REFERAT
“ Tırtıl bəndinin tökmə texnologiyasının işlənməsi” mövzusunda buraxılış işi 3 fəsil, nəticələr və ədəbiyyat siyahısından ibarətdir. İş _ səhifə, o cümlədən _ cədvəl və _ şəkildən ibarətdir.
Birinci fəsil piyada döyüş maşının ümumi xarakteristikasının şərhinə və tırtıl bəndinin əlverişli konstruksiya materialı kimi 20ХГСНМ poladının tərkib və xassələrinin öyrənilməsinə həsr edilmişdir. Burada 20ХГСНМ poladının tərkibi və tökmə poladlarının xassələri haqqında məlumatlar verilmişdir.
İkinci fəsildə tırtıl bəndi modelinin materialının seçilməsi və tırtıl bəndinin modelinin pres-qəlibdə hazırlanması texnologiyası şərh olunmuşdur.
Üçüncü fəsildə tırtıl bəndi ərintisinin və tökmə qəlibinin hazırlanması üçün zəruri olan hesabatlar aparılmışdır. Tırtıl bəndi töküyünün hazırlanmasında finiş texnoloji əməliyyatlar şərh olunmuşdur.
İşdə nəticələr, ədəbiyyat siyahısı və əlavələr verilmişdir. İzahat yazısı _ səhifə , qrafiki hissə isə A1 formatlı 4 vərəqdən ibarətdir.
РЕФЕРАТ
Выпускная работа выполнена на тему: “Разработка литейной технологии гусеницы” и содержит 3 главы, выводы и список литературы. Выпускная работа состоит из _ страниц, _ таблиц, и _ рисунков.
Первая глава посвящена анализу состава и свойства стали 20ХГСНМ. Приведены сведения о структуре и физико-механические характеристики стали 20ХГСНМ.
Вторая глава посвящена вопросам выбора материала для модели и технологию изготовления моделей в пресс-форме для гусеницы.
В третьей главе освещены процессы при изготовлении форм и отливок гусеницы. Приведены необходимые технологические расчеты для изготовления литых заготовок гусениц.
Расчетно-пояснительная записка составлена из _ страниц, графическая часть работы содержит 4-х листов в формате А1.
MÜNDƏRİCAT
Referat
GİRİŞ .................................................................................................................. 6
FƏSİL 1. TIRTIL BƏNDİNİN MATERİALININ SƏCİYYƏLƏNDİRİLMƏSİ
1.1. BMP-2 piyada döyüş maşını haqqında qəsa məlumat..................... 8
1.2. Tökmə poladlarını səciyyələndirən əsas amillər............................ 12
1.3. Poladların tökmə xassələri..............................................................13
1.4. Legirli poladlardan tökmələr istehsalı............................................15
1.5. 20ХГСНМ poladının tərkib və xassələri........................................16
1.6. Tırtıl bəndinə qoyulan texniki tələblər............................................17
FƏSİL 2. TIRTIL BƏNDİ MODELİNİN HAZIRLANMA TEXNOLOGİYASİ
2.1. Tırtıl bəndi modelinin materialının seçilməsi və əsaslandırılması..21
2.2. Tırtıl bəndi modelinin hazırlanma texnologiyası........................... .22
FƏSİL 3. TIRTIL BƏNDİ TÖKÜYÜNÜN HAZIRLANMASI VƏ HESABATI
3.1. Tırtıl bəndi töküyünün hazırlanma qaydası.....................................26
3.2. Tökmə qəlibinin metalla doldurulması metodu.............................. 34
3.3. Tırtıl bəndi töküyünün hesabatı ..................................................... 38
3.4. Hazır tırtıl bəndinin qəbul qaydaları............................................... 45
NƏTİCƏ............................................................................................................47
ƏDƏBİYYAT................................................................................................. 48
GİRİŞ
Azərbaycan Müdafiə Sənayesi Nazirliyi nəzdində 15-dən çox müəssisə fəaliyyət göstərir. Bu müəssələrdən biri də "İqlim" Elm-İstehsalat Müəssisəsidir.
"İqlim" Elm-İstehsalat Müəssisəsi 1961-ci ilin yanvar ayında Keşlə Maşınqayırma zavodunun kondisionerlər sexinin bazasında "Bakı İqlim Qurğular zavodu" adı altında yaradılmışdır.
İlk məhsulu otaq hava kondisionerləri olmuşdur. 1961–ci ildə zavodun adı dəyişdirilərək Bakı Kondisionerlər zavodu olmuşdur. Zavod SSRİ Aviasiya Sənayesi Nazirliyinin tabeliyinə verilmişdir. 1970–ci ildə zavodun adı yenidən dəyişdirilmiş, Bakı Maşınqayırma zavodu olmuşdur. Məhsulu–aerodrom hava kondisionerləri , aviasiya kürəvi və silindrik balonları , hidroakkumulyatorlar və "Azərbaycan-4" məişət kondisionerləri olmuşdur. 1974–cü ildə Bakı maşınqayırma zavodunun, onun filialının və “Nauka” (Moskva) Aqreqat zavodunun Bakı filialının bazasında Bakı Aqreqat İstehsal Konstruktor Birliyi (BAİKB) yaradılmışdır.
1978–ci ildə BAİKB-in adı dəyişilərək, Bakı Aqreqat İstehsal Birliyi (BAİB) olmuşdur.
1992–ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə BAİB-in adı dəyişdirilərək, “İqlim” Bakı Aviasiya İstehsalat Birliyi ("İqlim" BAİB) olmuşdur. 1993-cü ildən 2005-cı ilədək Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibində fəaliyyət göstərmişdir.
2006-cı ildən "İqlim" Elm-İstehsal Müəssisəsi kimi Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tərkibində fəaliyyət göstərir. İSO 9001-2001 standartının tələblərinə uyğunluq sertifikatı vardır.
Texniki tərəqqinin sürətləndirilməsi qara metallurgiyanın inkişafından, bu sahədə çeşid müxtəlifliyindən, onun artırılmasından və keyfiyyətin yaxşılaşdırılmasından bilavasitə asılıdır. Qara metallurgiya xalq təsərrüfatının digər sahələri ilə əlaqədardır.
Sənayeni və tikinti sahələrini metalla fasiləsiz surətdə təchiz etməklə yanaşı, qara metallurgiya özü də sənaye məhsulunun ən iri istehlakçısıdır. Qara metallurgiya da gələcək inkişafın başlıca istiqaməti metal məhsulunun səmərəli növlərinin keyfiyyətini əsaslı surətdə yaxşılaşdırmaqdan və buraxılışını artırmaqdan ibarət olacaqdır.
Yaxın gələcəkdə yarımkeçiricilərin, çox saf və xüsusi materialların, presizion ərintilər və yüksək parametrli digər materialların, prokatın, bimetalların, nazik alüminium və mis elektrolitik folqanın, ovuntuların, bərk ərintilərdən və mineral keramikadan ibarət yenidən itilənməyən löhvələrin sərfəli növlərinin istehsalı sürətlə inkişaf etdiriləcəkdir.
Bununla əlaqədar olaraq ərinti ilə tökmə qəlibini dolduran zaman yaranan proseslərin, maye metalın tökmə-qidalandırıcı sistemin kanallarında axmasının hidrodinamik xüsusiyyətlərinin tədqiqi xüsusən aktuallıq kəsb edən məsələlərdir.
|