Puazeyl düsturu
(6) düaturunun köməyi ilə vahid zamanda borunun en kəsiyindən keçən mayenin həcmini (Q) tapmaq olar.
Borunun en kəsiyini bir birindən dr məsafədə olan halqalara bölək. Vahid zamanda r radiuslu halqadan keçən mayenin həcmi (dV), halqanın sahəsinin borunun oxundan r məsafədəki sürətə ( (6 ) düsturu) hasilinə bərabərdir:
Bu ifadəni 0-dan R- ə qədər inteqrallasaq borunun en kəsiyindən t müddətdə keçən maye həcmini taparıq (7)
- borunun en kəsiyinin sahəsidir.
Bu ifadədən görsənir ki, laminar axında sürətin orta qiyməti borunun oxundakının yarısına bərabərdir.
(5) ifadəsini (7)- də yerinə yazaq
(8)
Bu Puazayl düsturu adlanır. Ona əsasən məlum P1,P2,R, l, t və -yə görə mayenin özlülüyünü təyin etmək olar.
Cismin maye daxilində hərəkəti. Stoks düsturu.
Maye daxilində hərəkət edən cismə müqavimət qüvvəsi təsir edir. Bu qüvvənin qiyməti bir çox amillərdən asılıdır və onun hesablanması üçün düstur mövcud deyil.
Kiçik sferik formalı cismlərin özlü mayedə böyük olmayan sürətlə hərəkəti zamanı cismə təsir edən müqavimət qüvvəsi Stoks düsturu ilə hesablanır:
Burada r- kürəciyin radiusu, - onun sürəti, c=6π- mütənasiblik əmsalı, ζ- mayenin özlülüyüdür. Mütənasiblik əmsalı c cismin formasından asılıdır. Kürə üçün c=6π.
Bu düsturun vasitəsi ilə laborator şəraitdə mayenin özlülüyünü təyin edirlər.
Mövzu № 9
Termodinamikanın I-ci qanunu
Termodinamik sistemin daxili enerjisi.
Həcmin dəyişməsi zamanı görülən iş.
Termodinamikanın I-ci qanunu.
İdeal qazın daxili enerjisi və istilik tutumu.
Adabatik proses.
Puasson tənliyi.
Politropik proses.
İdeal qazın müxtəlif proseslərdə gördüyü iş.
Termodinamik sistemin daxili enerjisi (U)
Hər hansı cismin daxili enerjisi aşağdakılardan ibarətdir:
molekulların irəliləmə və firlanma hərəkətinin kinetik enerjisi;
atomların molekuldaxili rəqsi hərəkətinin kinetik və potensial enerjisi;
molekullar arasındakı qarşılıqlı təsirin potensial enerjisi.
molekuldaxili enerji (atomların elektronların enerjisi və nüvə enerjisi)
Termodinamikada daxili enerji dedikdə yalnız sistemin (cismin) termodinamik halından asılı enerjini nəzərdə tuturlar. Ona görə molekuldaxili enerjini, sabit qaldığından daxili enerji anlayışına daxil etmirlər.
Termodinamik düsturlarda daxili enerjinin özü yox, onun dəyişməsi yaxud hər- hansı törəməsi daxil olur.
halında, 2. halına keçdikdə sistemin daxili enerjisinin dəyişməsi 1- 2 keçidin hansı proseslə olduğundan asılı deyil.. Dövrü prosesdə sistemin daxili enerjisinin dəyişməsi sıfra bərabərdir. .
Həcmin dəyişməsi zamanı görülən iş
Porşeninin sahəsi S olan silindr içərisində temperaturu T olan qaza baxaq. Fərz edək ki, qaz genişlənərək porşeni elə kiçik qaldırırki onun təzyiqi dəyişmir (P=const). Qaz porşenə F=PS qüvvəsi ilə təsir edərək
işini görür ( ).
Elementar iş (yəni Δl→ 0 olduqda) dA=PdV olar.
Qaz genişləndikdə ΔV >0 və ΔA >0 olur.
Qaz sıxıldıqda ΔV< 0 və ΔA< 0 olur.
Onda həcmin dəyişməsi () böyük olduqda görülən iş elementar işin inteqrallaması ilə hesablanır.
,
Bu bütün növ genişlənmələr üçün doğrudur.
Dönən proses zamanı həcmin qiymətindən qiymətinədək dəyişməsi zamanı cismin gördüyü iş (şəkil) qiymətcə V oxu əyrisi və ya - ilə xəttlərin əmələ gətirdiyi fiqurun sahəsinə bərabərdir.
Dönən dairəvi proses zamanı görülən iş proses əyrisinin cizdığı qapalı əyrinin sahəsinə bərabərdir. Bu zaman proses saat əqrəbi istiqamətində gedərsə iş müsbət, saat əqrəbinin əksi istəqamərdə gedərsə - mənfi işarə ilə götürülür.
|