• FƏSİL 3. TIRTIL BƏNDİNİN TÖKÜYÜNÜN HESABATI 3.1. Tırtıl bəndi ərintisinin hazırlanması
  • Qurutma - yenidən qurutma zamanı model bloklarını 40-50 0C-də 24 saatdan az olmayaraq qurutmaq lazım gəlir. 19




    Download 1,41 Mb.
    bet9/14
    Sana20.01.2024
    Hajmi1,41 Mb.
    #142102
    TuriReferat
    1   ...   6   7   8   9   10   11   12   13   14
    Bog'liq
    Diplom nümunəsi Rüstəmova Pəri 757 A

    18. Qurutma - yenidən qurutma zamanı model bloklarını 40-50 0C-də 24 saatdan az olmayaraq qurutmaq lazım gəlir.
    19. Nəqletmə zamanı 24 saat qurutmadan sonra istənilən zaman model bloklarını qəlibləmə sahəsinə ötürmək olar.
    20. Qəlib qurumunun nəqli - pnevmo nəqledici vasitəsi ilə qumu qaldıraraq silkələyicinin bunkerinə doldururlar.
    21. Qəlibləmə - 4 ədəd model blokları qəlib qutularının içərisinə əvvəlcədən qalınlığı 100 mm kipləşdirilmiş qumun üstünə yerləşdirilir. Üzərinə blokun hündürlüyünün yarısı qədər qum tökülür. Daha sonra 30 saniyə silkələməyə qoyulur. Silkələməni dayandırdıqdan sonra, qəlib qutusunun üzərinə sellofan çəkilir, tökmə qutuları (qıfları) hər tökmə dayağına yerləşdirilir. Sellofanın üzərinə qalınlığı 20 mm-dən az olmayaraq qum tökülür. Tökmə qıflarının içərisini hava üfürməklə təmizləmək lazımdır.
    22. Nəqletmə zamanı qəlibləri tökmə sahəsinə nəql edib və vakuum sisteminə birləşdirmək lazımdır

    Şəkil 2.1. BMP-2 piyada döyüş maşının tırtılının modeli


    FƏSİL 3. TIRTIL BƏNDİNİN TÖKÜYÜNÜN HESABATI
    3.1. Tırtıl bəndi ərintisinin hazırlanması
    Tırtıl bəndinin ərintisinin hazırlanması zamanı aşağıdakı əməliyyatlar ardıcıl olaraq həyata keçirilir.
    İlkin mərhələ şixtə materiallarının hazırlanması mərhələsidir. Bu zaman şixtə materiallarını şixtənin hesabatına əsasən uyğun miqdarda çəkib, ərinti jurnalında qeyd etmək lazımdır.
    Ərintinin hazırlanması - bir ərinti üçün Cт10 materialını, ferroxromu ФХ025, ferromolibdeni ФMo-60, ferronikeli ФНи sobanın ocağına yerləşdirmək lazımdır. Əritmə sobasını işə salınır və şixtə materialı əridikcə şixtə hesabatına əsasən şixtə materialları əlavə edilir. Şixtə materialları tam əridikdən sonra ərintinin səthindən posa yığılır, hesabat üzrə qalan ferroərintilər - ferromanqan ФMn-90, ferrosilisium ФC65, ferrotitan Фtu30, mis M1 əlavə edilir.
    Ərintinin tempraturu 1670oC - yə qaldırılır və soba söndürülür. Ərinti metalının səthinə PUXİTG posa əmələ gətirən materialdan 0,2-0,3 kq tökülür və 2-3 dəqiqə gözlənilir. Sonra posa təmizlənir, soba işə salınır. Ərintinin tempraturu 1670-200C-dək qaldırılır. Bu temperaturda 3-5 dəqiqə saxlanıldıqdan sonra ərinti tökməyə hazır olur.
    Ərintinin ekspress analizi- bütün legirləyici liqaturalar ərintiyə əlavə edildikdən sonra maye metaldan torpaq qəlibə tökülmüş Ф30x30\30 mm ölçülü nümunə dərhal spektral labaratoriyaya göndərilir.
    Ərintinin tərkibinin tarazlaşdırılması - spektral analizin nəticələrinə görə ərintinin tərkibini çatışmayan elementlər üzrə ferroərintilərlə korreksiya edirlər.

    Əritmə zamanı 500kq-lıq induksion əritmə sobasından istifadə olunur. (şəkil 3.1.)



    Şəkil 3.1. İnduksion əritmə sobası


    Tökmə çalovunun hazırlanması - tökmə çalovuna odadavamlı materialla suvaq çəkilir və qurudulur. Çalovun içərisində 2-3 saat təbii qaz atəşi yandırmaqla qızdırılaraq tökməyə hazırlanır. Ərinti sobasının tökmə sahəsinə nəql edildikdən sonra dərhal tökməyə başlanılır.
    Mikrolegirləmə - mikrolegirləmə zamanı tökmə kovşuna kovşun həcminin 1\3 qədər maye metal tökülür. 50 kq-lıq kovşa 120 qram AКЦЕТ mikrolegirləyicisi əlavə edilir. Kovş maye metalla doldurulur, posa yığılır və tökməyə başlanılır.
    Tökmə - qəlibləri vakuum xəttinə qoşulur. (seyrəklik 0,05-0,07) Tökmə kovşuna ərinmiş metalın çəkisinin 0,1%-i miqdarında aliminium atılır və (maye metalın tempraturunu ölçlməli 1690 +10 (qəlibə tökmə tempraturu 1650 +10) kovş doldurulur. Maye metalın şırnağı tökmə dayağının fincanına istiqamətləndirilməklə tökmə əməliyyatını yerinə yetirilir. Tökülmüş qəliblər 1,5- 2 saatdan az olmayaraq sex tempraturunda soyudulduqdan sonra çevirici qurğuya nəql edilir. Ərintinin kimyəvi tərkibinin yoxlanılması üçün tökülmüş nümunə 35x30 ölçüsündə kəsilir və ərintinin nömrəsi zərbə üsulu ilə nümunənin səthinə vurulur. Ərinti tələbnamə ilə spektral labaratoriyaya göndərilir. Daha sonra qəliblər tökmələrdən çıxarılır.
    Qeyd: nəqletmə zamanı tökmələri tökmə dayaqlarından kəsib ayırmaq lazımdır.
    İşarələmə - yararlı tökmələrin səthinə zərbə üsulu ilə ərinti nömrəsini və sıra sayını damğalamaq lazımdır. Lay tökmələri təkrar ərintiyə göndərib, ərinti nömrəsini göstərməklə yararlı və zay tökmələrin qeydiyyatını aparmaq lazımdır.
    Nəqletmə - spektral labaratoriyanın kimyəvi tərkibi haqqında müsbət rəyinə əsasən yararlı tökmələri və nümunələrin pəstahını termiki emal sahəsinə nəql etməli.
    Normallaşdırma və ya tablama - şaxtalı termiki emal sobasını 980+100C-dək qızdırmalı tökmələri, tökmələri şaquli vəziyyətdə səbətə yerləşdirməli, səbəti və nümunələrin pəstahını termiki emal sobasına yükləməli. Tökmələri və nümunələri pəstahının tempraturunu (şaxtalı, sobanın tempraturunu) 9800C-dək qaldırmalı, bu tempraturda 1,5 saat saxlamalı, sobadan çıxartmalı, havada sex tempraturunadək soyutmalı (tökmələri səbətlərdən çıxartmamaqla soyutmalı)
    Tabalma - tökmələri və nümunələrin pəstahını səbətlə birlikdə 8900C-dək qızdırılmış şaxtalı sobaya yükləməli, bu tempraturda 2 saat saxlamalı, soba ilə birlikdə 6500С dərəcəyədək soyutmalı , sobadan şıxartmalı, havada soyutmalı
    Nəzarət zamanı nəzarət masasından , brinel cihazından istifadə olunur.
    Təmizləmə - tökmələri qırmaatıcı qurğunun masasına yerləşdirməli, qurğunu işə salmalı
    Düzləndirmə - tökmələri 0-10mm əyriliyinədək hidravlik pre4ssdeə əyriliyini düzəltməli
    Gərginliyin çıxarılması - əyriliyin düzəldilmiş tökmələrin gərginliyini 2300C-dək 2 saat saxlamaqla çıxartmalı
    Nəzarət - tökmələri maqnit- ovuntu nəzarətindən keçirməklə çıxdaş etməli, tökmələrdə çat xarakterli qüsurlar buraxılmır.
    Nəqletmə - tökmələri mexaniki emal sahəsinə göndərməli
    Tablama - mexaniki emal olunmuş tökmələri və sınaq nümunələrini şaquli vəziyyətdə səbətə yöğmalı, səbətlə birlikdə 9100C-dək qızdırmalı, sobada 0,5 litr sərfi ilə arqon qazı nəql etməli, 9100C-dək tempraturda 1,5 saat saxlamalı, çıxartçalı və 11-20A markalı industrial yağda soyutmalı və 400C-dək qızdırılmış yannan modellərlə tökmə texnologiyası suda dərhal soyutmalı
    Tabəksiltmə - tablamadan keçmiş tırtıl bəndi hissələrini və sınaq nümunələrin səbətlə birlikdə 2300C-dək qızdırılmış şaxtalı sobaya yükləməli, 2300C-dək tempraturda 4 saat saxlamalı, çıxartmalı sex tempraturunadək havada soyutmalı, hissələri və nümunələru səbətdən çıxartmalı, sınaq nümunələrini mexaniki sınaq labaratoriyasına göndərməli.
    Nəzarət masası, xətkeş, şup
    Düzəltmə (ristovka) hidravlik presdə hissələri yükləməklə düzəltmə əməliyyatını aparmalı. Bu əməliyyatın ərintisi 1 mm artıqdan hissələrə aiddir.
    Nəzarət- nəzarət masası, xətkeş, şup (qalınlığı 1 mm)
    Gərginliyin çıxarılması- düzəltmə əməliyyatını keşmiş hissələri 2300C-dək tempraturalı sobada 2 saat saxlamalı, çıxartmalı, havada soyutmalı.
    Nəzarət- tırtıl bəndlərini maqnit-ovuntu nəzarətindənkeşirməklə çıxdaş etməli, hissələrdə çat xarakterli qüsurlar buraxılmazdır.
    Rəngləmə- ПФ-115 repkal ГОСТ 6164-76 emalını P-5A həlledicisi qataraq özlülüyü 18-22 saniyəyə çatdırmalı, tırtıl bəndinin boyuncuqlarının daxili səthlərini rəng örtüyündən qorumaqla tırtıl bəndini rəngləməli, otaq tempraturunda 24 saat qurutmalı. (şək 3.2.)
    Sənədlərə nəzarət- nəzarət masası, clearpor CL600A markalı sopolimer materialının xüsusi, ağzı bağlı kisələrdə və ya hər hansı ağzı hermetik bağlı qablarda və müşayət edici sənədlərin olmasına nəzarət.
    Çəkiyə nəzarət - 1 litr həcmli boşqabı elektron tərəzidə çəkməli, sonra sopolimer material ilə doldurmalı, yenidən çəkməli. 1 litr həcmində şişirdilmiş sopolimer materialın çəkisi 24-26 qramdan çox olmamalıdır. Sopolimerin çəkisi yuxarı həddi aşdıqda ilkin şişirdilmə davam etdirilməlidir.
    Deffektlərə nəzarət - modellərdə və tökmə dayaqlarında dolmamış yerlərə, əziklərə, tam bişməmiş ( məsaməli səthlərə) bişmə vaxtı ötmüş ( nahamar ərimiş səthlər) səthlərə, əyilməyə, diametrik ölçülərdə ellipsliyə icazə verilmir. Bu tələbləri ödəyən və təsdiq olunmuş etalona uyğun gələn modellər və tökmə dayaqları nəzarətçi tərəfindən qriflənir. Modellərin çəkisi 85+5 qramdan çox olmamalıdır.Çəkiyə nəzarət hər partiyadan bir neçə model üzərində aparılır.
    Çəki tələbatını ödəyən modellər nəzarətçi tərəfindən qriflənir.Qarışdırılmış boya məhlulunun özlülüyünə nəzarəti VİM-6 ilə aparmalı. 100sm3 boya məhlulunu özlülük ölçənin qabına tökməli , tıxacı açmalı, saniyə ölçəni işə salmalı. Özlülük 15-18 saniyə olmalıdır.
    Qurutmadan sonra model bloklarını vizual baxışdan keçirməli, sınmış yerləri və çatı olan bloklar çıxdaş edilir. Tökmələri bərkliyə yoxlamalı. HB10\300\10 241 . Tökmələrin səthində yanma məhsullarından təmizlənməmiş səthlər, çatlar, konstruktor sənədlərinə uyğun gəlməyən tökmələr sonrakı əməliyyatlara buraxılmır. Çata yoxlamanı ucu 5-7 mm-lik çəkiclə aparmalı. Çəkiclə yoxladıqda isə toxunmadan yaranan səs cingiltili olmalıdır.
    Mexaniki sınaq labaratoriyasının müsbət rəyinə əsasən hər bir tökmənin bərkliyini Brinell cihazında yoxlamalı. Bərklik HB10\3000\10-388-477 olmalıdır. Xətkeşin tilini hissənin boyuncuqları üzrə uzununa qoymalı, boyuncuqlarla xətkeş arasındakı ara məsafəni şup ilə yoxlamalı. Əyrilik 0-1 mm arasında buraxılandır. Tırtıl bəndlərini maqnit-ovuntu nəzarətindən keçirtməklə çıxdaş etməli. Hissələrdə çat xarakterli qüsurlar buraxilmazdır. Termiki emal əməliyyatlarının tempraturunu və vaxtı göstərməklə xüsusi jurnalda qeydiyyatının aparılmasına nəzarət edilməlidir. Rənglənməmiş səthlərə icazə verilmir. Tırtıl bəndinin yandan görünüşünün kəsiyi aşağıdakı şəkildə verilmişdir.


    3.2. Rənglənmiş tırtıl bəndləri



    Şəkil 3.3. BMP-2 PDM-in tırtıl bəndinin yandan və üstdən göstərilmiş kəsiklərinin cizgiləri



    Şəkil 3.4. Tırtıl bəndinin yandan görünüşünün cizgiləri

    Download 1,41 Mb.
    1   ...   6   7   8   9   10   11   12   13   14




    Download 1,41 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Qurutma - yenidən qurutma zamanı model bloklarını 40-50 0C-də 24 saatdan az olmayaraq qurutmaq lazım gəlir. 19

    Download 1,41 Mb.