Mobil kompüterlər və smartfonlar üçün yaradılmış əməliyyat sistemləri




Download 3.92 Mb.
Pdf ko'rish
bet93/99
Sana16.06.2022
Hajmi3.92 Mb.
#23861
TuriMühazirə
1   ...   89   90   91   92   93   94   95   96   ...   99
Bog'liq
emeliyyat-sistemleri-ve-komputer-axitekturasi-1

Mobil kompüterlər və smartfonlar üçün yaradılmış əməliyyat sistemləri 
Android
Smartfonlar, planşetlər, kompüterlər, Elektron kitablar, Televizorlar, Google 
Glass və digər cihazlar üçün nəzərdə tutulmuş, Linux nüvəli  açıq qaynaq 
kodlu əməliyyat sistemidir. Android, Linux əməliyyat sistemi əsaslı mobil və Pda-lar 
üçün inkişaf etdirilmiş açıq qaynaq kodlu bir əməliyyat sistemidir. Google və Open 
Handset 
Allience 
ortaqlığı ilə hazırlanmışdır. Gələcəkdə avtomobillərin də 
dəstəklənməsi planlaşırılır.Əvvəcə Android İnc. Şirkəti tərəfindən inkişaf etdirilib,daha 
sonralar Google tərəfindən alınmışdır. Google-un bu təşəbbüsü Open Handset Alliance-
nın yaranmasına səbəb olmuşdur və hal-hazırda platformanın sonrakı inkişafı ilə 
məşğuldur. Android, cihazların funkionallığını artıran proqramlar yazan böyük bir 
mühəndis(developper) qrupuna sahibdir. Android üçün hal-hazırda 1 milyondan çox 
proqram vardır. Android əməliyyat sitemi ilə işləyən proqramlar müxtəlif saytlardan 
downloaded from KitabYurdu.org


151 
yüklənə bilməsiylə yanaşı, Google tərəfindən qurulan Google Play mağazasından da də 
yüklənə bilir. 2014-cü ilin ikinci yarısında satılan smartfonların 86%-i android 
əməliyyat sistemi ilə təchiz olunmuşdur. 2014-cil boyunca 1 milyarddan çox android 
cihaz satılmışdır.
2005
-ci ilin iyulunda 
Google korporasiyası
 Android Inc şirkətini aldı. 5 noyabr 
2007-ci il şirkət rəsmən 
Open Handset Alliance
 (OHA) yaradılmasını və Android açıq 
mobil platformasını elan etdi. 12 noyabr 2007-ci ildə isə İttifaq paketin birinci versiyası 
olan Android "Early Look" SDK və Android emulyatorunu təqdim etdi. 
23 sentyabr 
2008
-ci il rəsmən əməliyyat sisteminin birinci versiyası və həmçinin 
ilk tam mühəndis paketi SDK 1.0 çıxdı. Platformanın birinci versiyasının çıxış anından 
etibarən sistemin bir neçə yeniləməsi oldu. Bu yeniləmələr, bir qayda olaraq, aşkar 
edilmiş səhvlərin düzəldilməsi və sistemə yeni funksionallığın əlavə edilməsi ilə 
əlaqədar idi. 
2009-cu ildə platforma üçün 4 tam yeniləmə (update) təqdim olundu. Nəhayət 
fevral ayında müxtəlif səhvlərin aradan qaldırılması üçün 1.1 versiya versiya çıxdı. 
Aprel və sentyabr aylarında isə daha iki yeniləmə 1.5 «Cupcake»və 1.6 «Donut» təqdim 
edildi. «Cupcake» yeniləməsi əhəmiyyətli dəyişiklikləri əlavə etdi.Bunlar – virtual 
klaviatura, videoların oynadılması və qeydə alınması,brauzer və s. idi. «Donut»da isə ilk 
dəfə olaraq müxtəlif ölçülü və müxtəlif sıxlııqlı ekranların və 
CDMA
 şəbəkələrinin 
dəstəklənməsi mümkün oldu.Həmin ilin oktyabr ayında Android 2.0 «Eclair» versiyası 
təqdim olundu.Bu versiya bir neçə Google hesabının dəstəklənməsi, 
HTML5
brauzerin 
dəstəklənməsi və həmçinin bir neçə yenilənmədən sonra canlı divar kağızlarının 
istifadəsi ilə əlamətdar oldu. 
2010-cu ilin ortalarında Google, Android 2.2 versiyasını «Froyo», 2010-cu ilin 
sonlarında Android 2.3 versiyasını «Gingerbread» adları altında təqdim etdi. «Froyo» 
yeniləməsindən sonra smartfonu giriş nöqtəsi (acces point) kimi istifadə etmək,ekran 
kilidinin şifrəsini həm rəqəm həm də hərf-rəqəm kombinasiyaları ilə şifrələmək 
mümkün oldu. «Gingerbread» yeniləməsi isə kopyalama və yapışdırma funksiyası 
downloaded from KitabYurdu.org


152 
üzərində tam nəzarət, cihazda bir-neçə kameranın dəstəklənməsi və s. digər yenilikləri 
özü ilə gətirdi.
22 fevral 2011-ci ildə 
Planşetl
ər üçün uyğunlaşdırılmış Android 3.0 
«Honeycomb»
rəsmən təqdim edildi. 
Android 4.0 «Ice Cream Sandwich» 19 oktyabr 2011ci ildə çıxan ilk universal 
platforma idi hansı ki həm planşetlər üçün həm də smartfonlar üçün nəzərdə 
tutulmuşdu.Həmçinin bu versiya özü ilə yeni «Holo» interfeysini gətirmişdi . 
2012-ci il iyun ayında yeni versiya olan Android 4.1 «Jelly Bean» təqdim olundu. 
Bu versiyaya həmin ilin oktyabr ayında 4.2 və 2013-cü ilin iyul ayında 4.3 yeniləmələri 
gəldi. 
31 oktyabr 2013-cü ildə Google, əməliyyat sisteminin növbəti versiyası olan 
Android 4.4 təqdim etdi hansı ki, adını 
Nestle
 kompaniyası ilə olan müqailəyə əsasən 
«
KitKat
» şokoladından götürmüşdü. İlk olaraq Kitkat 
Nexus 5
 cihazlarında 
görülmüşdür. 
 
Android L Developer Preview 
25 iyun 2014-cü ildə Google 
Android Lollipop
-u mühəndislər üçün elan etdi. 
2014-cü ildə geyiləbilən cihazlar üçün 
Android Wear
 əməliyyat sistemi təqdim 
olunmuşdur.Həmçinin maşınlar üçün Android Auto və televizorlar üçün Android TV 
təqdim olunmuşdur.Bununla da Android yalnız mobil cihazlar üçün əməliyyat sistemi 
olmadığını sübut etmişdir. 
downloaded from KitabYurdu.org


153 
15 oktyabr 2014-cü ildə rəsmi şəkildə Android 5.0 Lollipop versiyası təqdim 
olundu.Sistemin əsas yeniliyi yeni Material Design inerfeysi oldu. 
 
HTC Dream
 (T-Mobile G1) – Android ƏS ilə işləyən ilk smartfon 
downloaded from KitabYurdu.org


154 
 
Android 1.5-in emulyatorda ekran görüntüsü 
Androidlə işləyən ilk qurğu 23 sentyabr 2008-ci ildə nümayiş olunmuş 
HTC 
Dream
 smartfonu olmuşdur. Tezliklə digər smartfon istehsalçıları da Android siteminə 
keçəcəklərini bəyan etdi. Androidin 3-cü versiyası olan planşetlər üçün 
uyğunlaşdırılmış «Honeycomb»un çıxışından sonra Android sisteminə keçən smartfon 
istehsalçılarının sayı daha da artdı. Bundan başqa mobil sənayenin müxtəlif nəhəngləri 
ilə əməkdaşlıq edən Google şirkəti öz «
Google Nexus
» seriyasında şəxsi qurğularını 
istehsal edir. Məhz bu qurğular Android üçün olan yeniləmələri birinci alır. Google 
Nexus seriyasında nəinki yalnız smartfon və planşetlər həmçinin Android sistemi ilə 
işləyən 
Nexus Q
 mediaplayer də var. Smartfonlar və planşetlərdən başqa android 
əməliyyat sistemi digər qurğularda da istifadə olunnur.2011ci ilin iyun ayında italyan 
şirkəti Blue Sky android əməliyyat sistemi ilə işləyən intelektual qol saatı I’m Watch-ı 
təqdim etdi. 2012ci ilin avqustunda Nikon şirkəti dünyada ilk olaraq Android sistemi ilə 
işləyən fotoaparatını təqdim etdi. Bundan başqa Android həvəskarları digər məhşur 
qurğulara da Android sistemini tətbiq etməyi (port etmək) başarmışlar. 
Məsələn, 
Windows Mobile
 platformasında olan 
HTC Touch Dual
 və 
HTC TyTN 
II
 smartfonları emulyator rejimində Android əməliyyat sistemində işləyə bilir. 
Həmçinin 
Maemo
 platformasıyla işləyən 
Nokia N810
 
planşeti

Nokia N900
, Meego 
downloaded from KitabYurdu.org


155 
platformasında işləyən 
Nokia N9
 və 
Windows Mobile
 platformasında işləyən 
HTC 
HD2
 smartfonlarına tamamilə android əməliyyat sitemi tətbiq olunmuşdur.Androidi bu 
qurğularda həm 
microSD
 kartdan həm də daxili NAND yaddaşdan çalışdırmaq olar.Bu 
cür Android digər androidlərdən heç bir cəhətinə görə fərqlənmr.Bundan basqa 
iphone,İpod touch,İpad kimi apple cihazlarına da android sisteminin təbiqi təcrübəsi 
mövcuddur. 2012-ci ilin oktyabrında Google-un icraçı direktoru 
Larri Peyc
 artıq 500 
milyondan çox smartfonun Android sistemində aktivləşdirildiyini və həmçinin bu sayın 
hər gün 1.3 milyon daha artdığını bildirdi. 2013-cü il sentyabrın əvvlində isə artıq 
dünyada 1 milyarddan çox android cihazın aktivləşdirildiyi elan olundu. 
22 oktyabr 2008ci ildə 
Google
 şirkəti Android ƏS üçün “ 
Android Market
” adlı 
onlayn mağazanın açılışını elan etdi. Razılaşmaya əsasən istehsalçılar gəlirin 70%ni 
mobil operatorlar isə 30%ni alırlar. 2009-cu ilin fevralında 
ABŞ-dan
 və 
Böyük 
Britaniyadan
 olan istehsalçilar üçün mağazaya ödənişli proqramların qoyulması aktiv 
oldu. İlk dəfə olaraq 
Sony Ericson
 şirkəti Android Market onlayn mağazasında kanal 
açaraq öz oyunlarını,proqramlarını nümayiş etdirmişdir. Yaradıldığı 2011 dekabr 
ayından etibarən 
Android Marketd
ən 10 milyarddan çox proqram yüklənilib. 2012ci ilin 
mart ayında 
Google
 «
Google Books
», 
Android Market

Google Music
 və digər 
servislərin vahid bir servisdə – 
Google Playd
ə birləşdirdi.
Google Play
 internet mağazası 
190 ölkədə faliyyət göstərir və 700 mindən çox proqramdan ibarətdir. Yarandığı gündən 
bu günə kimi mağazadan 25 milyard yükləmə edilmişdir. 
Bəzi həvəskar cəmiyyətlər vardır ki bunlar Androidin modifikasıyası ilə məşğul 
olurlar.Bu modifikasiyalara 
CyanogenMod

MIUI
, AOKP (Android Open Kang Project) 
və s. göstərmək olar. Modifikasiya Androidə yeni funksiyalar,seçimlər, tənzimləmələr 
əlavə etmək üçün edilir. Modifikasiya olunmuş Android yükləmək üçün 
smartfon 
Root
 (Superuser) səlahiyyətlərinə malik olmalıdır.Qeyd etmək lazımdır ki 
düzgün şəkildə yerinə yetirilməyən root əməliyyatı bir çox problemlərə, həmçinin 
qurğunun zəmanətinin itirilməsinə səbəb ola bilər. 
 
Android əməliyyat sisteminin hər versiyasının kod adı, 1.5 versiyasından 
başlayaraq, hər hansı bir desertin adı ilə adlandırılmışdır.Hər bir adın ilk hərfi latın 
downloaded from KitabYurdu.org


156 
əlifbasının hərflərinə uyğun seçilmişdir: 1.5 Cupcake («keks»), 1.6 Donut 
(«ponçik»), 2.0/2.1 Eclair («Ekler pirojnası»), 2.2 Froyo («dondurulmuş yoqurt»), 
2.3 Gingerbread («zəncəfilli peçenye»), 3.0 Honeycomb («arı pətəyi»), 4.0 Ice 
Cream Sandwich , 4.1, 4.2, 4.3 Jelly Bean («jele konfeti"), 4.4 KitKat (şokolad 
batonlarının eyni adlı markasının şərəfinə) və 5.0 Lollipop («çubuqlu nabat»). 
 
Xüsusi olaraq Android platforması üçün 
Droid
 və 
Roboto
 şiriftləri yaradılmışdır. 
 
Androidin rəsmi saytında hələ də cihazlar üçün minimal sistem tələbləri 
göstərilməmişdir. 
 
2011-ci ilin fevral ayının məlumatlarına görə Android ƏS ilə işləyən 
qurğular 
iPhone 4
 - ü arxada qoyaraq Böyük Britaniyanın ən məşhur smartfonlarının 
siyahısında əminliklə liderlik etmişdir. 
 
Android 2.3 və yuxarı versiyalarda 
Pasxa yumurtası
 gizlədilmişdir. Onu işə salmaq 
üçün «Settings»dən «About Phone»yə daxil olub « Android version» yazısının 
üzərinə 3 dəfə basmaq lazımdır. Hər bir versiyada qarşınıza ya xüsusi bir şəkil və ya 
animasiya çıxacaq. 
 
Android 4.2 və daha yuxarı versiyalarda «Developer options» (mühəndis modu) 
söndürülmüşdür. Onu aktiv etmək üçün «Build number » yazısına 7 dəfə basmaq 
lazımdır. 

Download 3.92 Mb.
1   ...   89   90   91   92   93   94   95   96   ...   99




Download 3.92 Mb.
Pdf ko'rish

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Mobil kompüterlər və smartfonlar üçün yaradılmış əməliyyat sistemləri

Download 3.92 Mb.
Pdf ko'rish