• Mövzu-10 YOLLARIN AVADANLIQLARI VƏ ABADLAŞDIRILMASI PLAN
  • YOLLARIN AVADANLIQLARI VƏ ABADLAŞDIRILMASI
  • 5. Məlumatverici-göstərici nişanlar
  • Mövzu-11 YOLUN ABADLAŞDIRMA SXEMİ PLAN
  • IV dərəcəli yolda
  • Ixtisas: Yerquruluşu, torpaq və şəhər kadastrı Fənn: Ərazinin mühəndis təchizatı Müəllim: Məmmədova Aygül Mustafa qızı Kurs: II




    Download 8.07 Mb.
    bet8/10
    Sana26.12.2019
    Hajmi8.07 Mb.
    #5389
    1   2   3   4   5   6   7   8   9   10

    Bakının küçə və yolları









    Ədəbiyyat

    2.СНиП 2.02 05-85.

    3.В.Ф.Бабков, О.В.Андреев. Проектирование автомобильных дорог. Часть I, II. Москва, 1979.

    4.Y.M.Piriyev. Avtomobil yolları. Bakı,1999.

    Mövzu-10 YOLLARIN AVADANLIQLARI VƏ ABADLAŞDIRILMASI

    PLAN

    1.Yollarm avadanlıqları

    2.Avtomobil dayanacaqları

    3.Hərəkətə xidmət qurğular

    4.Yol nişanları, təyinatı,tipləri

    5.Yolun nişanlanması

    6.İstiqamətləndirici qurğular

    7Yol hasarları



    YOLLARIN AVADANLIQLARI VƏ ABADLAŞDIRILMASI

    Avtomobil yollannın layihələndirilməsi prosesində hərəkətin xidmətini, təşkilini, təhlükəsizliyini təmin edən kompleks tədbirlər nəzərdə tutulmalıdır. Sürücü və sərnişinlər uzaq məsafələrə gedəndə yemək yeməli və istirahət etməli, avtomobillər yanacaqla doldurulmalı və onlara texniki qulluq göstərilməlidir. Yerli sərnişin avtobus xətlərində örtülü dayanacaqlar - pavilyonlar qurulmalıdır. İstismar dövründə yolun təmiri və saxlanılması xidməti üçün yol maşın və mexanizmlərın qarajı, emalatxanalar, anbarlar, yol işçiləri üçün evlər nəzərdə tutulmalıdır. Sürücüləri yolda hərəkət rejimi barəsində məlumatlandıran və digər məsələləri aydıniaşdıran yol nişanlan və göstəriciləri qoyulmalıdır. Hərəkətin təhlükə- sizliyini təmin etmək üçün yolda hasarlar qoyulmalı, süni ilıqlandırma yaradıl- malıdır.

    Təyinatma və dayanan avtomobillərin sayına görə avtomobil dayanacaqları bir neçə növ olur:

    1. Uzun müddətli - yeməkxana və maqazinlər yanında;

    2.Mənzərəli istirahət meydanlan - yoldan kənar yerlərdə. Dayanmanın müd- dəti 2-3 saat, bəzi avtomobillər üçün - 10+12 saat.

    3.Qısa müddətli dayanmalar - mənzərəli yerlər, tarixi abidələr və s.

    4.Yolkənarı istirahət meydançaları - bir neçə avtomobildən ibarət kiçik qrupların 2-3 saatlıq istirahəti üçün (meşə talaları, su nohurlan və s.)

    5.Gediş hissəsinin yanında, yük maşınlarının dayanıb kiçik təmir işləri aparması üçün, 10-15 dəqiqəlik.

    I və II dərəcəli yolun şəhərə giriş sahəsində 50 avtomobillik dayanacaq nə- zərdə tutulur. İstirahət meydançalan 10-15 km-dən bir, III dərəcəli yolda isə 20- 30 km-dən bir qurulur. Meydançalar əsas yoldan ayırıcı zolaqla ayırırlar. Ayrıcı zolaqda yaşıl əkililər nəzərdə tutulur.

    Sərnişinlərin qorunması, nəqliyyatı gözləməsi üçün milli memarlıq tərtibatlı müxtəlif materiallı avtopavilyonlar quraşdırılır. Avtobus dayanacağı yaşayış mən- təqələrinə yaxın yerləşdirilir.


    Müasir avtomobil yollarında hərəkətə xidmət üçün aşağıdakı qurğular vacib-

    dir:


    1) avtomobillərə texniki xidmət qurğuları; 2) ictimai iaşə qurğuları; 3) uzun müddətli istirahət yerləri; 4) yol-istismar xidməti qurğuları; 5) yol nəzarəti və hə- rəkətin təhlükəsizliyi xidməti qurğuları; 6) yol telefonları.

    Yüksək dərəcəli yollarda yol qurğuları sərnişinlərə xidmət edir. Aşağı dərə- cəli yollarda yerli əhaliyə də xidmət olunur.

    Sürücünün marşrutda yol rejimi ilə tanış olması üçün, təhlükəsiz hərəkəti təmin etmək məqsədi ilə yol nişanlan qurulur və gediş hissəsində nişanlanma yerinə yetirilir. 1968-ci ildə qəbul olunmuş Beynəlxalq konvensiyaya görə yol işa- rə və siqnallan vahid' tələblər əsasında müəyyənləşdirilir. Respublikamızda 1.06.1972-ci ildən Dövlət standartına uyğun olaraq yeni yol işarələri tətbiq edilir.

    Bütün işarələr 7 nişan qrupundan ibarətdir: xəbərdarlıq, üstünlük, qadağan edici, məcburi hərəkət istiqaməti, məlumatverici-göstərici, servis, əlavə məlumat. Hər bir yol nişanının öz nömrəsi olur ki, onun birinci rəqəmi qrupun nömrəsinə uyğun olur, sonrakı rəqəmlər qrupda ardıcıl nömrəni və müxtəliflik mövcud olduqda onun ardıcıl nömrəsini əks etdirir. Üstünlük nişanlarından başqa müxtəlif qruplarda toplanan hər qrup yol nişanlarının özünə məxsus rəngi və forması vardır. Nişanların görünməsi üçün daxildən işıqlandırılmış nişanlar yolun süni işıqlandırılmış yerlərində qurulur. Süni işıqlandırılmamış yollarda işıqqaytarıcı səthli nişanlar tətbiq olunur. İşıqqaytarıcı səthli nişanların 100 m-dən az olmayan məsafədən görünməsi təmin edilərsə, onlann stasionar işıqlandırılmış yollarda da qurulmasına yol verilir. Yolun eyni kəsiyində üçdən artıq yol nişanı qoyulmasına icazə verilmir. Yol nişanlarının qurulmasından asılı olaraq onun alt hissəsindən örtüyə qədər olan məsafə belə qəbul olunur:

    1. Yaşayış məntəqələrindən kənar olan yolların qırağında 1,5-^2,2 metr

    2. Eyni ilə yaşayış məntəqələrində 2,4 metr

    3. Təhlükəsizlik adacıqlannda və yolun hərəkət hissəsində 0,6 metrdən az olmadan.


    1. Yolun hərəkət hissəsinin üstündə 5-6 metr təşkil etməlidir.

    Yolun hərəkət hissəsinin kənarından, yol çiyninin isə torpaq örtüyünün kənarından quraşdrılmış nişana qədər olan məsafə - 0,5/2,2 m, 5.20, 5.21 -5,27 nişanlarının qırağına qədər olan məsafə isə 0,5-5 m olmalıdır.

    Azərbaycan Respublikasmın müvafiq icra hakimiyyəti orqanlarının, yol hərəkəti təhlükəsizlik komissiyasının qərarı olmadan onların ərazisində yerləşən yollarda yol nişanları qurmaq qadağandır. Yollarda yol nişanlarının qurulması və onların lazımi vəziyyətdə saxlanılmasına nəzarət Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

    Müvafiq qərar olmadan yol nişanlarının qurulması üçün onları özbaşına quraşdıran şəxslər məsuliyyət daşıyırlar.

    1. Xəbərdarhq nişanları hərəkət zamanı şəraitə uyğun tədbirlər tələb edilən yolun təhlükəli sahəsinə yaxınlaşma və təhlükənin xarakteri barədə yol hərəkəti iştirakçılarına məlumat verir. Xəbərdarlıq nişanlarının əsas fərqləndirici əlamətləri (1.3, 1.4, 1.31 istisna olmaqla) onlann ağ fonda üçbucaqlı və qırmızı haşiyəli formasıdır. Bu nişanlar yaşayış məntəqələrindən kənarda 150:300 m məsafədə, yaşayış məntəqələrində 50:100 m aralıda quraşdırılır.

    2. Üstünlük nişanlan yol aynclarını, yolun hərəkət hissəsinin kəsişmələrini, habelə əks istiqamətlərdə hərəkət edən iki nəqliyyat vasitəsinin eyni zamanda keçməsinə imkan verməyən dar sahələrini keçmək növbəliyini göstərir. Üstünlük nişanları başqa qruplardan toplandığına görə vahid forma və rəng fonuna malik deyildir.

    3. Qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud ləğv edir. Onların dairəvi forması ağ fonu, mavi və qırmızı haşiyəsi vardır.

    4. Məcburi bərəkət istiqaməti nişanları sürücülərə nəqliyyat vasitələrinin hərəkətinin icazə verilmiş istiqamətinin sürətini, müvafıq nəqliyyat vasitələrinin hərəkətini, eləcə də piyadaların hərəkəti üçün nəzərdə tutulan yolları göstərir.

    5. Məlumatverici-göstərici nişanlar hərəkətin müəyyən rejimini tətbiq və ya ləğv edirlər, eləcə də yaşayış məntəqələrinin və başqa obyektlərin yerləşməsi ba- rədə məlumat verirlər. Bu nişanlann düzbucaq forması vardır. Onlar sürücülərin və hərəkətin digər iştirakçılannı yolun vəziyyətinin xüsusiyyətləri, yaşayış məntəqələrinin adları onlann keçmə qaydaları, küçələrin və yollann ayn-ayn sahələrində hərəkət rejiminin müəyyənləşdirilməsi üçün nəzərdə tutulmuşdur.

    6. Servis nişanları yollarda müvafiq obyektlərin yerləşməsi barədə məlumat verir. Servis nişanlarının düzbucaq forması, enli mavi haşiyəsi vardır. Müvafiq rəmzlər ağ fon üzərində təsvir olunur.

    7. Əlavə məlumat nişanlan birlikdə tətbiq olunduğu nişanların təsirini dəqiqləşdirir və ya məhdudlaşdırırlar.

    Yolun nişanlanması xətt, yazı və digər işarələrdən ibarətdir. Bunlar gediş hissəsinə, bordyurlara, yol qurğularının və avadanlıqlarının elementlərinin üzərinə çəkilərək hərəkətin qaydasını təyin edir, qurğuların qabaritini göstərir, yolun qorxulu sahələrini və istiqamətini nəzərə çarpdırır. Nişanlamanı aynca və ya yol ni- şanları ilə birgə tətbiq etmək olar. Nişanlama elementləri 2 əsas qrupa bölünür: üfüqi nişanlama və şaquli nişanlama.



    Üfüqi nişanlama ilə hərəkət axınının paylanması, dayanmasına qadağa yerləri, keçid-sürət zolağları, yola giriş, çıxış, qovuşma yerləri və s. göstərilir.

    Eninə üfüqi nişanlama ilə nəqliyyatın vacib dayanma yerləri, sürücünün digər avtomobilə yol vermə yeri, nizamlanmayan piyada keçidi, nizamlanan piyada keçidi, velosiped yolları ifadə olunur. Digər nişanlama ilə nəqliyyat hərəkətini ayıran adacıqlar, ictimai nəqliyyat dayanacaqları, icazə verilən gediş zolağı, ictimai nəqliyyat üçün gediş zolağı, yolun №-si, gediş hissəsinin daralmasına yanaşma yerləri nəzərə çarpdırılır.

    Şaquli nişanlama ilə yol qurğularmın elementlərini, körpü, tunel, yol ötü- rənin aşınm konstruksiyasının aşağısını, ayırıcı zolaqda dəyirmi tumbaların, hasar- layıcı qurğuların, təhlükəsizlik adacıqlarının bordyurlarını işarə edirlər.

    Üfüqi nişanlamada ağ və sarı rəng, şaquli nişanlamada ağ və qara rəng zo- laqları tətbiq olunur. Sürətli yollarda yol nişanlaması işıqqaytaran materialdan ol- malıdır. Gediş hissəsinin nişanlanması üçün termoplastik, nitroemal, süni və təbii ağ rəngli material istifadə edilir. Şaquli nişanlanmanı PXV-1, XSE-1 və s. emalları ilə yerinə yetirirlər. Üfüqi və şaquli nişanlamanın xətt və zolaqlarının ölçüləri xüsusi dövlət standartlarının tələblərinə uyğun qəbul edilir.

    Sürücüyə hərəkət istiqamətinin dəyişməsi, gediş hissəsinin və çiyinlərinin kənarı, qorxulu sahələrin forma və uzunluğu (xüsusən də sutkanın qaranlıq vaxtında) barəsində məlumat vermək üçün istiqamətləndirici qurğular tətbiq olunur. Bunlara istiqamətləndirici dirəklər, işıqlı tumbalar, tavacıqlar, işıq əksedən düymə və qurğular, səyyar çəpərlər, dirəklər, konuslar, payalar və s. aiddir.

    İstiqamətləndirici dirəklər dəmirbetondan, metaldan, ağacdan, plastik materialdan hazırlanır, üzərinə nişanlama çəkilir. Dirəklərin korpusunun üzərinə işığı əks edən lövhə və ya katafot vurulur. Dirəklər yol yatağının çiynində, qaşdan ən azı 0,35 m məsafədə qurulur.

    Siqnal işıq tumbaları yolun və küçələrin işıqlı sahələrində sürücülərə ada- cıqların, piyada keçidinin, yol ötürənin dayaqlarının yerlərini göstərmək üçündür.

    Düymələr, tavacıqlar və digər vasitələr qaranlıq və yağışlı havada uzununa nişanlamanın yaxşı görünməsi üçün tətbiq olunur. Bunlarda da işığı əks edən elementlər quraşdırıla bilər.

    Avtomobilin tökmə yamacından gözlənilməyən sürüşməsinin, körpüdən aşmasının, ayırıcı zolağı kəsməsinin, qurğulara çırpılmasının qarşısım almaq üçün və piyadaların hərəkətini nizamlamaq məqsədi ilə yol çəpərləri (hasarları) quraş- dırılır. Bunlar funksional təyinatına görə 2 qrupa bölünür: 1) güc təsirinə hesab- lanmış konstruksiyalar; 2) piyadalann hərəkətini tənzimləyən. 1-ci qrup hasarlar 2 növ olur: istiqamətləndirici və dayandırıcı (saxlayıcı). Istiqamətləndirici hasarlar alçaq hasar-baryer tipli, məhəccər (parapet) tipli, bordyur tipli və qanşıq tipli ola bilər.

    Dayandırıcı hasarların təyinatı avtomobilin frontal zərbəsindən alınan ki- netik enerjini yayıb azaltmaqdır. Bunlara bir qrupda bağlanmış boş metal çəllək- lər, avtomobil təkərləri misal ola bilər.

    İnşaat norma və qaydalarının (İN və Q 2.05.02-85) tələblərinə görə avtomobil yolunun yaşayış məntəqəsi sahəsində; yolun qorxulu hissələrində, böyük körpülərdə, avtobus dayanacaqlarında, I və II dərəcəli yollann kəsişməsində, də- mir yolu ilə kəsişmələrdə, dairəvi kəsişmələrdə və istehsalat müəssisələrinin ya- naşma yollarında həmçinin tunellərdə süni elektrik işıqlandınlması nəzərdə tutulmalıdır. Işıq dirəkləri əsasən torpaq yatağının qaşından ən azı 0,5 m aralı quraşdınr. İşıq dirəkləri gediş hissəsinin eni 12 m-ə qədər olsa, yolun bir tərə- fində, çox olarsa, yolun hər iki tərəfində düzbucaqlı və ya şahmat qaydasında dü- zülür.

    Avtomobil yolunu layihələndirəndə, yolun abadlaşdırılması qrafiki tərtib olunur. Qrafikdə sxematik olaraq hərəkətin təşkilinin əsas qurğu və texniki vasi- tələrinin yerləri göstərilir. Lakin bu qrafik tam təsəwür yaratmadığı üçün mü- rəkkəb yerlərin və ya da bütün yolun abadlaşdırma sxemini tərtib etmək tələb olu- nur. Sxemi 1:500 (yaşayış məntəqəsində 1:200) miqyasmda çəkirlər, bütün nişan və siqnalların yerlərinin dəqiq piketaj vəziyyəti göstərilir. Sxemin tərtibi belə ardıcıllıqla apanlır: 1) yol nişanlarının qoyulması. 2) yol nişanlanması, 3) yol çə- pərlərinin və istiqamətləndirici dirəklərin qoyulması, 4) yolun qorxulu sahələrinin işıqlandırılması tədbirləri. Sxemin tərtibi 8 mərhələdə yerinə yetirilir: 1) göstərici nişanlar qoyulur. 2) yolu yaşayış məntəqələri və digər sahələr kimi 2 hissəyə bölürlər, konflikt sahələri təyin edib təldbirlər planı yerinə yetirirlər, 3) əsas konflikt zonalarda yol nişanlanması çəkilir, 4) yol nişanlarının növləri və sayları təyin olunur, 5) piyadaların ciddi zədə ala biləcəyi qorxulu yerlər qeyd olunur, hasarlama çəkilir, 6) işıqlandırmanın ilkin sxemi tərtib olunur, sonra dəqiqləşdi- rilir, 7) yolun abadlaşdırılması sxemi dəqiqləşdirilir, 8) yekun mərhələsində sxemi marağı olan təşkilatlarla razılaşdırırlar.

    Avtomobil yollarındakı ağac və kollar həm texniki məqsədlər (yolun mü- hafizəsi), həm də memarlıq-bədii tərtibat məqsədi üçün əkilir.

    Qardan mühafizə əkililəri sıx çoxcərgəli ağac və kollardan ibarət olaraq qarı özündə saxlayır. Ən sadə qardan mühafızə əkilisinə canlı çəpərlər - 2 cərgəli sıx ağac və kollar misal ola bilər. Qaryığan meşə zolağları bir neçə cərgə alçaq sıx çətirli ağaclardan və zolağın arxasında əkilmiş bir neçə cərgə kollardan ibarət olur. Belə zolaq küləyin sürətini azaldır, qarı özündə saxlayır.

    Mövzu-11 YOLUN ABADLAŞDIRMA SXEMİ

    PLAN


    1. Yolun süni işıqlandırılması.

    2. Yolun abadlaşdırma qrafiki.

    3. Yolun yaşıllaşdırılması.

    4. Hərəkətin təhlükəsizliyi tədbirləri

    Günün qaranlıq vaxtlarında yolda avtomobillərin hərəkət rejimi gündüz vaxtlarından kəskin fərqlənir. Gündüz vaxtı normal işıqlanma zamanı sürücü pred­meti 1 km uzaqdan görə bilir. Gecə vaxtı avtomobilin işığında yol örtüyündəki predmet yalnız 100-130 m məsafədən görünür. Yol-nəqliyyat hadisələrinin miq­darı qaranlıq dövrlərdə dəfələrlə artır, ölüm hadisələri gündüz saatlarında oldu­ğun­dan 2,5 dəfə çox olur. Qəzaların sayı yaşayış məntəqələrində daha çox baş verir.

    Gecə saatlarında sürücünün istiqamətləndirilməsini yaxşılaşdırmaq üçün bir çox üsullar tətbiq edilir:



    yol geyimini açıq rəngli materiallardan tikirlər; yolun oxunu işarələyirlər (markirovka); işıqlı kənar zolaqlar qururlar; işığı əks etdirən səthli yol nişanları quraşdırılır, istiqamətləndirici qurğular qoyulur; ayırıcı zolaqda işığa qarşı ekran quraşdırılır; süni işıqlanma yaradılır.

    Gecə vaxtı yolun görünməsi şərtlərinin nəzərə alınması yol trassasının ke­çirilməsində müəyyən əhəmiyyət kəsb edir, çünki kiçik radiuslu əyrilərdə dönərkən avtomobilin işıqları yol örtüyünü işıqlandıra bilməyir.



    Açıq rəngli yol örtüyü almaq üçün sementbeton örtük və açıq rəngli daş materiallarından (kvarsit, kvars porfiriti, qraodiorit) tərtib olunmuş geyim qurulur. Örtüyün üst səthini ağ rəngli süni daş materialları ilə («lyuksovit», «sinopal», «termolit», «dorsil») emal etdikdə daha yaxşı effekt almaq olur. İşığı əks edən ilk qurğular şüşədən hazırlanan katafotlar («pişik gözləri») olmuşdur (1930-cu il, britaniyalı Persi Şou). İşığı əks etdirən təbəqənin əsas ele­menti yüksək keyfiyyətli optik şüşələrdən hazırlanan kiçik kürəciklər layıdır (40-80 mkm).



    Gecə saatlarında avtomobillərin hərəkətinin yaxşılaşdırılması tədbirlərindən ən effektlisi süni işıqlandırma hesab edilir. Süni işıqlandırma gecə vaxtı yol-nəşliyyat hadisələrinin miqdarını 50% qədər azalmağa imkan yaradır. İqtisadi hesabatlarla təyin olunmuşdur ki, süni işıqlandırma yol-nəqliyyat hadisələrinin iqtisadi itkilərini xeyli azaldır. Qeyd edək ki, süni işıqlandırmanın dəyəri ümumi yol tikintisinin dəyərinin cəmi 2-4%-ni təşkil edir.

    Bütün yol boyu süni işıqlandırma yaratmaq praktiki mümkün deyildir, çünki böyük maliyyə xərcləri və elektrik enerjisini tələb edir. Buna görə əsasən yol kəsişmə və birləşmələri, keçidlər, dayanacaqlar, istirahət meydançaları, tunellər, dar körpülər, magistrallarda ara məsafəsi 1,5 km-dən az olan işıqlandırılmış kəsişmələr arasındakı sahələr, dəmir yolu keçidləri, yolun digər təhlükəli sahələri süni işıqlandırılır.

    Aşağıdakı yerləri süni işıqlandırmaq məsləhət görülür:

    1) IV dərəcəli yolda – insanların çox miqdarda toplaşdığı yerlər (klub, ki­noteatr, məktəb, vokzal);

    2) III dərəcəli yoldahəmçinin, yaşayış məntəqələrində səkilər və avtobus dayanacaqları;

    3) I və II dərəcəli yoldayaşayış məntəqələrində bütün yol boyu, mü­rəkkəb kəsişmə yerləri, avtobus dayanacaqları, yanacaq doldurma məntəqələri ətrafı, keçidlər, gediş hissəsinin eninin dəyişilmə yerləri.

    Yolun süni işıqlandırma səviyyəsi hərəkət şiddətliyi artdıqca yüksəlməlidir. Məsələn, həkərət şiddətliyinin 200-500 avt/saat qiymətində yol örtüyünün orta parlaqlığı 0,4 kd/m2, hərəkət şiddətliyi 2000 avt/saat qiymətindən çox olarsa – 1,0 kd/m2 olmalıdır.

    İşıqlandırıcıların yerləşməsi sürücünün baxışını istiqamətləndirməli və onun diqqətini qorxulu zonalara cəlb etməlidir.

    Qorxulu sahələri işıqlandırdıqda işıqlanması tədricən azalan 50 m uzunluqda keçid zonası nəzərdə tutulmalıdır ki, sürücünün gözləri işığa uyğunlaşa bilsin.

    Yolun işıqlı və qaranlıq sahələrinin sərhədləri yol-nəqliyyat hadisələrinin ən çox baş verən yerləridir. Bu səbəbdən tunnelə və şəhərdə müxtəlif səviyyəli kəsişmələrin yeraltı hissələrinin girişlərində gündüz saatlarında güclü işıqlanma yaradırlar ki, gün işığından süni işıqlanmaya səlis keçid alınsın.

    İnşaat norma və qaydalarının (СНиП 2.05.02-85) tələblərinə görə avto­mobil yolunun yaşayış məntəqəsindən keçən sahəsində, yolun qorxulu hissələrində, bö­yük körpülərdə, avtobus dayanacaqlarında, I və II dərəcəli yolların kəsişmə­sində, də­mir yolu ilə kəsişmələrdə, dairəvi kəsişmələrdə və istehsalat müəssisələrinin ya­naşma yollarında həmçinin tunellərdə süni elektrik işıqlandırması nəzərdə tu­tulmalıdır. İşıq dirəkləri əsasən torpaq yatağının qaşından ən azı 0,5m aralı quraşdırılır.



    Gediş hissəsinin eni 12 m-ə qədər olarsa, işıq dirəkləri yolun bir tərə­fində, çox olarsa - yolun hər iki tərəfində düzbucaqlı və ya şahmat qaydasında dü­zülür.



    Avtomobil yolunu layihələndirəndə, yolun abadlaşdırılması qrafiki tərtib olunur. Qrafikdə sxematik olaraq hərəkətin təşkilinin əsas qurğu və texniki vasi­tə­lərinin yerləri göstərilir. Lakin bu qrafik tam təsəvvür yaratmadığı üçün mü­rəkkəb yerlərin və ya da bütün yolun abadlaşdırma sxemini tərtib etmək tələb olu­nur. Sxemi 1:500 (yaşayış məntəqəsində 1:200) miqyasında çəkirlər, bütün nişan və siqnalların yerlərinin dəqiq piketaj vəziyyətlərini göstərirlər.

    Sxemin tərtibi belə ardıcıllıqla aparılır: 1) yol nişanlarının qoyulması. 2) yol nişanlanması, 3) yol çə­pər­lə­rinin və istiqamətləndirici dirəklərin qoyulması, 4) yolun qorxulu sahələrinin işıqlandırılması tədbirləri.

    Yolun abadlaşdırılması qrafiki

    Sxemin tərtibini 8 mərhələdə yerinə yetirirlər:



    1) göstərici nişanlar qoyulur; 2) yolu yaşayış məntəqələri və digər sahələr kimi 2 hissəyə bölürlər, konflikt sahələri təyin edib təldbirlər planı işləyirlər; 3) əsas konflikt zonalarda yol nişanlanması çəkilir; 4) yol nişanlarının növləri və onların miqdarları təyin olunur; 5) piyadaların ciddi zədə ala biləcəyi qorxulu yerlər qeyd olunur, hasarlama çəkilir; 6) işıqlandırmanıfn ilkin sxemi tərtib olunur, sonra dəqiqləş­di­rilir; 7) yolun abadlaşdırılması sxemi dəqiqləşdirilir; 8) yekun mərhələsində sxem marağı olan təşkilatlarla razılaşdırılır.

    Avtomobil yollarının yaşıllaşdırılmasının (ağac və kolların əkilməsi) 2 məqsədi vardır: texniki məqsədli (yolun mü­hafizəsi) və memarlıq-bədii tərtibat məqsədli (dekorativ).



    Yolun mühafizə yaşıllıqları aşağıdakı məqsədlərə xidmət edir:

    -eroziyayaya qarşı; qardan mühafizə; qumdan mühafizə; səs-küydən, zərərli qazlardan və tozlardan mühafizə.

    Qardan mühafizə əkililəri çoxcərgəli sıx ağac və kollardan ibarət olaraq qarı özündə saxlayır. Qar təhlükəsindən ən sadə mühafizə əkilisinə canlı çəpərlər - 2 cərgəli sıx ağac və kollar misal ola bilər. Qaryığan meşə zolağları bir neçə cərgə alçaq sıx çətirli ağaclardan və zolağın arxasında əkilmiş bir neçə cərgə kollardan ibarət olur. Belə zolaq küləyin sürətini azaldır, qarı özündə saxlayır.





    Profil

    Zolaqları yaratmaq məqsədi ilə əlavə təhkim zolağı üçün torpaq sahəsi ayrı­lır.



    Dekorativ əkililər yola gözəl görkəm verir, onun yeknəsəkliyini azaldır, yolu ətraf mühitə uyğunlaşdırır. Dekorativ əkililər komponovka prinsipinə görə 3 tip olur:


    Download 8.07 Mb.
    1   2   3   4   5   6   7   8   9   10




    Download 8.07 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Ixtisas: Yerquruluşu, torpaq və şəhər kadastrı Fənn: Ərazinin mühəndis təchizatı Müəllim: Məmmədova Aygül Mustafa qızı Kurs: II

    Download 8.07 Mb.