• Hava nəqliyyatı ilə yük daşınması
  • Boru kəmərləri – neft və qaz kəmərləri vasitəsilə yük daşınması
  • Nəqliyyat sektorunda yük dövriyyəsi göstəricisi
  • Avtomobil nəqliyyatı ilə yük daşınması-




    Download 61 Kb.
    bet2/7
    Sana10.05.2022
    Hajmi61 Kb.
    #20605
    1   2   3   4   5   6   7
    Bog'liq
    methodology az

    Avtomobil nəqliyyatı ilə yük daşınması- yük avtomobilləri, pikaplar, minik furqonları və avtoqoşqular vasitəsilə daşınan yüklərin həcmini göstərir. Nəqliyyat sektorunda bu nəqliyyat növü ilə yük daşınmasını əsas fəaliyyəti avtomobil nəqliyyatı olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan bu sahədə kommersiya məqsədilə yük daşıyan fiziki şəxslər həyata keçirir. Fiziki şəxslərin nəqliyyat fəaliyyəti keçirilmiş seçmə müayinəsinin nəticələrinə əsasən müəyyən edilmişdir. Qeyri-nəqliyyat sektorunda avtomobil nəqliyyatı ilə yük daşınması dedikdə qeyri-nəqliyyat müəssisələrinin (sənaye, tikinti, kənd təsərrüfatı və s.) öz daxili ehtiyaclarını ödəmək məqsədilə daşıdıqları yüklərin həcmi başa düşülür. Kəndli ev təsərrüfatlarının bu sahədə daşıma fəaliyyəti qeyri-dövlət sektorunun nəticələrinə daxil olunmamışdır.


    Hava nəqliyyatı ilə yük daşınması – aviasiya nəqliyyatının təyyarə və vertolyotları ilə, bütün uçuş növlərində daxili və beynəlxalq əlaqə üzrə ölkənin xüsusi təyinatlı aviasiyası ilə daşınan bütün yükləri, poçt və pullu baqajları əhatə edir. Xüsusi ixtisaslaşdırılmış
    aviasiya vasitəsi ilə daşınmış yüklərə təyyarələrin uçuş təyinatı üzrə tapşırığı yerinə yetirmək uçün tələb olunan təchizatlar daxil edilmir.


    Boru kəmərləri – neft və qaz kəmərləri vasitəsilə yük daşınması magistral boru kəmərləri ilə nəql edilmiş neft və neft məhsullarının və qazın həcmini göstərir. Qeyri-nəqliyyat sektorunda boru kəmərləri ilə yük daşınması dedikdə əsas fəaliyyəti nəqliyyat olmayan müəssisələrin öz məhsullarının nəqli başa düşülür. Məsələn, neftin hasil edilməsi və onun satışı ilə məşğul olan sənaye müəssisənin neft məhsullarının bazara çıxarılması üçün öz magistral boru kəmərlərindən istifadə etməklə nəql etdiyi yükün həcmi qeyri-nəqliyyat sektorunda yük daşınması hesab olunur. Belə ki, bu proses müəssisənin boru kəmərlərindən yalnız öz daxili ehtiyacını ödəmək üçün yardımçı fəaliyyətini xarakterizə
    edir.


    Nəqliyyat sektorunda yük dövriyyəsi göstəricisi - nəqliyyat müəssisələri və hüquqi şəxs
    yaratmadan avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslərin-fərdi sahibkarların nəqliyyat vasitələrinin daşıdığı yükün həcmini daşınmış məsafə ilə əlaqədə ton-kilometrlərlə ifadə edir. Bu göstərici hər bir reys üzrə daşınmış yükün tonla miqdarının daşınma məsafəsinə-kilometrlərə vurulması hasillərinin cəmi kimi hesablanır.



    Download 61 Kb.
    1   2   3   4   5   6   7




    Download 61 Kb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Avtomobil nəqliyyatı ilə yük daşınması-

    Download 61 Kb.