Siyasi mövqe dedikdə, şəxsiyyətin hakimiyyətin həyata keçiril - məsi və ya hakimiyyət uğrunda mübarizədə təzahür edən spesifik davra nışını səciyyələndirən keyfiyyətləri başa düşülür. Siyasi elmdə şəx siyyətin siyasi mövqeyinin aşağıdakı komponentləri göstərilir: siyasi hadisələrə aid olan müəyyən emosional əhval-ruhiyyə; siyasi hadisələrə aid inam; siyasi fəaliyyət meyli. Siyasi mövqe şəxsiyyətin siyasi fəaliyyətinin motivlərini dərk etməyə köməklik göstərən fərdi hadisədir. Siyasi mövqenin sırf şəxsi xarakter daşıması onun müəyyənləşdirilməsi və qiymətlən dirilmə - sinin xüsusi metodikaya əsaslanmasını şərtləndirir. Fərdin siyasi mövqeyi onun bilavasitə siyasi fəaliyyətində özünü büruzə verir. Şəxsiyyətin siyasi şüuru, yəni siyasi reallıqları dərk etməsi, onu qiymətləndirməsi siyasi mövqedə əksini tapır. Siyasi mövqe insanın siyasi hadisələri qavrayaraq qiymətləndirməsi ilə bilavasitə siyasi fəaliyyətini birləşdirən xüsusi vəsilədir. Siyasi sahədə idraki prosesin fəaliyyətə çevrilməsi subyektin siyasi mövqeyinin formalaşması vasitəsilə baş verir. Siyasi şüurun funksional mahiyyəti ictimai rəy vasitəsilə reallaşır. Ayrı-ayrı fərdlərin siyasi baxış və mövqeləri toplum halında müəyyən ictimai rəy kimi təzahür edir. İctimai rəy şəxsi mənafeləri əks etdirdiyindən, fərdi xarakter daşıyan siyasi təsəvvür və baxışları sintez edərək ümumi siyasi rəy formasına gətirir. Məhz ictimai rəy vasitəsilə çox rəngarəng olan siyasi baxışlar və mövqelər üçün xas olan ümumi məqamlar üzə çıxarılır və beləliklə də cəmiyyətdəki başlıca siyasi meyllər, cərəyanlar müəyyənləşdirilir. Bu mənada ictimai rəyin funksional mahiyyəti haqqında Qramşinin bu fikrilə razılaşmaq mümkündür ki, ictimai rəy kollektiv iradənin siyasi məzmununu təşkil edir. İctimai rəyin mahiyyətini aydınlaşdıran cəhətlərdən biri də odur ki, o, vətəndaş cəmiyyətilə siyasi cəmiyyət, yəni vətəndaşlarla hakimiyyətin mənafelərinin qovuşma nöqtələrini axtarıb tapmaq məqsədinə xidmət göstərir. İctimai rəydə vətəndaşların bu və ya digər məsələ ilə əlaqədar hakimiyyətin mövqeyinə münasibəti öz əksini tapır. Hər hansı məsələ ətrafında ifadə edilən fikir o zaman ictimai rəy statusu qazana bilər ki, o, ümumi mövqeyi ifadə etmiş olsun. Lakin ictimai rəyin ümumi xarakteri onun mütləq hegemonluğu kimi qavranılmamalıdır. Demokratik ictimai mühitdə ictimai rəy ideya, fikir, baxışlar sistemi hegemonluğuna haqq qazandırmaq deyil, siyasi meyllərin ümumi axarında üstünlük təşkil edən cərəyanları üzə çıxarmaq üçün əhəmiyyət kəsb edir. İctimai rəy insanların böyük dəstələrinin bu və ya digər siyasi əhəmiyyət kəsb edən məsələ üzrə kütləvi şəkildə ifadə olunan ictimai şüurunun tarixən şərtlənmış və dəyişkən halıdır. O, cəmiyyətin siyasi sisteminin mühüm unsürü funksiyasını yerinə yetirir. İctimai rəy o zaman mövcud olur ki, müxtəlif nöqteyi-nəzərlər azad şəkildə ifadə olunmaq imkanına malikdir və ümumi rəy müxtəlif mövqelərin yaxınlaşması, qovuşma nöqtələrinin axtarılıb tapılması vasitəsilə qərarlaşır. Artıq qeyd edildiyi kimi, bu prosesdə müxtəlif, rəngarəng baxışlar və mövqelər vahid ictimai rəyə çevrilir. Başqa sözlə, fərdi siyasi baxışlar və mövqelər ictimai rəy şəklində ifadə olunan kollektiv siyasi iradə statusu qazanır. Siyasi şüur problemi siyasi stereotip anlayışı ilə sıx əlaqədə fəaliyyət göstərir. Elmi anlayış kimi "stereotip” kateqoriyası ilk dəfə 1922-ci ildə amerikan politoloqu V.Lipmanın "İctimai rəy" adlı kitabında nəzərdən keçirilib. Stereotip anlayışı haqqında elmi ədəbiyyatda müxtəlif nöqteyinəzərlər qərarlaşıb. Lakin bu çoxsaylı rəngarəng baxışlar iki əsas xətt ətrafında çəmləşir. Bunlardan birinə görə, stereotip yalançı şüurun formalarından biri və ya onun konkretləşməsidir. Stereotipə bu cür yanaşılması daha doğrusu, reallığın qeyri-adekvat şəkildə insanın beynində əks olunması hadisəsi hələ qədimlərdə müşahidə olunub. Platonun kütlənin "yalançı təsəvvürlərin" təsir dairəsindən çıxa bil - məmə si haqqında nəzəriyyəsi buna misal ola bilər.
Digər nöqteyi-nəzərə görə, stereotip ictimai şüur-gerçəklik haqqında sadə, bəsit, sxematik təsəvvürlərdir. Bu cür başa düşülən stereotip təsəvvür və baxışların ictimai şüurda uzun müddət dəyişməz qalmasının nəticəsində meydana gəlir. Belə olduqda, stereotip ictimai reallığı dərk və əks etdirmək üsulu kimi təhlükəli mahiyyət kəsb edir. Stereotipin ikinci tərifi onun aşağıdakı başlıca cəhətlərini aşkara çıxarır: 1) mahiyyəti, yəni gerçəkliyin sadə, bəsit, sxematik təsviri; 2) genezisi, yəni hadisələrin müəyyən qrupunun çoxsaylı təkrarının yaratdığı simvollar; 3) mövcudluq üsulu, yəni fərdin şüurunda və ya ictimai şüurda kök salması; 4) funksiyası, yəni fəaliyyət üçün əsas rolunu yerinə yetirməsi. Stereotiplər siyasi şüurun daimi müşayiətçisidir. Siyasi hadisələr, hakimiyyət ətrafında insanlarda formalaşan təsəvvürlərin müəyyən dərəcədə stereotiplərlə əhatə olunması və ya çulğaşması bir sıra səbəblərdən irəli gəlir. Əvvəla, siyasi şüurun obyektiv gerçəkliyə bütün detalları ilə tam adekvatlığı qeyri-mümkündür. Adi insanın siyasi həyatın bütün rəngarəngliyini olduğu kimi qavraması onun sadəcə olaraq idraki imkanları xaricindədir. Bundan başqa, ictimai rəyi manipulyasiya edən çoxsaylı təzyiq vasitələri də insanlarda qeyri-adekvat təsəvvürlərin yaranmasına gətirib çıxarır. Siyasi şüurda stereotiplərin meydana gəlməsi həm də onunla əlaqədardır ki, kütlə siyasi şüuru siyasi həyatda baş verən sürətli dəyişikliklərə vaxtlı-vaxtında cavab vermək iqtidarında olma - dığından, eyni təsəvvürlər uzun müddət şüurlarda yaşayaraq stereotipləşir. Stereotiplər əsas etibarilə kütləvi şüurun qərarlaşdığı qrup və ictimai birliklər zəminində formalaşır. Stereotipin fərdi siyasi şüura nüfuzu onun daxil olduğu kollektivin təsiri sayəsində mümkün olur.
Stereotipin mənimsənilməsi fərdin kollektivə uyğunlaşması funksiyasını yerinə yetirir. Stereotip hadisəsində yalnız neqativ momentlər axtarmaq həm nəzəri, həm də praktik baxımdan düzgün olmazdı. Müəyyən məqamlarda stereotiplər mütərəqqi rol oynayır. Xüsusilə stereotip ictimai qrupun bir tam kimi qorunub saxlanmasında təsirli mühafizəçi funksiyasını yerinə yetirir, özünümühafizə instinkti kimi çıxış edir. Siyasi sistemin mühafizə edilməsində də stereotiplər mühüm əhəmiyyət kəsb edir. Dövlətçilik ənənələrinin, siyasi quruluşun, siyasi sabitliyin toxunulmazlığı kimi vacib anlayışlar srereotiplər vasitəsilə insanların, ictimai qrupların şüuruna və davranışına sirayət edərək cəmiyyəti labüd kataklizmlərdən qoruyur. Siyasi şüur siyasi mövqesiz idraki əhəmiyyət kəsb etməkdən başqa bir dəyərə malik olmadığı kimi, siyasi davranışa çevrilməyən siyasi şüur və siyasi mövqe də real məzmundan məhrumdur. Bir yandan siyasi fəaliyyət siyasi şüurun formalaşmasının obyektiv əsası kimi çıxış edir, digər tərəfdən isə, siyasi şüur, onu təşkil edən təsəvvürlər, baxışlar və stereotiplər siyasi fəaliyyət prosesində bir növ sınaqdan keçirilir. Nə siyasi şüuru, nə də siyasi fəaliyyəti bir-birindən təcrid olunmuş halda düzgün qiymətləndirmək mümkün deyil. Siyasi davranış siyasi şüurla şərtlənməsi və qarşılıqlı əlaqəsi baxımından rəngarəng olub, müxtəlif səviyyələrdə təzahür edir. Siyasi davranışın yüksək forması şüurlu surətdə istiqamətləndirilən siyasi fəaliyyət hesab edilir. Siyasi fəaliyyət insanın və ya kollektivin əvvəlcədən mənimsənilmiş təsəvvürlər, baxışlar, dəyərlər əsasında məqsədyönlü şəkildə siyasi proseslərdə iştirakıdır. Fəaliyyətin məqsəd və vəzifələrinin dərk edilmə dərəcəsi bu halda xeyli yüksək olur. Siyasi davranışın digər səviyyəsini stereotiplərə əsaslanan davranış təşkil edir. Belə davranış növü heç də həmişə subyektin düşünülmüş məqsədyönlü fəaliyyəti kimi çıxış etmir və siyasi şüur yalnız stereotiplər şəklində davranışın şərtlənməsi mexanizminə daxil olur. Siyasi şüurun xarakterindən asılı olaraq fərdin və qrupun siyasi davranışının bəzi formaları fərqləndirilir. M.Veber rasional, affektiv və ənənəvi motivləşmiş siyasi davranış növlərini göstərmişdir. Siyasi davranışın şərtlənməsi siyasi şüurun yerinə yetirdiyi ən başlıca funksiyadır. Siyasi davranışın və fəaliyyətin şərtlənməsinin subyektiv ünsürü funksiyasını yerinə yetirməklə siyasi şüur əslində öz mahiyyətini ifadə etmiş olur. Lakin siyasi şüurun funksiyaları bununla bitmir. Siyasi elmdə siyasi şüurun aşağıdakı funksiyaları da göstərilir: 1) koqnitiv funksiya - fərdin və ya cəmiyyətin fərdi və ya qrup mənafelərinin əks olunmasına tələbatını ifadə edir; 2) ideoloji funksiya - qrupun və ya cəmiyyətin mənafelərinin müdafiəsinə olan tələbatı ifadə edir; 3) kommunikativ funksiya - siyasi münasibətin daşyıcılarının əvvəla öz aralarında, sonra isə onlarla hakimiyyət təsisatları arasında qarşılıqlı fəaliyyətini təmin edir; 4) proqnoz - laşdırma funksiyası - fərdin və ya qrupun siyasi proseslərin gələcək müm kün inkişafını dərk etmək qabiliyyətini ifadə edir; 5) tərbi yə vi funk siya - fərdin və ya qrupun siyasi fəallığına və ya siyasi davranışına cəmiyyətin ümumi mənafeyi ideallarına uyğun olan isti - qamət və xarakter aşılamaq vəzifələrinə xidmət göstərir. Siyasi şüurun yuxarıda sadalanan funksiyalarının həyata keçirilməsi bir çox mühüm amillərdən, cəmiyyətdə qərarlaşmış siyasi mühitin təbiətindən, hakimiyyətin və hakimiyyətlə vətəndaşların qarşılıqlı münasibətlərinin xarakterindən asılıdır. Siyasi şüurun həm bütünlükdə formalaşması və fəaliyəti prosesinin, həm də onun fərdin və ictimai qrupların siyasi davranışını şərtləndirmək kimi başlıca funksiyasının, habelə yuxarıda sadalanan digər funksiyaların tam reallaşması xeyli dərəcədə cəmiyyətin siyasi mədəniyyətindən asılıdır.
|