• 1-ci sinif
  • 1.3. Poladların tökmə xassələri və tökmələrin keyfiyyətinə təsiri
  • Tökmə poladlarını səciyyələndirən əsas amillər




    Download 1,41 Mb.
    bet3/14
    Sana20.01.2024
    Hajmi1,41 Mb.
    #142102
    TuriReferat
    1   2   3   4   5   6   7   8   9   ...   14
    Bog'liq
    Diplom nümunəsi Rüstəmova Pəri 757 A

    1.2. Tökmə poladlarını səciyyələndirən əsas amillər

    Polad dəmirdə karbonun ərintisi olub tərkibində karbonun miqdarı 2,14%-ə qədər olur. Onun kimyəvi tərkibi, tempraturdan asılı olaraq struktur quruluşu və xassələri dəmir-karbon hal diaqramı üzrə müəyyən edilir.


    Aparılan araşdırmalar nəticəsində məlum olmuşdur ki, yaxşı saflaşdırılmış və optimal temperatura malik olan tökmə poladı öz keyfiyətinə görə digər poladlardan geri qalmır, hətta pəstahın nazik və qalın divarlarında xassələrin izotropluğuna görə üstünlük təşkil edir.
    Polad tökməsi qiymət və istiqamətini dəyişən və zərbəli qüvvələrin təsiri şəraitində böyük gərginliklərə tab gətirə bilir. Yayma, tökmə, alət və s. poladlardan fərqli olaraq tökmə poladlarının kimyəvi tərkibi elə seçilməlidir ki, onlar tələb olunan mexaniki və istismar xassələri ilə yanaşı, əlverişli texnoloji xassələrə də malik olsunlar.
    Tökmə poladları aşağıdakı qruplara bölünür:
    ● ümumi tətbiqə malik konstruksiya poladları;
    ● paslanmayan poladlar;
    ● turşuyadavamlı poladlar;
    ● istidəmöhkəm poladlar;
    ● odadavamlı poladlar;
    ● yeyilməyə davamlı poladlar;
    ● soyuğa davamlı poladlar.
    Əritmə üsuluna görə tökmə poladları əsas və turş olmaqla iki qrupa bölünür. Əridici sobanın növündən asılı olaraq poladlar konvertor, marten və elektrik poladı və s. kimi adlandırılırlar.
    Kimyəvi tərkibdə elementlərin miqdarına görə tökmə poladları aşağıdakı siniflərə bölünür:
    1-ci sinif – karbonlu tökmə poladları;
    2-ci sinif – az legirlənmiş poladlar (legirləyici elementlərin miqdarı 2,5%-ə qədər);
    3-cü sinif – orta legirlənmiş poladlar (2,5-10%-ə qədər legirləyici elementlər);
    4-cü sinif – çox legirlənmiş tökmə poladları (10%-dən çox).
    Legirlənmiş polad tökmələrinin strukturu legirləyici elementlərin, karbonun miqdarından və termiki emal üsulundan asılıdır.


    1.3. Poladların tökmə xassələri və tökmələrin keyfiyyətinə təsiri

    Məlum olan bütün ərintilər sağlam tökmələr hazırlamaq üçün eyni dərəcədə yararlı deyillər. İqtisadi cəhətdən əlverişli və keyfiyyətli tökmələrin istehsalı poladın texnoloji xassələrindən, birinci növbədə isə tökmə xassələrindən asılıdır. Ümumi halda tökmə xassələri polad və tökmələr hazırladıqda onların özünü necə aparmasının kəmiyyəti və göstəriciləridir.


    Tökmə xassələrinin çox böyük əhəmiyyəti aşağıdakılarla müəyyən olunur:

    1. Yeni ərintilər tərtib etdikdə eyni zamanda ən əlverişli tökmə və istismar xassələrini təmin edən tərtib seçmə lazımdır;

    2. Verilmiş tökmə üçün texnologiya tərtib etdikdə birinci növbədə ərintinin tökmə xassələri nəzərə alınmalı və eyni şərtlər daxilində tökmə xassələri yaxşı olan ərintiyə üstünlük verilməlidir;

    3. Müxtəlif konstruksiya və maşın hissələrinin layihələndirilməsi və yaradılması prosesində nəzərə almaq lazımdır ki, etibarlığı və uzunluğu ərintinin birbaşa bilavasitə tökmə xassələri yaxşı olan ərintilərə üstünlük verilməlidir.

    Tökmə xassələrinin təsiri ərintinin maye halında, bərkiməsi zamanı, maye bərk vəziyyətində və həmçinin bərk halında özünü göstərir.
    Poladın tökmə xassələrinin təsnifatı - poladın əsas texnoloji xassələrinə tökmələrin mexaniki emal, qaynaqlanma, tablanma qabiliyyəti və tökmə xassələri aiddir.
    Tökmə xassələri isə öz növbəsində aşağıdakı kimi təsnif olunur:

    1. Mayeaxıcılıq - metal və ərintilərin qəlib boşluğunu tam doldurması, tökmənin ölçü və formasının dəqiq alınması qabiliyyətini müəyyən edir;

    2. Oturma (maye, maye-bərk halında həcmi, faza çevrilməsi zamanı baş verən həcmi oturma, bərk maye və bərk halında alınan həcmi və xətti oturma) və ərintinin oturma boşluqları, məsaməliklər əmələ gətirməyə meyilliyi);

    3. Ərintinin qazları həll etməs və qaz birləşmələrinin əmələ gəlməsinə meyilliyi (ərimədə, qəlibə töküldükdə və s.);

    4. Ərintinin qeyri - metal birləşmələri əmələ gətirməsinə meylliyi (ərintinin növündən, əritmə və qəlibə tökülmə şəraitindən asılı olaraq onların tərkibi, forması və tökmədə yer tutması);

    5. Birinci və ikinci kristallaşma prosesində tökmənin makro və mikrostrukturunun xüsusiyyətləri (ərintinin tərkibinin, əritmə və tökmə şəraitlərinin, modifikasiyalarının və s. emal üsullarının təsiri);

    6. Çatlara davamlılıq və çatlarla zədələnmə (bərkimədə, kristallaşmada, soyumada və termiki emal zamanı);

    7. Tökmələrdə daxili gərginliklərin əmələ gəlməsi;

    8. Likvasiya əmələ gətirməyə meyllilik (termiki emal zamanı, bərkimə və soyuma intervalında tökmələrdə makro və mikrohəcmlərdə elementlərin kimyəvi cəhətdən qeyri-bərabərliyi) .


    Download 1,41 Mb.
    1   2   3   4   5   6   7   8   9   ...   14




    Download 1,41 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Tökmə poladlarını səciyyələndirən əsas amillər

    Download 1,41 Mb.