|
Tırtıl bəndinin tökmə qəlibinin hazırlanması
|
bet | 10/14 | Sana | 20.01.2024 | Hajmi | 1,41 Mb. | | #142102 | Turi | Referat |
Bog'liq Diplom nümunəsi Rüstəmova Pəri 757 A3.2. Tırtıl bəndinin tökmə qəlibinin hazırlanması
Qəlibin metalla doldurulmasının təyini aşağıdakı metodika kimi aparılmışdır (şək.3.2). Vibrostolda 7 yerləşən opokaltı lövhə qalınlığı 0,075mm olan polieti-len pərdə 6 ilə örtülmüşdür. Onun üzərinə kollektor əmələ gətirən ikiqat divarlı 400x300x250mm ölçülü opok 1 qoyulmuşdur. Opokun daxili divarları perforasiya olunub (deşilib) və 1sm2–da 250 gözlüyü olan polad torla örtülüb. Opok daxili dia-metri 25mm olan armirə olunmuş çevik şlanqlar vasitəsilə resiverlə birləşdirilmişdir. Resiver BBH–6 vakuum nasosu ilə bir-ləşdirilmişdir .
Opok 1K016A markalı quru kvars qumu 2 ilə doldurulur; model kimi penopolistiroldan texnoloji nümunə 3 (20x20 mm en kəsiyi, 1m uzunluğunda lent şəklində) hazırlanmış və qəliblənmişdir.
Qəlibə maye metal 150 mm hündürlüyə və 20x20 mm en kəsiyə malik penopolistirol dayaqdan tökülmüşdür.
Modeldə bir–birindən 120 mm məsafədə kontakt müqavimətinin sonradan azalması ilə 0,1–dən 0,82 Om–a qədər müxtəlif müqavimətli kontaktlar qoyulmuşdur. Kontaktlar öz aralarında d=0,1mm–lik mis məftillə birləşmişdir, məftil ölçmə sxeminə “körpü” tipli bağlanmışdır.
Körpüyə qidalanma mənbəyi - 413 tipli batareyadan 9V gərginlik verilir. 0,82 Om–luq müqavimətlə birinci kontakt dayağın altında qoyulur. Birinci kontaktla ya-naşı daha bir mis məftil qoyulur, o da ölçmə sxeminə “körpü” tipi ilə birləşir. Sxem özü kompüterlə əlaqələndirilmiş 2 kanallı analoq–rəqəmli çeviriciyə (ARÇ) birləşdirilmişdir (şək.3.1).
Qəlibi vibrasiya ilə sıxlaşdırdıqdan sonra vibrostol söndürülür və opok yuxarı-dan polietilen pərdə 6 ilə örtülür. Vakuumun qiyməti qəlibdə qoyulmuş vakuum-metrə görə təyin edilir.
Sonra opok qaldırıcının köməyilə vibrostoldan götürülür və maye metal tökülmək üçün nəzərdə tutulan yerə qoyulur.
Metal tökülməzdən əvvəl qəlibin üzərinə qəlib qarışığından hazırlanmış tökmə kasası 4 qoyulur. Qəlibə tıxacın 5 altından 7500C–də AK–9 markalı silumin tökülür. Tıxac XTC tərkibli içlik qarışığından hazırlanır.
Şəkil. 3.5. BMP tırtıl bəndləri üçün yığılmış qəlib
Metalın temperaturu xromel–alumel (XA) termocütü ilə ölçülmüşdür, termocüt sobadan çıxışda və tökmə kasasının özündə rəqəmli ölçmə cihazı ilə birləşdirilmiş-dir. Qəlibin boşluğunda axması prosesində metal ardıcıllıqla kontaktları qapayır, on-lardan siqnal ARÇ–yə daxil olur, bu siqnallar buradan kompüterə ötürülür. Zamana görə gərginliyin düşməsi mənzərəsi kompüterdə fiksasiya edilir, onun təsviri isə kompüterə qoşulmuş monitorun ekranında qeydə alınır.
Bunun üçün qəlib qarışığı tərtib edilmişdir: 96% işlənmiş qarışıq və 4% su. İstifadə edilmiş qəlib qarışığının fiziki–mexaniki və texnoloji xassələri cəd.3.1–də verilmişdir .
Cədvəl 3.1
İstifadə olunan qəlib qarışığının fiziki-mexaniki və texnoloji xassələri
Xarakteristikaları
|
Vahidi
|
Qiyməti
|
Nəm halda sıxılmada möhkəmlik həddi
|
kq/sm2
|
0,8-1,2
|
Qazkeçiricilik, az olmayaraq
|
Vahid
|
80-120
|
Qarışığın nəmliyi
|
%
|
4,0-5,0
|
Maye metalın qəlibə dolmasının və dolma sürətinin təyini üzrə alınmış təcrübə nəticələri cəd.3.2–3.6–də verilmişdir. Şək.3.2–də isə vakuumun qiymətinin tökmə qəlibinin dolmasına təsirini nümayiş etdirən qrafik təsvir olunmuşdur. Şək.3.3–də qəlibin ərinti ilə dolma sürətinin dəyişməsinin vakuumun qiymətindən asılılıq qrafiki göstərilmişdir.
Şəkil 3.8. Metalın qəlibə dolma sürətinin vakuumun qiymətindən asılılığı:
1-vakuumsuz (modelin sıxlığı 25kq/m3); 2-0,02MPa (modelin sıxlığı 36kq/m3);
3-0,04MPa (modelin sıxlığı 36kq/m3); 4-0,05 MPa (modelin sıxlığı 36kq/m3).
|
| |