|
FƏSİL 2. TIRTIL BƏNDİ MODELİNİN HAZIRLANMA TEXNOLOGİYASI
|
bet | 7/14 | Sana | 20.01.2024 | Hajmi | 1,41 Mb. | | #142102 | Turi | Referat |
Bog'liq Diplom nümunəsi Rüstəmova Pəri 757 AFƏSİL 2. TIRTIL BƏNDİ MODELİNİN HAZIRLANMA TEXNOLOGİYASI
2.1. Tırtıl bəndi modelinin materialının seçilməsi və əsaslandırılması
Material Clearpor Yaponiya istehsalı olub özündə sopolimer və polstirol qranulalarını təşkil edir (75% - PMMA; 25% - EPS). Bu materialın iş prinsipi tökmə zamanı əriyən modellərin iş prinsipinə əsaslanır. Clearpor 2 növdə istehsal olunur. Bunlar CL500A və CL600A - dır. CL500A növünün qranulasının ölçüsü 0,5mm, CL600A növünün isə qranulasının ölçüsü 0,4 mm-dir. Bu materialın tırtıl bəndinin modelinin istifadı olunmasının əsas səbəbləri tökmə zamanı detalın səthində deffektlərin olmaması, qranulaların yüksək dəqiqlikdə ölçüyə malik olması və qazlaşan zaman tam yox olma qabiliyətinə malik olmasıdır.
Clearpor materialının istifadə olunması zamanı tökmələrdəki karbonun miqdarı minimuma enərək 0,04%-dən çox olmur. Clearpor yüksək piroliz xassəsinə malikdir. Bu o deməkdir ki, bu material yanan zaman polistirola nisbətən olduqca az miqdarda zəhərli qazlar ifraz edir.
Material yüksək keyfiyyətə sahib olduquna görə uzun müddət qalsada onun heç bir deformasiya baş vermir və dəqiq tökmə zamanı alınan detal dəqiq parametrlərə malik olur. Bu material yüksək mexaniki xassələrə malikdir. Sopolimer olduqca incə material olduqunnan onu adi vannalarda köpükləndirmək mümkün deyil. Sopolimer köpüklənən zaman xüsusi avtomatik köpükləndiricilərdən istifadə olunur. Modellərin bişirilməsi zamanı isə xüsusi avtomatlardan istifadə edilir ki, material hazırlanan zaman az buxarlandırmaq (0,07-0,08 bar-a qədər) lazımdır. Bu material yüksək keyfiyyətə sahib olmasına görə tırtıl bəndinin modellərinin hazırlanmasında istifadə edilir.
2.2 Tırtıl bəndi modelinin hazırlanma texnologiyası
İlkin olaraq nəzarət həyata keçirilməlidir - Bu texnoloji prosesin bütün əməliyyatlarını yerinə yetirərkən sexdə və istehsalat sahələrində havanın tempraturu 12-32 oC və rütubəti 75%-dən çox olmamalıdır. Havanın tempraturunu və rütubətini gündəlik ölçmək və xüsusi jurnalda qeyd etmək lazımdır. Havanın tempraturunun və rütubətinin ölçülməsinə və qeydiyatına sexin ustası cavabdehlik daşıyır. Tırtıl bəndləri polad - CT 20XГСНМ 10t11.001-09T materialından hazırlanır. Bu zaman aşağıdakı mərhələlər həyata keçirilir:
1. Sopolimerin ilkin şişirdilməsi əməliyyatı birinci olaraq həyata keçirilir. İlkin olaraq sopolimer materialını İPE-80P şişirdici avtomatın bunkerinə yüklənilir. Sonra avtomatı işə salıb, ilkin şişirdilmə əməliyyatını 2-3 dəfə sopolimerin 1 litr həcminin 12-28 qram həddində olanadək təkrarlanır. Şişirdici avtomat 1PE-80P 1 kiloqramlıq elektron tərəzi, sopolimer kimi clearpor CL600A maddəsindən istifadə olunur.
2. İkinci mərhələdə stabilləşdirmə əməliyyatı həyata keçirilir - ilkin şişirdilmiş sopolimer materialını 18-25 oC sex tempraturunda 24 saat hava keçirən parçalı xüsusi bunkerlərdə saxlayırlar.
3. Press qəlibin işə hazırlanması əməliyyatı – 10P6-765-sb102 tırtıl bəndinin pres qəlibini 1PS-540VC avtomatına bağlanılır. Avtomat işə salınır, pres-qəlib açılır. Pres qəlib açıldıqdan sonra işçi səthləri silinir və işçi vəziyyətə gətirilir.
4. 1PS-540VC avtomatının sopolimerlə təmin olunması əməliyyatı - bu mərhələdə ilkin şişirdilmiş və 24 saata qədər stabilləşmə əməliyyatını keçmiş sopolimer materialı 1PS-540VC avtomatının bunkerinə ötürülürş İlkin şişirdilmə vaxtı, sopolimerin 1 litr həcminin çəkisi, 1PS -540VC avtomatına yüklənmə vaxtı xüsusi jurnalda qeydiyatdan keçirlir.
5. Tırtıl bəndi modelinin və onun tökmə dayağının hazırlanması zamanı isə 1PS-540VC avtomatının BMP tırtıl bəndi proqramının düyməsini işə salınır. Avtomat işə hazırlanır. Daha sonra isə modelin və tökmə dayağının istehsalına başlanılır. Bu mərhələdən sonra nəzarət həyata keçirilir və o aşağıdakı kimi olur.
6. Nəzarət prosesi zamanı sazlayıcı, sahənin ustası, nəzarətçi tərəfindən modellərə və tökmə dayaqlarına vizual baxış keçirilir.
7. İlkin qurutma - nəzarətçi tərəfindən qriflənmiş modellər və tökmə dayaqları ilkin qurudulmaq üçün 24 saatdan az olmayaraq sex tempraturunda stellajlarda saxlanılır. Stellajlara qurutmaq üçün qoyulma vaxtının başlanğıcının tarixi və vaxtı birkada qeyd edilərək nəzarətçi tərəfindən qriflənir, stellajdan asılır.
8. Tam qurutma - 24 saatdan az olmayaraq sex tempraturunda qurudulmuş modellər və tökmə dayaqları tam qurudulmaq üçün 40-50 oC-li qurutma sobalarında stellajlar üzərinə yerləşdirilərək bu tempraturda ən azı 48 saat qurudulur. Sobaya qurudulmaq üçün qoyulma vaxtının başlanğıcının tarixi və saatı birkada qeyd edilərək nəzarətçi tərəfindən qriflənir və stellajlardan asılır. Yenidən nəzarət əməliyyatı həyata keçirilir.
9. Yenidən nəzarət zamanı - tam qurutmanın keyfiyyətinə təsiri modellərin çəkisinin yoxlanılması ilə aparılır. Bunun üçün nəzarət masasından və elektron tərəzidən istifadə olunur.
|
| |