• Real maye axını. Özlülük. Laminar və turbulent axın. Reynolds ədədi.
  • Mühazirəçi: f r. e n., dosent Q. Ü. Ağayev Ədəbiyyat: Ağayev Q.Ü., Cəfərov M. B. Fizika kursu. Bakı, 2016




    Download 11,54 Mb.
    bet21/91
    Sana30.12.2019
    Hajmi11,54 Mb.
    #6524
    TuriMühazirə
    1   ...   17   18   19   20   21   22   23   24   ...   91

    2)Maye, en kəsiyinin sahəsi kifayət qədər böyük olan silindrik qabın divarından açılmış kiçik deşikdən axarsa :


    S1 >>S2 olduğundan >> olar.

    Onda praktik olaraq qəbul etmək olar. P1P2 atmosfer təzyiqi (P1=P2=P0) olduğundan alırıq






    Bu Torriçelli düsturu adlanır. Ondan görünür ki, mayenin açıq səthindən h dərinlikdə yerləşən çox kiçik deşikdən axma sürəti, həmin hündürlükdən sərbəst düşən cismin sürətinə bərabərdir.



    Real maye axını. Özlülük. Laminar və turbulent axın. Reynolds ədədi.

    En kəsiyi sabit olan üfüqi boruya bir- birindən eyni məsafədə yerləşməklə qoyulmuş şaquli borudan göstərişi ideal maye üçün eyni olduğu halda, real maye üçün borunun ucuna doğru üzaqlaşdıqca xətti olaraq azalır. Özlü mayenin axması zamanı təzyiqin belə azalması daxili sürtünmə qüvvəsinə qarşı görülən işlə əlaqədərdır. Sürtünmə qüvvəsinə qarşı görulən işin miqdarı böyüdükcə Bernulli tənliyindən kənara çıxmada güclənir. Bu zaman mexaniki enerjisinin bir hissəsi daxili enerjiyə çevrilir. Maye axarkən onun en kəsiyi boyunca müxtəlif layları (təbəqələri) müxtəlif sürətlərlə hərəkət edir.Yüksək sürətlə hərəkət edən laylar yavaş sürətlə hərəkət edən maye laylarına təsir edərək onların sürətini artırmağa çalışır. Əksinə yavaş sürətlə hərəkət edən laylar böyük sürətlə hərəkət edən laylara təsir edərək, onların sürətini yavaşıtmağa çalışır. Maye layları arasındakı bu qarşılıqlı təsir qüvvəsi daxili sürtünmə qüvvəsi (özlülük) adlanır.



    Bu qüvvənin modulu layların toxunma səthləri sahəsindən (S) və sürət qradiyentindən (S səthinə perpendikulyar istiqamətdə sürətin vahid uzunluğa düşən dəyişməsi) asılıdır:


    , özlülük əmsalı Stoks üsulu ilə təyin edilir.

    Mütənasiblik əmsalı - özlülük əmsalı adlanır, mayenin növündən və mayenin halından (temperaturundan) asılıdır. (Puaz).

    Real mayenin iki növ – laminar (laylı) və turbulent (burulğanlı) axını mövcuddur.

    Laminar axın zamanı maye hissəcikləri bir birinə paralel müstəvilər üzrə hərəkət edir. Axın zamanı bu laylar bir- birinə qarışmadan biri digərinə nəzərən sürüşərək hərəkət edir.Laminar axın zamanı axının en kəsiyi boyunca sürət parabolik qanunla dəyişir, hər nöqtəyə uyğun sürət sabit qalır. Deməli, laminar axın stasionar (qərarlaşmış) axındır.



    Turbulent axın zamanı maye layları bir- birinə qarışır. Ona görə axının hər bir nöqtəsində maye hissəciklərinin sürəti nizamsız olaraq dəyişir. Deməli, turbulent axın stasionar deyildir.




    Boruda mayenin axması xarakteri mayenin xassəsindən (ρ) (η), axma sürətindən (), borunun radiusundan (r) asılıdır və Reynolds ədədi adlanan aşağdakı düsturla təyin olunur:






    burada η- mayenin özlülüyüdür, R- vahidsizdir.

    - kəmiyyəti kinematik özlük adlanır. -isə, fərqləndirmək üçün, dinamik özlük adlandırırlar.

    R hidro- və aero-dinamikada çox böyük rol oynayır. R-in kiçik qiymətlərində axın laminar, kritik adlanan müəyyən qiymətindən başlayaraq axın turbulent olur. Silindrik boruda axan su üçün Rkr=1000.

    R eyni olan halda müxtəlif qaz və mayelərin müxtəlif radiuslu borularda axını tamamilə eyni xarakterli olur.

    Download 11,54 Mb.
    1   ...   17   18   19   20   21   22   23   24   ...   91




    Download 11,54 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Mühazirəçi: f r. e n., dosent Q. Ü. Ağayev Ədəbiyyat: Ağayev Q.Ü., Cəfərov M. B. Fizika kursu. Bakı, 2016

    Download 11,54 Mb.