• Dəniz nəqliyyatında sərnişin dövriyyəsi
  • İstismar edilən dəmir yolunun uzunluğu
  • Ümumi istifadədə olan avtomobil yollarının uzunluğu.
  • Hava nəqliyyatında sərnişin dövriyyəsi –




    Download 61 Kb.
    bet6/7
    Sana10.05.2022
    Hajmi61 Kb.
    #20605
    1   2   3   4   5   6   7
    Bog'liq
    methodology az

    Hava nəqliyyatında sərnişin dövriyyəsi –hesabat dövründə ölkənin aviasiya nəqliyyatının təyyarə və vertolyotları ilə daşınmış sərnişinlərin sayını sərnişinlərin daşınma məsafəsinə vurulması və vurma hasillərinin cəmlənməsi ilə müəyyən edilir.


    Dəniz nəqliyyatında sərnişin dövriyyəsi - (sərnişin-mil) hər bir reys üzrə sərnişinlərin sayını onların daşıdığı məsafəyə vurmaqla (bir mil 1.852 km-ə bərabərdir) hesablanır və alınmış nəticələr toplanır.


    Yol xətlərinin uzunluğu - Yol xətti dedikdə dəmir yolu, avtomobil, dəniz və sair yollar, habelə elektrik nəqliyyatı üçün xüsusi uyğunlaşdırılmış və təchiz edilmiş, üzərində müvafiq nəqliyyat vasitəsinin hərəkət etməsi üçün istifadə edilən yollar nəzərdə tutulur. Yol xəttinin uzunluğu nəqliyyat müəssisəsinin yol üçün texniki pasportlarının məlumatlarına əsasən müəyyən edilir. Nəqliyyat müəssisələrinin balansında olan əlaqə yolları nəqliyyat sektorunun (ümumi istifadədə olan) yollarına aiddir. Qeyri-nəqliyyat
    müəssisələrinə məxsus dəmir və avtomobil yolları qeyrinəqliyyat sektorunun (ümumi istifadədə olmayan) yollarına aid edilir.


    İstismar edilən dəmir yolunun uzunluğu - ayrı-ayrı dəmir yolu xətlərinin uzunluqlarının cəmi kimi hesablanır, ayrı-ayrı dəmir yolu xətlərinin uzunluğu isə baş yol xətti ilə stansiyalar arasındakı məsafə ilə müəyyən edilir. Ümumi istifadədə olmayan istismar
    edilən yol xəttinin uzunluğu isə “ giriş yolunun sərhədi ” işarəsi vurulmuş yerdən başlayaraq dəmir yolunun sonuna qədər olan və istifadə edilən məsafəyə uyğun
    olaraq hesablanır. Ümumi istifadədə olan dəmir yolu şəbəkəsinə çıxış olmayan yolların istismar edilən uzunluğu müəssisənin obyektlərinin son məntəqələri arasındakı yol istiqamətinə əsasən müəyyən edilir.


    Ümumi istifadədə olan avtomobil yollarının uzunluğu. Ümumi istifadədə olan avtomobil yollarının uzunluğuna şəhərlərin küçələri və sənaye, tikinti, kənd təsərrüfatı və sair təşkilatlara məxsus olan yollardan başqa, ölkənin bütün yol şəbəkəsi daxil edilir. Təhkim edilmiş və fərdi yollara texnoloji, xüsusi və fərdi ehtiyaclar üçün müəssisə, birlik və təşkilatların, kənd (fermer) təsərrüfatının, işgüzar adamların, birliklərin və sair təşkilatların istifadəsinə verilmiş yollar aiddir. Avtomobil yolları örtük şəraitinə görə bərk örtüklü və torpaq yollarına bölünür və əhəmiyyətinə görə dövlət əhəmiyyətli və yerli əhəmiyyətli yollar hesab olunur.



    Download 61 Kb.
    1   2   3   4   5   6   7




    Download 61 Kb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Hava nəqliyyatında sərnişin dövriyyəsi –

    Download 61 Kb.