• Unix əsaslıdır.
  • Mühazir Arxitektura anlayışı. Fon Neyman prinsipləri. Ehm-lərin inkişаf tаriхi və nəsilləri




    Download 3.92 Mb.
    Pdf ko'rish
    bet90/99
    Sana16.06.2022
    Hajmi3.92 Mb.
    #23861
    TuriMühazirə
    1   ...   86   87   88   89   90   91   92   93   ...   99
    Bog'liq
    emeliyyat-sistemleri-ve-komputer-axitekturasi-1

    Açıq kodludur. Kod dedikdə, proqramın proqramçı tərəfindən hər hansı bir 
    proqramlaşdırma dilində yazılmış, ilkin mətni başa düşülür. Bəzi dəyişikliklərdən sonra 
    insanın başa düşdüyü bu kodlar yerinə yetirilən proqrama çevrilir. Bu proqram – 
    kompüterin başa düşəcəyi, lakin, proqramçının başa düşmədiyi dildə yazılmış, 
    kompüter üçün təlimatlar yığımıdır (“əks çevirmə” imkanı məhdudlaşdırılıb). Hələ ki 
    ƏS bazarında bağlı kodlu məhsullar üstünlük təşkil edir. Kommersiya məqsədli bu ƏS-
    lərinin proqramçıları öz proqramlarının daxili kodlarını etibarlı şəkildə gizlədirlər. 
    Yəqin ki, ehtiyat edirlər ki, kimsə oz məhsullarında bu kodların hansısa hissələrini 
    istifadə edə bilərlər. Başqa bir səbəb də bu ola bilər ki, bu proqramlarda səhvlər taparlar 
    və bunu hamı bilər (səhvlər bütün proqramlarda var və bu, keyfiyyət və xətalarla 
    bağlıdır). İstənilən halda əsas ƏS-lərin kodları bağlıdır. Bağlı kodlu proqramları 
    almaqla, sanki torbada pişik almış olursunuz . 
    downloaded from KitabYurdu.org


    148 
    Linux və onun proqramlarının mənbə kodları hamı üçün açıqdır. Bütün dunyada 
    proqramçıların çoxu Linuxun proqram təminatını təkmilləşdirir, xətaları düzəldir, 
    üzərində işləyir və test edirlər. 
    Unix əsaslıdır. UNIX – bu çoxüzvlü qrup, fərdi kompüterlər yaranana qədər 
    hazırlanmış populyar ƏS-lərinin əcdadıdır. Bu qrupa aşağıdakı ƏS-ləri daxildir: SunOS, 
    Solaris, UnixWare, FreeBSD, OpenBSD, NetBSD. Unix əsasında Apple meyvə 
    şirkətinin fərdi kompüterləri olan makintoşlar üçün ƏS-ləri hazırlanmışdır. Unix və 
    Unix-əsaslı sistemlər bank serverləri, interner-ruterlər, tədqiqat maşınları, hesablama 
    klasterləri və başqa fərdi kompüterlərdə yazılmışdır. Ümumi halda, harada etibarlılıq və 
    məhsuldarlıq tələb olunursa, orada Unix və Unix-əsaslı ƏS-ləri istifadə olunur. 
    Prinsipcə, Linuxu Unixlə eyni adlandırmaq olardı, amma, bu, müəllif hüquqları ilə bağlı 
    problem yarada bilər. Belə ki, Unix – kommersiya markasıdır. 
    Linuxda “ənənəvi” Unixə olunmuş çoxlu əlavələr var və buna görə də Linuxa Unixlə 
    eyni yox, tamhüquqlu şəkildə Unix-əsaslı demək olar. 

    Download 3.92 Mb.
    1   ...   86   87   88   89   90   91   92   93   ...   99




    Download 3.92 Mb.
    Pdf ko'rish

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Mühazir Arxitektura anlayışı. Fon Neyman prinsipləri. Ehm-lərin inkişаf tаriхi və nəsilləri

    Download 3.92 Mb.
    Pdf ko'rish