• Xarakteristika
  • Radioaktiv parçalanma qanunu
  • Radioaktiv parçalanma Abdulhüseynov QabistrreplN




    Download 21,24 Kb.
    bet2/2
    Sana03.12.2023
    Hajmi21,24 Kb.
    #110162
    1   2
    Bog'liq
    Radioaktiv parçalanma

    Radioaktivlik
    Radioaktivitlik — radioaktiv parçalanma instabil atom nüvəsinin qəflətən enerji verməklə çevrilmə xassəsi. Xaric olunan enerji ionlaşmış şüa, daha dəqiq dedikdə, enerjiyə malik hissəcikli və ya qamma şüalanma şəklində paylanır.


    Xarakteristika
    Anlayış ilk dəfə 1898-ci ildə Mariya Küri tərəfindən işlənmişdir.
    Radiaktiv parçalanma bir və ya bir neçə hissəciklərin (məsələn: elektronlar, neytrino, alfa-hissəciklər, fotonlar) ayrılması ilə müşaiyət olunur. Radiaktivlik dedikdə həm də radiaktiv nüvəyə malik olan maddənin xassələri nəzərdə tutulur.
    Məlumdur ki, atom nömrəsi 82-dən böyük olan bütün kimyəvi elementlər radiaktivdirlər. Bəzi yüngül elementləri də bu sıraya aid edirlər. İki növ radiaktivlik mövcuddur:
    Təbii radiaktivlik - təbiətdə rast gəlinən, elementin nüvəsinin öz-özünə parçalanmasıdır.
    Süni radioaktivlik - uyğun nüvə reaksiyası nəticəsində süni olaraq elementin nüvəsinin öz-özünə parçalanmasıdır.
    Radiaktiv nüvə tərəfindən şüalanan α-hissəciyi və γ-kvantlarının energetik spektri diskret, β-hissəciyində isə kəsiləndir.
    Parçalanma zamanı yaranan hissəciklərin xassələrindən asılı olaraq alfa-parçalanma, betta-parçalanma adlanırlar. Qamma parçalanma anlayışı çox nadir hallarda işlənir. Nüvənin qamma hissəciklər buraxması adətən izomer keçid adlanır. Qamma şüalanma çox vaxt digər növ parçalanmaları müşaiyət edir.
    Hazırda alfa, betta və qamma parçalanmadan başqa neytron emmisiyası, klaster radiaktivlik, spontan parçalnma da aşkarlanmışdır.


    Radioaktiv parçalanma qanunu
    Nüvələrin elementar zərrəciklər və ya sahə kvantları şüalandırmaqla başqa tip nüvələrə çevrilməsi prosesi radioaktivlik adlanır. Heç bir kənar təsir olmadan təbii elementlərin nüvələrində baş verən radioaktivlik, bu elementin özü isə radioaktiv element və ya radioaktiv maddə adlanır. Təbii radioaktivlik ilk dəfə (1896) A. Bekkerel tərəfindən kəşf edilmişdir, P. və M. Kürilər tərəfindən geniş tədqiq edilmişdir. Nüvələr elementar zərrəciklərlə və başqa nüvələrlə təsir etməklə baş verən radioaktivlik süni radioaktivlik adlanır. Süni radioaktivlik F. və İ. Joliokürilər tərəfindən kəşf edilmişdir (1936). Təbii və süni radioaktivlik arasında heç bir prinsipial fərq olmadığından onların hər ikisi eyni qanunlara tabedir. Ona görə də hal-hazırda vahid radioaktivlik anlayışından istifadə edilir.
    Digər kvant prosesləri kimi radioaktivlik də statistik hadisıdir: radioaktiv elementin atomlarının şüalanma aktları bir-birindən asılı olmadıqlarından və bu aktların nə zaman baş verməsi məsələsi hər bir atom üçün təsadüfi xarakter daşıdığından verilən an üçün nə qədər nüvənin parçalanacağını qabaqcadan dəqiq söyləmək olmaz. Buna baxmayaraq radioaktiv elementdəki nüvələrin sayı külli miqdarada olduqda, hələ parçalanmayan nüvələrin sayının zamandan asılılığını, yəni radioaktiv parçalanma qanununu tapmaq olar. Tutaq ki, dt müddətində parçalanan nüvələrin sayı dN, həmin anda parçalanmayan nüvələrin sayı isə N-dir. Aydındır ki, dN həm N və həm də dt ilə mütənasib olmalıdır:
    dN  Ndt (1)
    Burada  verilən radioaktiv maddə üçün xarakterik olub, parçalanma saiti adlanır. dt=1 san olduqda   dN / N olur, yəni parçalanma sabiti 1 san-də bir nüvənin digərinə çevrilməsi ehtimalını ifadə edir. Mənfi işarəs, dN artdıqca N-in azalması ilə əlaqədardır. (1) ifadəsini inteqrallasaq alarıq:
    (2)
    Burada -ilkin nüvələrin t=0, N isə t anəndakı sayıdır. Aldığımız ifadə radioaktiv parçalanma qanunu adlanır. Radioaktiv parçalanma qanunundan t müddətdə parçalanan nüvələrin sayı üçün aşağıdakı ifadə alınır
    (3)
    Nüvələrin sayı kifayət qədər çox olduqda N hasili radioaktiv şüalanmanın intensivliyini xarakterizə edir. Ona görə də N hasili radioaktiv maddənin aktivliyi adlanır. BS-də onun ölçü vahidi 1 Bekkerel (Bk) adlanır. Hər saniyədə bir parçalanma aktı verən radioaktiv maddənin aktivliyi 1 Bk adlanır. 1 Bk=1 parç./san. Praktikada bundan on dəfələrlə böyük olan vahidlərdən istifadə edilir: 1 terabekkerel (TBk)=1012 Bk, 1 eksabekkerel (Ebk)=1018 Bk və s. İlkin nüvələrin sayının (N0) yarısının parçalandığı müddət yarımparçalanma periodu (T1/2) adlanır:

    Buradan alarıq:

    Hal-hazırda bizə məlum olan radioaktiv nüvələrin yarımparçalanma müddəti 3*10-7san (84 P212 üçün) –dən 1,4·1017 ilə (82 Pb204 üçün) qədər geniş diapazonu əhatə edir. Asanlıqla isat etmək olar ki, radioaktiv nüvənin orta ömrü    -ın tərs qiymətinə bərabərdir.

    Çox vaxt radioaktiv parçalanmadan alınan nüvələrin özləri də radioaktiv olurlar.

    Ədəbiyyat

    1. https://elmtehsil.com/elm-ve-heyat/radioaktiv-parcalanma/116

    2. https://www.wikimedia.az-az.nina.az/Radioaktivlik.html

    3. https://azkurs.org/download/fizika-onun-tebiet-ve-texniki-elmlerle-elaqesi.doc

    Download 21,24 Kb.
    1   2




    Download 21,24 Kb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Radioaktiv parçalanma Abdulhüseynov QabistrreplN

    Download 21,24 Kb.