı aşkar edildi. Amerikalı alim Pol Lazarsfeld qərarın qəbul edilməsi üzrə kütləvi kommunikasiyaların – səsvermə, alış, kinoya getmə, fikri dəyişmə - təsirinin bir tədqiqatlarını apardı. O, 1940-cı ildə seçkiqabağı kompaniya zamanı Eri qraflığında (Ohayo ştatı) 600 ailənin sorğusunu apardı ki, müəyyən KİV-nin seçkiqabağı kompaniya zamanı qərarların qəbul olunmasına təsirini müəyyən etsin. Tədqiqatın nəticələri kütləvi cəmiyyət nəzəriyyəsinə ziddiyyət təşkil edirdi, belə ki, rəyi soruşulan respondentlərin əksəriyyəti (53%) seçki kompaniyasının əvvəlindən seçimlərini müəyyən etmiş və bundan sonra KİV-nin seçiciləri müəyyən namizədin tərəfinə çəkməyə səy göstərməsinə baxmayaraq fikirlərini dəyişməmişdi. Bakulev öz kitabında yazırdı ki, “Lazarsfeld tərəddüd edən seçicilərin fikirlərinin formalaşmasında medianın necə mühüm rol oynamasını sübut edəcək kifayət qədər dəlil aşkar etmədi”. Əksər respondentlər ümumiyyətlə nadir hallarda mediaya müraciət edirdilər, yalnız onlardan bəziləri müəyyən təsir hiss edirdi. Həmin seçicilər etiraf edirdi ki, onların seçiminə media deyil digər amillər (yaxınlarının, dostlarının, digər şəxlərin dilə tutmaları) təsirini göstərmişdir.



    Fikir lidrləri konsepsiyası (və ya məhdud effektlər nəzəriyyəsi)

    Bakulev: “Lazarsfeld olduqca ciddi nəticəyə gəldi: kütləvi informasiya vasitələrinin ən mühüm təsiri ondan ibarətdir ki, onlar seçicilərdə düzgün seçim etmələri əminliyini möhkəmləndirirlər”. maraqlıdır ki, öz seçimləri üzərində möhkəm dayananlar fəal şəkildə KİV-dən istifadə edir, tərəddüd edənlər isə digər şəxslərə - müstəqil nəzər nöqtəsi olan və namizədlərin çıxışlarında şəxsən iştirak edən nüfuzlu şəxslərə üz tuturdular. Bu tədqiqat əsasında Lazarsfeld fikir liderləri konsepsiyası adlandırılan konsepsiyanı vermiş oldu. Həmin nəzəriyyəyə əsasən nüfuzlu şəxslər, mütəxəssislər (kütləvi kommunikasiyalar deyil) seçki kompaniyası gedişində seçimi etməmiş seçicilər üçün başlıca informasiya mənbəyi oldu. Məhz KKV deyil, onlar qərarların qəbul edilməsinə daha təsirə malikdir. Lazarsfeld belə insanları fikir liderləri, məsləhət üçün onlara müraviət edənləri isə fikir tərəfdarları adlandırıdı.



    İnnovasiya diffuziyaları nəzəriyyəsinin cəhətləri

    İnnovasiya diffuziyaları nəzəriyyəsi.

    1962-ci ildə Everett Rocers informasiya diffuziyaları nəzəriyyəsini (innovasiyalar və ya uyğunlaşmalar nəzəriyyəsi) təklif etməklə informasiya axını və onun fərdə təsirikonsepsiyasına yeni yanaşma ortaya qoydu. Bu nəzəriyyə müxtəlif cəmiyyətlərdə yeniliklərin necə tətbiq edilməsi və uyğunlaşdırılmasını izah edirdi. O, insanlar tərəfindən yeni ideya və malların qəbul edilməsi prosesinin altı mərhələsini fərqləndirdi:



    • Diqqət (ilk əvəl yenilik haqqında kifayət qədər çox sayda insan daha çox KİV-dən xəbər tutmalıdırlar).

    • Maraq (Sonra yeni ideyaya və ya mala kiçik innovatorlar qrupu (əhalinin 2,5%) diqqət yetirir, onlar daha mobildirlər, öz çevrələrindən kənarda da əlaqələrə malikdirlər və risq etməyə hazırdırlar).

    • Qiymət (İnnovatorların arxasınca erkən tərəfdarlar (13.5%), əsasən hörmətli insanlar – fikir liderləri gəlirlər, onlar yeniliyi faydalı hesab edib sözlərinə qulaq asanları onu sınamağa inandırırlar).

    • Yoxlama (Sonra erkən çoxluq (34%) qoşulur – yeniliyin qəbul edilməsi dərəcəsi orta statistik xəttə çıxır).

    • Qəbul etmə (Sonra yeniliyi (ideya və ya malı) gecikmiş çoxluq (34%) tanıyır.

    • Təsdiq (Nəhayət geridə qalanlar qrupu və ya gecikmiş tərəfdarlar (16%) yeniliyə olan öz münasibətini dəyişir – bu əsasən mühafizəkar, bütün yeniloiklərə şübhə ilə yanaşan, tez-tez vəsait çatışmamazlığı hissə edən insanlardırlar.

    Belə hesab olunur ki, əgər əhalinin 6-dan 16-a qədər olan faizi qəbul edirsə yenilik qəbul edilmiş sayılır.

    Mənbə ətrafında qurulma, yəni, kommunikasiya prosesini həmin innovasiyanın tətbiq edilməsi haqqında qərar qəbul edən elitanın baxış bucağından nəzərdən keçirmədir.

    Medianın rolu minimuma endirilir – KİV yalnız yeniliklər haqqında məlumat verir və diqqəti cəlb edirlər. Dəyişiklik agentləri və fikir liderləri qərarların qəbul edilməsinə təsir göstərirlər.

    Məhdud effektlər nəzəriyyəsinin variantlarından biri.

    İnformasiyanın diffuziyası nəzəriyyəsi yeni məhsulun və ya ideyanın kütləvi şüurda tətbiq edilməsi ilə əlaqədar olan müxtəlif reklam və marketinq nəzəriyyələrinin əsasını təşkil edir.

    Kütləvi kommunikasiyaların məhdud effektlərinin digər nəzəriyyələri: fenomenoloji nəzəriyyə (KİV insanların davraşına olan mövcud göstərişləri və şablonları) və elitar plüeralizmi dəyişmir, onları möhkəmləndirir, gücləndirirlər (yeri gəlmişkən, bu heç də mütləq deyil)).

    XIX əsrin ikinci yarısında teleqraf və digər kommunikasiyaların meydana gəlməsi ilə kütləvi cəmiyyət və təbliğat nəzəriyyələri inkişaf etməyə bşladı. Bu dövrdə bir çox sosioloji nəzəriyyələr (Ogüst Konta, Herbert Spenser, F.Tennis) kütləvi cəmiyyət və təbliğat nəzəriyyələrinin əsas müddəalarının işlənmiş oldğu konsepsiyalar irəli sürürdü.

    Baxmayaraq ki, kütləvi kommunikasiyaların yeni vasitələri həmişə optimizmlə qəbul edilirdi, cəmiyyətşünasların əksəriyyəti həmin KİV-nə pessimizmlə yanaşırdı. Beləliklə kütləvi cəımiyyət nəzəriyyəsi yarandı ki, ona əsasən massmedia bütün neqativin rəmzinə çevrilirdi, beülə ki, ən aşağı zövqlərə yol verir, siyasi iğtişaşları alovlandırır, əsas mədəni və əxlaqi dəyərləri (Xyörstün sarı jurnalistikasını yada salın) pozurdular. Kütləvi cəmiyyət nəzəriyyəsi bir qayda olaraq hakimiyyətlərinə islahatların təhlükə doğurduğu ictimai elitaların rəğbətini qazanırdı. Media sənayesinin bəzi sahələri, misal üçün ucuz mətbuat onların tənqidi üçşün asan hədəf idi, belə ki, onlar daha çox sadə, sensasiyalı məzmundan istifadə etməklə cəmiyyətin aşaı qatlarına xidmət göstərirdilər. Bu gün televiziyanı zorakılığın və s. təbliğatı vasitəsi kimi tənqid edirlər.



    Kütləvi cəmiyyət nəzəriyyəsinin xüsusiyyətləri:

    · Hakimiyyət institutları və kütləvi kommunikasiya vasitələrinin qarşılıqlı asılılığı və qarşılıqlı əlaqəsi – KİV vasitəsi ilə cəmiyətə təbliğat.

    KİV – insanların manipulyasiya edilməsinin olduqca güclü alətidir – eyni zamanda ağır şəraitdə insanın psixoloji davam gətirməsinə kömək edir.

    KİV - ətraf dünyanı tanıma vasitəsidir. Bu prinsip səbəbindən bir çox xalq mədəniyyəti formaları məhv olub getmişdir ki, bu da əksər nəzəriyyəçilər tərəfindən mədəniyyətin tənəzzülü kimi qəbul edilmişdir (Kütləvi mədəniyyət).

    Bu nəzəriyyə yuxarıdan aşağıya doğru informasiyanın nəzarəti və süzgəcdən keçirilməsi nümunələrini ehtiva edir.

    Dünya iqtisadiyyat sisteminin müasir vəziyyəti industrial və postindustrial formadan elm və biliklər dövrünə keçidlə xarakterizə edilir. Bu ilk növbədə özünü qeyri-maddi aktivlərin fəallaşmasında, intellektual kapitala sərmayə qoyulmasına öncüllük verilməsində göstərir. Rəqabətli mübarizənin hazırkı vəziyyəti nəinki kapital və maddi ehtiyatlara yiyələnmək cəhdi, daha çox yenilərinə (innovasiya potensialına) sahib olmaq, onları işləmək və tətbiq etmək qabiliyyəti ilə fərqlənir.

    Yeni texnologiyaların yaradılması, onların bazasında yüksək keyfiyyətli mallar və xidmətlərin istehsalı, həmin mallar və xidmətlərlə dünya bazarlarına çıxış dünyanın aparıcı şirkətləri üçün öz inkişaflarının mühüm strateji məqsədini təşkil edir. Разработка новых технологий, производство на их базе высококачественных товаров и услуг, выход с этими товарами и услугами на мировой рынок являются для ведущих мировых компаний важнейшей стратегической целью своего развития. İnnovasiyalardan əldə edilən fayda onların işlənməsi və tətbiq edilməsi üzrə xərcləri təxminə 9 dəfə üstələyir.

    Yeni məhsulun hazırlanmasına təşviq edən bir neçə amil mövcuddur. Birincisi – bu həmin növdən olan yeniliyə real və ya potensial mövcud olan tələbatdır. Ixtira, sonra isə yeni məhsul cəmiyyətin sorğusunun cavabı, onun iqtisadi və sosial tələbatlarının nəticəsi kimi orataya çıxır. Müəssisə rəhbərliyinin vəzifəsi – həmin tələbatları aşkar və dərk etmək, onları tələb edən məhsulda reallaşdırmaqdır.

    İkinci amil – elmi-texniki tərəqqidir. Müəssisə menecmentinin vəzifəsi – göstərilən fəaliyyət sahəsində elm və texnikanın nailiyyətlərini daima izləmək, müəssisə tərəfindən buraxılan məhsulun həmin nailiyyətlərə müvafiq olmasını təmin etməkdir. Üçüncü amil isə rəqabətdir.

    İsthsalatın, təchizatın, realizə və idarəetmə fəaliyyətinin müxtəlif sahələrində təşkilatların fəaliyyət göstərməsi təcrübəsində müxtəlif innovasiyalar həyata keçirilir. İnkişafla əlaqədar olan innovasiyaları: məhsulları, xammal və materialları, idarəetmə sistemi elementlərini, məhsul və xidmətlərin realizə bazarlarını fərqləndirmək qəbul olunmuşdur.

    Yeni və ya təkminləşdirilmiş buraxılan məhsulları nəzərdə tutan ərzaq innovasiyaları özündə istehsalat müəssisəsinin rəqabət qabiliyyətinin təmin edilməsi üçün ən geniş yayılmış və mühüm innovasiya növünü əks etdirir.

    Innovasiya proseslərinin aşağıda göstərilən xüsusiyyətlərini fərqləndirmək olar:

    1. çoxlu sayda qarşılıqlı əlaqəli müxtəlif növlü işlərin yerinə yetirilməsi ilə proseslərin kompleks xarakteri (tədqiqatın aparılmasından tutmuş yeni malın bazarda tanıdılmasına qədər);

    2. yekun nəticələrin fərdi səylər və icraçıların potensial xüsusiyyətlərindən yüksək asılılığını müəyyən edən proseslərin texniki xarakteri;

    3. innovasiya proseslərinin iştirakçıları üçün risqləri doğuran innovasiyaların qeyri-müəyyənliyi və zəif proqlaşdırılması;

    4. onların tipikliyini mümkünsüz edən proseslərin eksklüzivliyi;

    5. yaradıcılıq prosesi nəticəsində əldə edilən elmi-texniki mənəvi cəhətdən qocalma sürəti;

    6. əməyin əksər nəticələrinin qeyri-maddi xarakteri (adətən yeni elmi-texniki informasiya) innovasiya prosesində yaranan mülkiyyət münasibətlərinin mürəkkəbliyi.

    İnnovasiya fəaliyyəti – innovasiyaların yaradılmasına. Sona çatdırılmış elmi tədqiqatlar və çalışmaların nəticələrinin realizə edilməsinə və ya elmi-texniki naliyyətlərinin bazarda realizə edilən yeni və ya təkminləşdirilmiş məhsula çevrilməsinə, praktiki fəaliyyətdə istifadə edilən yeni və ya təkminləşdirilmiş prosesə istiqamətləndirilmiş, eləcə də bununla əlaqədar olaraq əlavə elmi tədqiqatlar və çalışmalarla əlaqədar olan bir prosesdir.

    İnnovasiya prosesinə dörd əsas mərhələ: tədqiqat, layihə, istehsalat və kommersiya mərhələləri daxildir.

    Tədqiqat mərhələsində məhsulun iqtisadi və elmi-texniki cəhətdən müəssisənin potensialına, yeni məhsula olan mümkün tələbat haqqında informasiyanın təhlili nəticələrinə, bazarlardakı vəziyyətə, digər istehsalçıların rəqabət mövqelərinə, elmi-texniki imkanlara və məhsulun inkişafındakı məhdudiyyətlərə əsaslanan konsepsiyası formalaşdırılır. Birinci mərhələnin yekunu iqtisadi məqsədəuyğunluq, texniki imkanlar və yeni məhsulun əsas parametrləri haqqındakı rəy olmalıdır.

    İnnovasiya prosesinin ikinci mərhələsində yeni məhsulun hazırlanmış olan konsepsiyası əsasında həmin məhsulun layihələndirilməsi həyata keçirilir. Təcrübə-konstruktor çalışmaları, yeni məhsulun sınaq nümunələrinin hazırlanması və təcrübədən çıxarılması, eskizlərin hazırlanması da daxil olmaqla məmulatın detallı mühəndis çalışması həyata keçirilir.

    Istehsalat mərhələsinə istehsalatın texnoloji, təşkilati, planlı və ekoloji hazırlığı və yeni məhsulun istehsalının xüsusiyyətlərinin mənimsənilməsi daxildir.

    İnnovasiya prosesinin kommersiya mərhələsi marketinq tədqiqatları, həmin məhsulun realizə edilməsinin təşkili, eləcə də satışdan sonra xidmət (servis) sisteminin yaradılması da daxil olmaqla yeni məhsulun bazarda irəli çəkilməsi üzrə işlər kompleksini əks etdirir.

    Yeniliyindən asılı olaraq innovasiyalar bazis (fundamental) və yaxşılaşdırılmşlara (carilərə) bölünürlər. bazislilər – həmin məhsul və texnologiya sahəsi üçün prinsipcə yeni olanlardır. Yaxşılaşdırılmış innovasiyalar mövcud malları və ya texnologiyaları modernləşdirirlər.

    Nəzərə alaraq ki, yalnız bazis innovasiyaları müəssisəyə uzunmüddətli rəqabət üstünlüyünü təmin etməyə qadırdirlər həmin təsnifatın mühümlüyü nəticə olaraq bazarda tutduğu qabaqcıl mövqelərdir.

    Məzmunundan asılı olaraq innovasiyalar bu və ya digər məhsulun yaradılması və ya təkminləşdirilməsi ilə əlaqədar olan məhsullu, texnika və texnologiyaların hazırlanmsı və ya təkminləşdirilməsi ilə əlaqədar olaraq texnoloji, təşkilati-idarəetmə və maliyyə-iqtisadi məsələlərə toxunmaqla təşkilati-iqtisadi ola bilər.

    Rəqiblərə münasibətdə innovasiyalar şirkət tərəfindən ilk dəfə (rəqiblərindən əvvəl) həyata keçirilən pioner və şirkətin rəqiblərinin arxasınca həyata keçirdiyi təqib edənlər olurlar. .

    Istər pioner, istərsə də təqib edən innovasiyalarda həm mənfi, həm də müsbət cəhətlər vardır. Pioner innovasiyaları “birinci sürət” üstünlüyünə malikdir ki, bu da şirkəti bazarda liderlik mövqeyinə və deməli ki, yüksək qazanclara gətirib çıxara bilər. Digər tərəfdən, bazara yeni məhsulun, texnologiya və ya xidmətin çıxarılması həmişə uğursuzluq təhlükəsi ilə əlaqəlidir. Məsələ ondadır ki, əksər yeniliklər yeni tələbatların deyil, yeni biliklərin məhsuludur. Istehlakçıya isə yeni məhsuldan çox yeni gəlirlər lazımdır.

    İnnovasiya uğurla bazara çıxarılan və qazanc gətirən yeni və ya təkminləşdirilmiş ideyanın təcəssümü olmalıdır.

    İnnovasiya ideyasının biznes-inkişaf prosesi. Uğurlu biznesə doğru 11 addım:

    1. İdeyanın formalaşdırılması. Müəllif innovasiya ideyasının inkişaf etdirilməsi üzrə təklifini formalaşdırır;

    2. İstehsalatın real sektorunda ideyanın inkişafı üçün zəruri olan texnoloji və elmi potensialın tələblərinin toplanması (tələblər institutun təhlil bölməsi tərəfindən formalaşdırıla bilər). Bu mərhələdə ideya layihə eskizi formasını alır;

    3. layihənin texnoloji və marketinq ekspertizasının aparılması, bazarın tədqiq edilməsinin təşkili və proqnozlaşdırılan satış həcminin tərtib edilməsi;

    4. Biznes-planın hazırlanması, maliyələşdirmə mənbələrinin seçimi, strateji alyansların (investisiya layihəsi halında) formalaşdırılması;

    5. layihə üçün infrastruktur və komandanın yaradılması, layihənin idarə edilməsi sisteminin yaradılması, proseslərin köklənməsi;

    6. Fundamental və tətbiqi tədqiqatların aparılması;

    7. Tətbiqi sınaq-konstruktor çalışmaları, prototipin yaradılması;

    8. Məhsulun patentləşdirilməsi və hüquqi müşayəti;

    9. Məhsulun bazara çıxarılmasına hazırlıq (yekun məhsulun hazırlanması, lisenziyalaşdırma və sertifikatlaşdırma, istehsalatöncəsi hazırlıq, servis xidmətinin formalaşdırılması);

    10. Məhsulun bazara çıxarılması – marketinq və satış siyasətinin hazırlanması və realizə edilməsi, distribüter kanallarının formalaşdırılması;

    11. Bazarın genişləndirilməsi.

    Müəssisənin innovasiya fəaliyyəti ilk öncə buraxılan məhsulun (xidmətin) yüksək rəqabət qabiliyyətliliyinin yüksəldilməsinə istiqamətlənmişdir.

    Müəssisə tərəfindən innovasiya fəaliyyətinin həyata keçirilməsi üçün o, elə bir struktura və kökləməyə malik olmalıdır ki, bunlar sahibkarlıq atmosferinin yaradılmasına, yeniliyin xoşagələn imkan kimi qəbul edilməsinə yaradılmasına kömək etmiş olsun. Bu zaman bir sıra məqamları nəzər almaq lazımdır. İnnovasiya üçün əsas təşkilati prinsip cari işlərdən azad edilmiş ən yaxşı mütəxəssislərdən ibarət komandanın yaradılmasıdır. Sahibkarlıq və innovasiya fəaliyyəti, xüsusi ilə də kiçik müəssisələrdə daimi əsasda, xüsusən də məsələnin belə qoyuluşunun mümkünsüz olduğu yerlərdə aparılmamalıdır. Lakin fərdi olaraq innovasiyaların uğuru üçün məsul olan şəxsi təyin etmək lazımdır. O, yeni məhsulların, texnikaların, texnologiyaların vaxtında aşkar edilməsi və köhnələrinin əvəz olunmasına, istehsalat-təsərrüfat fəaliyyətinin hərtərəfli təhlilinə (biznesin rentgenoqrammasına), innovasiya tədbirlərinin hazırlanmasına görə cavabdehlik daşımalıdır.

    Bazar iqtisadiyyatı şəraitində fəaliyyət göstərən istənilən müəssisənin fəaliyyətinin başlıca daxili məqsədi qazancların maksimallaşdırılmasından ibarətdir. Bununla yanaşı, müəssisə və ya təşkilatın innovasiya fəaliyyətinin başlıca məqsədini yeni məhsul, müəyyən xasiyyətnamələrə malik (müəssisənin tələblərinə cavab verən) texnologiya, xammal, təşkilati və idarəetmə metodları və s. şəklində müəyyən innovasiyaların əldə edilməsi kimi də işarələmək olar. İnnovasiya fəaliyyəti müəssisənin qazanclarının maksimallaşdırılmasında həlledici rol oynayır. İnnovasiya fəaliyyətinin istiqamətləri dedikdəyenbi məhsul və texnologiyaların hazırlanması, eləcə də mənimsənilməsinə istiqamətlənmiş innovasiya layihələri başa düşülür.
    Xülasə

    Hər bir qrup yazılmış və yazılmamış normalara malik olur ki, onlar az və ya çox sərt üsullarla qrup üzvlərinə məcbur edilir. Normalar həmin qrupda qəbul edilən istehlak standartlarını əks etdirir.

    İstehlakçı sosiallaşma – yaşlı nəsildən kiçik nəslə bacarıqların, biliklərin, münasibətlər və mədəni dəyərlərin ötürülməsi prosesidir.

    İnformasiya diffuziyası nəzəriyyəsi yeni məhsul və ya ideyanın kütləvi şüura tətbiq edilməsi ilə əlaqəli olan müxtəlif reklam və marketinq nəzəriyyələrinin əsasını təşkil edir.

    İnnovasiya (yenilik) – yeni və ya bazarda realizə edilən məhsulun təkminləşdirilməsi şəklində realizə olunmuş, praktiki fəaliyyətdə istifadə edilən yeni və ya təkminləşdirilmiş texnoloji prosesin innovasiya fəaliyyətinin yekun nəticəsidir.

    İnnovasiya diffuziyası innovasiyanın yekun istehlakçıya qədər çatdırılması üzrə fəaliyyəti bildirir. Bu fəaliyyətə məhsulun irəli çəkilməsi kanallarının seçimi, realizə şəbəkəsinin təşkili və s. daxildir.


    Yoxlama suallar

          1. Qrupların təsnifat əlamətlərini danışın.

          2. Qrup normaları və konformizmin gücü nəyi bildirir?

          3. İstehlakçı sosiallaşmasının mahiyyəti nədən ibarətdir?

    1. İnnovasiya diffuziyası nəzəriyyəsinin mahiyyəti nədən ibarətdir?

    2. Fikir liderləri konsepsiyasını izah edin.



    Ədəbiyyat siyahısı

    1. Babaskin S.Y. İnnovasiya layihəsi. Riqslərin təhlilinin seçimi metodları və alətləri/ S.Y.babaskin – M.: Yuniti – Dana, 2009. – 2009.

    2. balyabina A.A. kiçik innovasiya müəssisələrinin rolu/ A.A.Balyabina// Regionşünaslıq. – 2011.. - №1. – səh..12-17

    3. Qumerova Q.İ. İnnovasiya təsisatlarının idarə edilməsi / Q.İ.Qumerova. - М.: Eksmo, 2009


    Download 324,66 Kb.
    1   ...   5   6   7   8   9   10   11   12   ...   133




    Download 324,66 Kb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Fikir liderləri və innovasiyalar diffuziyası konsepsiyaları

    Download 324,66 Kb.