• Dəmir yolu nəqliyyatında sərnişin daşınmasına
  • Avtomobil nəqliyyatı ilə sərnişin daşınması
  • Tramvay, trolleybus və metro nəqliyyatı ilə sərnişin daşınması.
  • Nəqliyyat sektorunda sərnişin daşınması göstəricisi




    Download 61 Kb.
    bet4/7
    Sana10.05.2022
    Hajmi61 Kb.
    #20605
    1   2   3   4   5   6   7
    Bog'liq
    methodology az

    Nəqliyyat sektorunda sərnişin daşınması göstəricisi - ölkə ərazisində və beynəlxalq marşurutlarda bütün növlərdən olan qatarlar, gəmilər, avtobus, taksi, təyyarə və vertolyotlar, habelə tramvay, metro və trolleybuslar vasitəsi ilə kommersiya əsasında daşınmış sərnişinlərin sayını əhatə edir. Sərnişin daşınmasının həcminə, gediş haqqını
    almaq üçün tətbiq edilən tarif dərəcəsindən asılı olmayaraq, ölkə daxilində və beynəlxalq xətlərdə daşınmış sərnişinlərin hamısı (pulsuz getmək hüququ olan sərnişinləri də daxil etmək şərti ilə) daxildir.


    Dəmir yolu nəqliyyatında sərnişin daşınmasına - bütün stansiyalardan uzaq məsafələrə və şəhərətrafı xətlər üzrə daşınmış sərnişinlərin cəmi daxil edilir. Bu göstərici hesablanarkən ölkənin öz stansiyalarından yola salınmış, xarici ölkələrdən gəlmiş,
    habelə beynəlxalq marşrutlar üzrə bu ölkəyə tranzit yolu ilə gəlmiş sərnişinlərin hamısı nəzərə alınır.


    Avtomobil nəqliyyatı ilə sərnişin daşınması - tətbiq edilən tarifdən asılı olmayaraq, avtobuslar və minik taksiləri vasitəsi ilə ölkə daxilində (şəhər nəqliyyatı da daxil olmaqla) və beynəlxalq marşrutlarda daşınmış sərnişinlərin sayı hesab edilir. Bu nəqliyyat növündə sərnişin daşınması nəqliyyat və qeyri-nəqliyyat sektorunda həyata keçirilir. Nəqliyyat sektorunda sərnişin daşınması dedikdə əsas fəaliyyəti nəqliyyat işi olan nəqliyyat müəssisələrinin və bu sahədə hüquqi şəxs yaratmadan fiziki şəxslərin-fərdi sahibkarların fəaliyyəti başa düşülür. Fiziki şəxslər tərəfindən sərnişin daşınması keçirilmiş seçmə müayinənin yekunları əsasında qiymətləndirilərək avtomobil nəqliyyatının ümumi işinə
    daxil edilmişdir.


    Tramvay, trolleybus və metro nəqliyyatı ilə sərnişin daşınması. Tramvay və trolleybuslar vasitəsi ilə daşınmış sərnişinlərin sayı satılmış biletlərin sayına (konduktor varsa) görə müəyyən olunur. Konduktor olmayan nəqliyyat növlərində isə abonent talonları və biletlərin pərakəndə satışından əldə olunmuş gəliri şəhər üçün müəyyən edilmiş vahid tarifə bölmək qaydasında hesablamaqla alınmış say hesab olunur. Metropolitendə daşınmış sərnişinlərin sayı birdəfəlik gediş haqqını ödəmə jetonlarına əsasən platformaya keçmiş sərnişinlərin sayına görə hesablanır. Bu saya xidməti keçiddən keçmiş imtiyazlı sərnişinlərin sayı da əlavə edilir. Tramvay, trolleybus və metro nəqliyyatında pulsuz getmək hüququndan istifadə etmiş sərnişinlərin sayını seçmə müayinənin məlumatları (məsələn, yarım ildə bir dəfə) əsasında və yaxud pulsuz gediş üçün verilmiş arayışların sayına əsasən müəyyən etmək olar.



    Download 61 Kb.
    1   2   3   4   5   6   7




    Download 61 Kb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Nəqliyyat sektorunda sərnişin daşınması göstəricisi

    Download 61 Kb.