«İxtisasa giriş»




Download 1.12 Mb.
Pdf ko'rish
bet2/22
Sana24.11.2022
Hajmi1.12 Mb.
#31676
TuriMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   22
Bog'liq
M.Sunay-İxtisasa-giriş

2.İnsanın biosferə təsiri 
İnsanın biosferə təsiri çox böyükdür, belə ki, o, hər onillikdə daha da müxtəlif və böyük 
h
əcmli təsirə çevrilir. Bu təsir təkcə canlı orqanizmlərdə deyil, həm də ətraf mühitin 
h
ərəkətsiz (cansız) tərkibli hissəsində özünü göstərir. Bizi əhatə edən təbiət bu gün də 
insana, onun maddi v
ə mənəvi tələbatlarının ödənilməsinə xidmət edir. İnsanın təbiətə 
t
əsirinin ümumi dövrü 3,5 milyon ildən az deyil. Bizi əhatə edən təbiətdə ən böyük 
d
əyişikliklər 30-40 min il bundan əvvəl «Homo sapiens»-in (ağıllı insan) meydana 
g
əlməsi ilə baş vermişdir. İnsanın təbiətlə qarşılıqlı təsirini bir neçə mərhələlərə ayırmaq 
olar: biogen, tex- nogen v
ə neogen. Birinci mərhələdə insanın təbiətə təsiri heyvanın 
t
əsirindən fərqlənmirdi. Belə ki, insanlar yığım və hazır məhsulların (meyvə, kök, 
yarpaq, yumurta, yer heyvanlarının əti, balıq) mənimsənilməsi hesabına yaşayırdılar. 
Amerikalı ekoloq R.Y.Smit qeyd edir ki, özünün uzunmüddətli tarixi gedişində insan 
t
əbiətlə bilavasitə ünsiyyətdə olmuşdur (ovçu və yığıcı insan kimi). O eynən heyvanlar 
kimi t
əbiətin bir hissəsi olmuş və yaşayış məskənini onlarla bölüşdürmüşdür. Bu 
m
ənimsəmə təsərrüfat dövrü idi və neolitin gəlişindən 3 milyon il əvvəl (təxminən 10 000 
il bundan 
əvvəl) davam etmişdir. Neolit dövründə bəşəriyyət öz inkişafında nəhəng 
sıçrayış etmişdir. Geoloji ölçmələrə əsasən cəmi bir neçə minilliklər bundan əvvəl 
(biosferin mövcudluq tarixinin 0,0001%) - «bu yaxınlarda» insan əsasən geoloji amil 
olmuşdur. Qısa vaxt ərzində keçmişdə böyük dövlətlər yerləşən ərazilərdə - Nil 
vadisind
ə, Tiqrada, Evfrata, Amudəryada dəyişikliklər baş verdi. Təsərrüfatın köklü 
şəkildə mənimsəmə formasından istehsala keçid dövrü başladı. Əkinçilik və 
heyvandarlığın, onun ardınca peşə manufakturalarının inkişafı insanın biosferə təsirini 
gücləndirdi. Landşaft dəyişilir, meşə və otlaqların yerində əkin sahələri əmələ gəlirdi. 
Ovçuluğun maldarlığa keçidində istehsal əməyi 20 dəfə, yığımdan əkinçiliyə keçiddə isə 
400-600 d
əfə artmışdı. İngilis arxeoloqu H.Çayld bu prosesi «neolit inqilabı» 
adlandırmışdı. Ekoloji aspekt nöqteyi-nəzərindən bəşəriyyətin inkişafında bu mərhələni 
insanın təbiətə adaptasiyasından ətraf mühiti dəyişdirməyə keçidi kimi xarakterizə 
etm
ək olar. İnsanın təsərrüfat fəaliyyətinin miqyası o qədər artımdır ki, bütün canlı 
orqanizmin yaşaması üçün artıq kifayət qədər yer qalmamışdır. İnsan varlığı və onun 
sosial-iqtisadi sisteml
əri tədricən Yer kürəsini dolduraraq başqa növ canlıları və onların 
t
əbii sistemlərini görünməmiş sürətlə sıxışdıraraq məhv edir. Problem ancaq Yerdə 


m
əskunlaşanların sayında deyil, həm də onların kifayət qədər təbii ehtiyatlarla 
t
əminatının dəyişməsindədir. Ekosistemlərin məhv edilməsi ilə birlikdə bir çox bitki və 
heyvan növlərinin yoxa çıxması iqtisadi yüksəlişi məhdudlaşdıran amillərdən biridir.
Başqa sözlə, bioloji müxtəlifliyi qoruyub saxlamaqdan ötrü maddi vəsaitin qoyulmasının 
geniş proqramı tələb olunur. Bu vəsait üç əsas məsələnin həllinə sərf olunmalıdır: 1) 
elmi bazanın inkişafına; 2) təbiətdən istifadənin səmərəliliyinin təmin edilməsinə və 
dağıdılmış təbii irsimizin bərpasına; 3) planetimizdə bioloji müxtəlifliyin mühafizəsinin 
beyn
əlxalq mexanizmlərinin səmərəliliyinin artırılmasına. Elmi qıtlıq bioloji müxtəlifliyin 
mühafizəsində ən əsas maneələrdən biridir. Onu belə bir parlaq fakt təsdiq edir; elmi 
ədəbiyyatda canlı orqanizm növlərinin sayı barədə çox müxtəlif rəqəmlər göstərilir, bu 
say diapazonu 3- 
100 mln. arasında dəyişir. Həm də canlı varlıqların ayrı-ayn növlərinin 
qarşılıqlı təsir xüsusiyyətləri, növ müxtəlifliyinin həqiqi əhəmiyyəti, zəngin bitki və 
heyvan al
əminin və həssas təbiəti olan ərazilərin sabit inkişafının həlli yolları daha az 
öyrənilmiş elmi problemlərdəndir. Texnogen dövrün birinci mərhələsində kənd 
t
əsərrüfatı əməyi əsas rol oynayırdı. Əkinçilərin odlu-qırma sistemi meşələrin məhvinə 
v
ə aqrosenoz- larm yaranmasına səbəb olurdu. Bitki aləmi keyfiyyətcə dəyişilir və 
heyvan növlərinin çoxu itirdi. Dünyanın müxtəlif regionlarında (Şimali Afrika, Yaxın Şərq, 
Orta Asiya, Aralıq dənizi və başqaları) meşələrin yerində səhralar əmələ gəlirdi. 
Əkinçilik və maldarlığın əks nəticələri alimlər tərəfindən təsvir olunurdu. 
Mesopotamiyada, Yunanıstanda Kiçik Asiyada və başqa yerlərdə şumluq torpaq əldə 
etm
ək üçün meşələri qıran insanlar heç təsəvvür belə etmirdilər ki, bu yerlərin 
s
əhralaşmasının başlanğıcını qoymuş, onlar meşələrlə birlikdə rütubətin yığılması və 
saxlanılması mərkəzlərindən məhrum olmuşlar. Texnogen dövrdən sənaye mərhələsinə 
keçiddə əmək məhsuldarlığını artırmaqdan əlavə təsərrüfat sahələrinə yeni enerji 
m
ənbələrinin və hazır məhsulların cəlb edilməsi baş verdi. Mineral resursların sürətli 
istifad
əsi, meşələrin məhv edilməsi, torpaqların şumlanması hesabına sənaye şəhərləri 
v
ə rayonların əraziləri genişlənirdi. Əgər qədimdə insan yalnız 18 kimyəvi elementdən 
istifad
ə edirdisə, XVIII əsrdə artıq 25-29, XIX əsrdə 62 və 1915-ci ildə 69, 1985-ci ildə 
Yer qabığı tərkibinə daxil olan 89 kimyəvi elementdən istifadə olunurdu. Son vaxtlar hər 
il Yerin altından 150 milyard ton dağ süxurları (adambaşına 25 tona yaxın) çıxarılır, 
dünya çay axınının 13%-i istifadə olunur, dünya torpaq ehtiyatlarının 20%-ə qədəri 
intensiv şəkildə istismar edilir, yanacağın yandırılması nəticəsində atmosferə 20 milyard 
ton karbon qazı daxil olur ki, bu da bütün bəşəriyyətin tənəffüsündən 15 dəfə çoxdur. 
M
əişət və sənaye çirkabları 3 milyard tona çatır. Əhalinin istifadə etdiyi şirin suyun 
miqdarı 3000 km1, dünya şəhərlərinin məişət- kommunal və sənaye axintılannın illik 
miqdarı isə 500 km3 təşkil edirdi. Hər il 500 milyon ton mineral gübrələr və 4 milyon ton 
z
əhərli kimyəvi maddələr istifadə edilirdi. Yer üzərində təxminən 500 milyon avtomobil 
vardır ki, bunlar da 400 milyon ton karbon oksidini, 100 milyon ton müxtəlif 
karbohidrogenl
əri, böyük miqdarda azot oksidinin, qurğuşun birləşmələrinin və digər 
z
əhərli maddələrin havaya buraxılmasım təmin edirdilər. V.A.Kovdamn məlumatlarına 
görə, Yer kürəsində 500 min müxtəlif zəhərli maddələr istehsal olunur ki, bunlar da 
torpaqda k
ənd təsərrüfatı ziyanvericilərinə qarşı mübarizədə istifadə edilir. 
S
ənayeləşmə dövrünün başlanğıcında biosferin bütün komponentlərinin qlobal 
k
əmiyyət-keyfiyyət dəyişmələri, ayn-ayn yerlərdə isə onların deqradasiyaları baş verdi: 
İnsanın biosferə təsirinin müxtəlifliyini 4 əsas formaya ayırmaq olar. 1. Yer səthinin 


strukturunun d
əyişməsi (meşə zolaqlarının azalması, səhra zonalarının genişlənməsi, 
su anbarlarının və kanalların yaradılması); 2. Biosferin tərkibinin dəyişməsi, onun 
madd
ələrinin dövretmə və balansa qoşulması (mineral maddələrin çıxarılması, 
tullantıların, çirklənmənin yaradılması, rütubətliliyin dəyişməsi və s.); 3. Biotların 
d
əyişilməsi (bitkilərin yaranması və heyvanların iqlimə uyğunlaşması, yeni heyvan 
növlərinin və bitki sortlannm yaranması, çoxlu bitki və heyvan növlərinin insanın təsiri 
altında yox edilməsi və s.); 4. Səhralaşma, rütubətli ekvatorial meşələrin qırılması, 
torpaqların duzlaşması və eroziyası ilə bağlı mənfi təsirlər nəticəsində faydalı torpaq 
strukturlarının dəyişilməsi. Nəm tropik meşə sahələri getdikcə azalır. Əgər b.e.ə. Afrika 
meşələri 60% təşkil edirdilərsə, indi bu 17 %-dir. Tar və Pəndjabə səhralarının sahəsi 
150000 km2-dir, 
əvvəllər 2000 il bundan qabaq ora bütünlüklə meşə idi. Keçən əsrdən 
bu s
əhralıq hər il 8 km2 sahəni zəbt edir. Məsələn, Braziliya 40% öz meşələrini 
itirmişdir. Tropik meşələrin azalması, məhv edilməsi karbon qazının çoxalmasına və 
havada d
əyişikliyin baş verməsinə səbəb olur. Belə səhraların məhvi Afrikada, Orta 
Asiyada, ABŞ-da və Avstraliyada da baş verir. Bu səhraların sayı 100-dən çox 
olmuşdur. Dünyada səhra sahələrinin artması hər il 50 min km2-dir. 1968-1973-cü 
ill
ərdə Sahcl faciəsindən sonra Saxara, Seneqal və Yuxarı Nigeriyada su azlığından 250 
min adam v
ə 70 % heyvan tələf olmuşdur. Əkin sahələrinin quruması nəticəsində 
dünyada 500 mln. aclıq çəkir və 850 mln. insan isə yarıac qalır (yəni doymur). Hər 
adambaşına 0,25 ha əkin sahəsi düşür ki, bu da ildən-ilə azalır. Bioloji müxtəlifliyin 
saxlanılmasında tropik meşələrin müstəsna dərəcədə xüsusi rolunu nəzərə alaraq, 
böhranlı kütlə strategiyası əsasında tropik meşə ekosistemlərinin səmərəli idarə 
edilm
əsinin elmi prinsiplərinin işlənib hazırlanması tələb olunur. Bu strategiya oduncaq 
ehtiyatından və digər meşə sərvətindən düzgün, kompleks istifadənin təmin edilməsini 
n
əzərdə tutur. Burada aşağıdakılar nəzərdə tutulmuşdur: 1) oduncaq tədarükünün və 
onun yeni hava-n
əqliyyat vasitələrinin köməkliyi ilə daşınmasında daha müasir 
metodların tətbiqi; 2) meşələrdən əlavə məqsədlər üçün daha geniş istifadə edilməsi, o 
cümlədən, yeni bitki və heyvan növləri gətirməklə ərzaq istehsalının artırılması; 3) elmi 
turizmin inkişaf etdirilməsi. Bütün bəşəriyyətin və gələcək nəsillərin marağına uyğun 
olaraq YUNESKO Ümumdünya İrsi haqqında Konvensiya (lat. conventio - razılaşma) 
q
əbul edilmişdir. Konvensiya yüksək dəyəri olan nadir mədəni və təbii obyektlərin 
ya
şama hüququnu tanımışdır. Bu obyektlər təkcə ayn-ayn dövlətlərin deyil, həmçinin 
bütün bəşəriyyətin sərvətidir. Konvensiya onun üzvü olan dövlətlərin - Konvensiya 
iştirakçılarının üzvlük haqları hesabına fəaliyyət göstərən Ümumdünya İrsi Fondunu 
t
əsis etmişdir. Fondun pul vəsaiti dünya mədəniyyəti abidələrinin və vacib təbii 
obyektl
ərin mühafizəsindən ötrü istifadə olunur. Ümumdünya irsinin siyahısına artıq 330 
obyekt daxil edilmişdir. Beynəlxalq birlik bəşəriyyətin sabit inkişafını təmin etməkdən 
ötrü səylərini biosferin bioloji müxtəlifliyinin qorunması ətrafında cəmləşdirməlidir. Bioloji 
müxtəliflik haqqında elmi biliklərin zənginləşdirilməsi, dağılmaqda olan təbii irsin 
b
ərpası, bioloji müxtəlifliyin qorunması üsullarının səmərəliliyinin artırılması kapital 
qoyuluşunu tələb edir. O, iki problemi - mədəni və təbii irsin mühafizəsini özündə 
birl
əşdirir. Elə ölkələr var ki, sudan düzgün istifadə etmədiklərinə görə torpaqda 
duzlaşma və quruluq əmələ gəlir. Bu Hindistanda, İraqda, Əlcəzairdə, ABŞ- da və Orta 
A
siyada baş verir. Torpaq üstlüyünün mozaikasının dəyişməsində eroziya böyük rol 
oynayır. Torpaq eroziyası iki müxtəlif amilin - su və küləyin təsirinin nəticəsidir. Fransız 
alimi R Dajo. (1975) qeyd etmişdir ki, insanın səhvi ucbatından 5 mln. km2 mədəni 


torpaq m
əhv edilmişdir. Çində hər il 2,5 mlrd, ton meşə torpağı, onun 1/4 hissəsi qədər 
is
ə əkin sahələri öz məhsuldarlığını itirmişdir. Fransada 4,5 mln. ha torpaqlarda 
eroziyanın izləri var. Onlardan 500 min ha küləyin təsirinə məruz qalmışdır. Planetdə 30 
min su anbarları vardır, onların sahəsi 1 mln. m3-dir. İl ərzində 300-500 yeni su 
anbarları yaradılır. Ümumilikdə bütün dünyada su anbarlarının sahələri 400 min km2-dir. 
İri regionların və biosferin ekoloji balansının saxlanılmasının həll edilməsi bəşəriyyətin 
qarşısında duran vacib məsələlərdən biridir. Biosferin ekoloji balansı - dedikdə planetin 
mürəkkəb prosesləri, radioaktiv və hidro- termik rejimlər və s. başa düşülür. Biosferin 
normal funksiyası - cisimlərin və ya maddələrin kiçik (bioloji) və böyük (geoloji) dairəvi 
h
ərəkəti nəticəsində təmin olunur. Əlaqəli proseslər dedikdə qazlar mübadiləsi və suyun 
dövranı nəzərdə tutulur (şəkil 17). Bu dövran fotosintez və cisimlərin üzvi maddələrinin 
minerallaşmasında iştirak edən mikroorqanizmlərdir. Burada insanlar da iştirak ediR. 
Biosferin strukturunun d
əyişməsi bitki və heyvan aləminə, eləcə də insanlara pis təsir 
edir. Ona görə də bu, bir problemə çevrilib. Ekoloji balansı yenidən bərpa etmək 
çətindir. Belə ki, onlar lokal və regional dəyişikliklərdən başlayıb müəyyən vaxtdan 
sonra qlobal xarakter alırlar. Balansda baş verən hər hansı səhv hadisə coğrafi və 
iqlimin d
əyişilməsinə səbəb olur. Hazırda hər il dövretməyə 10 mlrd, ton dəm qazından 
karbon daxil olur v
ə bu qazın miqdarı 10 ildə orta hesabla 0,2 % artır. XXI əsrin 
əvvəllərindən başlayaraq, texnogen karbon oksidlərinin həcmi 20% artmış, bu isə qlobal 
d
əyişkənliyə, o cümlədən, Yer kürəsinin 2-3°C temperaturunun artmasına gətirib 
çıxarmışdır. Atmosferdə qazın tərkibi 0,0379% artmışdır. Akademik A.P.Vinoqradov 
hesab edir ki, temperaturun atmosferd
ə yüksəlməsinin üç səbəbi var: karbon qazının 
miqdarının artması, atmosferdə tozlanmanın artması və Yer kürəsinin ozon ekranının 
dağılması. İqlimin istiləşməsi qütb və dağ buzlaqlarının əriməsinə və dünya okeanlarının 
suyunun s
əviyyəsinin artmasına səbəb olmuşdur. İnsanlar çoxaldıqca oksigenin, azotun 
v
ə fosforun dövranda miqdarının azalması prosesi (dəyişikliklər) baş verir ki, bu 
karbonun dövranı ilə müqayisədə daha əhəmiyyətlidir. Oksigenin miqdarı hər il 10 mlrd, 
ton azalır. Son 50 ildə insanlar tərəfindən böyük miqdarda oksigen sərf olunmuşdur. Bu 
milyon ild
ə işlənən oksigenə bərabər sərfdir. Oksigenin azalmasının səbəblərindən biri 
d
ə eneıji yanacağının yandırılması və fotosintez proseslərinin azalmasının 
n
əticəsindədir. Müxtəlif lazımsız tullantılar, ətraf mühitin çirklənməsi də biosferə böyük 
t
əsir edən amillərdəndir. İnsanlara təsir edən zərərli təsirlər, radiasiya və s. - bunlar 
insan f
əallığının nəticəsində çirklənməyə gətirib çıxarır. Bu zərərli dəyişikliklər insana 
bilavasit
ə olaraq, su, kənd təsərrüfatı malları, yeməklə və s. müxtəlif yollarla təsir edə 
bil
ər. Q.V.Stadniski və A.İ.Radionov belə hesab edirlər ki, mühitə hər hansı bir yeniliyin 
fiziki, kimy
əvi və bioloji amillərə xas olmayan və ya amilin çoxillik səviyyəsinin təbii 
olaraq yüksəlməsinin nəticəsində çirklənmə baş verir. Ətraf mühitin çirklənməsi təbii və 
insanın təsərrüfat fəaliyyəti nəticəsində baş verən antropogen hissələrə ayrılırlar. 
Antropogen çirklənmə aşağıdakılardır: 1) mexaniki, 2) kimyəvi, 3) fiziki, 4) bioloji. 
Mexaniki çirklənmə ətraf mühit amillərinin mexaniki təsiri nəticəsində baş verir. Planetin 
bütün canlıları üçün ən qorxulu, pis çirklənmə kimyəvi çirklənmə hesab olunur. Bura 
z
əhərli, sənaye tullantıları, nəqliyyatın zəhərli maddələri və s. aiddir (Şəkil 18). 
Elektrostansiyalar da atmosfer
ə müxtəlif çirkli maddələr, kükürd, azot və metal 
tullantıları, məsələn: qara metallurgiya - zəhərli oksidlər və metallar, neft emalı 
müəssisəsi - toluol, aseton və s. tökürlər. Daxili yanma mühərriklərindən atılan qazın 


t
əsirindən (200-dək zəhərli maddə) karbohidrogen, hidrogen - sulfid maddələri meydana 
çıxır. Etilli benzin yanarkən ondan müxtəlif zəhərli maddələr ayrılır. Xüsusilə qurğuşun 
v
ə benzopiren çox qorxuludur (cədvəl 4). Bütün dünyada 500 mln avtomobil havaya 200 
mln. ton kükürd oksidləri, qurğuşun birləşmələri və s. zəhərli maddələr buraxır. Böyük 
şəhərlərdə insanlar hər gün 15-60 mq qurğuşunlu hava qəbul edirlər və onun 5-24 mq 
adsorbsiya (udmaq, q
əbul etmək) olunur. Bir avtomobil bir ildə atmosferə orta hesabla 1 
kq qurğuşunlu qaz buraxır. Bu da insanın sinir sisteminə mənfi təsir edir, beyində qanın 
t
ərkibini dəyişir, sinirdə iflic, beyində, qara ciyərdə və böyrəklərdə mənfi dəyişikliklərə 
s
əbəb olur. Xroniki zəhərlənmə inkişaf edərək zəiflik, aqressivlik, əqli və fiziki gerilik 
əmələ gətirir ki, bu da vaxtsız qocalığa və iflic xəstəliyinə doğru aparır. 

Download 1.12 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   22




Download 1.12 Mb.
Pdf ko'rish