• Dəniz nəqliyyatında yük dövriyyəsi
  • Avtomobil nəqliyyatı ilə yük dövriyyəsi
  • Boru kəmərində yük dövriyyəsi
  • Hava nəqliyyatında yük dövriyyəsi
  • Qeyri - nəqliyyat sektorunda yük dövriyyəsi -




    Download 61 Kb.
    bet3/7
    Sana10.05.2022
    Hajmi61 Kb.
    #20605
    1   2   3   4   5   6   7
    Bog'liq
    methodology az

    Qeyri - nəqliyyat sektorunda yük dövriyyəsi - qeyri nəqliyyat müəssisələrinin nəqliyyat vasitələri tərəfindən daşınmış yüklərin tonla miqdarının daşınma məsafəsinə vurulması yolu ilə müəyyən edir.


    Dəmir yolu nəqliyyatında yük dövriyyəsi - daşınmış yükün tonla miqdarının hər bir yol həddində yükdaşınmasının ən qısa məsafəsinə vurulması yolu ilə hesablanır. Ölkə ərazisi üzrə yük dövriyyəsi onun ərazisindən keçən hər bir dəmir yolu xətti üzrə ayrılıqda hesablanır.


    Dəniz nəqliyyatında yük dövriyyəsi - gəmiçilik müəssisəsinin özünə məxsus olan və ya başqa gəmi sahiblərindən icarəyə götürülmüş gəmilərdə daşınmış yükün tonla çəkisinin yükün göndərildiyi (gətirildiyi) limanla təyinat limanı arasında millə ölçülən ən qısa məsafəyə vurulmasından əldə edilən hasillərinin cəmi kimi hesablanır. Mil dəniz nəqliyyatında ölçü vahidi kimi istifadə olunur və quru yol məsafəsində şərti olaraq 1852 metrə bərabər götürülür.


    Avtomobil nəqliyyatı ilə yük dövriyyəsi - avtomobil nəqliyyatı vasitəsinin hər birinin bir reysində daşınmış yükün miqdarının onun daşıdığı məsafənin uzunluğuna vurulması qaydasında hesablanır. Bu qayda əsasında hesablanmış ton-kilometrlər cəmlənir. Buna
    uyğun olaraq yük avtomobillərinə və yaxud dartıcılara birləşdirilmiş avtoqoşqularla daşınmış yüklərin dövriyyəsi hesablanır.


    Boru kəmərində yük dövriyyəsi - yerinə yetirilmiş ton (kub. metr)-kilometrlərin cəmidir. Bu göstərici faktiki nəql edilmiş yüklərin daşınma məsafəsinə vurulması yolu ilə müəyyən olunur. Ayrı-ayrı nəqletmə zamanı faktiki nəql edilmiş yüklərin onların daşınma məsafəsinə (nəqletmə məsafəsinə) vurmaq və alınmış hasilləri cəmləmək lazımdır.


    Hava nəqliyyatında yük dövriyyəsi - hər bir reys üzrə daşınmış yükün tonunu (poçt və pulu ödənilən baqaj da daxil edilməklə) daşınmış məsafəyə (uçuş məsafəsinə) vurmaq və alınmış hasilləri cəmləmək yolu ilə formalaşdırılır.



    Download 61 Kb.
    1   2   3   4   5   6   7




    Download 61 Kb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Qeyri - nəqliyyat sektorunda yük dövriyyəsi -

    Download 61 Kb.