• Dəniz nəqliyyatı ilə daşınmış sərnişinlərin
  • Nəqliyyat sektorunda sərnişin dövriyyəsi
  • Dəmir yolu nəqliyyatında sərnişin dövriyyəsi
  • Avtomobil nəqliyyatı ilə sərnişin dövriyyəsi
  • Tramvay, trolleybus və metro nəqliyyatında sərnişin dövriyyəsi
  • Hava nəqliyyatında daşınmış sərnişinlərin sayı




    Download 61 Kb.
    bet5/7
    Sana10.05.2022
    Hajmi61 Kb.
    #20605
    1   2   3   4   5   6   7
    Bog'liq
    methodology az

    Hava nəqliyyatında daşınmış sərnişinlərin sayı göstəricisinə tarif tətbiq edilməsindən asılı olmayaraq, daxili və beynəlxalq hava xətləri, habelə bunlardan kənar xətlər üzrə bütün uçuş növlərində ölkənin nəqliyyat və sanitariya təyyarələri və vertolyotları vasitəsilə daşınmış bütün sərnişinlər (tranzit sərnişinlərin göndərilməsini çıxmaqla, sifariş reyslər ilə
    sərnişin daşınmasını da daxil etməklə) daxil edilir.


    Dəniz nəqliyyatı ilə daşınmış sərnişinlərin sayına bütün gəmi səfərləri üzrə özünə məxsus olan və icarəyə götürülmüş gəmilərin bütün reyslərində daşınmış sərnişinlərin hamısı daxil edilir. Xarici gəmi səfərləri üzrə xaricə gəndərilmiş, xarici ölkələrdən gəlmiş və həmin ölkənin gəmiləri vasitəsilə xarici limanlar arasında daşınmış sərnişinlər, daşınmış sərnişinlərin cəminə daxil edilir.


    Nəqliyyat sektorunda sərnişin dövriyyəsi - sərnişindaşıma nəqliyyatının işinin həcmini məsafə ilə xarakterizə edir və sərnişin-kilometrlə ölçülür. Sərnişin dövriyyəsi daşınmış sərnişinlərin sayını onların daşınma məsafəsinə vurmaq yolu ilə hesablanır.


    Dəmir yolu nəqliyyatında sərnişin dövriyyəsi – hesabat dövründə daşınmış sərnişinlərin sayını onların daşınmasının tarif məsafəsinə vurulması yolu ilə hesablanır. Ölkə ərazisində dəmir yolu nəqliyyatının sərnişin dövriyyəsi bu ölkənin ərazisindən keçən dəmir yollarının sərnişindaşınma dövriyyəsinin cəmi kimi hesablanır.


    Avtomobil nəqliyyatı ilə sərnişin dövriyyəsi – daxili və beynəlxalq xətlərdə daşınmış sərnişinlərin sayını onların daşınma məsafəsinə vurmaqla hesablanır. Bir sərnişinin orta daşınma məsafəsi keçirilmiş birdəfəlik seçmə müayinələrin yekunu əsasında müəyyən edilir. Minik taksilərində sərnişin dövriyyəsi avtomobilin yüklü yürüşünü bir reys üzrə orta hesabla (2 sərnişinə bərabər götürülür) daşınmış sərnişinlərin sayına vurmaq və alınan hasilləri toplamaq yolu ilə hesablanır.


    Tramvay, trolleybus və metro nəqliyyatında sərnişin dövriyyəsi – daşınmış ərnişinlərin sayını sərnişinin orta hesabla getdiyi məsafəyə vurulması yolu ilə hesablanır. Sərnişinin orta hesabla getdiyi məsafə bu şəhərin tramvay, trolleybus xətlərində və metropolitenində sərnişinlərin gedişinin müayinəsi (beş ildə bir dəfə) üzrə məlumatlara əsasən hesablanır.



    Download 61 Kb.
    1   2   3   4   5   6   7




    Download 61 Kb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Hava nəqliyyatında daşınmış sərnişinlərin sayı

    Download 61 Kb.